Məhkəmə qərarları › İş №2-1(103)-103/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-103/2025

28.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-103/2025 28.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Cavabdeh Bakı şəhəri Cavabdeh (Üçüncü şəxs inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “ qərarın etibarsız hesab edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X7 və X4 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi ilə, Üçüncü şəxs Üçüncü şəxs nümayəndəsi və vəkili vəkil2 ştirakı ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qərarından üçüncü şəxs Üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı tərəfindən ##.##.2021-ci il tarixli **/**** saylı iddia ərizəsinə əlavə olunmuş İddiaçı Mənzilİstismar İdarəsi tərəfindən İddiaçı ünvanlanmış ##.##.2021-ci il tarixli **** saylı məktubunda qeyd olunmuşdur ki, “Badamdar-15” hərbi şəhərciyinin yerləşdiyi torpaq sahəsi Bakı Soveti İcraiyyə Komitəsinin ##.##.1937-ci il tarixli * nömrəli, ##.##.1952-ci il tarixli ** nömrəli qərarları ilə keçmiş SSRİ Müdafiə Nazirliyinin istifadəsinə verilmiş, qeyd olunan ərazidə hərbi hissələr və digər hərbi qurumlar yerləşdirilmişdir. 1991-ci ildə “Badamdar-15” hərbi şəhərciyinin yerləşdiyi ərazi, ərazidə yerləşdirilmiş hərbi hissə və digər hərbi qurumların balansında olan bina və qurğular, kommunikasiya xətləri daxil olmaqla İddiaçı balansına qəbul edilmişdir. “Badamdar-15” hərbi şəhərciyi Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin (əvvəllər Abşeron rayon Mənzil-İstismar hissəsi) balansındadır və hərbi şəhərciyin bir hissəsində N nömrəli hərbi hissə dislokasiya olunmuşdur. Vətəndaş Üçüncü şəxs iddia etdiyi Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T. Məmmədov küçəsində yerləşən 0,6 ha torpaq sahəsi “Badamdar-15” hərbi şəhərciyinin ərazisindən ayrılıb və hərbi şəhərciyin ərazisinə aiddir. Həmin torpaq sahəsinin Cavabdeh ##.##.2006-cı il tarixli *** nömrəli qərarı ilə ayrılması və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ##.##.2014-cü il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına” əsasən həmin şəxsin mülkiyyətinə verilməsi qanunsuzdur. İdarə tərəfindən Cavabdeh ##.##.2021-ci il tarixli **** nömrəli sorğu ünvanlanmış və ##.##.2021-ci il tarixli ***/** nömrəli cavab məktubunda (əlavə olunur) qeyd olunan torpaq sahəsinin ayrılması haqqında ##.##.2006-cı il tarixli *** nömrəli qərarın və ona əsas olan sənədlərin Bələdiyyədə mövcud olmadığı bildirilmişdir. Həmçinin müəyyən edilmişdir ki, vətəndaşa ayrılmış torpaq sahəsi “Badamdar-15” hərbi şəhərciyində ##.##.2005-ci il tarixdə sökülməsinə icazə (sənədlər əlvə olunur) verilmiş baş plan üzrə *** nömrəli qaraj binasının və 2018-2019-cu illər ərzində sökülmüş (sənədlər əlavə olunur) baş plan üzrə *** nömrəli qaraj binasının yerləşdiyi ərazidən ayrılmışdır. Abşeron rayon Mənzil-İstismar hissəsinin təminatında olan hərbi şəhərciklərin torpaq sahələri, bina və qurğularının 1999- cu ildə keçirilmiş inventarizasiyası albomundan (çıxarış əlavə olunur) göründüyü kimi 131 və *** nömrəli qaraj binalarının yerləşdiyi ərazi və 131 və *** nömrəli qaraj binaları “bina və qurğuların eksplikasiyası”nda öz əksini tapmışdır. N nömrəli hərbi hissənin balansında olmuş *** nömrəli qaraj binasının sökülməsinə və qediyyatdan çıxarılmasına dair sənədlərdən göründüyü kimi bina 1953-cü ildə, *** nömrəli qaraj binasının sökülməsinə və qediyyatdan çıxarılmasına dair sənədlərdən göründüyü kimi bina 1958-ci ildə inşa olunub. N nömrəli hərbi hissənin yerləşdiyi ərazidə yenidənqurma işləri ilə əlaqədar köhnə bina və qurğular (o cümlədən 131 və *** nömrəli qaraj binaları) sökülmüş və yeniləri inşa olunmuşdur. Belə ki, 131 və *** nömrəli qaraj binalarının yerləşdiyi sahə əvvəllər olduğu kimi yenidən avtomobil parkı olaraq layihələndirilmiş, tikinti şirkəti tərəfindən ərazidə istinad divarı inşa olunmuş və hazırda yenidənqurma işləri davam etdirilir. “Badamdar-15” hərbi şəhərciyində iddia edilən torpaq sahəsi digər nazirlik və idarələrin torpaq istifadəçilərinin daimi istifadəsinə verilməsi üçün müvafiq icra hakimiyyəti orqanına geri qaytarılmayıb. “Badamdar-15” hərbi şəhərciyinin mübahisəli torpaq sahəsinin müxtəlif illər üzrə çəkilmiş görüntüləri də Üçüncü şəxs ayrılmış torpaq sahəsinin Müdafiə Nazirliyinin sözügedən hərbi şəhərciyinin ərazisindən ayrılmasını bir daha təsdiq edir (məktubun qeyd hissəsində göstərilmişdir ki, 131 və *** nömrəli qaraj binalarının sökülməsinə və qediyyatdan çıxarılmasına dair digər sənədlərin saxlanma müddəti bitdiyi üçün məhv edilmişdir).

2. Məhkəmənin müvafiq sorğularına əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsinin ##.##.2021-ci il tarixli ************ saylı məktubu ilə məhkəməyə daxil olmuş aşağıdakı sənədlərdən: -Bakı şəhəri Cavabdeh ## ###### 2006-cı il tarixli *** nömrəli qərarının surətindən müəyyən olunur ki, vətəndaş Üçüncü şəxs Badamdar Bələdiyyəsinə müraciət edərək Bələdiyyənin mülkiyyəti olan ərazidə T.Məmmədov küçəsi ** saylı evin yaxınlığında uzun müddət istifadə etdiyi, daş hasara alınmış uzun müddət ailə və mənzil şəraitini yaxşılaşdırmıqdan ötrü istifadə etdiy 600,0 kv. metr torpaq sahəsini alqı- satqı yolu ilə adına sənədləşdirilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Bütün bunlara, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyə torpaqlarının idarə olunması haqqında”, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunlarına və Badamdar Bələdiyyəsinin ## ###### 2006-cı il tarixdə keçirilmiş ** saylı iclasın protokoluna əsaslanaraq, Badamdar qəsəbəsi T.Məmmədov küçəsində olan 600,0 kv. metr torpaq sahəsinin Üçüncü şəxs adına sənədləşdirilməsi qərara alınmışdır. -* saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ## #### 2014-cü il tarixli 2-1(81)- ****/**** saylı qərarının surətindən müəyyən olunur ki, X1 cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə (bundan sonra - DTXK-nin Bakı şəhər şöbəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Səbail rayonu Badamdar Bələdiyyəsinin ## ###### 2006-cı il tarixli *** №-li qərarı ilə ona ayrılmış Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsində yerləşən 600 kv. metr torpaq sahəsinə dair “Torpaq sahəsinin plan və ölçüsü”nün verilməsi və həmin qərar əsasında tərtib edilmiş torpaqların alqı-satqısına dair aktın qeydə alınması vəsifəsinin DTXK-nin Bakı şəhər şöbəsinə həvalə olunmasına dair qərar çıxarılmasını xahiş etmiş, məhkəmənin qeyd olunan qərarı ilə Bakı şəhəri Səbail rayonu Badamdar Bələdiyyəsinin ## ###### 2006-cı il tarixli *** №-li qərarı ilə X1 ayrılmış Səbail rayonu, Badamdar qəsəbəsi T.Məmmədov küçəsində yerləşən 600 kv. metr torpaq sahəsinə dair “Torpaq sahəsinin plan və ölçüsü”nün verilməsi və həmin qərar əsasında tərtib edilmiş torpaqların alqı-satqısına dair aktın qeydə alınması vəsifəsinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə həvalə olunması qərara alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi ##.##.2014-cü il tarixdə 114110114 qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ ilə Üçüncü şəxs adına qeydə alınmışdır. -Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş Torpaq sahəsinin planı və ölçüsünün surətindən müəyyən olunur ki, Üçüncü şəxs * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ##.##.2014-cü il tarixli 2- *(**)-****/***** saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv. metr torpaq sahəsinə dair plan ölçü hazırlanmışdır.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 216022011132 №li ##.##.2021-ci il tarixli məktubla ilə məhkəməyə təqdim olunmuş ünvan 1ndə yerləşən torpaq sahəsinin planı və ölçüsünün tərtib olunmasına əsas olan sənədlər kimi aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: -Səbail rayonu Badamdar Bələdiyyəsinin “Bələdiyyə ərazisində olan torpaq sahəsinin Üçüncü şəxs mülkiyyətinə verilməsi barədə” 222 №li ## ###### 2006-cı il tarixli qərarı; Səbail rayonu Badamdar Bələdiyyəsi ilə Üçüncü şəxs arasında bağlanmış “Torpaqların alqı-satqısına dair” akt; Səbail rayonu Badamdar Bələdiyyəsi tərəfindən Üçüncü şəxs istifadəsində olan torpaq sahəsinin cizgisi; * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ## #### 2014-cü il tarixli 2-1(81)- ****/**** saylı qərarının surəti; Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən Üçüncü şəxs Səbail rayonu, Badamdar qəsəbəsində istifadəsində olan torpaq sahəsinə “Torpaq sahəsinin planı və ölçüsü”nün hazırlanmasına dair tərtib olunmuş rəy. -Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3029/2014 №li iş üzrə çıxartdığı ##.##.2023cü il tarixli qərardadından görünür ki, İddiaçı tərəfindən ##.##.2022-ci il tarixdə *- *(***)-****/**** saylı inzibati iş üzrə üçüncü şəxs qismində cəlb olunmasına dair ərizə verilmişdir.

4. Qeyd olunan iş üzrə Azərbaycan Respublikası Müdafiə Naziliyi tərəfindən təqdim olunmuş aşağıdakı sənədlərdən: -Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinin N saylı hərbi hissə komandirinə ünvanladığı ##.##.2005-ci il tarixli məktubda qeyd olunmuşdur ki, ## ###### 2005ci il tarixdə təsdiq olunmuş “Padamdar-15” hərbi şəhərciyində yerləşən *** saylı “Qaraj” binasının sökülməsinə icazə verir. Binanın baş plandan və qeydiyyatdan silinməsi üçünplan və en kəsiklər; binanın uçot kartoçkası; binanın sökülməsi haqqında komissiyon aktı; söküntüdən çıxan yararlı materialların hərbi hissənin anbarına mədaxil edilməsi haqqında möhürlü qaimə Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinə təqdim edilməlidir. -Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin Abşeron rayon Mənzil-İstismar hissəsinə ünvanlanmış ##.##.2018-ci il tarixli **** №-li məktubda Abşeron rayon Mənzilİstismar hissəsinin təminatında olan hərbi şəhərciklərdə əmlakın (qiymətlilərin) ləğvi aktı ilə silinmiş, söküntü aktı və mədaxil qaimələri təqdim olunmuş bina və qurğuların balansdan və hərbi şəhərciyin baş planından çıxarılmasının təmin olunması qeyd olunmuşdur. -2014-2018-ci illər üzrə Abşeron rayon Mənzil-İstismar hissəsinin təminatında olan hərbi şəhərciklərdə əmlakın (qiymətlilərin) ləğvi bina və qurğuların siyahısında N saylı hərbi hissəsinin “Badamdar 15” hərbi şəhərciyində yerləşən *** saylı qaraj binasının ilkin balans dəyəri 440, ləğv aktının qəbul olunduğu tarix ##.##.2005-ci il, söküntü tarixi ##.##.2017-ci il qeyd olunmuşdur. -Müdafiə Nazirliyinin Abşeron rayon Mənzil-İstismar hissəsinin “Batamdar-15” hərbi şəhərciyinin ərazisində yerləşən “131” Nömrəli qaraj binasının ##.##.2018-ci il tarixli ** №-li müayinə aktının surətindən görünür ki, “Badamdar-15” hərbi şəhərciyində yerləşən baş plan üzrə *** nömrəli qaraj binasının İddiaçı ## ######## 2014-cü il tarixli ** nömrəli qərarı ilə təsdiqlənmiş Təlimatın 2.16.2 bəndinə müvafiq olaraq”torpaq sahələrinin yeni tikinti üçün ayrılması” ilə əlaqədar ləğv edilməsinin məqsədəmüvafiq olunmasına dair rəy verilmişdir. -Müdafiə Nazirliyinin Abşeron Mənzil-İstismar hissəsinin ##.##.2018-ci il tarixli 21 №- li Əmlakın (Qiymətlilərin) ləğvi aktının surətindən görünür ki, əmlakın istismar vəziyyətini yoxlayarkən komissiya belə qərara gəlmişdir ki, torpaq sahəsinin yeni tikinti üçün boşaldılması məqsədilə Batamdar-15 hərbi şəhərciyinin ərazisində yerləşən *** nömrəli qaraj binasınən ləğv edilməsi və maddi-məsul şəxsin öhdəsindən silinməsi qərara alınmışdır. -Müdafiə Nazirliyinin Abşeron Mənzil-İstismar hissəsinin N nömrəli hərbi hissəsinin “Badamdar-15” hərbi şəhərciyində yerləşən plan üzrə *** nömrəli qaraj binasının sökülməsinə dair ##.##.2019-cu il tarixli ** №-li aktının surətindən görünür ki, “Badamdar15” hərbi şəhərciyində yerləşən plan üzrə *** nömrəli qaraj binası ##.##.2019-cu il tarixində tərtib olunmuş sənədlərə əsasən sökülmüşdür. Söküntüdən alınan materialların Abşeron rayon Mənzil-İstismar hissəsinin anbarına mədaxil edilməsi qərara alınmışdır. -İddiaçı müraciətinə cavab olaraq, Bakı şəhəri Cavabdeh ##.##.2021-ci il tarixli ***/** №-li məktubunda qeyd olumuşdur ki, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Bələdiyyənin mülkiyyətinə veriləcək torpaq sahələrinin hüdudları tam şəkildə müəyyən edilərək, Bələdiyyəyə təhvil verilmədiyindən və bununla bağlı müvafiq qaydada təsdiq edilmiş xəritə materialları mövcud olmadığından məktubda qeyd edilən məlumatların təqdim olunması mümkün olmamışdır. Eləcə də, məktubda qeyd edilən ünvanda yerləşən torpaq sahəsinin döngə, nöqtə və koordinatlarının dəqiq müəyyən edilməsi üçün Əmlak Məsələləri Dövlət Xidməti yanında Kadastr və ünvan Reyestr Xidmətinə müraciət edilməlidir.

5. İş üzrə məhkəmənin ## ###### 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikninti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin **/**** saylı ##.##.2023-cü il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, tədqiqatın nəticəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı ərazi idarəsinin yerquruluşu üzrə mühəndisi İlkin İmanovun tərtib etdiyi ## #### 2023-cü il tarixli, *-**-*-**/*- *****/**** nömrəli mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir: -Vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatla verilmiş sahə “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aid olmaqla dövlət mülkiyyətindədir. -Qeyd edilmiş İddiaçı “Badamdar-15” hərbi şəhərciyinə dair hər hansı bir məlumat (cizgi, ayrıc) olmadığından göstərilən sahə ilə üstüstə düşməsini araşdırmaq mümkün olmamışdır. -İddiaçı “Badamdar-15” hərbi şəhərciyinə dair hər hansı bir məlumat (cizgi, ayrıc) olmadığından göstərilən sahə ülə üst-üstə düşməsini araşdırmaq mümkün olmamışdır. -İddiaçının nümayəndəsi tərəfindən göstərilən sahə qeyd olunan hərbi şəhərciyin faktiki sərhəddi (hasarı) daxilində yerləşir. Sözügedən sahənin sərhədləri şərti olmaqla üzərində hərbi şəhərciyə aid tikililərin bir hissəsi yerləşir. Sualda qeyd olunan (torpaq sahəsinin sərhədlərini müəyyən edən mişar daşından hasarlanma işləri aparılmışdırmı, aparıldığı təqdirdə həmin hasarlanma işlərinin aşınması nəzərə alınmaqla hansı dövrə aid olduğunu müəyyən edilməsi) məsələnin müəyyən edilməsi mümkün olmamışdır.

6. İş üzrə məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən iddiaçı Üçüncü şəxs nümayəndəsi və vəklinin və ərizəçi İddiaçı nümayəndəsinin iştirakı ilə mübahisəli əraziyə yerində müayinə keçirilərkən müəyyən olunmuşdur ki, iddiaçı Üçüncü şəxs tələbləri İddiaçı operativ istifadəsində olan və “N” saylı hərbi hissənin dislokasiya olunduğu Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi, T.Məmmədov küçəsində yerləşən “Badamdar-15” hərbi şəhərciyinin avtomobil parkının ərazisinə yönəlmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3039/2014 №li iş üzrə çıxartdığı ##.##.2023cü il tarixli qərardadı ilə İddiaçı ərizəsi təmin edilərək, * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3029/2014 №li,## #### 2014-cü il tarixli qərarının ləğv edilməsi, *-*(**)-****/**** saylı inzibati iş üzrə İddiaçı 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır.

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1085/2024 №li iş üzrə çıxartdığı ##.##.2024-cü il tarixli qərardadından görünür ki, iddiaçı Üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmayaraq, Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3029/2014 №li iş üzrə çıxartdığı ##.##.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər:

9. İddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh qarşı Üçüncü şəxs inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Üçüncü şəxs ünvan 1ndə yerləşən 0,06 hektar torpaq sahəsinin ayrılmasına dair Cavabdeh ##.##.2006-cı il tarixli *** nömrəli qərarın etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ##.##.2006-cı il tarixli *** nömrəli qərarı ilə ünvan 1ndə yerləşən 0,06 hektar torpaq sahəsinin vətəndaş Üçüncü şəxs ayrılması nəticəsində İddiaçı qanuni hüquq və qanunla qorunan mənafeyi pozulmuşdur. Belə ki, Cavabdeh ##.##.2006-cı il tarixli *** nömrəli qərarı Müdafiə Nazirliyinə keçmiş Bakı şəhər X2 İcraiyyə Komitəsinin ##.##.1937- ci il tarixli * nömrəli və ##.##.1952-ci il tarixli ** nömrəli qərarları ilə ayrılmış və “Badamdar-15” hərbi şəhərciyin yerləşdiyi torpaq sahəsinə aid verilmişdir. Qərar barədə Müdafiə Nazirliyinə Bakı İnzibati Məhkəməsində iddiaçı Üçüncü şəxs cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması” tələbinə dair *(***)-****/**** saylı mülki işdən məlum olmuşdur. Bakı şəhər X2 İcraiyyə Komitəsinin ##.##.1937-ci il tarixli * nömrəli və ##.##.1952-ci il tarixli ** nömrəli qərarları ilə SSR-i Müdafiə Nazirliyinə 32 hektar torpaq sahəsi ayrılmış, torpaq sahəsində “Badamdar-15” hərbi şəhərciyi salınmışdır. Azərbaycan Respublikası Ali Sovetinin ##.##.1991-ci il tarixli ***-XII nömrəli qərarı ilə SSR-i Silahlı Qüvvələrin Azərbaycan Respublikası ərazisində yerləşən hissələrinin və bölmələrinin silahı və digər maddi-texniki sərvətləri, o cümlədən binaları milliləşdirilsin. Ali Sovetinin qeyd olunan qərarın icrası ilə əlaqədar “Badamdar-15” hərbi şəhərciyi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin balansına qəbul edilmiş, şəhərcikdə Azərbaycan Respublikasının müdafiəsini və təhlükəsizliyini təmin etmək üçün saxlanılan “N” nömrəli hərbi hissə dislokasiya olunmuşdur. Hal-hazırda hərbi şəhərcik Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin balansında və təminatındadır. Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq nömrəli əmrinə əsasən Müdafiə Nazirliyinin balansında olan hərbi şəhərciklərin inventarizasiyası aparılmışdır. 1999-cu ildə aparılmış inventarizasiya zamanı Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin balansında olan “Badamdar-15” hərbi şəhərciyin sərhədləri dəqiqləşdirilmiş, bina və qurğuların faktiki vəziyyəti qiymətləndirilmiş, müvafiq məlumatlar “Hərbi şəhərciklərin torpaq sahələri, binaları və qurğularının inventarizasiya albomunda əks etdirilmiş və təsdiq edilmişdir. Vətəndaş Üçüncü şəxs qızma 0,06 hektar torpaq sahəsi 1953-cü ildə inşa edilmiş, “Badamdar-15” hərbi şəhərciyin baş plan üzrə 131 nömrə ilə qeydiyyatda olan “Qaraj” binasının və 1958-ci il də inşa edilmiş, “Badamdar-15” hərbi şəhərciyin baş plan üzrə 245 nömrə ilə qeydiyyatda olan “Qaraj” binasının yerləşdiyi ərazisində qanunsuz olaraq ayrılmışdır. Uzun müddət ərzində istifadəsi, cari və əsaslı təmir olunmaması və zədələnməsi səbəbindən, *** nömrəli binanın ##.##.2018-ci il tarixli “Əmlakın (qiymətlilərin) ləğvi aktı”na, ##.##.2019-cu il tarixli ** nömrəli "N nömrəli hərbi hissənin “Badamdar-15" hərbi şəhərciyində yerləşən baş plan üzrə *** nömrəli “Qaraj” binasının sökülmə aktına (surətləri əlavə olunur) əsasən və *** nömrəli binanın ##.##.2005-ci il tarixli “Binanın (qurğunun) texniki vəziyyəti haqqında aktına, Müdafiə Nazirliyi Mənzilİstismar İdarəsi rəisinin ##.##.2018-ci il tarixli **** nömrəli məktubuna (surətləri əlavə olunur) əsasən sökülməsi məqsədəuyğun hesab edilmiş, binalar 2018-2019-cu illərdə silinmiş hesab edilmiş və hərbi şəhərciyin baş planından çıxarılmışdır. “Badamdar-15” hərbi şəhərciyinin mübahisəli torpaq sahəsinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə məxsus və istifadədə olması, şəhərciyin 2004, 2008-2011, 2013, 2014-2016, 2018ci illər üzrə peykdən çəkilmiş görüntüləri bir daha təsdiq edir. Belə ki, peykdən çəkilmiş qeyd olunan görüntülərindən Üçüncü şəxs ayrılmış sahənin hərbi şəhərciyin hüdudları daxilində olması aydın görünür.

11. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, Üçüncü şəxs inzibati məhkəmə icraatına zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində cəlb olunmuş və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxsə göndərilərək, cavabdehdən və üçüncü şəxsdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur.

12. Cavabdeh inzibati orqan və üçüncü şəxs tərəfindən iddaya dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim olunmamışdır.

13. Bakı İnzibati Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, bələdiyyə tərəfindən mübahisəli torpaq sahəsi üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadığı halda, mübahisəli torpaq sahəsinin iddiaçıya ayrılması qərara alınmışdır.

15. Mübahisələndirilən qərar Cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun (maddə 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş) tələbləri pozulmaqla qəbul edilmişdir.

16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır.

17. Bakı İnzibati Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qərarından üçüncü şəxs Üçüncü şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

c) Apellyasiya şikayətinin dəlilləri

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə sözügdən qərarını aşağıdakı arqumentlərlə əsaslandırmışdır: 1. Vahid elektron kadastr baza məlumatlarına əsasən mübahisəli torpaq sahəsi “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aid olmaqla dövlət mülkiyyətindədir. Məhkəmənin bu arqumenti ilə əlaqədar onu qeyd etmək istəyirlər ki, iş materiallarında mövcud olan, məhkəmənin təşəbbüsü ilə təyin edilməklə əldə edilən Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin **/**** saylı ##.##.2023-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, hazırki ekspert rəyi DƏDRX-in * saylı Ərazi idarəsinin yerquluşu üzrə mühəndisinin tərtib etmiş olduğu ##.##.2023-cü il tarixli *-**-*-**/*-*****/**** nömrəli mütəxəssis rəyinə əsaslanmışdır. Belə ki, həmin mütəxəssis rəyinə əsasən məhkəmə tərəfindən qarşıya qoyulmuş suallara cavab olaraq qeyd edilmişdir ki: - Vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatla verilmiş sahə “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aid olmaqla dövlət torpağıdır. İddiaçı Badamdar -15 hərbi şəhərciyinə dair hər hansı bir məlumat (cizgi, ayrıc) olmadığından göstərilən sahə ilə üst-üstə düşməsini araşdırmaq mümkün olmamışdır. - Qeyd olunan torpaq sahəsinin sərhədlərini müəyyən edən mişar daşından hasarlanma işləri aparılmışdırmı, aparıldığı halda həmin işlərin hansı dövrə aid olduğunun müəyyən edilməsinin müəyyən edilməsin dair suala da cavab verilməmişdir. Halbuki peyk çəkilişlərinin əldə edilməsi ilə çox rahatlıqla bu suala cavab vermək mümkün olardı. Hesab edirlər ki, məhkəmə hazırki ekspert rəyinə birtərəfli yanaşmış və onun yalnız Müdafiə Nazirliyinə sərf edən hissəsinə istinad etmək istəmişdir. Lakin, cavabdeh tərəf bizim mövqeyimiz ondan ibarətdir ki, vahid kadastr baza məlumatlarına istinadəən verilmiş torpağın dövlət ...... kateqoriyasına aid ola bilərdi ona görə ki, mübahsiəli torpaq sahəsi məhz yaşayış məntəqəsi torpaqları ilə dövlət, rabitə..... kateqoriyalı torpağın sərhəd kəsişməsində yerləşir. Bundan başqa əgər cavabdehə məxsus torpaq dövlət torpağı kordinatları daxilində yerləşmiş olsaydı DƏDRX tərəfindən vaxtilə vətəndaşa çıxarışın verilməsi zamanı bu məsələ oratay çıxardı və müvafiq çıxarış verilməzdi. Çünki, çıxarışın verilməsi məhkəmə qərarı əsasında baş tutmuşdur. Digər bir məqam isə ondan ibarətdir ki, ekspert rəyində açıq və aydın qeyd edilir ki, Badamdar - 15 hərbi şəhərciyinə dair hər hansı bir məlumat – cizgi və ayrıc olmadığından göstərilən sahə ilə üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsinin qeyri-mümkünlüyünə istinad edilir. Belə olan sual yaranır ki, necə ola bilər ki, dövlət səviyyəsində Müdafiə Nazirliyi kimi mötəbər bir quruma torpaq ayrılsın və bu ayrılma ilə əlaqədar nə vahid kadastr bazada nə də arxivdə hər hansı cizgi, ayrıc aktı və s. mövcud olmamış olsun. Yəni iddiaçı istinad edir ki, bu ayrılmalar hələ 1950-ci illərdə (70 il bundan öncə) olur, lakin, hər hansı arxiv məlumatı aşkar edilmir?! Necə olur ki, qərarda qeyd edilir ki, “Vətəndaş Üçüncü şəxs qızma 0,06 hektar torpaq sahəsi 1953-cü ildə inşa edilmiş, “Badamdar-15” hərbi şəhərciyin baş plan üzrə 131 nömrə ilə qeydiyyatda olan “Qaraj” binasının və 1958-ci il də inşa edilmiş, “Badamdar-15” hərbi şəhərciyin baş plan üzrə 245 nömrə ilə qeydiyyatda olan “Qaraj” binasının yerləşdiyi ərazisində qanunsuz olaraq ayrılmışdır” və bu ifadədə də baş plan sözünə istinad edilir, lakin, o məchul baş plan ortalığa çıxarıla bilmir?! Əgər bu adı çəkilən 2 hərbi şəhərciyin baş planı və ya ümumiyyətlə onların hər hansı kordinatları mövcuddursa nə üçün təqdim edilmir, yox əgər mövcud deyildirsə nə üçün məhkəmə İPM-də nəzərdə tutulmuş sübutetmə vəzifəsini yerinə yetirməyərək onların araşdırılması, tapılıb ortalığa çıxarılmasını təmin etmək istəmir?! Məhkəmənin digər sonuncu arqumenti bundan ibarət olmuşdur ki, Bələdiyyə mübahisəli torpaq sahəsi üzərində hüquqa dair Sərəncam vermək səlahiyyətinə malik olmadığı halda, mübahsiəli torpaq sahəsinin iddiaçıya ayırlması qərara alınmışdır. Məhkəmə bu qərarını “inzibati icraat haqqında qanunun” 65.1.2-ci maddəsi ilə- müvafiq salahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; maddəsinin təsiri altına düşməsi ilə əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh tərəfindən sözügedən qərar 65.1.2ci maddənin tələbləri pozulmaqla qəbul edildiyi üçün qəbul edildiyi andan etibarsız sayılır və heç bir hüquqi nəticə yaratmır. Bələdiyyənin Üçüncü şəxs torpaq ayırması hansı səbəbdən dolayı səlahiyyətləri çərçivəsində olmadığına açıqlama verilməmişdir. Halbuki, məhkəmənin bu fikri ilə qəti şəkildə razı deyildirlər, çünki, tma əskinə bələdiyyə vətəndaş –Miriyevaya torpaq sahəsini ayırarkən bu hərəkətlərini tamamilə qanunun normaların uyğun və hüquqi prosedurlara əməl olunmaqla həyata keçirmişdir. “Bələdiyyələrin torpaqları və mülkiyyətlərinin müəyyən edilməsi və onlara təhvil verilməsi haqqında” Bakı şəhəri İcra Hakimiyyətinin ##.##.2000-ci il tarixli, 810 NQ- li Sərəncamı əsasında Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə ##.##.1999-cu il tarixli Fərmanına əsasən Səbail rayonu üzrə Badamdar qəsəbəsinin 68,42 ha torpaq sahəsi sərəncama edilmiş əlavədə göstərilən sərhədlər daxilində Badamdar qəsəbə Bələdiyyəsinə təhvil verilməsini təsdiq edən sxematik xəritəni Bakı şəhər İcra Hakimiyyətindən əldə etməmiş, həmin X10 ayrılmış 68,42 ha torpaq sahəsinin sxematik xəritəsi iddiaçı Üçüncü şəxs tərəfindən məhkəməyə təqdim olunsa da, məhkəmə mübahisəli torpaq sahəsinin həmin sxematik xəritədə bələdiyyə torpaqları daxilində yerləşməsini və torpağın sərhədlərini müəyyən etməklə bağlı işin vacib hallarını aydınlaşdırmamış, ekspertiza qarşısında həmin məsələnin aydınlaşdırılması üçün sual qoymuş olsa da, mütəxəssis rəyi ilə və mütəxəssis rəyinə əsasən verilmiş ekspertiza rəyində həmin suala cavab verilməmişdir.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

d) Proses iştirakçılarının izahatları

20. Məhkəmə Kollegiyasının iclasında 3-cü şəxsin vəkili (nümayəndəsi) apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

21. Digər tərəflər məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

22. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır (maddə 2.1). İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür (maddə 2.2). Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, məqsədli təyinatına və hüquqi rejiminə görə bələdiyyə torpaqlarının tərkibinə bütün kateqoriyalardan olan torpaqlar daxil edilə bilər (maddə 2.3). Müəyyən kateqoriyaya aid edilmiş bələdiyyə torpaqlarının başqa məqsədlər üçün istifadəsinə yalnız məqsədli təyinatının dəyişdirilməsindən sonra yol verilə bilər (maddə 2.4). Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır (maddə 4.0). Qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək (4.0.1); Müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək (4.0.2); Yaşayış məntəqəsinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yerquruluşu və təsərrüfat planlarının hazırlanmasını və həyata keçirilməsini öz səlahiyyətləri daxilində təşkil etmək (4.0.3); Bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq vergisini və icarə haqqını almaq (4.0.4); İctimai ehtiyaclar tələb etdikdə bələdiyyə tərəfindən hüquqi və fiziki şəxslərə əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin məcburi geri alınması barədə məhkəmədə iddia qaldırmaq (4.0.5); Bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramlar hazırlamaq, təsdiq etmək və onları həyata keçirmək (4.0.6); Hüquqi və fiziki şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilən torpaq sahələrinin minimum həddini müəyyən etmək (4.0.7); Bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda torpaq hərraclarından və xüsusi mülkiyyətçilərdən torpaq sahələri almaq, habelə dövlət mülkiyyətindən torpaq alınması barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırmaq (4.0.8); Bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasına və onların mühafizəsinə nəzarət etmək (4.0.9); Bələdiyyə torpaqlarına dair məhkəmədən kənar qaydada həll olunmalı mübahisələri həll etmək (4.0.10); Öz səlahiyyətləri daxilində torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını müdafiə etmək (4.0.11); Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirmək (4.0.12). Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir (maddə 6.1). Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur (maddə 6.2). Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir (1-ci cümlənin ##.##.2008-ci il tarixədək olan redaksiyası - Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir) (maddə 6.5). Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır (maddə 6.9). Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər (maddə 9.1 ##.##.2008-ci il tarixədək olan redaksiyası)

23. Azərbaycan Respublikasının 2002-ci il ## #### tarixli, ***-IIQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin: 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir; 5-ci bəndinə əsasən bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2- 4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin istifadəsinə, icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar. 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşutəsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıqplanlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (4cü cümlənin ##.##.2008-ci il tarixədək olan redaksiyası - Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir)

24. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 5. Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri.

1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. 2. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Maddə 23.Müdafiə və təhlükəsizlik təyinatlı torpaqlar N. Hərbi hissələrin, hərbi təhsil (təlim) müəssisələrinin, müdafiə və təhlükəsizlik orqanları müəssisələrinin, idarələrinin və təşkilatlarının daimi yerləşdirilməsi və fəaliyyət göstərməsi üçün verilmiş torpaqlar müdafiə və təhlükəsizlik təyinatlı torpaqlar hesab edilir.

3. Müdafiə və təhlükəsizlik təyinatlı torpaqlar dövlətin müstəsna mülkiyyətində olur və onların istifadəsi üzrə məhdudiyyətlər Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə tənzimlənir. Maddə 84.Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı 1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt-maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt. 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt.

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

28. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

30. Daha sonra məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti aşağıdakılara görə əsassızdır və təmin olunmamalıdır.

31. Belə ki, hazırda iddiaçı hüquqlarının pozulduğunu qeyd etməklə, üçüncü şəxsə torpaq sahəsinin ayrılması haqqında cavabdeh inzibati orqanın inzibati akt sayılan qərarının etibarsız hesab olunmasını tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsi “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aid olmaqla dövlət mülkiyyətindədir.

32. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. Qeyd olunanlara əsasən məhkəmə hesab edir mübahisələndirilən qərar Cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun (maddə 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş) tələbləri pozulmaqla qəbul edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır.65.3-cü maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.

33. Beləliklə, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir.

34. Məhkəmə Kollegiyası vurğulayır ki, bələdiyyə tərəfindən mübahisəli torpaq sahəsi üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadığı halda, mübahisəli torpaq sahəsinin 3-cü şəxsə ayrılması barədə qərar qəbul edilmişdir. Odur ki, 3-cü şəxs Üçüncü şəxs ünvan 1ndə yerləşən 0,06 hektar torpaq sahəsinin ayrılmasına dair Cavabdeh ##.##.2006-cı il tarixli *** nömrəli qərarı etibarsız inzibati aktdır.

35. Beləliklə, birinci instansiya məhkəməsi iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh qarşı (Üçüncü şəxs inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla) Üçüncü şəxs ünvan 1ndə yerləşən 0,06 hektar torpaq sahəsinin ayrılmasına dair Cavabdeh ##.##.2006-cı il tarixli *** nömrəli qərarının etibarsız hesab edilməsi barədə iddiasını təmin etməkdə haqlı olmuşdur.

36. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası qeyd edir ki, apellyasiya baxışı zamanı məhkəmənin qərardadı ilə iş üzrə məhkəmə-mühəndistexniki ekspertiza təyin olunaraq ekspert qarşısında torpaq sahəsinin bələdiyyə ərazisi olub-olmaması, naturada yerinin və koordinatlarının müəyyən edilməsi, İddiaçı Abşeron rayon Mənzil-istismar hissəsinin kazarma yaşayış fondunun İnventarizasiya materiallarında olan və 131 və *** saylı qarajların yerləşdiyi nəzərdə tutulmuş Sxemdə göstərilən torpaq sahəsi ilə Cavabdeh ##.##.2006-cı il tarixli *** nömrəli qərarı ilə Üçüncü şəxs ayrılmış ünvan 1ndə yerləşən 0,06 hektar torpaq sahəsi üst-üstə düşüb-düşməməsi, İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi ilə Cavabdeh ##.##.2006-cı il tarixli *** nömrəli qərarı ilə Üçüncü şəxs ayrılmış ünvan 1ndə yerləşən 0,06 hektar torpaq sahəsi üst-üstə düşübdüşməməsi və.sair. suallar qoyulmuşdur. Ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.

37. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin

05. 12.2024-cü il tarixli, **/**** saylı ekspert Rəyindən müəyyən olunmuşdur ki, Üçüncü şəxs torpaq sahəsi bütövlükdə İddiaçı faktiki istifadəsində olan sahə daxilində yerləşir.

38. Həmçinin, 1-ci instansiya məhkəməsində məhkəmə qərardadı əsasında verilmiş ekspert rəyi ilə müəyyən olunur ki, mübahisəli torpaq sahəsi “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aid olmaqla dövlət mülkiyyətindədir.

39. Məhkəmə Kollegiyası ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirərək (İPMin 1.2-ci və MPM-in 88-ci maddəsinə əsasən) rəylə razılaşmamağa əsaslar görmür.

40. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, apellyasiya baxışı zamanı məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin icraatında olan *-*(***)-***/**** saylı iş üzrə İddiaçı icraata üçüncü şəxs qismində cəlb edilməsi barədə ərizəsinə baxılıb yekun məhkəmə aktı qəbul edilənədək hazırkı iddia tələbi üzrə icraat dayandırılması qərara alınmışdır.

41. Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı onunla əsaslandırılmışdır ki, “..Belə ki, hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatında olan *-*(***)-***/**** saylı iş üzrə iddiaçı Üçüncü şəxs cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə) qarşı torpaq sahəsinin plan və ölçüsünün verilməsi və torpağın alqı-satqısının qeydə alınması vəzifəsinin cavabdehə həvalə olunması tələbinə dair inzibati işə baxılır.Həmçinin, İddiaçı həmin iş üzrə icraata üçüncü şəxs qismində cəlb edilməsi barədə ərizəsinə baxılır və həmin mübahisə ilə bağlı torpaq sahəsinə münasibətdə İddiaçı maraqlarına toxunub-toxunmamasına hüquqi qiymət verilməsi hazırkı iş üzrə iddiaçı Müdafiə Nazirliyinin subyektiv hüququna birbaşa təsir edir.Odur ki, Bakı Apellyasiya Məhkəməsinin icraatında olan *-*(***)- ***/**** saylı iş üzrə iş üzrə İddiaçı icraata üçüncü şəxs qismində cəlb edilməsi barədə ərizəsinə baxılıb yekun məhkəmə aktı qəbul edilənədək hazırkı iddia tələbi üzrə icraat dayandırılmalıdır....”.

42. Nəhayət, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *- *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, 2- *(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

43. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının sözügedən *- *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli Qərarında qeyd edilmişdir ki, “....35. Hazırkı işə baxan apellyasiya instansiyası məhkəməsi də həmin mövqeyə uyğun olaraq işin hallarını araşdırmış və hesab etmişdir ki, * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin *-*(**)-****/**** nömrəli, ## #### 2014-cü il tarixli qərarının nəticələri torpaq sahəsindən faktiki istifadə edən ərizəçinin hüquqlarına toxunur. 36. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, mübahisələndirilən torpaq sahəsi uzun müddətdir ərizəçinin istifadəsindədir. İddiaçının İddiaçı qarşı «zəbt olunmuş torpaq sahəsinin boşaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edildikdən sonra müvafiq məhkəmə mübahisələri zamanı məhkəməyə təqdim edilmiş sənədlərə əsasən hazırkı iş üzrə qəbul edilmiş məhkəmə qərarından ərizəçinin məlumatı olmuş, bundan sonra ərizəçi ərizə ilə məhkəməyə müraciət etmişdir. Yəni, ərizəçi hazırkı iş üzrə iddia tələbinə ilkin olaraq baxılarkən həmin məhkəmə icraatından məlumatlı olmamışdır. 37. Bundan əlavə, işdə olan ekspert və mütəxəssis rəyi ilə müəyyən olunur ki, mübahisələndirilən torpaq sahəsi tamamilə “Badamdar-15” hərbi şəhərciyin istifadəsində olan sahədə yerləşir və hərbi hissənin hasarı daxilindədir. Həmin torpaq sahəsində hərbi şəhərciyə aid tikililərin bir hissəsi yerləşir...”

44. Beləliklə, məhkəmə Kollegiyası qeyd olunanları nəzərə alaraq nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas deyildir. 45.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

46. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

47. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

48. Göründüyü kimi, birinci instansiya məhkəməsində işə baxılarkən yuxarıda qeyd olunan məsələlər araşdırılmış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirilərək iddia təmin edilmişdir.

49. Yekunda məhkəmə Kollegiyası həmçinin, hesab edir ki, İnzibati Prosessual Məcəllənin 110.1-ci maddəsinə əsasən (Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq inzibati məhkəmə icraatının iştirakçılarına aid edilir.) ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində prosessual xərc 3-cü şəxs Üçüncü şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X9 Agentliyi, kod 210005, VÖEN 1401555071, müxbir hesab AZ41NABZ01360100000000003944, SWİFT BİK CTREAZ22, Az.MEM, VÖEN 1700326621, hesab AZ34CTRE00000000000002088501 hesabına ödənilməlidir.

50. Beləliklə, məhkəmə Kollegiyası nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qərarı dəyiıdirilmədən saxlanılmalıdır.

51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində prosessual xərc 3-cü şəxs Üçüncü şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X9 Agentliyi, kod 210005, VÖEN 1401555071, müxbir hesab AZ41NABZ01360100000000003944, SWİFT BİK CTREAZ22, Az.MEM, VÖEN 1700326621, hesab AZ34CTRE00000000000002088501 hesabına ödənilsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar