Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1030/2020 16.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X7 oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X4 cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı vergilərin hesablanması barədə qərarların ləğv edilməsi barədə inzibati mübahisə üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-1782/2019 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X3 xx.xx.2019-cu il tarixli **********994200 nömrəli, xx.xx.2019-cu il tarixli **********410400 nömrəli və xx.xx.2019-cu il tarixli **********648300 nömrəli vergilərin hesablanması barədə qərarların ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 1782/2019 saylı qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır (hakim R.Kərimli). Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasında izahat vermiş iddiaçının nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, Vergilər Nazirliyi yanında Bakı şəhər X6 tərəfindən xx.xx.2019-ci il tarixli **********994200 saylı, xx.xx.2019ci il tarixli **********410400 saylı, xx.xx.2019-ci il tarixli **********648300 saylı vergilərin hesablanması barədə qərarlara əsasən kameral olaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin şəxsi hesab vərəqəsinə 2018-ci il noyabr, aprel və 2019 yanvar ayı üzrə ƏDV hesablanmışdır. Vergilərin hesablanması haqqında qərarlarla kameral hesablanmış ƏDV-lər əsassız olaraq hesablanmışdır. Müvafiq dövrlər üzrə ilkin sənədləri təqdim edərək bildirilmişdir ki, müvafiq dövrün hesablamaları qanunamüvafiq aparılmış və vergilər ödənilmişdir. Qeyd olunan xx.xx.2019-ci il tarixli **********994200 saylı, xx.xx.2019-ci il tarixli **********410400 saylı, xx.xx.2019-ci il tarixli **********648300 saylı vergilərin hesablanması barədə qərarların ləğvi barədə Vergilər Nazirliyinə şikayət ünvanlamışdır, lakin heç bir tədbir görülməmiş, hər hansı qərar verilməmişdir. Vergi orqanının vergi ödəyicisi kimi hazırkı İddiaçı MMC-yə əlavə vergi məbləğlərinin (ƏDV) hesablanması mövqeyi ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş aktların qanunauyğun qəbul edilib-edilməməsi araşdırılmamış və bu hissədə məhkəmə həmin inzibata akta hüquqi qiymət verməmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş mübahisələndirilən qərarların qəbul edilməsinə əsas olan hal kimi, hesablanmalı ƏDV məbləğində kənarlaşma yaranması qeyd olunmuşdur. Bütün bu hallara birinci instansiya məhkəməsi tərəfindən hüquqi qiymət verilməmişdir. Nümayəndə qeyd etdi ki, mübahisələndirilən inzibati aktlar qanuna zidd sayılmaqla yanaşı, onların qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş həmin aktlar iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borclarını (əlavə faizlərlə) ödəmək öhdəliyi yaradır. İddia tələbində qeyd edilən xx.xx.2019-cu il tarixli **********994200 saylı qərar vergi orqanın özü tərəfindən ləğv edilmiş və xx.xx.2019-cu il tarixli **********308300 saylı yeni kameral hesablama qərarı çıxarılmışdır. Lakın məhkəmə qərar çıxararkən buna münasibət bildirməmişdir. Nümayəndə hesab edir ki, cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş X9 Baş İdarəsinin xx.xx.2019-cu il tarixli **********410400 nömrəli, xx.xx.2019-cu il tarixli **********648300 nömrəli, xx.xx.2019-cu il tarixli **********786300 nömrəli, xx.xx.2019-cu il tarixli **********308300 nömrəli qərarlarında hesabladığı əlavə vergi məbləğini əsaslandırmamışdır. Məhkəmə isə mübahisələndirilən qərarları araşdırmamış və onlara hüquqi qiymət verməmişdir. Nümayəndə birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, apelyasiya şikayətinə dair yazılı etirazını təqdim edərək, birinci instansiya məhkəməsinin qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin qismən təmin edilməsi nəticəsinə gəlir. İddiaçının iddia tələbindən görünür ki, o, cavabdehin xx.xx.2019-cu il tarixli **********994200 nömrəli, xx.xx.2019-cu il tarixli **********410400 nömrəli və xx.xx.2019-cu il tarixli **********648300 nömrəli vergilərin hesablanması barədə qərarların ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2019-cu il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə (i.v.21) verərək cavabdehin xx.xx.2019-cu il tarixli **********994200 nömrəli, xx.xx.2019-cu il tarixli **********410400 nömrəli, xx.xx.2019-cu il tarixli **********648300 nömrəli, xx.xx.2019-cu il tarixli **********786300 nömrəli vergilərin hesablanması barədə qərarların ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin ərizənin icraata qəbul edilib-edilməməsi məsələsi işdə olan xx.xx.2019-cu il tarixli məhkəmə iclasının protokolunda öz əksini tapmamışdır. Daha sonra, iş materiallarından görünür ki, iddiaçı xx.xx.2019-cu il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə (i.v.58) ilə müraciət edərək, cavabdehin xx.xx.2019cu il tarixli **********10400 nömrəli, xx.xx.2019-cu il tarixli **********648300 nömrəli, xx.xx.2019-cu il tarixli **********786300 nömrəli, xx.xx.2019-cu il tarixli **********308300 saylı vergi ödəyəcisinin məsuliyyətə cəlb edilməsi barədə qərarların ləğv edilməsini xahiş etmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli məhkəmə iclasının protokolunda iddianın dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilməsi göstərilsə də, iddiaçının hansı ərizələrinin icraata qəbul edilməsi barədə göstərilməmişdir. Birinci instansiya məhkəməsinin qərarından aydın olur ki, məhkəmə iddiaçının xx.xx.2019-cu il tarixdə təqdim etdiyi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsində göstərilmiş tələblərə baxılmışdır. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, onların qiymətlədirilməsi göstərilməmişdir. Məhkəmə qərarında yalnız istinad etdiyi normativ hüquqi aktların sadalanması ilə kifayətlənmişdir. İPM-nin 58.1-ci maddəsinə əsasən sübütlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-nin 58.7-ci maddəsinə əsasən sübütlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-nin 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə inzibati məhkəmə icraatı zamanı yol verilmiş prosessual pozuntular səbəbindən və sübütların araşdırılması tələb olunduğundan, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iş məhkəmə icraatının davam etdirilməsi üçün birinci instansiya məhkəməsinə gğndərilməlidir. İşı yenidən baxılarkən məhkəmə iddiaçının xx.xx.2019-cu il tarixdə məhkəməyə təqdim etdiyi iddianın dəyişdirilməsinin məqsədəuyğun hesab edilib-edilməməsini həll etməli, mübahisələndirilən qərarları tam və hərtərəfli araşdırılmalıdır. İPM-nin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. İPM-in 87.9-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İPM-in 80, 85, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 1782/2019 saylı qərardı ləğv edilsin və iş mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1030/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1030/2020
16.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver