Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1030/2024 12.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı qızının iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12505/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-12505/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması üçün məhkəmə iclasına təyin olunmuşdur. Həmçinin, İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya xx.xx.2023-cü il tarixli məktub göndərilərək Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 24-cü maddəsinə və həmin məcəllənin 13-cü maddəsində təsbit olunmuş məhkəmənin yardım etmək vəzifəsinə əsasən, məhkəmə iddiaçıya izah etmişdir ki, apellyasiya şikayətini tərtib edərkən, barəsində şikayət verilən məhkəmə aktının növü və tarixi düzgün qeyd olunmamış, apellyasiya şikayəti əsaslandırılmamış, o cümlədən həmin məhkəmə aktına münasibətdə məhkəmədən xahişi qeyri-müəyyəndir. Qeyd olunan məktub iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə alınsa da heç bir münasibət bildirilməmişdir. Məhkəmə Kollegiyasının iclasında məhkəmə iddiaçıya bir daha yuxarıda qeyd edilən hüquqi yardım üzrə məktuba uyğun apellyasiya şikayətinin düzgün tərtib edilməsini təklif etmişdir.Lakin iddiaçı məhkəmə Kollegiyasının apellyasiya şikayətinin düzgün tərtib edilməsi təklifini qəbul etməmişdir. Eyni zamanda məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, cavabdeh və digər tərəflər tərəf məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçını dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti mümkün sayılmamalıdır. Belə ki, göründüyü kimi apellyasiya şikayətini tərtib eilərkən, barəsində şikayət verilən məhkəmə aktının növü və tarixi düzgün qeyd olunmamış, apellyasiya şikayəti əsaslandırılmamış, o cümlədən həmin məhkəmə aktına münasibətdə məhkəmədən xahişi qeyri-müəyyəndir. Halbuki, Azərbaycan Respublikası İPM-ə əsasən: 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-12505/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiçı tərəfindən verilmiş apellyasiya şikayəti İPM-də nəzərdə tutulan yuxarıda göstərilən tələblərə uyğun olmadığından apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina olunmalıdır. Azərbaycan Respublikası İPM-in 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiya məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12505/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçının apellyasiya şikayəti mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbulundan imtina olunsun . Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1030/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1030/2024
12.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver