Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1031/2023 03.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X3 ibarət tərkibdə X9 qızının katibliyi, İddiaçı Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filiala qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9077/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeleyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının xx.xx.1997ci ildən xx.xx.1998-ci il tarixədək X7 Su Cəmiyyəti Su X4 Təsərrüfatı və X10 su sayğaclarının təmiri və bərpası sexində 6-cı dərəcəli çilingər vəzifəsində işləməyinə dair iş illərinin iddiaçının sığorta stajına daxil edilməsi və xx.xx.2022-ci il tarixdən, 65 yaşından iddiaçıya yaşa görə pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona xx.xx.2022-ci il tarixdən 65 yaşının tamam olduğu vaxtdan yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9077/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2022-ci il tarixdən 65 yaşının tamam olduğu vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinini qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı mərkəzi filialına qarşı İddiaçı tərəfindən verilən iddianın araşdırılması zamanı hərbi xidmət dövrüdə daxil olmaqla mübahisələndirilməyən sosial sığorta stajı 22 il 2 ay müəyyən edilmişdir. Belə ki, Sosial ödənişlərin təyinatı üzrə X5 və araşdırma şöbəsinin xx.xx.2022-ci il tarixli qarşılıqlı yoxlama aktına əsasən iddiaçının əmək kitabçasında qeyd edilən xx.xx.1997-xx.xx.2005-ci il tarixlərdə ödənişsiz məzuniyyətdə olduğu dövrün Qanunvericiliyin tələbləri baxımından sığorta stajı kimi nəzərə alınması mümkün deyildir. Eyni zamanda iddiaçının təhsil illəri (xx.xx.1975-ci il tarixdən xx.xx.1985-ci il tarixədək) əmək fəaliyyəti dövrü ilə üst-üstə düşdüyündən təhsil müddəti sosial sığorta stajına daxil edilməmişdir. Həmçinin iddiaçının təqdim etdiyi xx.xx.2022-ci il tarixli arxiv arayışında xx.xx.1997- xx.xx.1998-ci illərdə “X7 Su Cəmiyyəti Su X4 Təsərrüfatı və X8 işlədiyi qeyd olunsa da, sözügedən dövrlər əmək kitabçasında olan dövrlərlə üst-üstə düşdüyündən və əmək kitabçasına daxil edilmədiyindən sosial sığorta stajı kimi nəzərə alınmamışdır.İddiaçının xx.xx.2022-ci il tarixli arxiv arayışındakı dövrlər sosial sığorta stajına daxil edilsə belə, yasa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 25 il sosial sığorta stajı tamamlanmır. Qeyd: İddiaçının təqdim etdiyi əmək kitabçasının doldurulma tarixi doğru geyd edilməmişdir. Eyni zamanda açılma barədə möhür və imza yoxdur. Bütün qeyd olunanlara baxmayaraq birinci instansiya məhkəməsi heç bir əsas olmadan iddiaçının ödənişsiz məzuniyyətdə olduğu dövrləri sosial sığorta stajı kimi nəzərə almışdır. Qeyd edək ki, iddiaçı tərəfindən qeyd olunan dövrlərdə ödənişsiz məzuniyyətdə olduğu məhkəmə iclasında etiraf edilmişdir. Eyni zamanda İddiaçı barəsində Sosial Ödənişlərin Təyinatı üzrə X5 və araşdırma şöbəsinin iddiaçının 1997- 2005-ci illər ərzində ödənişsiz məzuniyyətdə olduğunu təsdiq edən xx.xx.2022-ci il tarixli aktı məhkəməyə təqdim olunmuşdur. Lakin birinci instansiya məhkəməsi qərarında qeyd olunan sübutlara istinad etməmiş və iddiaçının ödənişsiz məzuniyyətdə olduğunu təsdiq edən heç bir sübut və ya dəlilin olmadığını qeyd etmişdir. Beləliklə də heç bir əsas olmadan iddiaçının ödənişsiz məzuniyyətdə olduğu dövrlər onun sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının üzərinə qoyulmuşdur. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək, iddia tələbinin təmin edilməməsini, qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin əsassız və qanunsuz olduğunu, bu səbəbdən də təmin edilməməsini, qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir.. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - iddiaçıya məxsus AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən aydın olur ki, İddiaçı xx.xx.1957-ci il tarixdə İsmayıllı rayonunda doğulmuşdur. - İddiaçıya məxsus QE seriyalı 131099 saylı hərbi biletdən görünür ki, o, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. - İddiaçıya məxsus 972842 saylı diplomun surətindən görünür ki, iddiaçı xx.xx.1975ci il tarixdən xx.xx.1985-ci il tarixədək Azərbaycan Mühəndis İnşaat İnstitutunda tikinti və yol maşınları və avadanlığı ixtisası üzrə təhsil almışdır. - İddiaçıya məxsus ИT-İ № ******* saylı əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1974 - xx.xx.1975-ci il tarixlərdə Xanlar” adına sovxozda briqadir (əmr № 98, xx.xx.1974) və xx.xx.1978-xx.xx.1978-ci il tarixlərdə “Xanlar” adına sovxozda fəhlə (əmr № 01/24, xx.xx.1978), xx.xx.1978-ci il tarixdən (əmr № 563/ok, xx.xx.1978) xx.xx.2005-ci il tarixədək “Bakı Təcrübə Eksperimental Zavodu"nda elektrik qaynaqçısı və usta peşələrində işləmişdir. - "xxxx"Açıq Səhmdar Cəmiyyətinin “Bakı Sukanal” idarəsinin 18 saylı xx.xx.2022-ci il tarixli arxiv arayışından görünür ki, Osmanov X2 Regional Səhmdar Su Cəmiyyəti Su X4 Təsərrüfatı və X11 xx.xx.1997-cı il tarixli 60/k saylı əmrinə əsasən xx.xx.1997-ci tarixdən su sayğaclarının təmiri və bərpası sexinə 6-cı dərəcəli çilingər vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.1998-ci il tarixli 18/k saylı əmrinə əsasən xx.xx.1998-ci il tarixdən öz xahişi ilə işdən azad olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2004-cü il tarixli 252 №-li Sərəncamına əsasən X7 Su Cəmiyyətinin adı dəyişərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2011-ci il tarixli 17 saylı əmrinə əsasən Su X4ı Təsərrüfatı və X14 ləğv edilərək “Bakı Sükanal” İdarəsi yaradılmışdır. - Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli **********3 saylı, xx.xx.2022-ci il tarixli **********6 saylı imtina məktublarında bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Təqdim etdiyi ИT-İ № ******* saylı əmək kitabçasına və hərbi biletin surətlərinə əsasən sığorta stajı (xx.xx.1975ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğu dövr) 23 il təşkil edir. Həmçinin xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq əmək kitabçasında qeyd olunmuş xx.xx.1992-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək olan dövrlərin araşdırılması zamanı məlum olub ki, Fondun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının xx.xx.2022-ci il tarixli aktına əsasən əmək kitabçasında qeyd olunmuş "xxxx" ASC-də xx.xx.1992-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək əmək fəaliyyəti zamanı xx.xx.1997-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək öz hesabına ödənişsiz məzuniyyətdə olmuşdur. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilmişdir. Qanunun 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq təhsil illəri (xx.xx.1975-ci il tarixindən xx.xx.1985-ci il tarixinədək) əmək fəaliyyəti dövrülə üst-üstə düşdüyündən sözügedən dövrlərin sosial sığorta stajına daxil edilməsi qanunauyğun hesab edilmir. Əlavə sənədlər təqdim edəcəyi təqdirdə sığorta stajının qanunveriliciklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. Daha sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. AR Konstitusiyasının 38-ci maddəsinə əsasən, Hər kəsin sosial təminat hüququ vardır. ... Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin hazırki redaksiyasına görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.2-ci bəndinə əsasən, 01 iyul 2020-ci il tarixdən 30 iyun 2021-ci il tarixədək kişilərin pensiya yaşı 65 yaş müyyən edilmişdir. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı xx.xx.1957-ci iltarixdə doğulmuş, xx.xx.2022-ci il tarixində, yəni 65 yaşında yaşa görə əmək pensiyası hüququ qazanmışdır. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ikinci şərt isə fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. Bununla bağlı Kollegiya bildirir ki, iddiaçıya münasibətdə zəruri olan yaş şərti (65 yaş) və 25 il iş stajı şərti ödəndiyindən, qanunvericiliyin tələblərinə əsasən, fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalı ona yaşa görə əmək pensiyasının təyin edilməsində nəzərə alınmır. Birinci instansiya məhkəməsi tərəfindən aparılan məhkəmə araşdırması zamanı İddiaçı təhsil aldığı və hərbi xidmət keçdiyi dövrlərin nəzərə alınmaqla ümumilikdə 25 ildən artıq sığorta stajına malik olduğu müəyyən edilmişdir. Lakin inzibati orqanın imtina məktubundan və apelyasiya şikayətindən də görünür ki, iddiaçının əmək kitabçasında qeyd edilən xx.xx.1997-xx.xx.2005-ci il tarixlərdə ödənişsiz məzuniyyətdə olduğu dövrlərin cavabdehə görə Qanunvericiliyin tələbləri baxımından sığorta stajı kimi nəzərə alınması mümkün deyil. Cavabdehin apelyasiya şikayətində irəli sürdüyü arqument iddiaçının öz hesabına məzuniyyətdə olduğu dövrün əsassız olaraq sosial sığorta stajına daxil edilməsi ilə bağlıdır. Bu hissədə də cavabdehin mövqeyini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin belə qənaət gəlməsinə səbəb həmin dövrlərdə sosial sığorta haqlarının ödənilməməsi ilə bağlıdır. Lakin inzibati orqanın verilmiş səlahiyyətlər çərçivəsində sosial sığorta haqlarının ödənilməsini təmin etməli olduğu halda, bu vəzifəsini icra etməməsi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun qüvvəyə mindiyi tarixədək sığortaolunanların işlədiyi müddətin iş stajı kimi nəzərə alınmasından imtina və sosial sığorta olunan şəxsin pensiya hüququndan məhrum edilməsi üçün əsas hesab edilə bilməz. Eyni zamanda “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Həmin Qanunun 4-cü maddəsinə əsasən, bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barədə məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, bu Qanun 2018-ci ilin aprelin 1-dən qüvvəyə minir. Göründüyü kimi, qanunvericiliklə bütün sığortaedənlərin məcburi dövlət sosial sığorta haqları üzrə xx.xx.2006-cı il tarixə yaranmış borcları xx.xx.2018-ci il tarixdən silinmişdir. Buna görə də iddiaçının xx.xx.1997-xx.xx.2005-ci il tarixlərdə ödənişsiz məzuniyyətdə olması həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmamasını istisna edir. Eyni zamanda Kollegiya bildirir ki, iddiaçının ödənişsiz məzuniyyətdə olması onun təqsiri üzündən baş verməmişdir və həmin dövrdə qüvvədə olan qanunvericilik normalarına əsasən qeyd edilən aylar iddiaçının arzusu ilə onun iş stajına daxil edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 146.2-ci maddəsinə əsasən işəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir. Həmin Məcəllənin 169.1-ci maddəsinə əsasən boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 71-ci maddəsinə əsasən pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanır, pensiya üçün müraciət edənin arzusuna əsasən aşağıdakılar həmin aylardan çıxılır: növbəti məzuniyyətlərə, o cümlədən tam olmayan, eləcə də ödənişsiz məzuniyyətlərə təsadüf edən aylar... Qeyd olunanları nəzərə alan birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişir ki, “işçinin təqsiri olmadan ödənişsiz məzuniyyətə göndərilməsi boşdayanma hesab olunur və həmin vaxtlarda onun əmək haqqısı ödənilir. Əmək haqqı ödənildiyi halda müvafiq olaraq məcburi sosial sığorta ödəmələri də həyata keçirilir. Həmçinin işçinin pensiya məbləği hesablanarkən götürülən müvafiq dövrlərdə ödənişsiz məzuniyyətdə olduğu vaxt onun arzusu ilə həmin dövrlərdən çıxılması onu göstərir ki, həmin dövrlər sığorta stajına hesablanır. Yəni işçinin ödənişsiz məzuniyyətdə olduğu vaxt pensiya məbləği hesablanarkən onun öz arzusu ilə nəzərə alına bilər” Bundan başqa cavabdeh apelyasiya şikayətində əmək kitabçasının doldurulma tarixinin doğru qeyd edilmədiyini, eyni zamanda açılma barədə möhür və imzanın olmadığını bildirmişdir. Qeyd edilən dəlilə münasibətdə Kollegiya bildirir ki, əmək kitabçasının digər bütün səhifələri müvafiq qaydada təsdiqləndiyindən formal xətalara görə əmək kitabçasının mötəbərliyi sübhə altına alına bilməz. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Beləliklə, Kollegiya qeyd edilənləri nəzərə alaraq bildirir ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçıya münasibətdə tələb olunan bütün şərtlər ( yaş və sığorta stajı ) mövcuddur, yəni iddiaçının 65 yaşı var və ümumilikdə 25 ildən artıq sığorta stajına malikdir. Yuxarıda sadalanan hallardan da göründüyü kimi, cavabdeh orqanın imtinası qanunsuz və əsassız olmuşdur. “İnzibati icraat haqqında” AR Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. AR İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Birinci instansiya məhkəməsi tərəfindən iddianin təmin edilməsinə dair yekun nəticəyə gəlinərkən prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, işin halllarına aid olan maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9077/2022 saylı iş üzrə qəbul etdiyi 27.09.22-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən bir (1) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Kamran Əkbərov Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1031/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1031/2023
03.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver