Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1032/2020 21.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Mayılov Ülvi Arif oğlu və Ağayev Valeh Məmməd oğlundan ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi İddiacının vəkili X4, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «qərarların ləğv edilməsi və borcun silinməsi» tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-109/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-109/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş,Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri X3 “Vergilərin hesablanması barədə” **********528400 nömrəli, xx xxxx 2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli **********851900 nömrəli “Vergilərin hesablanması barədə” qərarları ləğv edilmiş, həmin qərar əsasında İddiaçı MMC-yə hesablanmış 3.996,92 manat əlavə vergi məbləğinin iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh tərəfindən apelyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi xahiş olunmuşdur. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qərarında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib edilən xx.xx.2019-cu il tarixli 9167 №-li ekspert rəyinə istinad etmişdir.Məhkəmənin ekspert qarşısında qoyduğu sual konkret xarakter daşımaqla, vergi ödəyicisinin gəlirinin 122400 manat olduğu təqdirdə Vergi Məcəlləsinin 83.9-cu maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 55 nömrəli Qərarı tətbiq edilməklə hesablanmalı olan verginin məbləğinin müəyyən edilməsi tələb edilmişdir. Halbuki, ekspert öz rəyində hesablamalarla bağlı məsələyə ümumiyyətlə toxunmamış, qarşısında qoyulmuş suala aidiyyəti olmayan məsələlərə dair rəy tərtib etməklə, əsassız olaraq mübahisələndirilən qərara hüquqi qiymət vermişdir. İddiaçının xərci müəyyən edilmədiyindən vergi orqanı xərcləri bötüvlükdə qəbul etmədən, iddiaçının özünün bəyan etdiyi gəlirləri əsasında mənfəəti müəyyən edərək vergi hesablamışdır. Məhz bu səbəbdən məhkəmənin tamamilə əsassız hala istinad etməklə qanunsuz qərar qəbul etdiyi heç bir mübahisə doğurmur. Verginin Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş hansı qaydada hesablanması vergi orqanın öz mülahizəsi əsasında həyata keçirilir, həmin maddədə müəyyən edilmiş heç bir qayda digərlərinə münasibətdə ilkin xarakter daşımır, sözügedən maddə hesablama ilə bağlı ardıcıllığı əks etdirmir. Buna görə də vergi orqanı tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli Qərara əsaslanaraq həyata keçirilən hesablama vergi qanunvericiliyinin tələblərinə uyğundur. Apelyasiya baxışı zamanı məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apelyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili iş materiallarına uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş mаtеriаllаrını yохlаyаrаq və аpеlyаsiyа şikаyətinin dəlillərini аrаşdırаrаq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Vergi orqanının yoxlaması ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş 2016-cı il mənfəət vergisi bəyannaməsində gəlir 122400,0 manat, gəlirdən çıxılan xərclər isə 121984,60 manat göstərilməklə, hesabat ili üzrə 415,40 manat mənfəət bəyan edilmişdir. İddiaçı 2016-cı il üzrə “Mənfəət vergisinin bəyannaməsi”nin 221.1-ci “Əmək haqqı və ona bərabər tutulan ödəmələr” sətrində 1600 manat, 221.1-ci “Sosial sığorta haqları” sətrində 352 manat, 221.13-cü “Bank xidməti üzrə xərclər” sətrində 616 manat, cəmi 2568 manat xərc məbləğləri vergi orqanının baza məlumatlarına əsasən öz təsdiqini tapsa da, 221.4-cü “malın dəyəri” sətrində göstərilmiş 119416,50 manat xərc məbləği verg orqanlarının baza məlumatları ilə öz təsdiqini tapmamışdır. Yaranmış kənarlaşma ilə bağlı iddiaçıya xx.xx.2017-ci il tarixli **********300700 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim edilmədiyindən 2016-cı il üzrə mənfəət vergisi bəyannaməsinə 23883,30 manat əlavə vergi hesablanmış və bu barədə iddiaçıya xx.xx.2017-ci il tarixli **********528400 nömrəli “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir. Vergi ödəyicisinin şikayətinə Nazirliyin Vergi risklərinin təhlili və nəzarəti departamentində baxılmış və xx.xx.2017-ci il tarixli **********781800 nömrəli “İnzibati şikayətin təminedilməsi haqqında” Qərarla 2016-cı il üzrə mənfəət vergisi üzrə 119.416 manat xərc məbləğinin öz təsdiqini tapmaması səbəbindən vergi ödəyicisinin öhdəliyinin şərti rentabellik norması əsasında müəyyən edilməsi qərara alınmışdır. Bu qərar əsasında Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri X3 tərəfindən xx.xx.2017-ci il tarixli **********851900 nömrəli “Vergilərin hesablanması barədə” Qərarla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə” x xxxx 2011-ci il tarixli 55 nömrəli Qərarına əsasən şərti rentabellik norması tətbiq edilməklə vergi ödəyicisinə 2016-ci ilin mənfəət vergisi üzrə 3.996,92 manat əlavə vergi məbləği hesablanmışdır. Bundan sonra İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı x xxxxxx 2018-ci il tarixli qərarın ləğv edilməsi tələbini irəli sürərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin x xxxxx 2018-ci il tarixli qərarı ilə iş baxılması üçün aidiyyəti üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. İş materialları 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə daxil olduqdan sonra iddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək, “x xxxx 2017ci il tarixli və xx xxxx 2017-ci il tarixli qərarın ləğv edilməsi, 3.996.92 manat vergfi borcunun silinməsi” kimi, cavabdeh kimi VN yanında Bakı şəhəri X2 qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsini qəbul olunmuş, Azərbaycan Respublikası Vergilər Nazirliyinin işdə cavabdeh kimi prosessual iştirakına xitam verilmiş və Vergilər Nazirliyi yanında Bakı şəhəri X3 inzibati məhkəmə icraatına cavabdeh kimi cəlb olunmuşdur. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, vergi orqanı iddiaçı şirkətin gəlirdən çıxılan xərclərinin bir hissəsini qəbul edib o biri hissəsini nəzərə almaya bilməzdi. Xərclərin bir hissəsinin təsdiqedici sənədlərinin olmadığı təqdirdə bütün xərclərə dair sənədlər təqdim edilməmiş sayılmalı idi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydaları”na əsasən bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmış və vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması qaydalarını müəyyən edir. Lakin vergi orqanı göstərilənləri nəzərə almayaraq iddiaçıya əsassız vergi borcu hesablamışdır. Kollegiya birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə görə kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin tələblərinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Vergi Məcəlləsinin 67.1-ci maddəsinə görə bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: (67.1.1) vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri, (67.1.2) vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar, (67.1.3) vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar, (67.1.4) vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar, (67.1.5) vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar, (67.1.6) vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar, (67.1.7) vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar, (67.1.8) vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri, (67.1.9) vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. VM-nin 83.9-cu maddəsinə görə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydaları”na əsasən bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmış və vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması qaydalarını müəyyən edir. Kollegiya qeyd edir ki, vergi qanunvericiliyinin sadalanan müddəları vergitutma obyektinin müəyyən edilməsi qaydalarını müəyyən etmiş və vergilərin hesablanması ilə bağlı hər hansı ardıcıllıq təyin etməmişdir. Qanunvericilik vergilərin hansı qaydalar əsasında hesablanmasını, bu metodlardan hansının ilkin və sonra müəyyən edərək tətbiq edilməsini bilavasitə vergi orqanının mülahizəsinə buraxmışdır. Bu əsasdan kollegiya hesab edir ki, vergi orqanı tərəfindən birbaşa Nazirlər Kabinetinin 55 nömrəli Qərarına əsaslanaraq həyata keçirilən hesablama vergi qanunvericiliyinin tələblərinə zidd hesab edilə bilməz. Digər tərəfdən xərclərin bir hissəsinin təsdiqedici sənədlərinin olmadığı təqdirdə bütün xərclərə dair sənədlərin təqdim edilməmiş sayılmalı olması, lakin vergi orqanının bunu nəzərə almayaraq mənfəət vergisinin bir hissədə vergi ödəyicisinin bəyannaməsi, digər hissədə şərti rentabellik norması əsasında hesablanmasının qanuni olmaması barədə məhkəmənin mövqeyi ilə də kollegiya razılaşmır. Əvvəla, qanunvericilik, vergi orqanı qarşısında mənfəət vergisinin hesablanmasında xərclərə dair sənədlərin ya bütövlükdə təqdim olunduğu və yaxud bütövlükdə təqdim olunmadığı halda vergilərin bir əsasla hesablanmalı olmasına dair mütləq seçim nəzərdə tutmamışdır. Belə ki, iddiaçının özünün təqdim etdiyi bəyannamə üzrə xərclərin bir hissəsinin qəbul edilməsi və nəticə olaraq mənfəəti vergi ödəyicisinin özünün bəyan etdiyi 83,08 manat məbləğində hesablaması vergi ödəyicisinin hər hansı hüququnu pozmamış, əksinə, onun vergi qanunvericiliyindən irəli gələn mənafeyinə uyğun olmuş, cavabdeh orqanın isə bilavasitə mümkün ola biləcək sui-istifadəsindən çəkindirmişdir. İddiaçının təqdim etdiyi bəyannamə üzrə xərclərin bir hissəsinin isə öz təsdiqini tapmadığı hissədə isə vergi orqanı Qərarın 6.1.1-ci maddəsinə əsasən şərti rentabellik norması əsasında mənfəəti aşağıdakı qaydada müəyyən etmişdir: G1 M1 =------------- xR; 100 + R 122 400.00 M1 =----------------- x 20 = 20400.00 100 + 20 Azərbaycan Respublikası Vergi Məcəlləsinin 105.1-ci maddəsinə əsasən müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulması müəyyən edildiyindən, Qaydaların tələbinə əsasən müəyyən edilən mənfəətdən kameral qərarla 3996,92 manat, ümumilikdə isə vergi ödəyicisinin özünün bəyan etdiyi 83,08 manat nəzərə alınmaqla 4080.00 manat mənfəət vergisi hesablanmışdır. Kollegiya bu hissədə vergi orqanının hesablamasında hər hansı hüquq pozuntusu müəyəyn etməmişdir. Birinci instansiya məhkəməsi iddiaçıya hesablanmalı olan vergi məbləğini müəyyən etmək üçün iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş və ekspert qarşısında aşağıdakı sual qoymuşdur: - İddiaçı MMC-nin müvafiq dövr üzrə 122.400 manat gəlirinə (mənfəətinə) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2001-ci il tarixli 55 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vergi ödəyicisinin mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydaları»na uyğun olaraq nə qədər mənfəət vergisi müəyyən olunur? AR Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin məhkəməyə təqdim olunmuş xx xxxxxx 2019-cu il tarixli 9167 nömrəli ekspert rəyində aşağıdakılar bildirilmişdir: - Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, vergiorqanı tərəfindən müəssisəyə hesablanmış vergilə əlaqəli məlumatlara, analoji fəaliyyətlə məşqul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarına və s. amillərə istinadolunmadan Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2001-ci il tarixli 55 nömrəli Qərarına əsasən hesablanmışdır. Həmçinin qeyd edilir ki, iş materiallarında analoji müəssisənin mövcud olub-olmaması, əlaqəli məlumatların müəyyən olunub-olunmaması ilə bağlı sənədlər və ya məlumatlar öz əksini tapmamışdır. Yeni vergilər Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2001-ci il tarixli 55 nömrəli Qərarına əsasən hesablanmamışdan əvvəl əlaqəli məlumatlara, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarına və s. amillərə istinad olunmalı idi. Yuxarıda göstərilənlərdən göründüyü kimi, vergilərin hesablanması ilə bağlı qanunvericiliyin tələbləri tam şəkildə nəzərə alınmamışdır. Bundan başqa qeyd edilir ki, iş materiallarında olan vergi orqanı tərəfindən təqdim edilmiş məlumatlarda müəssisənin bir qism xərc sənədlərinin öz təsdiqini tapması qeyd edilsə də həmin xərc sənədləri iş materiallarında mövcud deyil. Azərbaycan Respublikası İPM-nin 2.1 və Mülki Prosessual Məcəlləsinin 63.1-ci maddələrinə əsasən xüsusi biliyə malik olan, bu Məcəllədə nəzərdə tutulmuş hallarda rəy verməsi zəruri hesab edilən və məhkəmə tərəfindən təyin edilən şəxs məhkəmədə ekspert qismində çıxış edə bilər. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən məhkəmə ekspertizası fəaliyyətinin əsas vəzifəsi elm, texnika, incəsənət, sənətkarlıq və başqa sahələr üzrə xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarətdir. Həmin Qanunun 13-cü maddəsinin 3-cü cümləsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin əsas vəzifəsidir. Qeyd olunan maddələrin də mahiyyətindən göründüyü kimi ekspert rəyi ekspertin elm, texnika, incəsənət və ya peşə sahəsində xüsusi biliklərinə əsaslanan, ekspertiza təyin edən orqanın onun qarşısında qoyduğu suallara, habelə iş materiallarının tədqiqi zamanı ortaya çıxan və yalnız onun səlahiyyətlərinə aid digər halların araşdırılmasına dair gəldiyi nəticəsidir. Ekspert heç bir halda hüquqi məsələlər üzrə təyin oluna və digər formada cəlb edilə bilməz. Hazırki iş üzrə məhkəmə ekspert qarşısında verginin hesablanaraq müəyyən edilməsi kimi sual qoysa da ekspert verilmiş suala cavab olaraq vergi qanunverilciyinə aid maddi hüquq normalarının düzgün tətbiq olunub-olunmamasına dair mövqe sərgiləmişdir. Halbuki, maddi və prosessual hüquq normalarının tətbiqinin qanunauyğunluğuna və əsaslılığına hüquqi qiymət vermək ekspertin deyil, inzibati orqanın fəaliyyətinə nəzarəti inzibati məhkəmə icraatı qaydasında həyata keçirən inzibati məhkəmənin səlahiyyətinə aiddir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisəni həll edərkən mötəbər sübut kimi ekspert rəyinə istinad etməsi əsassız olmuşdur. AR Vergi Məcəlləsinin 16.1 və 24.0.1-ci maddələrinə əsasən vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri ödəmək, vergi orqanının üzərinə isə vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək vəzifələri qoyulmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Kollegiya qeyd edilənlərə əsasən hesab edir ki, cavabdeh orqan qəbul etdiyi inzibati aktın qəbul edilməsini zəruri edən şərtləri sübuta yetirə bilmişdir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx xxxxxx 2018-ci il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apelyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-109/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «qərarların ləğv edilməsi və borcun silinməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Ülvi Mayılov Hakim: Valeh Ağayev
Məhkəmə qərarları › İş №2-1(103)-1032/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1032/2020
21.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver