Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1032/2022 02.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tağızadə Mirzə Nəsib oğlunun sədrliyi və məruzəsi ilə, Cəmilova Xəyalə Adil qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, X8 qızının katibliyi ilə İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi bələdiyyəsinə qarşı üçüncü şəxslər X4 və digərləri) 972/1 nömrəli, 30 dekabr 2005-ci il tarixli qərarının etibarsız hesab edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4777/2021 saylı, 18 noyabr 2021-ci il tarixli qərarından üçüncü şəxs X1 apelyasiya şikayətinə əsasən Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclasında baxaraq q ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi bələdiyyəsinə qarşı cavabdehin X2 verilmiş 972/1 nömrəli, 30 dekabr 2005-ci il tarixli qərarının etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4777/2021 saylı, 18 noyabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi bələdiyyəsinin X2 verilmiş 972/1 nömrəli, 30 dekabr 2005-ci il tarixli qərarı etibarsız hesab edilmişdir. Üçüncü şəxs X4 həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsi tərəfindən 28.01.2022-ci il tarixli sorğu ilə müraciət edilərək, X3 məhkəməyə daxil olmuş “məhkəmə qərarının ləğv edilməsi və C.Bayramovun üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi” barədə ərizəsinə baxılması üçün inzibati işin məhkəməyə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, X5 tərəfindən verilmiş ərizəyə baxılması üçün inzibati iş apelyasiya baxışından çıxarılaraq həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (İPM) 28.1-ci maddəsinə iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. İPM-in 1.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 384.0.6-cı maddəsinə görə, apelyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apelyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Göründüyü kimi, məhkəmə X5 tərəfindən verilmiş ərizəyə baxmadan işi apelyasiya instansiyası məhkəməsinə göndərmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, X5 tərəfindən verilmiş ərizəyə baxılması və qiymət verilməsi üçün inzibati iş Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2, 28.1 və MPM-in 384.0.6-cə maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: X3 “məhkəmə qərarının ləğv edilməsi və C.Bayramovun üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi” barədə ərizəsinə baxılması üçün inzibati iş apelyasiya baxışından çıxarılsın və Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1032/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1032/2022
02.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver