Məhkəmə qərarları › İş №2-1(103)-1032/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1032/2024

25.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1032/2024 25.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçı, və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs: Xətai Rayon İcra Hakimiyyəti) qarşı “çıxarışda müvafiq düzəlişlərin edilməsi və sair” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2474/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixdə ona verdiyi RX seriyalı ******* nömrəli çıxarışda onun ünvan 1 ünvanında yerləşən xüsusi fərdi yaşayış evinin daşınmaz əmlakın ümumi sahəsi qrafasında aidiyyəti düzəlişi ediməsi, yəni 312,9 rəqəminin 618 (Xətai RİH-nin başçısı və 12 çinli məmurunun və Azərbaycan dövlətinin adından qərar verən məhkəmə hakimlərinin öz daxili inamı əsasında imzaları ilə təsdiq etdikləri 618) rəqəmi ilə əvəz olunması, habelə Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli RX seriyalı ******* nömrəli çıxarışında qeyd edilən 0.025 ha torpaq sahəsinin plan-ölçüsünün və yerləşmə koordinatlarının kağız üzərində qeyd olunan surətinin ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, şəxsi ev tikintisi üçün Xətai RİH-nin xx.xx.2000-ci il tarixli 291 nömrəli sərəncamı ilə ona Xətai rayonu, Babək prospekti, 2210- cu məhəllədə 250 kv.metr torpaq sahəsi ayrılmışdır. O, 2003-cü ildə evi tikib başa çatdırmış, xx.xx.2005-ci il tarixdə qeydiyyat vəsiqəsi (FM seriyalı, 035032 nömrəli) almışdır. Vəsiqədə evin yaşayış sahəsi 180 kv.metr, ünvan Turşu küçəsi 23/25 kimi göstərilmişdir. Bakı şəhəri, Xətai rayonu, “Qara Şəhər” ərazisində onun 2 ədəd evi var idi. Həmin evlər Xətai rayonu, Babək prospekti, Y.Əliyev küçəsi, Nobel prospekti və X.Rüstəmov küçələrinin əhatə etdiyi məhəllələrdə yerləşdiyi üçün Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli 1967 saylı sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı”nın (bundan sonra sözügedən plan) təsir dairəsinə düşmüşdür. Sözügedən ərazidən əhalinin köçürülməsi, mülklərin sökülməsi və kompensasiyanın ödənilməsi Bakı ŞİH-nin xx.xx.2007-ci il tarixli 262 saylı sərancamı ilə ADEC AİŞ-nə həvalə edilmişdir. 2007-ci ilin sonunda ADEC AİŞ AR Dövlət Əmlakının İdarə X4 Komitəsi ilə birlikdə ərazidə yerləşən mülklərin və torpaqların inventarizasiyasını aparıb, başa çatdırmışdır (Xətai RİH-nin başçısı X3 Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2007-ci il tarixli 114 saylı məktubundan). 2008-ci ilin yanvar-aprel aylarında ADEC AİŞ sözügedən ərazidə yerləşən mülkləri, o cümlədən ona məxsus 2 evini də müqavilə əsasında sökmüşdür. Evləri söküb, altındakı çirkli torpağı təmizləyib, mülklərini bərpa edəcəyi barədə onunla müqavilə bağlanmışdır. 2013-cü ilin mart ayının 12-də ADEC AİŞ onun hər iki evini əvvəlkindən də yaxşı vəziyyətdə bərpa etdirib, ona qaytarmışdır. ADEC AİŞ onun evini bərpa etdirdikdən sonra evdə sadə təmir işləri belə aparılmamışdır. 2013-cü ilin yayında Xətai RİH-nin əməkdaşlarından təşkil edilmiş 70-80 nəfərdən ibarət dəstə orada yaşayan vətədaşların “Ağ Şəhər” lahiyəsi çərçivəsində bərpa edilmiş mülklərinə, o cümlədən onun evlərinə basqılar etməyə başladı. Xətai RİH evlərin 2007-ci ildə Maliyyə Nazirliyi tərəfindən qiymətləndirildiyini, o cümlədən onun Turşu küçəsi 23/25 ünvanında yerləşən xüsusi evinə 200100 manat (256 565 ABŞ dolları) qiymət qoyulduğunu bildirmişdir. O, 10 illik bank faizlərinin bu pula əlavə edilməsini tələb etmiş, lakin Xətai RİH buna razı olmamışdır. Ona bildirilmişdir ki, sözügedən ev xüsusi mülk olsa da, altındakı torpaq dövlətindir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2- 1(82)-126/2018 saylı, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1440/2018 saylı, AR Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(102)-2360/2018 saylı qərarlarına əsasən xx.xx.2019-cu il tarixdə mülkiyyəti təsdiq edən RX seriyalı, ******* nömrəli çıxarışı natamam şəkildə, yəni evin yaşayış sahəsi 2 dəfə az göstərilməklə, habelə torpağın plan-ölçüsü və koordinatları qeyd edilmədən əldə etmişdir. Həmçinin evin ünvanı da dəyişmiş, Turşu küçəsi 23V ünvanı verilmişdir. Xətai RİH tərəfindən tərtib edilmiş “Razılaşma aktı”-nda onun evinin yaşayış sahəsinin ölçüsü 618 kv.metr göstərilmişdir. Bu rəqəm Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci tarixli 2-1(112)- 4079/2021 saylı, xx.xx.2021-ci il tarixli MXMT (112)-46/2021 saylı, xx.xx.2022-ci il tarixli 2-1(112)- 4150/2022 saylı, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(103)-257/2022 saylı, xx.xx.2021-ci il tarixli MXMT(103)-59/2021 saylı, AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli MXMT(102)- 50/2021 saylı qərarlarında öz əksini tapmışdır. Bu səbəbdən o, çıxarışda müvafiq düzəlişin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin imtina aldığı üçün məhkəməyə müraciət etməli olmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2474/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iddia tələbinin məzmunundan görünür ki, tələb iki hissədən ibarətdir:

1. xx.xx.2019-cu il tarixli RX seriyalı ******* nömrəli çıxarışa düzəliş olunaraq, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin sahəsinin 312,9 kv.metrdən 618 kv.metrə düzəliş edilməsi;

2. xx.xx.2019-cu il tarixli RX seriyalı ******* nömrəli çıxarışda qeyd edilən 0.025 ha torpaq sahəsinin plan-ölçüsünün və yerləşmə koordinatlarının verilməsi. Məhkəmə kollegiyası iddiaçının tələbinin birinci hissəsinə münasibətdə qeyd edir ki, işdə olan xx.xx.2019-cu il qeydiyyat tarixli RX seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi sahəsi 312,9 kv. metr olan, həmin evin yerləşdiyi torpaq sahəsinin ölçüsü 0,025 ha təşkil edir. İş materiallarında olan 23V saylı fərdi yaşayış evi ilə bağlı xx.xx.2019-cu il tarixdə tərtib edilmiş texniki pasportdan görünür ki, fərdi yaşayış evi “A” və “B” tikililərindən ibarətdir, “A” tikilisi 2 mərtəbədən ibarət olmaqla, ümumi sahəsi 212,8 kv.metr, “B” tikilisi 1 mərtəbədən ibarət olmaqla ümumi sahəsi 100.1 kv.metrdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı həmin fərdi yaşayış evinin həqiqi sahəsinin 312,9 kv.m deyil, 618 kv.metr olmasını bildirsə də, bununla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda iş materiallarından müəyyən edilir ki, həmin fərdi yaşayış evi artıq sökülmüşdür. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktından görünür ki, fərdi yaşayış evi faktiki ölçü işləri aparılan ərazidə mövcud deyil, iddiaçının şifahi məlumatına əsasən sökülmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-1646/2022 nömrəli Qərarından görünür ki, işin halları kimi müəyyən olunmuşdur ki, “ərazidə aparılan yenidənqurma və abadlıq işləri ilə əlaqədar Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən bir sıra yaşayış və qeyri-yaşayış sahəsinin sökülməsinə zərurət yaranmışdır. Bu və yaxın ərazidə aparılmış sorğulara əsasən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Fərmanına əsasən sökülən tikilinin yaşayış sahəsinin 1 kv.m-üçün 20 % əlavə hesablanmaqla birlikdə tikilinin yaşayış sahəsinin 1 kv.m-nin alğı-satqı orta bazar qiyməti 1000 (bir min) manat, həyət tikilisi sahəsinin 1 kv.m-nin alğı-satqı orta bazar qiyməti 300 (üç yüz) manat, qazanxana sahəsinin 1 kv.m-nin alğı-satqı orta bazar qiyməti 200 (iki yüz) manat, mansard sahəsinin 1 kv.m-nin alğı-satqı orta bazar qiyməti 500 (beş yüz) manat, talvar sahəsinin 1 kv.m-nin alğı-satqı orta bazar qiyməti 100 (bir yüz) manat, torpaq sahəsinin 1 sotunun alğı-satqı orta bazar qiyməti 15000 (on beş min) manat müəyyənləşdirilərək, İddiaçı ünvan 1 ünvanında yerləşən və İddiaçı mülkiyyətində olan 618.0 kv.m tikilisi və 2.5 sot torpaq sahəsi üçün cəmi alacağı təzminat məbləği - 278530 manat təklif edilmişdir. Həmin pul vəsaiti cavabdeh tərəfindən "xxxx" ASC-nin Xətai Filialında olan bank hesabına köçürülmüşdür. Ödəniş tapşırığında ödənişin təyinatı – “Ağ şəhər” layihəsi çərçivəsində əhalinin köçürülməsi göstərilmişdir. xx.xx.2021-ci il tarixli kassa məxaric orderinə əsasən İddiaçı 278 530, 00 azn məbləğində vəsaiti təhvil almışdır.” Həmçinin iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-896/2023 saylı qərardadında göstərilmişdir ki, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 171 №li cavab məktubda qeyd edilir: Bakı Ağ Şəhər layihəsi ilə əlaqədar BŞİH Başçısının 225 saylı, xx.xx.2013-cü il tarixli sərəncamı ilə Bakı şəhərində sosial infrastrukturunun daha da inkişaf etdirilməsi, Milli parkın genişləndirilməsi, müasir tələblər səviyyəsində yenidən qurulması, ekoloji vəziyyətin sağlamlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin davam etdirilməsi ilə əlaqədar paytaxtda aparılan abadlıq və yenidənqurma işlərinin tərkib hissəsi olaraq Xətai rayonunda da yolların, kommunikasiya xəttlərinin və digər infrastrukturun yaxşılaşdırılması üçün Bakı şəhəri, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Y.Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Babək prospektini birləşdirən yolun yaxınlığında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi zərurəti yaranmışdır. Göstərilən Sərəncamın icrası ilə əlaqədar olaraq köçürülməyə məruz qalan yaşayış və qeyri-yaşayış sahələrinə görə daşınmaz əmlak sahiblərinə müəyyən edilmiş qaydada kompensasiya ödənilməklə köçürülmə işlərinin həyata keçirilməsi üçün Xətai Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 157 saylı Sərəncamı ilə təsdiq olunmuş komissiya yaradılmışdır. Sözügedən Sərəncamın icrasının təmin edilməsi istiqamətində xx.xx.2017-ci il tarixində 52/1 saylı məktubla Rayon İcra Hakimiyyəti tərəfindən "xxxx" Qiymətləndirilmə (Əmlak Qiymətləndirilməsi) Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət olunmuşdur. "xxxx" qiymətləndirmə MMC-nin 53/M saylı, 24 fevral 2017-ci il tarixli cavabında qeyd olunmuşdur ki, Xətai rayon Turşu küçəsi üzrə yaşayış evlərinin və həyət tikililəri üçün Azərbaycan Respublikasının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun (20 aprel 2010) müvafiq bəndlərini (maddə 32; maddə 56; maddə 58; maddə 59; maddə 66) nəzərə alınmaqla hesablanmış bazar qiymətinə Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 saylı Fərmanın 2.3-cü bəndinə əsasən 20% əlavə haqq ödənilmək şərti ilə orta qiymətlər aşağıdakı kimi müəyyən olunmuşdur - yaşayış evlərinin yaşayış sahəsinin 1 kv.m üçün 1000 manat, yaşayış evlərinin köməkçi sahəsinin 1 kv.m üçün 750,0 manat, həyətdə əlavə tikililərin 1 kv.m üçün 50,0-350 manat. Vət.İddiaçı yuxarıda qeyd edilən şərtlər əsasında komissiyaya dəvət olunmuş və onun fərdi yaşayış evi 278.530 (iki yüz yetmiş səkkiz min beş yüz otuz) manat dəyərində qiymətləndirilərək pul vəsaiti X5 filialına köçürülmüş və İddiaçı həmin vəsaiti müvafiq sənədlərə imza ataraq qəbul etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Razılaşma aktından görünür ki, Xətai Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli 189 saylı sərəncamı ilə təsdiq edilmiş komissiya ünvan 1 ünvanında yerləşən və İddiaçı mülkiyyətində olan 618,0 kv. metr tikilisi və 2,5 sot torpaq sahəsi üçün cəmi alacağı təzminatı 278.530 (iki yüz yetmiş səkkiz min beş yüz otuz) manat olaraq müəyyənləşdirmişdir. Yuxarıda qeyd edilənlərə əsasən müəyyən edilir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi köçürülmə həyata keçirilən əraziyə düşmüş, bununla əlaqədar həmin torpaq sahəsi və üzərində yerləşən əmlak qiymətləndirilmiş, əmlakın dəyəri müəyyən edilməklə iddiaçının bank hesabına köçürülmüş, fərdi yaşayış sahəsi isə sökülmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının çıxarış verilməsini xahiş etdiyi əmlak artıq mövcud olmadığından onun faktiki sahəsinin müəyyənləşdirilməsi, o cümlədən sahəsinə dəyişiklik edilməklə yeni çıxarış verilməsi, həmçinin alınan torpaq sahəsinə dair plan və ölçünün verilməsi mümkünsüzdür. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2474/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar