Məhkəmə qərarları › İş №2-1(103)-1032/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1032/2025

23.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1032/2025 23.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdeh Bakı Şəhəri Cavabdehnə qarşı “mənzilə dair kirayə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8398/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı cavabdeh Bakı Şəhəri Cavabdehnə (bundan sonra mətndə Yasamal RİH) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, X14 küçəsində yerləşən 89 nömrəli mənzilin ailəsi birlikdə yaşamaq üçün ona kirayə verilməsi barədə müvafiq sərəncamın qəbul olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, mərhum əri X9 və qaynanası X4 xx.xx.1981-ci il tarixdən Məşədi Əzizbəyov küçəsindəki (indiki X14 küçəsi) 89 №-li evdə məzil uçotunda olmuşdur. Daha sonra müraciət edərək, Yasamal rayonu, Məşədi Əzizbəyov küçəsindəki (indiki X14 küçəsi) 89 №-li evin yaşayış sahəsi 30.5 kv. mert olan iki otaqlı mənzilin oğlu X5 adına sənədləşdirilməsini xahiş etmişdir. Onun xahişi həmin vaxt Yasamal RİH tərəfindən təmin edilmiş və Məşədi Əzizbəyov küçəsindəki 89 №-li evin yaşayış sahəsi 30.5 kv. mert olan iki otaqlı mənzili müvəqqəti yaşamaq üçün 4 nəfər ailə tərkibi ilə (özü, arvadı və iki uşağı) X6 verilməsinə, özünün və ailə üzvlərinin pasport qeydiyyatına götürülməsinə, R.D.Həsənovun mənzil uçotunun saxlanılmasına dair xx.xx.1993-cü il tarixli 111/16 nömrəli sərəncam qəbul edilmişdir. Həmin tarixdən o, ailə üzvlərilə birgə hal-hazıradək həmin mənzildə fasiləsiz olaraq yaşayış yeri üzrə qeydiyyatda olmaqla yaşamış, mənzildən yalnız onun ailəsi istifadə etmiş, mənzilin qorunub saxlanılması üçün zəruri olan təmir işlərini görmüş, bütün kommunal xərcləri ödənilmişdir. X18 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Cavabdeh 5-21/2-H-56091/2024 saylı, 13 mart 2024-cü il tarixli məktubla müraciəti təmin etməkdən imtina edərək bunu onunla əsaslandırmışdır ki, “X14 küçəsindəki 89 №-li ev müvəqqəti yaşamaq üçün mərhum əri X6 verildiyindən xahişinin yerinə yetirilməsi mümkün deyildir. Məşədi Əzizbəyov küçəsindəki 89 №-li evin yaşayış sahəsi 30.5 kv. mert olan iki otaqlı mənzili xx.xx.1981-ci il tarixdən mərhum qaynanası X3, xx.xx.1993-cü il tarixdən isə mərhum əri X6 ailəsi ilə birgə mənzillə təmin olunanadək müvəqqəti sığınacaq kimi verilmiş, lakin uzun müddət keçməsinə baxmayaraq ailəsi başqa mənzillə təmin olunmamışdır. Ona görə də, yaşadığı mənzilin ona kirayəyə verilməsi barədə müvafiq sərəncamın verilməsini cavabdehdən xahiş etsə də, lakin əsassız olaraq müraciətinə imtina verilmişdir. O, və ailəsi 1993-cü ildən hal-hazıradək fasiləsiz və etirazsız olaraq həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatda olmaqla yaşayır. Sonradan İddiaçı nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixdə məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Bakı şəhəri Yasamal RİH-nin “X6 müvəqqəti sığınacaq verilməsi haqqında” 111/16 №-li, xx.xx.1993-cü il tarixli sərəncamı ilə iddiaçının mərhum əri X1 qismində ayrılmış Bakı şəhəri, Yasamal rayonu, X14 küçəsində yerləşən 89 №-li evin yaşayış sahəsi 30,5 kv. metr olan 2 (iki) otaqlı (–) mənzilinə dair iddiaçı xx.xx.1961-ci il təvəllüdlü İddiaçı adına daimi kirayə müqaviləsinin bağlanması üçün sərəncam qəbul edilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Yasamal RİH-yə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8398/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilərək, Bakı Şəhəri Cavabdeh “X6 müvəqqəti sığınacaq verilməsi haqqında” 111/16 №-li, xx.xx.1993-cü il tarixli sərəncamı ilə iddiaçının mərhum əri X1 qismində ayrılmış Bakı şəhəri, Yasamal rayonu, X14 küçəsində yerləşən 89 №-li evin yaşayış sahəsi 30,5 kv. metr olan 2 (iki) otaqlı (–) mənzilinə dair iddiaçı xx.xx.1961-ci il təvəllüdlü İddiaçı adına daimi kirayə müqaviləsinin bağlanması üçün sərəncam qəbul edilməsi vəzifəsi cavabdeh Bakı Şəhəri Cavabdeh üzərinə qoyulmuşdur. Qərardan narazı qalan cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları : Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Cavabdeh Başçısının “X1 verilməsi haqqında” xx.xx.1993-cü il tarixli, 111/16 nömrəli sərəncamı ilə iddiaçının mərhum əri X2 Bakı şəhəri, Yasamal rayonu, X14 küçəsində yerləşən 89 saylı evin yaşayış sahəsi 30,5 kv.m olan 2 (iki)( otaqlı (-) mənzili sığınacaq kimi müvəqqəti yaşaması üçün verilmişdir. Qeyd olunan mənzillə bağlı daimi kirayə müqaviləsinin bağlanması öhdəliyinin Cavabdeh üzərinə qoyulması xüsusi təyinatlı yaşayış sahəsi olan Bakı şəhəri, Yasamal rayonu, X14 küçəsində yerləşən 89 saylı evi gələcəkdə özgəninkiləşdirilməsinə səbəb olacaqdır. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında apelyasiya şikayətinin əsassız olduğunu, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Apelyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının mərhum əri X9 və qaynanası X4 xx.xx.1981-ci il tarixdən Məşədi Əzizbəyov küçəsindəki (indiki X14 küçəsi) 89 №-li evdə məzil uçotunda olmuşdur. Daha sonra müraciət edərək, Yasamal rayonu, Məşədi Əzizbəyov küçəsindəki (indiki X14 küçəsi) 89 №-li evin yaşayış sahəsi 30.5 kv. mert olan iki otaqlı mənzilin oğlu X5 adına sənədləşdirilməsini xahiş etmişdir. Onun xahişi həmin vaxt Yasamal RİH tərəfindən təmin edilmiş və Məşədi Əzizbəyov küçəsindəki 89 №-li evin yaşayış sahəsi 30.5 kv. mert olan iki otaqlı mənzili müvəqqəti yaşamaq üçün 4 nəfər ailə tərkibi ilə (özü, arvadı və iki uşağı) X6 verilməsinə, özünün və ailə üzvlərinin pasport qeydiyyatına götürülməsinə, R.D.Həsənovun mənzil uçotunun saxlanılmasına dair xx.xx.1993-cü il tarixli 111/16 nömrəli sərəncam qəbul edilmişdir. İddiaçının əri vəfat etdikdən sonra iddiaçı Bakı şəhəri, Yasamal rayonu, X14 küçəsində yerləşən 89 №-li evin yaşayış sahəsi 30,5 kv. metr olan 2 (iki) otaqlı (–) mənzilinə dair onun adına kirayə müqaviləsinin bağlanılmasına dair tələblə cavabdehə müraciət etmiş, lakin iddiaçının tələbindən imtina edilərək bildirilmişdir ki, sözügedən ev müvafiq Sərəncamla müvəqqəti yaşamaq üçün onun mərhum əri olan X6 verildiyindən, müraciətin təmin edilməsi mümkün deyil. Daha sonra iddiaçı hazırki tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə yekunlaşmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Belə ki, 8 iyul 1982-ci il tarixli Mənzil Məcəlləsinin: 10-cu və 28-ci maddələrinə əsasən - Azərbaycan vətəndaşları dövlətin və ya ictimai qurumların mülkiyyətində olan mənzillərdən kirayə müqaviləsinin şərtlərinə uyğun olaraq istifadə etmək hüququna malikdirlər. Mənzillərdən istifadə hüququ müddətsiz olaraq verilir. 52-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. 85-ci maddəsinə əsasən icarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-büluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. İcarədarın və onun ailə üzvlərinin çıxarıla bilmədiyi hallardan başqa, bu maddənin birinci hissəsində müəyyən olunmuş qaydalar həmin Məcəllənin 95-ci maddəsində nəzərdə tutulmuş qaydada evlərindən çıxarmaya yol verilən mühüm xalq təsərrüfatı sahələrinin müəssisə, idarə və təşkilatların evlərində yaşayış sahəsinin icarəsinə tətbiq edilmir. Ailə üzvünün icarədar hesab edilməsi ilə əlaqədar yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur. 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. xx.xx.2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən yaşayış sahələri mənzil hüququnun obyektidir. 12.2-ci maddəsinə əsasən yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. 50.1 və 50.1.4-cü maddələrinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). 56.3-cü maddəsinə görə yaşayış sahələrinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara sosial kirayə müqaviləsi ilə yaşayış sahələri müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq bələdiyyə orqanının qərarına əsasən verilir. Sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsinə dair qərar onun qəbul edildiyi gündən üç iş günündən gec olmayaraq barələrində belə qərar qəbul edilmiş vətəndaşlara verilir və ya göndərilir. 56.4-cü maddəsinə əsasən bu Məcəllənin tələblərinə uyğun olaraq sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsinə dair qərar bu qərarda göstərilən müddətdə müvafiq sosial kirayə müqaviləsinin bağlanması üçün əsasdır. 59.1-ci maddəsinə görə, yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf–dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. 59.2-ci maddəsinə görə yaşayış sahəsinin sosial kirayə müqaviləsi müddətsiz (onun qüvvədə olma müddəti müəyyənləşdirilmədən) bağlanılır. 61.1-ci maddəsinə əsasən yaşayış sahəsi (yaşayış evi, yaşayış evinin hissəsi, mənzil, mənzilin hissəsi) - yaşayış sahəsinin sosial kirayə müqaviləsinin predmetidir. 62.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. 62.2-ci maddəyə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 81-ci maddəyə əsasən bir mənzildə yaşayan və mənzildəki yaşayış sahələrindən ayrı-ayrı sosial kirayə müqavilələri əsasında istifadə edərək, bir ailədə birləşmiş vətəndaşların yaşadıqları bütün yaşayış sahələrinin sosial kirayə müqaviləsini onlardan biri ilə bağlamağı tələb etmək ixtiyarı vardır. Kirayəçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvü digər ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə əvvəl bağlanmış sosial kirayə müqaviləsi üzrə ilkin kirayəçi əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarı vardır. Bu hüquq kirayəçinin vəfat etdiyi halda onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinə məxusdur. Göründüyü kimi, həm 1 oktyabr 2009-cu il tarixədək, həm də qeyd olunan tarixdən sonrakı dövrdə (hazırda da) qüvvədə olan mənzil qanunvericiliyinin müddəaları kirayəçinin olmadığı halda, onun birlikdə orada yaşamış şəxslərin ümumi razılığı əsasında birinin kirayəçi kimi tanınmasını tələb etmək hüququnu nəzərdə tutur. Kollegiya bildirir ki, Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla — mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Hal hazırda qüvvədə olan Mənzil Məcəlləsinin maddi hüquq normalarının tələblərinə görə, qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər, mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları, mənzil hüquq və vəzifələrini müəyyən edən məhkəmə qərarları, qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə, mənziltikinti kooperativində üzvlük, mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi mənzil hüquq və vəzifələrinin əmələ gəlməsinin əsasları kimi çıxış edirlər. İş materiallarından müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, X14 küçəsi, ev 89 dövlət mənzil fonduna aid olmaqla Yasamal rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Yasamal RİH başçısının 111/16 saylı, xx.xx.1993-cü il tarixli sərəncamına əsasən qeyd olunan yaşayış sahəsi İddiaçı Arif qızının əri X6 müvəqqəti sığınacaq olaraq verilmişdir. Yasamal RİH-nin Yasamal Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 61 saylı Mənzil Kommunal Təsərrüfatı İstismarı Sahəsinin xx.xx.2024-cü il tarixli, 023 Noli cavab məktubunda qeyd olunmuşdur ki, X14 küçəsi 89 saylı ünvan Cavabdeh balansında olmaqla 4 (dörd) mərtəbəli yaşayış binasından ibarətdir (on bir) yaşayış mənzili mövcuddur. Yasamal RİH başçısının 111/16 saylı xx.xx.1993-cü il tarixli sərəncamına əsasən bu ünvanda iddiaçı olan İddiaçı Arif qızının əri X5 adına yaşayış sahəsi 30.5 kv.metr olmaqla 2 (iki) otaqlı müvəqqəti sığınacaq verilmişdir. Mənzil sahibi olan X9 2013cü il tarixdə vəfat etmişdir. Hal-hazırda qeyd olunan mənzildə mərhumun arvadı və oğlu yaşayır.

1. Həsənova X12 tarixi -xx.xx.1994;

2. Həsənov X10 tarixi - xx.xx.1994 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, No **********68 saylı cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı adına Bakı şəhəri, Yasamal rayonu, X14 küçəsi, ev 89 ünvanında qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2024cü il tarixli, No 3-21-3-02/2-7175/2024 saylı cavab məktubunda qeyd olunmuşdur ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin ərazi idarələrində mövcud arxiv idarələrində mövcud arxiv materiallarına əsasən X11 adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Bakı şəhəri Yasamal Rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş “Ölüm haqqında şəhadətnamə”nin surətindən müəyyən olunur ki, X9 xx.xx.2013cü il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2013-cü ilin 07-ci ayının 25-ci günündə 913 No ilə qeyd edilmişdir. xx.xx.2024-cü il tarixdə “Asan 1” tərəfindən xx.xx.1984-cü il təvəllüdlü Nümayəndə verilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* No-li arayışından görünür ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı Bakı şəhəri, Yasamal rayonu, X14 küçəsi, ev 89 ünvanında pasport qeydiyyatındadır. Kollegiya iş materiallarını yuxarda qeyd olunan hüquq normaları ilə əlaqəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, X14 küçəsində yerləşən 89 No-li evin yaşayış sahəsi 30,5 kv. metr olan 2 (iki) otaqlı (–) mənzildə uzun müddət yaşadığından və təsərrüfat apardığından, mənzilin balans saxlayıcısı olan orqan Yasamal İcra Hakimiyyətindən onun həmin mənzilin icarədarı sayılmaqla kirayə müqaviləsinin bağlanmasını tələb etməkdə haqlıdır. Belə ki, mübahisəli mənzil 1993-cü il tarixdən fasiləsiz olaraq iddiaçının istifadəsində olmuş, o həmin mənzildə maneəsiz olaraq yaşamış, mənzilə dair xərclər onun tərəfindən ödənilmiş, yaşayış sahəsi bugünədək faktiki olaraq onun istifadəsində olmuş və iddiaçının hər hansı başqa yaşayış yeri müəyyən edilməmişdir. Belə olan halda isə cavabdehin iddiaçı ilə kirayə müqaviləsinin bağlanılmasından imtina etməsi əsassız olmuşdur. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı boş olan mənzildə faktiki olaraq yaşayan şəxsdir və onunla mənzil kirayə müqaviləsi bağlanmasa da, belə müqavilədən irəli gələn vəzifələr müəyyən həcmdə yerinə yetirmişdir. Həmçinin iddiaçının mübahisəli mənzildə 30 ildən artıq fasiləsiz olaraq yaşadığı və yaşamağa davam etməsi, həmin mənzilin başqa bir şəxsə verilməsini də mümkünsüz edir. Nəzərə alınmalıdır ki, məcburetmə haqqında iddia üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır, lakin hazırki işdə belə faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Bu səbəbdən də cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Apelyasiya şikayəti təmin edilməsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8398/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar