Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1034/2022 27.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Məmmədov Vidadi Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «əmək pensiyasının yenidən hesablanması və verilməmiş pensiya məbləğinin ödənilməsi» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7817/2021 saylı, 12.11.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona aid təminat xərcliyinə daxil olan və vəzifə maaşından hesablanan prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatının, prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinətinin, prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardımın, bir aylıq vəzifə maaşı həcmində ildə 3 dəfə ödənilən pul mükafatının, hərbi qulluqçulara ilin sonunda ödənilən 13-cü əmək haqqının 8 avqust 2008-ci il tarixdən qanunamüvafiq indeksləşdirmə aparmaqla iddiaçının əmək pensiyasının yenidən hesablanması, habelə 01 avqust 2020-ci il tarixdən etibarən isə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavənin hesablanması və toplanmış məbləğin birdəfəlik ödənilməsi öhdəliyinin DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsi üzrə Mərkəzi Filialının üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 8 avqust 2008-ci il tarixdən Azərbaycan Respublikası Hərbi Prokurorluğunun şöbə prokuroru vəzifəsindən pensiyaya çıxmış və hazırda yaşa görə hərbi qulluqçu kimi əmək pensiyası alır. Ona əmək pensiyası təyin edilərkən pensiya aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən və ərzaq payı əvəzinə verilən pul kompensasiyasından hesablanmaqla 28 il 7 ay 10 gün əmək stajına görə cəmi 990 manat təşkil etmişdir. Hazırda isə pensiyası 1.178 manatdır. Göründüyü kimi, 13 il ərzində onun əmək pensiyası cəmi 188 manat artmışdır ki, bunun da əhəmiyyətli hissəsi müvafiq ay və günlərin əmək stajına hesablanmasına dair qanunvericilikdə edilmiş dəyişiklik hesabına baş vermişdir. Əmək pensiyası hesablanarkən ona aid təminat xərcliyinə daxil olan və vəzifə maaşından hesablanan prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatı, prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinəti, prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardım, bir aylıq vəzifə maaşı həcmində ildə 3 dəfə ödənilən pul mükafatı və hərbi qulluqçulara ilin sonunda ödənilən 13cü əmək haqqı nəzərə alınmamışdır. Qeyd edilən ödənişləri o, prokurorluq orqanlarında xidməti zamanı almış və onlardan məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. Ona aid təminat xərcliyinə daxil olan və vəzifə maaşından hesablanan göstərilən ödənişlər nəzərə alınmaqla 8 avqust 2008-ci il tarixdən qanunamüvafıq indeksləşdirmə aparmaqla yenidən hesablanmasını, 1 avqust 2020-ci il tarixdən etibarən isə, bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavənin hesablanmasını və toplanmış məbləğin ona birdəfəlik ödənilməsinə dair 25 aprel 2021-ci il tarixli müraciətinə cavabdeh tərəfindən 27 may 2021ci il tarixli imtina cavabı verilmişdir. İmtina cavabı sonuncu xidmət etdiyi orqanın müvafiq qurumları tərəfindən əmək haqqında dair artımlar barədə məlumatların cavabdehə göndərilməsi və onun AR Nazirlər Kabinetinin 17 iyun 2020-ci il tarixli 253 nömrəli qərarı ilə əmək haqqına edilmiş artımı almaması ilə əsaslandırılmışdır. Prokurorluq orqanlarında xidmət etdyi son 5 ildə – 2003-2008-ci illər ərzində «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» AR Qanununun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulmuş və digər ödənişləri alması barədə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun 17 sentyabr 2008-ci il tarixli 1/172M nömrəli arayışı və AR Nazirlər Kabinetinin 17 iyul 2020ci il tarixli 253 nömrəli qərarının surəti cavabdehə təqdim olunmuş müraciətə əlavə edildiyindən, imtina əsaslı sayıla bilməz. «Əmək pensiyaları haqqında» AR Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürülldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. «Prokurorluq haqqında» AR Qanununun 38-ci maddəsinə əsasən, prokurorluq işçilərinin maddi və sosial müdafiəsi qanunvericiliklə hakimlər üçün nəzərdə tutulmuş, habelə «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» AR Qanununda müəyyən edilmiş qaydada həyata keçirilir. Hərbi prokurorluq orqanlarının hərbi qulluqçularına əlavə olaraq Azərbaycan Respublikası qanunları ilə hərbi qulluqçular üçün müəyyən edilmiş pensiya, tibbi və başqa növ maddi və sosial təminatlar da şamil edilir. «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» AR Qanununun 20.8-ci maddəsinə əsasən prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir. Həmin Qanunun 20.9-cu maddəsinə əsasən prokurorluq işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir. Həmin Qanunun 21.4-cü maddəsinə əsasən, prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən prokurorluq işçilərinin əmək haqqı vəzifə maaşından, rütbələrə, xidmət illərinə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən ibarətdir. Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən verilmiş 17 sentyabr 2008- ci il tarixli 1/172M nömrəli arayışdan görünür ki, prokurorluq orqanlarında xidmət keçdiyi son beş ildə – 2003-2008-ci illər ərzində «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» AR Qanununun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulmuş ödənişlər, habelə bir aylıq vəzifə maaşı həcmində ildə 3 dəfə ödənilən pul mükafatı və hərbi qulluqçulara ilin sonunda ödənilən 13-cü əmək haqqı ona ödənilmiş və onlardan məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. AR Nazirlər Kabinetinin 17 iyul 2020-ci il tarixli 253 nömrəli qərarına əsasən Azərbaycan Respublikası prokurorluq orqanlarında çalışan prokurorluq işçilərinə dövlət büdcəsinin vəsaiti hesabına 1 avqust 2020-ci il tarixdən etibarən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə müəyyən edilmişdir. «Əmək pensiyaları haqqında» AR Qanununun (1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyada) 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Həmin Qanunun (1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyada) 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. «Əmək pensiyaları haqqında» AR Qanununun 32.1-1- ci maddəsinin tətbiqinə dair Ali Məhkəmənin İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il qərardadına əsasən «Əmək pensiyaları haqqında» AR Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Ali Məhkəmənin həmin qərardad üzrə hüquqi mövqeyinə əsasən müdaxilənin mütənasibliyinin qiymətləndiriliməsi baxımından konkret vəziyyətdə şəxslərdən gözlənilən məsuliyyətli davranışın edilib-edilmədiyinə də diqqət yetirilməlidir. Bu baxımdan, şəxslərin hüquqlarının yarandığı uzun müddət ərzində və hətta yeni qanunun qüvvəyə mindiyi günədək olan keçid dövrü ərzində hüquqlarının reallaşdırılması üçün konkret müraciət etməmələri onların həmin pensiya vəsaitlərinə real ehtiyaclarının olmadığını təsdiq edən hal kimi qiymətləndirilə bilər. İddiaçının pensiya hüququnun təmini ilə bağlı cavabdehə 2015-ci ilin avqust ayından hazıradək cəmi doqquz müraciəti olmuş, həmin müraciətlərin beşi 01 iyul 2017-ci il tarixədək olmuşdur. Belə ki, o, ilk dəfə 3 avqust 2015-ci il tarixdə DSMF Bakı şəhəri Qaradağ rayon şöbəsinin əmək pensiyaları sektoru müdirinin qəbulunda olmuş və müvafiq sənədlərin surətlərini ona təqdim edərək ona 25 il qulluq etmiş prokurorluq işçisi kimi əmək pensiyası təyin edilməsini və daha əvvəl təyin edilmiş hərbi qulluqçu pensiyası arasındakı fərqin ödənilməsini xahiş etmişdir. Sektor müdiri həmin sənədləri ondan qəbul edərək müvafiq komissiyada müzakirə edəndən sonra cavab verəcəyini bildirdi və bu məqsəd üçün ondan mobil telefon nömrəsini almışdır. Həftə ərzində ona zəng edərək həmin məsələnin Komissiyada müzakirə və ona qeyd edilən əsasla pensiya təyin edilməsindən imtina olunduğunu bildirmişdir. Bundan başqa, Sumqayıt Şəhər Poçt Filialının 18 avqust 2015-ci il tarixli 117-88071 nömrəli qəbzindən görünür ki, onun (iddaçının) DSMF-yə ünvanlanmış müraciəti həmin tarixdə xəbərnaməli göndərilmişdir. Həmin müraciətə DSMF Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinin 4 sentyabr 2015-ci il tarixli 03/89102-1087 nömrəli cavabından görünür ki, ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması üçün hərbi xidmət keçdiyi inzibati orqandan müvafiq sənədlər alınıb təqdim edilməlidir. Həmçinin, Sumqayıt Şəhər Poçt Filialının 7 noyabr 2015-ci il tarixli ********* nömrəli qəbzindən görünür ki, onun Azərbaycan Respublikası Hərbi Prokurorluğuna ünvanlanmış müraciəti həmin tarixdə xəbərnaməli göndərilmişdir. Həmin müraciətə Hərbi Prokurorluğun 25 noyabr 2015-ci il tarixli hp/10-655 nömrəli cavabından görünür ki, ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması üçün tələb olunan sənədin təqdim olunmasından imtina edilmişdir. Bundan başqa, Sumqayıt Şəhər Poçt Filialının 14 aprel 2017-ci il tarixli ********* nömrəli qəbzindən görünür ki, onun Hərbi Prokurorluğa ünvanlanmış müraciəti həmin tarixdə xəbərnaməli göndərilmişdir. Həmin müraciətə Hərbi Prokurorluğun 26 aprel 2017-ci il tarixli hp/10-311 nömrəli cavabından görünür ki, ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması üçün tələb olunan sənədin təqdim olunmasından imtina edilmişdir. Həmçinin, Sumqayıt Şəhər Poçt Filialının 30 iyun 2017-ci il tarixli ********** nömrəli qəbzindən görünür ki, onun DSMF-yə ünvanlanmış pensiya hüququnun təmini ilə bağlı müraciəti həmin tarixdə xəbərnaməli göndərilmişdir. Həmin poçt filialının poçt göndərişinin verilməsi barədə xəbərnamədən görünür ki, 1 iyul 2017-ci il tarixdə poçtdan göndərilmiş məktub 6 iyul 2017-ci il tarixdə Bakı şəhərində qəbul edildikdən sonra xəbərnamə 12 iyul 2017-ci il tarixdə Sumqayıt Şəhər Poçt Filialına qayıtmışdır. Həmin müraciətə cavab verilməməsi səbəbi ilə 2019-cu ilin may ayının əvvəllərində DSMF Bakı şəhəri Qaradağ rayon şöbəsinə müraciət edərkən məlum olmuşdur ki, ona imtina cavabı kimi təqdim edilmiş 4 avqust 2017-ci il tarixli 10/418 nömrəli məktubda onun ünvanı nə qeydiyyatda olduğu, nə də ki, faktiki yaşadığı ünvan deyil, ona aidiyyəti olmayan ünvan göstərilmişdir. Beləliklə, məlum olmuşdur ki, müraciətə ya heç cavab verilməmiş, ya da ona cavab kimi təqdim edilmiş məktub orada göstərilmiş ünvana göndərilmiş olsa belə, onun cavabı almağı qeyri-mümkün olmuşdur. Daha sonra pensiya hüququnun təmini ilə bağlı 10 may 2019-cu il tarixli müraciətini qeydiyyatda olduğu yer üzrə DSMF Sumqayıt şəhər şöbəsinə imza etdirməklə təqdim etmişdir. DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 11 iyul 2019-cu il tarixli **********3 nömrəli məktubundan görünür ki, onun 10 may 2019-cu il tarixli müraciəti təmin edilməmişdir. Bundan başqa, DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 11 iyul 2019-cu il tarixli cavabı ilə razılaşmayaraq həmin cavabı alandan sonra AR Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə şkayət edib həmin müraciəti Nazirliyin inzibati binasındakı poçt qutusu vasitəsilə göndərmişdir. DSMF Sumqayıt şəhər şöbəsi müdirinin 29 oktyabr 2019-cu il tarixli **********5 nömrəli məktubdan görünür ki, onun 4 oktyabr 2019-cu il tarixdə həmin şöbəyə daxil olmuş müraciəti aidiyyəti üzrə DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilmişdir. DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Mail Məmmədovun 20 fevral 2020-ci il tarixli **********5 nömrəli məktubdan görünür ki, cavabından yuxarı inzibati orqana şikayət olunan eyni vəzifəli şəxs tərəfindən müraciətdə göstərilən xüsusatlara ümumiyyətlə münasibət bildirilmədən ona eyni cavab göndərilmişdir. Nəhayət, 4 aprel 2020-ci il tarixli iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq təyin edilmiş hərbi qulluqçu pensiyasının 25 il qulluq etmiş prokurorluq işçisi pensiyası ilə əvəz edilməsini və yaranmış fərqin ödənilməsini xahiş etmişdir. 2 oktyabr 2020-ci il tarixli qərarla iddia təmin edilməmişdir. Həmin iddiadan verilmiş apellyasiya şikayəti üzrə Bakı Apelyasiya Məhkəməsinin 6 aprel 2021-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. Bundan başqa, 19 fevral 2021-ci il tarixdə AR Nazirlər Kabinetinin 17 iyul 2020-ci il tarixli 253 nömrəli qərarına əsasən Azərbaycan Respublikası prokurorluq orqanlarında çalışan prokurorluq işçilərinə dövlət büdcəsinin vəsaiti hesabına vəzifə maaşına bir aylıq vəzifə maaşına əlavə təyin edilməsi ilə əlaqədar ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasına dair müraciət etmiş və ərizəni həmin tarixdə göstərilən idarənin məsul əməkdaşına surətinə imza etdirməklə təqdim etmişdir. Lakin həmin müraciətə ümumiyyətlə rəsmi cavab almamışdır. Həmçinin, Sumqayıt Şəhər Poçt Filialının 26 aprel 2021-ci il tarixli xəbərnaməsindən görünür ki, DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə ünvanlanmış pensiya hüququnun təmini ilə bağlı müraciəti həmin tarixdə poçtdan göndərilmiş və məktub 30 aprel 2021-ci il tarixdə aidiyyəti üzrə qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinə ünvanlanmış 9 iyun 2020-ci il tarixli vəsatətdən görünür ki, surətləri hazırkı iddia ərizəsinə əlavə edilmiş sənədlərin əsilləri araşdırılan inzibati mübahisəyə dair işə əlavə edilməsi üçün həmin məhkəməyə təqdim edilmişdir. Bütün bunlardan görünür ki, pensiya hüququnun təmini ilə bağlı cavabdehə 2015-ci ilin avqust ayından 01 iyul 2017-ci il tarixədək 5 müraciəti olmuş, onlardan sonuncu – 30 iyun 2017-ci il tarixdə xəbərnaməli göndərilmiş müraciətə isə cavab verilməmiş, uzun müddətdən sonra müraciəti rəsmi qəbul etmiş DSMF Bakı şəhəri Qaradağ rayon şöbəsinə gedib cavab verilməməsi səbəbini soruşarkən ona aid olmayan bir ünvanın ünvanı kimi göstərilmiş sənəd təqdim olunmuşdur. Həmin vaxt qeydiyyada olduğu yer dəyişdiyindən yenidən bir neçə gün ərzində eyni məsələ ilə bağlı aidiyyəti üzrə DSMF Sumqayıt şəhər şöbəsinə müraciət etmişdir. Həmin müraciətə verilmiş 11 iyul 2019-cu il tarixli cavabdan razı qalmayaraq yuxarı orqana şikayət etmiş, 20 fevral 2020-ci il tarixdə isə həmin şikayətə cavab alandan sonra məhkəməyə müraciət etmişdir. Göstərilənlərdən görünür ki, onun 30 iyun 2017-ci il tarixli müraciətinə cavabın ona aid olmayan ünvana göndərilməsi faktını biləndən sonra ünvanının dəyişməsi ilə əlaqədar cavabdeh orqan da dəyişdiyindən həmin imtina ilə bağlı məhkəməyə deyil, bir neçə gün ərzində 10 may 2019-cu il tarixdə DSMF Sumqayıt şəhər şöbəsinə yeni müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin 20 fevral 2020-ci il tarixli cavabı isə 10 may 2019-cu il tarixli müraciətinin 11 iyul 2019-cu il tarixli imtina cavabından yuxarı orqana şikayətin cavabı olmuşdur. Beləliklə, pensiya hüququnun təmini ilə bağlı 1 iyul 2017-ci il tarixədək DSMF-in müvafiq qurumlarına və digər inzibati orqana 5 müraciətinin olması və onların qanunamüvafıq qaydada hazıradək davam etdirilməsi nəzərə alınaraq müraciəti həmin tarixədək edilmiş kimi qəbul edilməlidir. Ali Məhkəmənin İnzibati Kollegiyasının 18 sentyabr 2019-cu il tarixli 2-1(102)-2497/19 nömrəli qərarından görünür ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən hərbi prokurorluq işçilərinin həm prokurorlrq işçisi kimi və həm də hərbi qulluqçu kimi əmək pensiyası hesablanarkən prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatı, prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinəti, prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmincbn az olmayaraq verilən maddi yardım iddiaçının əmək pensiyası hüququ yaranan vaxtdan – 2006-cı ildən hesablanması və birdəfəlik ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Ali Məhkəmənin İnzibati Kollegiyasının 29 oktyabr 2019-cu il tarixli 2-1(102)-2847/2019 nömrəli qərarından görünür ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən hərbi məhkəmənin hakimlərinin hərbi qulluqçu kimi əmək pensiyası hesablanarkən hakimlər hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatı, hakimlərin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinətinin hesablanması və birdəfəlik ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01 dekabr 2020-ci il tarixli 2-1(102)-1229/2020 nömrəli qərarından görünür ki, formalaşmış son məhkəmə təcrübəsinə əsasən 1 iyul 2017-ci il tarixədək pensiya rüququ yaranmış şəxsin həmin tarixədək DSMF-a deyil, pensiya hüququun təmini üçün müvafiq sənədlərin alınması məqsədi ilə digər inzibati orqanlara müraciət etməsi ilə bağlı onun pensiya hüququ 2006-cı ildən təmin edilmiş və birdəfəlik iddiaçıya ödənilmişdir. Ali Məhkəmənin İnzibati Kollegiyasının qeyd edilən qərarları və eyni mühüm faktiki hallara malik digər qərarları DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən icra edilməklə həmin şəxslərə əmək pensiyaları müvafiq əlavələrlə təyin edilmişdir. Qetd edilənləri və «İnzibati İcraat haqqında» AR Qanununun 12.2-ci maddəsinin, İPM-in 38.2-ci maddəsinin, «Dövlət rüsumu haqqında» AR Qanununun 9.1.2-ci maddəsinin tələblərini nəzərə alaraq, ona (iddiaçıya) aid təminat xərcliyinə daxil olan və vəzifə maaşından hesablanan prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatının, prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinətinin, prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardımın, bir aylıq vəzifə maaşı həcmində ildə 3 dəfə ödənilən pul mükafatının, hərbi qulluqçulara ilin sonunda ödənilən 13-cü əmək haqqının 8 avqust 2008-ci il tarixdən qanunamüvafiq indeksləşdirmə aparmaqla əmək pensiyasının yenidən hesablanması, habelə 1 avqust 2020-ci il tarixdən etibarən isə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavənin hesablanması və toplanmış məbləğin ona birdəfəlik ödənilməsi öhdəliyinin DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsi üzrə Mərkəzi Filialının üzərinə qoyulmasına dair qərar qəbul edilməlidir. Göstərilənlərə və «Əmək pensiyaları haqqında» AR Qanununun 29.1, 29.2-cu maddəsinə əsaslanaraq, İPM-in 45, 46-cı maddələrini rəhbər tutaraq, ona aid təminat etmişdir. Həmin müraciətə verilmiş 11 iyul 2019-cu il tarixli cavabdan razı qalmayaraq yuxarı orqana şikayət etmiş, 20 fevral 2020-ci il tarixdə isə həmin şikayətə cavab alandan sonra məhkəməyə müraciət etmişdir. Göstərilənlərdən görünür ki, onun 30 iyun 2017-ci il tarixli müraciətinə cavabın ona aid olmayan ünvana göndərilməsi faktını biləndən sonra ünvanının dəyişməsi ilə əlaqədar cavabdeh orqan da dəyişdiyindən həmin imtina ilə bağlı məhkəməyə deyil, bir neçə gün ərzində 10 may 2019-cu il tarixdə DSMF Sumqayıt şəhər şöbəsinə yeni müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin 20 fevral 2020-ci il tarixli cavabı isə 10 may 2019-cu il tarixli müraciətinin 11 iyul 2019-cu il tarixli imtina cavabından yuxarı orqana şikayətin cavabı olmuşdur. Beləliklə, pensiya hüququnun təmini ilə bağlı 1 iyul 2017-ci il tarixədək DSMF-in müvafiq qurumlarına və digər inzibati orqana 5 müraciətinin olması və onların qanunamüvafıq qaydada hazıradək davam etdirilməsi nəzərə alınaraq müraciəti həmin tarixədək edilmiş kimi qəbul edilməlidir. Ali Məhkəmənin İnzibati Kollegiyasının 18 sentyabr 2019-cu il tarixli 2-1(102)-2497/19 nömrəli qərarından görünür ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən hərbi prokurorluq işçilərinin həm prokurorlrq işçisi kimi və həm də hərbi qulluqçu kimi əmək pensiyası hesablanarkən prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatı, prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinəti, prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmincbn az olmayaraq verilən maddi yardım iddiaçının əmək pensiyası hüququ yaranan vaxtdan – 2006-cı ildən hesablanması və birdəfəlik ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Ali Məhkəmənin İnzibati Kollegiyasının 29 oktyabr 2019-cu il tarixli 2-1(102)-2847/2019 nömrəli qərarından görünür ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən hərbi məhkəmənin hakimlərinin hərbi qulluqçu kimi əmək pensiyası hesablanarkən hakimlər hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatı, hakimlərin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinətinin hesablanması və birdəfəlik ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01 dekabr 2020-ci il tarixli 2-1(102)-1229/2020 nömrəli qərarından görünür ki, formalaşmış son məhkəmə təcrübəsinə əsasən 1 iyul 2017-ci il tarixədək pensiya rüququ yaranmış şəxsin həmin tarixədək DSMF-a deyil, pensiya hüququun təmini üçün müvafiq sənədlərin alınması məqsədi ilə digər inzibati orqanlara müraciət etməsi ilə bağlı onun pensiya hüququ 2006-cı ildən təmin edilmiş və birdəfəlik iddiaçıya ödənilmişdir. Ali Məhkəmənin İnzibati Kollegiyasının qeyd edilən qərarları və eyni mühüm faktiki hallara malik digər qərarları DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən icra edilməklə həmin şəxslərə əmək pensiyaları müvafiq əlavələrlə təyin edilmişdir. Qetd edilənləri və «İnzibati İcraat haqqında» AR Qanununun 12.2-ci maddəsinin, İPM-in 38.2-ci maddəsinin, «Dövlət rüsumu haqqında» AR Qanununun 9.1.2-ci maddəsinin tələblərini nəzərə alaraq, ona (iddiaçıya) aid təminat xərcliyinə daxil olan və vəzifə maaşından hesablanan prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatının, prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinətinin, prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardımın, bir aylıq vəzifə maaşı həcmində ildə 3 dəfə ödənilən pul mükafatının, hərbi qulluqçulara ilin sonunda ödənilən 13-cü əmək haqqının 8 avqust 2008-ci il tarixdən qanunamüvafiq indeksləşdirmə aparmaqla əmək pensiyasının yenidən hesablanması, habelə 1 avqust 2020-ci il tarixdən etibarən isə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavənin hesablanması və toplanmış məbləğin ona birdəfəlik ödənilməsi öhdəliyinin DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsi üzrə Mərkəzi Filialının üzərinə qoyulmasına dair qərar qəbul edilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7817/2021 saylı, 12.11.2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7817/2021 saylı, 12.11.2021-ci il tarixli qərarının ləğv olunması, iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. Əlavə olaraq ölkə və beynəlxal qanunvericilik normalarına istinad edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7817/2021 saylı, 12.11.2021-ci il tarixli qərarının ləğv olunmasını, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7817/2021 saylı, 12.11.2021-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının sonuncu iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş və səbəbinin üzürlü olması barədə əvvəlcədən məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası iclasa çağırılan cavabdehin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının qismən ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini həmin hissədə yoxlayır. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əsasən müəyyən edilmişdir ki, iddiaçı 2003-2008-ci illərdə Respublika Hərbi Prokurorluğunda prokuror vəzifəsində işləmişdir. Ona 08.08.2008-ci ildən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən daxil olmuş 08.10.2008-ci il tarixli, 59533 nömrəli məlumat vərəqəsinə uyğun olaraq Mərkəzi Filial tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə əsasən 28 il 07 ay 10 gün xidmət müddətinə uyğun təminat xərcliyinin 74 faizi məbləğində hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının hazırki pensiya məbləği 1178, 88 manat təşkil edir. Sonradan iddiaçı cavabdeh inzibati orqana müraciət edərək ona aid təminat xərcliyinə daxil olan və vəzifə maaşından hesablanan prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatının, prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinətinin, prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardımın, bir aylıq vəzifə maaşı həcmində ildə 3 dəfə ödənilən pul mükafatının, hərbi qulluqçulara ilin sonunda ödənilən 13-cü əmək haqqının 8 avqust 2008-ci il tarixdən qanunamüvafiq indeksləşdirmə aparmaqla iddiaçının əmək pensiyasının yenidən hesablanması, habelə 01 avqust 2020-ci il tarixdən etibarən isə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavənin hesablanması və toplanmış məbləğin birdəfəlik ödənilməsini xahiş etmişdir. Lakin, cavabdeh müraciəti təmin etməkdən imtina etmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarına «Əmək pensiyaları haqqında» AR Qanununun 1.0.1, 1.0.3, 1.0.5, 9.4, 9.5, 29.1, 29.2, 30.1, 30.2, 31.1, 32.1- 1, 37.7-ci maddələrini, «Prokurorluq haqqında» AR Qanununun 38-ci maddəsini, «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» AR Qanununun 20.8, 20.9, 20.14, 21.4-cü maddələrini, AR Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın 1-3-cü bəndlərini tətbiq etməklə belə qərara gəlmişdir ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «əmək pensiyasının yenidən hesablanması və verilməmiş pensiya məbləğinin ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Belə ki, AR Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın 1-ci bəndinə əsasən bu Qaydalar «Əmək pensiyaları haqqında» AR Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular – Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər – Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən «Əmək pensiyaları haqqında» AR Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. Həmin Qaydaların 3-cü bəndinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. «Əmək pensiyaları haqqında» AR Qanununun 9.4-cü maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin yaşa görə əmək pensiyası hüququ vardır: (9.4.1) prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçiləri; (9.4.2) yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 25 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri. Həmin Qanunun 9.5-ci maddəsinə əsasən aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: - (9.5.1) hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; - (9.5.2) hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər. Həmin Qanunun 29.1-ci maddəsinə görə əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Həmin Qanunun 29.2-ci maddəsinə əsasən bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. İş materialları ilə də təsdiq olunduğu kimi, iddiaçıya prokurorluq orqanlarında stajı kifayət etmədiyindən prokurorluq işçisi kimi deyil, məhz hərbi qulluqçu kimi Müdafiə Nazirliyi tərəfindən cavabdehə ünvanlanmış məlumat vərəqəsi əsasında yaşa görə əmək pensiyası təyin olunmuşdur. Odur ki, iddiaçının əmək pensiyasının prokurorluq orqanlarında işlədiyi dövrdə təminat xərcliyinə daxil olan və vəzifə maaşına hesablanan prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatının, prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinətinin, prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardımın, bir aylıq vəzifə maaşı həcmində ildə 3 dəfə ödənilən pul mükafatı, hərbi qulluqçulara ilin sonunda ödənilən 13-cü əmək haqqının nəzərə alınmaqla yenidən hesablanmasına dair iddiası qanunvericiliyin tələblərinə ziddir. Eyni zamanda qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 15 may 2020-ci il tarixli qərarında qeyd etmişdir ki, «Əmək pensiyaları haqqında» AR Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur, «Əmək pensiyaları haqqında» AR Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Beləliklə iddianın iddiaçının əmək pensiyasının 1 avqust 2020-ci il tarixdən etibarən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə nəzərə alınmaqla yenidən hesablanması barədə tələbi də əsassızdır. İddianın əmək pensiyasının yenidən hesablanması zamanı verilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi tələbinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əsas - əmək pensiyasının yenidən hesablanması barədə tələbi təmin olunmadığından, bu tələb də təmin edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7817/2021 saylı, 12.11.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-1034/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1034/2022
27.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver