Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1034/2023 02.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X4 və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, iddiaçılar X3 və İddiaçı iştirakları ilə, İddiaçılar X3, X7, X5, X6, X8, X1 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinə qarşı “pasport qeydiyyatına alınmaları tələbinə dair” inzibati mübahisəyə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10558/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, onun və ailə üzvlərinin ünvan 1 ünvanında daimi yaşadıqlarını nəzərə alaraq istifadə hüququnun tanınması və onunla birgə yaşayan, 16 nəfərlik ailə üzvlərinin pasport qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan, məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilmiş və birgə iddiaçılar qismində İddiaçı, X3, X7, X5, X6, X8, X2 - onların ünvan 1 ünvanına qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10558/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçılar X3, X7, X5, X6, X8, X2 mümkün sayılmamışdır. İddiaçılar apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli iddialarının mümkün sayılmaması barədə qərardadının ləğv edilməsini və iddia tələblərinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılar ailə üzvləri ilə birlikdə onlara məxsus fərdi yaşyış evində qeydiyyatsız yaşayırlar. Onların həmin evə qeydiyyata alınmaları vacibdir. Apellyasiya şikayəti İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Məhkəmə kollegiyası iclasında iştirak edən apellyator iddiaçı İlhamə Babayeva apellyasiya şikayətinin təmin olunmasını xahiş etmiş, məhkəmənin sualını cavablandırarkən isə bildirmişdir ki, onun həyat yoldaşı öz adından İddiaçı müraciət etsə də, o və digər iddiaçılar şəxsən cavabdehə yazılı qaydada ərizə ilə müraciət etməmişlər. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər apellyasiya şikayəti verən iddiaçılar məhkəmə iclasına gəlməmişlər. İPM-in 30.4-cü maddəsinə əsasən isə prosessual iştirakçılardan hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə iclasında iştirak edən iştirakçı onları təmsil etmiş sayılır. İPM-in qeyd olunan 30.4-cü,eləcə, 62.3-cü maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçıların apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənası onu ehtiva edir ki, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddia mümkünlüyü şərtlərinin yerinə yetirildiyi halda, yolveriləndir. Yəni, iddia subyektiv hüququ olan şəxs tərəfindən baxılması inzibati məhkəmə icraatına aid olan iddia növündə və qanunla müəyyən olunan iddia müddəti çərçivəsində cavabdehlik daşıya bilən inzibati orqana qarşı qaldırıldığı və formal olaraq (sübutlar da əlavə olunmaqla) əsaslandırıldığı halda, mümkün iddia kimi icraata qəbul edilir. Əks halda, həmin Məcəllənin 35.3-cü maddəsinə müvafiq olaraq iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Konkret halda isə məhz, iddianın mümkünlük şərti yerinə yetirilmir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 28.1.1-ci maddəsinə əsasən inzibati icraatın başlanması üçün fiziki və ya hüquqi şəxsin ərizəsi əsas sayılır. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən inzibati orqan ərizəçi tərəfindən şəxsən təqdim olunmuş və ya poçt rabitəsi vasitəsilə daxil olmuş ərizəni qəbul etməli və həmin gün qeydiyyata almalıdır. Lakin iş materiallarına, habelə, iddiaçı İlhamə Babayevanın qeyd olunan izahatına əsasən müəyən olunur ki, ilkin olaraq məhkəməyə qədər apellyasiya şikayəti verən iddiaçılar tərəfindən cavabdeh inzibati orqana onların qeydiyyata alınmaları üçün yazılı qaydada ərizə ilə müraciət olunmamışdır. Belə olan halda, birinci instansiya məhkəməsinin qərardadı ilə onlara münasibətdə iddia tələblərinin mümkün sayılmaması prosessual qanunvericiliyin tələblərinə uyğundur. Ona görə də qeyd ediləndəri nəzərə alan məhkəmə kollegiyası, apellyasiya şikayəti verən iddiaçıların birinci instansiya məhkəməsinin qəraradını əsassız hesab edən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onların apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10558/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və İPM-in 80, 83, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: İddiaçılar X3, X7, X5, X6, X8, X1 apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10558/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) müddətində Bakı Apellyasiya Məhkəməsivasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1034/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1034/2023
02.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver