Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1035/2020 04.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), X7 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili X4 (“Əkrəm Həsənov və Partnyorları” Vəkil Bürosu) iştirakları ilə, İddiaçı (xx.xx.1964-cü il tarixində Quba rayonunun Çiçi kəndində anadan olmuş, ünvan 1 m. 28 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X10 Xüsusi X2rşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının verilməsi” tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-2360/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı xx xxx 2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X10 Bakı şəhəri Səbail rayon şöbəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1964-cü il tarixdə Quba rayonu Cici kəndində doğulmuşdur. Əmək fəaliyyətinə xx xxxxxx 1989-cu ildə başlamışdır. xx xxxxxxxx 1996-cı ildən “Bibiheybət” Neft qazçıxarma idarəsinin elmi-tədqiqat və İstehsalat işləri sexində kimyəvi analizlə laborant peşəsinə işə qəbul edilmiş və hal-hazıra qədər həmin yerdə və vəzifədə işləyir. Həmin zərərli peşə üzrə stajı 21 il 7 ay 15 gün təşkil edir. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alınması ilə əlaqədar sənədlərini cavabdehə təqdim etmiş və cavabdeh tərəfindən ona xx xxxxx 2019-cu il tarixdə **********4 saylı məktubla imtina verilmişdir. İddiaçı cavabdehin imtinasını əsassız hesab etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2360/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X10 Bakı şəhəri Səbail rayon şöbəsi əsl cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və X6 Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun X8 İdarəsi ilə əvəz edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 2360/2019 nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Qərar iş üzrə tərəflərə göndərilmiş və iddiaçı xx.xx.2020-ci il tarixdə (ştrix kod SS647836472AZ) qərarın surətini almışdır. xx.xx.2020-ci il tarixində iddiaçı apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-2360/2019 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. İşin apellyasiya icraatı zamanı məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpası barədə ərizənin təqdim edilməsi təklif edilmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil Babaəli oğlu (Bakı şəhəri 5 saylı Vəkil Bürosu) buraxılmış prosessual müddətin bərpası barədə ərizəni məhkəməyə təqdim etməmiş, lakin poçta sorğu göndərmək istədiyini, bu səbəbdən məhkəmə iclasının təxirə salınmasını və növbəti məhkəmə iclasında bu barədə arayış təqdim edəcəyini bildirmişdir. Növbəti məhkəmə iclasında nümayəndə və vəkil poçt şöbəsinin karantin rejimi ilə əlaqədar bağlı olduğunu, bu səbəbdən sorğuya cavab almadıqlarını bildirdi. xx.xx.2020-ci il tarixində iddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi və Bakı şəhəri Azərpoçtun 3 saylı poçt şöbəsi tərəfindən verilmiş məktubu məhkəməyə daxil olmuşdur. Ərizədə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2- 1(81)-2360/2019 saylı qərarının poçt tərəfindən ona rəsmi təqdim olunmadığını , qərarı alan vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verdiyini və İPM-nin 24-cü maddəsini rəhbər tutaraq buraxılmış prosessual müddəti üzrlü sayıb bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Azərpoçtun 3 saylı poçt şöbəsi tərəfindən verilmiş məktubda Səbail rayonu, A.Məmmədov, ev 44, mən. 28 ünvanında yaşayan İddiaçı Babəli qızına xx.xx.2020-ci il tarixdə sif SS647836472, xx.xx.2020-ci il tarixdə SS602150185, xx.xx.2020-ci il tarixdə SS000704852 saylı poçt göndərişlərinin daxil oduğu və ünvan üzrə çatdırıldığı qeyd edilmişdir. (Yəhyayeva) Sonuncu məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini və buraxılmış prosessual müddətinin bərpası barədə ərizəsini müdafiə edərək, apellyasiya şikayətinin mümkün sayılmasını xahiş etdi. Əlavə olaraq, o, qərarı ona deyil, qonşuya verildiyini, qərarı qonşunun aldığını bildirdi. Sonuncu məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X9 və əvvəlki məhkəmə iclasında iştirak etmiş nümayəndəsi və vəkili X5pellyasiya şikayətini qəbul etməyərək, iddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət ötürüldüyündən apellyasiya şikayətinin mümkün sayılmamasını xahiş etdi Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, ərizəni nəzərdən keçirərək, hesab edir ki, iddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsində üzrlü səbəb göstərilmədiyindən ərizə təmin edilməməli və apellyasiya şikayəti mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Lakin iş materiallarından görünür ki, iddiaçı qeyd edilən qərarı xx xxxxxx 2020-ci il tarixdə almış, apellyasiya şikayəti isə xx.xx.2020-ci il tarixində poçta verilməklə məhkəməyə xx.xx.2020-ci il tarixində daxil olmuşdur. Göründüyü kimi apellyasiya şikayəti Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş 30 günlük müddət buraxılmaqla verilmişdir. İş materiallarına əsasən məhkəmə qərarı xx.xx.2019-cu il tarixli məktubla iddiaçının qeydiyyatda olduğu ünvana göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından və Bakı şəhəri Azərpoçtun 3 saylı poçt şöbəsi tərəfindən verilmiş məktubdan müəyyən edildiyi kimi iddiaçı poçt göndərişini xx.xx.2020-ci il tarixdə (ştrix kod SS647836472) almış, apellyasiya şikayəti verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddəti ötürərək xx.xx.2020ci il tarixdə apellyasiya şikayəti vermiş və buraxılmış prosessual müddətin bərpası barədə ərizədə hər hansı üzrlü səbəb göstərməmişdir. Qeyd edilən səbəblərdən iddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və apellyasiya şikayəti mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası apellyasiyanın mümkünlüyünün əsaslarını yoxlayaraq bu nəticəyə gəlir ki, iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsinə dair tələblərə riayət edilməmiş və qərardan apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Buna görə də iddiaçının qərardan verdiyi apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 87.4-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)- 2360/2019 nömrəli qərarından apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 2360/2019 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Apellyasiya şikayəti onu vermiş şəxsə qaytarılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1035/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1035/2020
04.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver