Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1035/2021 30.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə (fərdi qaydada fəaliyyət göstərən vəkil, hüquq üzrə fəlsəfə doktoru, dosent) iştirakı ilə, İddiaçı (xx.xx.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Bakı şəh., V.Əliyev küç., ev 40 ünvanında qeydiyyatdadır) cavabdeh Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-6983/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı xx.xx.2020-ci il tarixdə cavabdeh Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinin xx xxxx 2019-cu il tarixli qərarının ləğv edilməklə qanunsuz sayılması barədə qərar qəbul edilməsini, icra nəticələrinin aradan qaldırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X6 cavabdehlər İddiaçı və X4 qarşı “dəymiş maddi ziyanın tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, Yeni şəhərdə yerləşən 10 saylı binanın sahəsi 95 kv.m. olan 9 saylı mənzilinin alınmasına ödədiyi 50.500 manat və həmin mənzilin təmirinə çəkdiyi 37.912 manat məbləğində maddi ziyanın, cavabdehlərdən tutularaq özünə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin iş № 2 (004)-11919/ 2016 nömrəli, xx xxxxxxx 2016-cı il tarixli qətnaməsi ilə iddia təmin edilərək cavabdehlər İddiaçı və X1 Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, Yeni şəhərdə yerləşən 10 saylı binanın, sahəsi 95 kv.m. olan 9 saylı mənzilinin alınmasına ödənilmiş 50.500 manat və həmin mənzilin təmirinə sərf olunmuş 37.912 manat olmaqla cəmi 88.412 manat məbləğində pul alınıb iddiaçı X2 ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş № 2(103)-8320/2017 nömrəli, xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə əsasında iş icraya yönəldilmiş və Yasamal rayon İcra şöbəsinin icra məmuru işi icraata götürmüşdür. xx xxxxxx 2018-ci il tarixdə Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru Məmməd Bayramov ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Səlyan şossesi,Yeni şəhər ev 10, 9 saylı mənzili ona xəbər vermədən qiymətləndirməyə göndərmişdir. Sözügedən mənzil "xxxx” MMC-nin 1971 saylı x xxxxxx 2019-cu il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatına əsasən 95000 manat məbləğində qiymətləndirilmişdir. Qərarın surəti ona göndərilməmiş, işin mahiyyəti ilə xeyli vaxt tanış olub şikayət yazmaq imkanı xaricində olmuşdur. Mübahisə predmeti olan mənzilə mütəxəssis tərəfindən baxış keçirilməmiş, mənzilə daxil olmadan vizual olaraq tam təmir olunmuş mənzilə əsassız olaraq ən aşağı məbləğdə qiymətləndirilmişdir. Halbuki ona məxsus olan mənzilin qiyməti 150000 manatdan yüksəkdir. Yasamal rayon İcra və Probasiya şöbəsi qiymətləndirilmiş əmlakı qanunsuz və əsassız olaraq X2 xx xxxxxx 2019cu il tarixdə təklif etmiş, həmin gün də S.O.Kərimovanın nümayəndəsi Z.M.Məmmədov təklifi qəbul etmişdir. xx xxxx 2019 cu il tarixdə Yasamal rayon İcra və Probasiya şöbəsinin İcra məmuru qərar qəbul etmişdir ki, mübahisə predmeti olan mənzil borcun ödənilməsi hesabına iş üzrə tələbkar X2 verilsin və onun adına rəsmiləşdirilməsi “xxxx” MMC-yə həvalə edilsin. Həmin qərarda göstərilir ki, sözügedən mənzil Birgə nikah dövründə əldə edilmişdir. Həmin qərara istinad edərək borclu sabiq həyat yoldaşı X3 da borcu 95000 manat məbləğdən verilmişdir. Yasamal rayon İcra və Probasiya şöbəsinin qanunsuz hərəkətləri nəticəsində o mülkiyyətindən məhrum edilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki,sabiq həyat yoldaşı Quliyeva Sonanın və onun ailə üzvlərinin sözügedən mənzilin alınmasında heç bir rolu olmamış, mənzil onun vəsaiti hesabına alınmışdır. İddiaçının qızının cavabdeh kimi iddianı qəbul edib etiraf etməsi məqsədli olmuşdur. xx xxxx 2019-cu il tarixli qərarın surətini İddiaçı nümayəndəsi Nümayəndə xx xxxx 2019-cu ildə təqdim olunması nəzərə alınmalıdır. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-6983/2020 nömrəli qərardadı ilə (hakim A.Abdullayeva) İddiaçı iddiası mümkün sayılmamışdır. xx xxxxxxx 2020-ci il tarixli məhkəmə qərardadı vəkil Nümayəndə ünvan 3 ünvanında göndərilmiş, lakin zərfin “kimə” qeydi olan hissəsində iddiaçının adı və soyadı yazıldığından zərf “ünvan tapılmadı” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Qərardaddan narazı qalan iddiaçı xx.xx.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-6983/2020 nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinin mümkün sayılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, icra məmuru xx.xx.2019-cu il tarixdə qərar qəbul edərkən onun hüquqlarını pozmuş, ona maddi və mənəvi ziyan dəymişdir. İcra məmuru tərəfindən qanun normalarına riayət edilməmiş, məhkəmə qətnamənin pul tələbinə dair icrasını düzgün həyata keçirməmişdir. Məhkəmə Kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili (xx.xx.2021-ci il tarixli, 2 il müddətinə verilmiş etibarnamə, ABŞ; X11 Public, State of New York, No. 01AS6062200 Qualified in X7 Expires xx.xx.2020, etibarnamənin fotosurəti Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu X5 tərəfindən təsdiq edilmişdir, Reyestrdə 1S-8972 № ilə qeyd edilmişdir) apellyasiya şikayətinə uyğun izahat verərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin mümkün sayılmasını xahiş etdi. Əlavə olaraq, o, iddiaçının hazırda Azərbaycanda olmadığını, Amerikada yaşadığını bildirdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında təmsil olunmamış və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya aşağıdakıları qeyd edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 87.1. –ci maddəsinə əsasən, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Həmin Qanunun 21.6-ci maddəsinə əsasən, tərəflər və icra sənədini vermiş digər orqan onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində icraatın dayandırılması barədə icra məmurunun qərarından müvafiq məhkəməyə şikayət verə bilərlər. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-3294/2019 saylı qərardadı ilə (hakim M.Hacıbəyova) İddiaçı cavabdeh Yasamal rayon İcra və Probasiya Şöbəsinə Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinin xx xxxx 2019-cu il tarixli qərarının ləğv edilməklə qanunsuz sayılması, icranın nəticələrinin aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiasının mümkün sayılmaması qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında”Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 10 oktyabr tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında”Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin elektron idarəetmə sistemindən əldə olunan iddiaçının sərhədkeçmə barədə məlumatlarına əsasən onun ən son Nyu-Yorka çıxış tarixi xx.xx.2017-ci il olmuşdur. Göründüyü kimi, icra orqanının (məmurunun) hərəkət və ya hərəkətsizliyindən ayrıca iddianın qaldırılması istisna edilir. Odur ki, icra məmuru tərəfindən qəbul edilən qərarlar və edilən hərəkətlər inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəldilmədiyindən onların ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir və həmin məsələyə mülki işin davamı kimi şikayət formasında işə baxmış məhkəmə tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-6983/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1035/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1035/2021
30.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver