Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1035/2022 22.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X17 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə Qələndər qızının, Cavabdehin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X10 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “bağ sahəsinin mərhuma məxsus olması barədə arayışın verilməsi” tələbinə dair ünvan 3ixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (hazırki Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə) qarşı məhkəməyə müraciət edərək, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 2308b nömrəli bağ sahəsinə hüququn mərhum həyat yoldaşı X7 məxsus olması barədə arayışın (Forma 37) iddiaçıya verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Azərbaycan SSR Bakı şəhər X14 İcraiyyə Komitəsinin "Bağlar Təsərrüfatının inkişafı və istismarı birliyi" tərəfindən xx.xx.1989-cu il tarixli Orderlə Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 2308b saylı 1200 kv.m. ibarət torpaq sahəsi mərhum həyat yoldaşı X7 ayrılmışdır. Mərhum X1 səhhətindəki xəstəliklə əlaqədar bağ sahəsinə çıxarış alınması üçün müraciət edə bilməmişdir. Lakin onlar uzun müddət birlikdə həmin bağ sahəsində yaşamışlar. xx.xx.2007-ci ildə həyat yoldaşı vəfat etmişdir, hazırda sözügedən bağ sahəsi iddiaçının istifadəsindədir və orada yaşayır. Bununla bağlı xx.xx.2020-ci il tarixdə mirasın qəbul edilməsi ilə bağlı Bakı şəhəri 7 saylı xüsusi notariat ofisinə müraciət edərək, digər vərəsələrin onlara məxsus pay hissədə iddiaçının xeyrinə imtina etmələri və onun vərəsəlik hüququnun rəsmiləşdirilməsini xahiş etmişdir. Bakı şəhəri 7 saylı xüsusi notariat kontoru tərəfindən DƏDRX-nin 1 saylı Bakı Ərazi idarəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli 535 saylı məktubla ünvan 2 ünvanında yerləşən 1200 kv.m. torpaq sahəsinə dair Çıxarış verilməsini xahiş etmişdir. Eyni zamanda xx.xx.2020-ci il ərizə ilə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 2308b saylı bağ sahəsinə hüququn mərhum həyat yoldaşı X7 məxsus olması haqqında 37 saylı forma arayışının verilməsini xahiş etmişdir. Ərizəsi daxil olduqdan sonra səlahiyyətli şəxslər bağ sahəsinə gələrək, ölçmə işləri aparmışdır. Lakin ərizəsi xx.xx.2020-ci il tarixdə qəbul edilsə də, hər hansı cavab verilməmişdir. Cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, göstərilən bağ sahəsi bağların bölgü sxemi ilə uyğunsuzluq təşkil edir. Belə ki, göstərilən sahə 2312 saylı bağın yerinə uyğun gəlir. Həmçinin 2308 b saylı bağ sahəsi eyni BTK-ın nəzdində digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Məlumat üçün qeyd edirlər ki, 2308b saylı bağ sahəsi xx.xx.2013-cü il tarixində ilkin olaraq X13 adına qeydiyyatdan keçmişdir. Hal-hazırda sözügedən torpaq sahəsi üzərindəki ev ilə birlikdə vahid əmlak kimi X4 mülkiyyətindədir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır və bu barədə vətəndaşa **********44 saylı xx.xx.2020-ci il tarixli məktub ünvanlanmışdır. ünvan 3ixli qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, göstərilən bağ sahəsi bağların bölgü sxemi ilə uyğunsuzluq təşkil edir. Belə ki, göstərilən sahə 2312 saylı bağın yerinə uyğun gəlir. Həmçinin, 2308 b saylı bağ sahəsi eyni BTK-ın nəzdində digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. 2308b saylı bağ sahəsi xx.xx.2013-cü il tarixində ilkin olaraq X13 adına qeydiyyatdan keçmişdir. Hal-hazırda sözügedən torpaq sahəsi üzərindəki ev ilə birlikdə vahid əmlak kimi X4 qızının mülkiyyətindədir. Bakı inzibati Məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar nəzərə alınmamış, iş üzrə ekspertiza keçirməmiş və qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Tərəflərin izahatları: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının iş üzrə 22 sentyabr 2022-ci il tarixli qərardadı ilə X13 hazırki iş üzrə üçüncü şəxs statusu ləğv edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən 3-cü şəxs X10 izahatında bildirmişdir ki, hazırki iddia ilə bağlı heç bir etirazı yoxdur. Belə ki, onun mülkiyyətində olan bağ fərqli ünvanlarda yerləşir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış 3-cü şəxs məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Tərəflər hazırki işə 3-cü şəxsin iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə 3-cü şəxsin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin olunmamasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, orderlə bağların bölgüsünə dair sxematik xəritə arasında uyğunsuzluq vardır. Belə ki, orderdə göstərilən bağ sahəsinin nömrəsi 2308b-dir, lakin bağların bölgüsünə dair sxematik xəritədə göstərilən yer 2312 saylı bağın ərazisinə uyğun gəlir. Həmçinin eyni bağ nömrəsi ilkin olaraq X13 adına, daha sonra isə X3 adına rəsmiləşdirilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iş materiallarına uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, 2308 b saylı bağ sahəsi 1989-cu il tarixli 25 nömrəli orderlə İddiaçı həyat yoldaşı X7 ayrılmışdır, lakin həmin bağ sahəsinə dair çıxarışı almamışdır. Daha sonra X12 vəfat etmiş və notariusda vərəsəlik açılan zaman hüququn İddiaçı məxsus olması ilə bağlı arayış təqdim edilməsi ilə bağlı müraciət edilmiş və bildirilmişdir ki, 2308 b saylı bağ sahəsinə dair X15 və X5 çıxarış verilmişdir.Faktiki olaraq isə bu bağlar eyni bağ deyildir. İş üzrə araşdırmadan, həmçinin, 3-cü şəxsin izahatlarından da aydın görünür ki, bağ sahələri fərqli yerlərdə yerləşir. Belə olan halda sxematik xəritədəki uyğunsuzluğa görə vətəndaşın hüquqları pozulmamalıdır. Həmçinin, iddia olunan bağın 2312 bağın yerinə uyğun gəlməsi ilə bağlı da qeyd edilməlidir ki, həm bağla bağlı heç bir şəxsin hüquqları qeydiyyata alınmamışdır. Hətta arxivin sorğularına cavabdan da görünür ki, həmin bağla bağlı vaxtilə mövcud olan müqavilə ləğv edilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən müəyyən olunur ki, xx.xx.1989-cu il tarixli 25 nömrəli Orderə əsasən Bakı şəhəri, Mərdəkan massivi ünvanında yerləşən 0.12 ha sahəsi olan 2308b saylı bağ sahəsi X6 istifadəsinə verilmiş, xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. X6 vərəsəsi kimi onun arvadı İddiaçı tanınmışdır. Hazırda da İddiaçı vaxtilə ərinə ayrılmış. faktiki olaraq sahiblik və istifadəsində olan bağ sahəsinin mərhuma məxsus olmasına dair arayışın verilməsini xahiş edir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. Birinci instansiya məhkməsində iş üzrə araşdırma zamanı cavabdeh inzibati orqan iddiaçının iddia tələbinə qarşı öz etirazını müdafiə etmiş, hətta apellyasiya şikayətində də iddia tələbinin mahiyyəti üzrə şikayətinin dəlillərini qeyd etmişdir. İddianın mahiyyətcə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, «Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir». «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun: - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. - 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında» Təlimatın 7-cı bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmın arayış əsasında verilmış vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Apellyasiya şikayətinin “2308 b saylı bağ sahəsinin 2312 saylı bağ sahəsinə uyğun gəlməsi” ilə bağlı dəlilinə münasibətdə Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, İdarənin arxivində X8 adına Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan bağ massivində yerləşən, 0.12 hektar torpaq sahəsi olan 2312 nömrəli bağ sahəsinə dair xx.xx.1987-ci il tarixli, 18146 nömrəli müqavilə mövcuddur. Arxiv qovluğunda mövcud olan sənədlərə əsasən sözügedən bağ sahəsinin icarədarının köçüb getməsi ilə əlaqədar həmin (18146) müqavilə ləğv edilmişdir. Həmçinin, iş materiallarında olan Bakı şəhəri Nərimanov rayon xalq deputatları Soveti İcraiyyə Komitəsinin X22 Bağlar Təsərrüfatı İdarəsinə xx.xx.1988-ci il tarixli müraciəti əsasında Bakı Şəhər İcraiyyə Komitəsinin 4/151 nömrəli xx.xx.1989-cu il tarixli qərarı ilə X7 Mərdəkan massivi ünvanında yerləşən 0.12 ha sahəsi olan 2308b saylı bağ sahəsi ayrılmışdır. Bu barədə xx.xx.1989-cu il tarixli 25 nömrəli Order verilmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, X7 ayrılmış torpaq sahəsinin koordinatlarının dəqiqləşdirilməsi, həmin torpaq sahəsinin BTK-nin sxematik xəritəsinə uyğun olaraq naturada harada yerləşməsinin, həmin bağ sahəsinin naturada yeri müəyyən edildikdən sonra başqa şəxslərə (hüquqi şəxs) məxsus torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi və 3-cü şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməsi məqsədilə məhkəmənin iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, lakin eskpertizanın aparılması mümkün olmamışdır. Eyni zamanda, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə mütəxəssis rəyinin verilməsi “X19 və Ekspertiza Mərkəzi” MMC-nin mütəxəssislərinə həvalə edilmişdir. Belə ki, iş materiallarında olan “X19 və Ekspertiza Mərkəzi” MMC-nin 28 iyun 2022ci il tarixli mütəxəssis rəyinə əsasən, araşdırmanın nəticəsi olaraq aşağıda qeyd edilənlər müəyyən edildi:
1. İddiaçı iddia etdiyi Azərbaycan SSR Bakı şəhər X14 İcraiyyə Komitəsinin “Bağlar Təsərrüfatının inkişafı və istismarı birliyi” tərəfindən xx.xx.1989-cu il tarixli orderlə ayrılmış Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 2308b saylı 1200 kv.m ibarət torpaq sahəsinin koordinatları (sahə sərhədləri) müəyyən edilərkən məlum oldu ki, ərazi yaşayış məntəqəsinin torpaqlarına aid olmaqla bələdiyyə mülkiyyətidir.
2. İddiaçı iddia etdiyi Azərbaycan SSR Bakı şəhər X14 İcraiyyə Komitəsinin "Bağlar Təsərrüfatının inkişafı və istismarı birliyi” tərəfindən xx.xx.1989-cu il tarixli orderlə ayrılmış Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 2308b saylı 1200 kv.m ibarət torpaq sahəsi BTK-nin sxematik xəritəsinə uyğun olaraq naturada faktiki onun istifadəsində olan yerdən 50 metr kənarda yerləşir.
3. İddiaçı iddia etdiyi Azərbaycan SSR Bakı şəhər X14 İcraiyyə Komitəsinin “Bağlar Təsərrüfatının inkişafı və istismarı birliyi” tərəfindən xx.xx.1989-cu il tarixli orderlə ayrılmış Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 2308b saylı 1200 kv.m ibarət torpaq sahəsinin naturada yeri müəyyən edildikdən sonra məlum oldu ki, başqa şəxslərə məxsus torpaq sahəsi ilə üst-üstə düşmür, lakin sxematik xəritə ilə və həmçinin naturada başqa nömrəli bağ sahəsi ilə üst- üstə düşür, ətrafında mövcud olan bağ nömrələri bağ sxemindəki nömrələrə uyğundur və müəyyən olunmuş yer başqa şəxsin adına qeydiyyatdan keçməmişdir.
4. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli Çıxarışa əsasən X3 adına qeydiyyatdan keçmiş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2308b saylı bağ sahəsi İddiaçı iddia etdiyi Azərbaycan SSR Bakı şəhər X14 İcraiyyə Komitəsinin “Bağlar Təsərrüfatının inkişafı və istismarı birliyi” tərəfindən xx.xx.1989-cu il tarixli orderlə ayrılmış Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 2308b saylı 1200 kv.m İbarət torpaq sahəsinin ərazisinə uyğun gəlmir. Sözügedən rəydə 2308b saylı 1200 kv.m ibarət torpaq sahəsinin ərazisi yaşayış məntəqəsinin torpaqlarına aid olmaqla bələdiyyə mülkiyyətində olması qeyd edilsə də, işin nə inzibati icraat zamanı, nə də ki, birinci instansiya məhkəməsi və apellyasiya araşdırması zamanı mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması müəyyən edilməyib. Həmçinin, cavabdeh tərəfindən təqdim edilmiş etiraz ərizəsi, apellyasiya şikayəti və məhkəmə sorğularına cavab məktublarında da torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmasına dair məlumat yoxdur. Əksinə cavabdeh inzibati orqanın etiraz ərizəsindən, məhkəmə sorğularına cavab məktublarından da görünür ki, mübahisəli bağ sahəsi Xəzər rayonu, Mərdəkan qəsəbəsində 55 saylı BTK nəzdində yerləşən bağ sahələrinə aiddir. Lakin bağın sxematik xəritədə yeri və nömrəsi ilə bağlı uyğunsuzluqlar vardır. Hazırki halda isə hüquqmüəyyənedici sənəd olan order (qüvvədədir, ləğv edilməmişdir) əsasında iddiaçının mərhum ərinə ayrılmış bağ sahəsinin başqa nömrəli bağın yerinə uyğiun gəlməsi iddiaçının hüquqlarının pozulmasına səbəb ola bilməz. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında» 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndinə görə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: (2.3.1) torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri əsasında aradan qaldırılması; (2.3.2) torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; (2.3.3) torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; (2.3.4) ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; (2.3.5) ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Apellyasiya şikayətinin “2308 b saylı bağ sahəsinin eyni BTK-ın nəzdində digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi” dəlilinə münasibətdə Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi, mübahisə predmeti olan 2308b nömrəli bağ sahəsinin ilkin olaraq xx.xx.1989-cu il tarixli 25 nömrəli Orderlə Bakı Şəhər İcraiyyə Komitəsinin 4/151 nömrəli xx.xx.1989-cu il tarixli qərarı əsasında iddiaçının mərhum əri X7 ayrılması cavabdeh inzibati orqan tərəfindən təqdim edilən sənədlərlə 9arxiv qovluğu) öz təsdiqini tapmışdır. Lakin, cavabdeh tərəfindən xx.xx.1989-cu il tarixli 25 nömrəli Order qüvvədə olduğu halda hansı əsaslarla eyni bağ sahəsinin X11 ayrılması və ya həmin orderin ləğv edilməsi, qüvvədə düşməsinə dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, X6 2308b nömrəli bağ sahəsinin digər şəxsin adına verilməsi (bağışlanması) barədə ərizəsinin olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmamışdır. Bundan başqa, məhkəmənin sorğusuna Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən təqdim olunmuş 30 mart 2022-ci il tarixli BA-01648-2022 saylı məktubuna qoşma olaraq təqdim edilmiş keçmiş Bakı şəhər XDS İK-nin xx.xx.1989-cu il tarixli, 4/151 saylı qərarından aydın görünür ki, AZ SSR Nazirlər Kabinetinin 02 iyun 1988ci il tarixli 195 nömrəli qərarı və Bakı şəhər X16 qərarına əsasən, bağ tikinti koorperativi tərkibində Mərdəkan massivində X7 55 nömrəli BTK tərəfindən bağ sahəsi ayrılmışdır. Həmçinin, məhkəmə araşdırmaları zamanı iş üzrə cəlb edilmiş 2308b nömrəli bağ sahəsinin mülkiyyətçisi X10 iddia olunan bağ sahəsi ilə bağlı hər hansı bir etirazının olmadığını qeyd etmiş, birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş yerli baxış (müayinə) protokolundan da aydın olur ki, sözügedən bağ sahəsinin yeri qeydiyyatdan keçmiş 2308B bağ sahəsindən aralı da yerləşir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı hazırkı tələblə mübahisə predmeti olan torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın reyestrində qeydiyyatdan keçməsini deyil, müvafiq arayışın verilməsini tələb edir. Həmçinin, X7 Mərdəkan massivi ünvanında yerləşən 0.12 ha sahəsi olan 2308b saylı bağ sahəsi ayrılmasına dair xx.xx.1989-cu il tarixli 25 nömrəli Orderin qüvvədə olması (ləğv və ya etibarsız hesab edilməmişdir), orderin verilməsinə əsas olan Bakı şəhər XDS İK-nin xx.xx.1989-cu il tarixli, 4/151 saylı qərarına əlavə edilmiş siyahıda X6 adının qeyd edilməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Göründüyü kimi, müvafiq ünvanda olan bağ sahəsinin iddiaçının mərhum ərinə məxsus olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Belə olan halda, mərhumun 2308b saylı bağ sahəsi üzərində hüquqlarının olması öz təsdiqi tapdığından, həmçinin bağ sahəsinin naturada yerləşdiyi mövqe, koordinatları, başqa şəxsin adına qeydiyyatdan keçməsi müəyyən edilmədiyindən hazırkı iddia tələbi üzrə "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinin tətbiqi mümkündür. Qüvvədə olan qanunvericiliyə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarışı almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında qeydiyyat orqanı tərəfindən ilk öncə arayış verilməli, daha sonra həmin arayış əsasında hüquq vərəsənin adına qeydiyyata alınmalıdır. Əlbəttə ki, vərəsə anlayışın və miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüququnun tənzimlənməsi prinsipi Mülki Məcəllənin müddəalarında əks olunur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 14.2.3-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsasdır. - 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. - 28.1-ci maddəsinə görə fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. - 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. ünvan 3ixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Xəyal Sarıyev