Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1036/2021 01.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Hüseynin sədrliyi və məruzəsi ilə, X2 və Vidadi Məmməd oğlu Məmmədovdan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçının vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiаçı “xxxx” MMC-nin cаvаbdеh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qаrşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 04 dekabr 2020-ci il tarixli, 2-1(112)-6194/2020 saylı qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı “xxxx” MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 21 avqust 2020-ci il tarixli, **********4195 nömrəli və 06 oktyabr 2020-ci il tarixli, **********8395 nömrəli qərarların ləğv edilməsini xahiş etmişdir. İddiaçı eyni zamanda məhkəməyə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə və ərizəyə əlavə ilə müraciət edərək, cavabdeh tərəfindən 21 avqust 2020-ci il tarixli, **********4195 saylı və 06 oktyabr 2020-ci il tarixli, **********8395 nömrəli qərar üzrə inzibati aktın icrasının dayandırılması, habelə cəmiyyətin əmlakının siyahıya alınması, qiymətləndirilməsi, hərracda satılması, bununla bağlı müvafiq iddia qaldırılması, vergi hesablanmış hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, iş üzrə mübahisə həll edilənə kimi hesablarından pul vəsaitinin silinməsi kimi aktın icrasına yönəlmiş hərəkətlərin edilməsinin cavabdehə qadağan edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən operativ vergi nəzarəti həyata keçirilmiş və yoxlamanın nəticəsinə dair 12 avqust 2020-ci il tarixli 000556 saylı akt tərtib edilmişdir. Akt üzrə “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 21 avqust 2020-ci il tarixli **********4195 nömrəli qərar qəbul edilmişdir. Qərara əsasən 83 119,46 manat məbləğində büdcəyə maliyyə sanksiyası ödənilməsi qərara alınmışdır. Həmin akt tərəflərindən mübahisələndirilmiş və hazırda Bakı İnzibati Məhkəməsinin icraatındadır və işə baxılır. Bundan sonra cavabdeh tərəfindən 06 oktyabr 2020-ci il tarixli **********8395 nömrəli Qərarla Siyəzən rayonu, Zarat kəndində yerləşən yem və taxıl satışı mağazalarında DVX 000777 saylı 13.04.2020-ci il tarixli akt əsasında 72285,58 manat eyni əsaslarla əlavə maliyyə sanksiyası hesablanmışdır ki, həmin inzibati aktla da, razı deyillər və eyni icraatda mübahisələndirmişlər. Cavabdeh orqan mübahisələndirdikləri həm 83119,46 manat, həm də 72285,58 manat maliyyə sankiyasının ödənilməsini tələb etməkdə davam edir, hətta artıq ödəmə məbləğindən hesablanmış cəmi 155 405,18 manat maliyyə sanksiyasının bir hissəsini də çıxmış və bu şəkildə də, daxil olan məbləğlərdən və artıq ödəmə məbləğlərindən maliyyə sanksiyası məbləğini çıxmaqda davam edirlər. Eləcə də, əmlaklarını siyahıya almaq, əmlakılarının hərrac vasitəsilə satılması, əmlaka tutma yönəldilməsi niyyətindədir. Bakı İnzibati Məhkəməsinin 04 dekabr 2020-ci il tarixli 2-1(112)-6194/2020 saylı qərardadı ilə iddiaçı “xxxx” MMC tərəfindən verilmiş ərizənin qismən təmin edilməsi, müvəqqəti xarakterli müdafiə tədbiri qismində işə mahiyyəti üzrə baxılıb qurtaranadək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən vergi ödəyicisi “xxxx” MMC barəsində qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 21 avqust 2020-ci il tarixli, **********4195 saylı və 06 oktyabr 2020-ci il tarixli, **********8395 saylı qərarlarının icrası ilə əlaqədar olaraq həmin qərarla mübahisələndirilən məbləğlərin 105 faiz məbləğində pul vəsaitinin dondurulmasının, cəmiyyətin “xxxx” ASC və “Ziraatbank” İçərişəhər filialında açılmış cari və digər hesablarında mübahisələndirilən qərarlarda qeyd edilən məbləğlərin 105 faiz hissəsində sərəncam və əlavə sərəncamların qoyulmasının cavabdehə qadağan edilməsi qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6194/2020 saylı iş üzrə 04.12.2020-ci il tarixli qərardadının ləğv edilməsi və iddiaçının ərizəsinin təmin edilmiş hissədə rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, inzibati prosessual qanunvericilik müvəqqəti xarakterli müdafiə tədbiri qismində iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqinin mümkünlüyünü nəzərdə tutmuş və müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün əsasları dəqiq müəyyən etmişdir. Məhkəmə tərəfindən qəbul edilən qərardadda iddianın uğurluluq ehtimalı ümumiyyətlə qiymətləndirilməmiş, həmçinin müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi üzrə digər əsasların olub-olmaması müəyyənləşdirilməmişdir. Məhkəmə qərardadın məzmununda haqlı olaraq mübahisələndirilən məbləğin 105 faiz dondurulması qənaətinə gəlmişdir. Lakin, məhkəmə qərardadın məzmununda hər hansı bir əsas göstəriləmədən, qərardadın nəticə hissəsində müəssisənin “xxxx” ASC və “Ziraatbank” İçərişəhər filialında açılmış cari və digər hesablarında mübahisələndirilən qərarlarda qeyd edilən məbləğin 105 faiz hissəsində sərəncam və əlavə sərəncamların qoyulmasının cavabdehə qadağan edilməsini qeyd etmişdir. Məhkəmə qərardadı qeyd edilən hissədə cavabdehin birbaşa səlahiyyətlərinə müdaxilə edilməklə yanaşı, vergi qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqları məhdudlaşdırıla bilər. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, digər hesablar məlum deyil. 105 faizlə bağlı razıdırlar. Dondurulmalı sərəncam göndərilir. 30 gün ardınca şikayət verməzsə alınmalı sərəncam göndərilir. Yəni sərəncam mübahisələndirilməzsə alınmalı sərəncam göndərilir. Bank hesabında pulu varsa vergi orqanı dondurmalı sərəncam göndərir. Etirazı var idisə sərəncamın dayandırılmasını tələb etməli idi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, maliyyə sanksiyası ilə bağlı vergi orqanının mövqeyi ondan ibarətdir ki, siz topdan satış edə bilərsiniz, lakin pərakəndə satış edən zaman elektron qaimə-faktura verməlisiniz. Belə bir məhdudiyyət vergi məcəlləsində nəzərdə tutulmayıb. Nə qədər ki, mağazalarda kassa aparatları quraşdırılıb, kassa aparatları ilə satış həyata keçirilə bilər. Limit də qoyulmayıb ki, kassa aparatları ilə nə qədər satış həyata keçirilə bilər. Hətta iş materiallarından da görünür ki, birinci qərar verilməmişdən əvvəl sərəncam qoymuşdular. Bu dondurulma ilə bağlı deyil, tutulma ilə bağlı sərəncam idi. Həmin 150.000-dən 80.000-i artıq silinmişdi. 2-ci dəfə üçün artıq ödəmə yaranmışdı. Artıq ödəmələrdə bağlı ƏDV hissəsində silmişdilər. Orda artıq bir məbləğ qalmamışdı. 105 faizlə bağlı artıq məhkəmə praktikası var. Heç bir dondurma yoxdur. Avtomatik olaraq silirlər. Şəxsi vərəqədən çıxarışa da baxsaq artıq o məbləğ çıxılıb. İki qərarda olan məbləğ həcmində sərəncamın qoyulmasının qadağan edilməsini xahiş edirlər. Müəssisə normal maaş verə bilmir. Yeni sərəncam verirlər və hesabdan pulu çıxırlar. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı təmin olunmuş hissədə ləğv edilməli, iş həmin hissədə ərizəyə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. İş materiallarından müəyyən edilmişdir ki, iddiaçıya məxsus mağazalarda Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən operativ vergi nəzarəti həyata keçirilmiş, yoxlama nəticəsində 12 avqust 2020-ci il tarixli, 000556 saylı və 13 avqust 2020-ci il tarixli 000777 saylı akt tərtib edilmiş və qeyd edilən aktlar üzrə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 21 avqust 2020-ci il tarixli **********4195 saylı və 06 oktyabr 2020-ci il tarixli **********8395 saylı qərarlar qəbul edilmişdir. Həmin qərarlara əsasən cəmiyyətə müvafiq olaraq 83119.46 manat və 72285.58 manat məbləğində maliyyə sanksiyası hesablanmışdır. İşin hallarından görünür ki, ərizəçi yuxarıda qeyd olunan müvafiq qərarlardan verilən şikayətə məhkəmədə baxılıb qurtaranadək həmin qərarların icrasının müvəqqəti dayandırılmasını xahiş edərək inzibati aktların icrasının dayandırılması, habelə cəmiyyətin əmlakının siyahıya alınması, qiymətləndirilməsi, hərracda satılması, bununla bağlı müvafiq iddia qaldırılması, vergi hesablanmış hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən gətmək hüququnun müvəqqəti məhdudlaşdırılması, iş üzrə mübahisə həll edilənə kimi hesablarından pul vəsaitinin silinməsi kimi aktın icrasına yönəlmiş hərəkətlərin edilməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İnzibati Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; Vergi Məcəlləsinin 16.1.11-2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən kameral və səyyar vergi yoxlamaları zamanı hesablanmış və ya yenidən hesablanmış vergilər, faizlər, habelə tətbiq edilmiş maliyyə sanksiyalarından verilmiş şikayətə məhkəmədə baxıldığı dövrdə və həmin şikayət üzrə məhkəmənin çıxardığı qərar qanuni qüvvəyə minənədək (vergi ödəyicisinin həmin vəsaitləri öz razılığı ilə ödədiyi hallar istisna olmaqla) əlavə hesablanmış məbləğin 105 faizi həmcində pul vəsaitinin milli və ya xarici valyutada cari və digər hesablarında məxaric əməliyyatları üzrə dondurulmasını təmin etmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən bu Məcəllənin 65.2.1.1 və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir. Bu zaman kredit təşkilatları və ya bank əməliyyatlarını aparan şəxslər tərəfindən bank hesablarında dondurulmuş vəsaitdən artıq olan pul vəsaitinə dair hesabdan məxaric edilməsini nəzərdə tutan vergi ödəyicisinin ödəmə tapşırıqları icra edilir. Vergi qanunvericiliyinə əsasən vergi orqanı tərəfindən kameral və səyyar vergi yoxlamaları zamanı hesablanmış və ya yenidən hesablanmış vergilər, faizlər, habelə tətbiq edilmiş maliyyə sanksiyalarından verilmiş şikayətə məhkəmədə baxıldığı dövrdə və həmin şikayət üzrə məhkəmənin çıxardığı qərar qanuni qüvvəyə minənədək əlavə hesablanmış məbləğin 105 faizi həmcində pul vəsaitinin milli və ya xarici valyutada cari və digər hesablarında məxaric əməliyyatları üzrə dondurulmasını təmin etmək vergi ödəyicisinin vəzifəsi kimi göstərilmişdir. Məhkəmə iclasında verdiyi izahatında da iddiaçının vəkili vergi orqanı tərəfindən qəbul edilən və hazırda tərəflərindən mübahisələndirilən iki qərarda qeyd edilən məbləğ həddində sərəncamın qoyulmasına etiraz etmədiklərini bildirmişdir. Hazırkı müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin verilməsində əsas məqsəd vergi orqanı tərəfindən tələb edilən məbləğin 105 faizindən artıq həcmdə olan hissəsində vəsaitindən istifadə edə bilməsidir. Bu, Vergi Məcəlləsinin 65.2-ci maddəsinin sonuncu cümləsində də nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi qeyd edilənlərdən və müvəqqəti xarakterli müdafiə tədbirinin məqsədindən kənara çıxaraq mübahisələndirilən qərarların icrası ilə əlaqədar olaraq həmin qərarlarla mübahisələndirilən məbləğlərin 105 faiz məbləğində pul vəsaitinin dondurulması nəticəsinə gəlmişdir. Bundan əlavə birinci instansiya məhkəməsi iddiaçı tərəfindən ərizədə nəzərdə tutulmamasına baxmayaraq cəmiyyətin “xxxx” ASC və “Ziraatbank” İçərişəhər filialında açılmış cari və digər hesablarında mübahisələndirilən qərarlarda qeyd edilən məbləğlərin 105 faiz hissəsində sərəncam və əlavə sərəncamların qoyulmasının cavabdehə qadağan edilməsi nəticəsinə gəlmiş, lakin həmin nəticəni də əsaslandıra bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı təmin edilən – müvəqqəti xarakterli müdafiə tədbiri qismində işə mahiyyəti üzrə baxılıb qurtaranadək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən vergi ödəyicisi “xxxx” MMC barəsində qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 21 avqust 2020-ci il tarixli, **********4195 saylı və 06 oktyabr 2020-ci il tarixli, **********8395 saylı qərarlarının icrası ilə əlaqədar olaraq həmin qərarla mübahisələndirilən məbləğlərin 105 faiz məbləğində pul vəsaitinin dondurulmasının, cəmiyyətin “xxxx” ASC və “Ziraatbank” İçərişəhər filialında açılmış cari və digər hesablarında mübahisələndirilən qərarlarda qeyd edilən məbləğlərin 105 faiz hissəsində sərəncam və əlavə sərəncamların qoyulmasının cavabdehə qadağan edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iş ərizəyə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 04 dekabr 2020-ci il tarixli, 2-1(112)-6194/2020 saylı qərardadı təmin edilən - müvəqqəti xarakterli müdafiə tədbiri qismində işə mahiyyəti üzrə baxılıb qurtaranadək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən vergi ödəyicisi “xxxx” MMC barəsində qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 21 avqust 2020-ci il tarixli, **********4195 saylı və 06 oktyabr 2020-ci il tarixli, **********8395 saylı qərarlarının icrası ilə əlaqədar olaraq həmin qərarla mübahisələndirilən məbləğlərin 105 faiz məbləğində pul vəsaitinin dondurulmasının, cəmiyyətin “xxxx” ASC və “Ziraatbank” İçərişəhər filialında açılmış cari və digər hesablarında mübahisələndirilən qərarlarda qeyd edilən məbləğlərin 105 faiz hissəsində sərəncam və əlavə sərəncamların qoyulmasının cavabdehə qadağan edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iş ərizəyə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Fuad Talışinski Vidadi Məmmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1036/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1036/2021
01.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver