Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1037/2023 11.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), oğlu, Məmmədova Şərafət Asif qızı və X3 ibarət tərkibdə, iddiaçının, onun vəkili X4 və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əmək qabiliyyətinin itirilməsi faizinin bərpa edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-206/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi gözdən əlil olmağı ilə əlaqədar əmək qabiliyyətinin itirilmə faizinin 1% müəyyən edilməsinə dair tərtib edilmiş sənədin ləğv edilməsi, əmək qabiliyyətinin itirilmə faizinin 50% olması ilə bağlı tərtib edimiş sənədin bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Qarabağ müharibəsi əlilidir, onun əlillik vəziyyəti xx.xx.2018-ci ildə qiymətləndirilmiş və “monokulyar korluq, OD-zədədən sonrakı vəziyyət, digər qlaukoma, OD-terminal qlaukoma, qüzehli qişanın və kirpikli cismin digər dəqiqləşdirilmiş.OD-travmadan sonra sonrakı qüzehli qişanın kalaqoması, görmə sinirinin atrofiyası, OD görmə sinirinin atrofiyası” diaqnozuna görə “ümumi xəstəlik” səbəbi ilə müddətsiz əlillik təyin edilmişdir. Daha sonra onun əlillik vəziyyəti səhiyyə müəssisəsinin 2788003AABRG nömrəli göndərişi əsasında xx.xx.2019- cu il tarixdə təkrar qiymətləndirilmiş və “monokulyar korluq, istehsalatda bədbəxt hadisə nəticəsində zədədən sonrakı vəziyyət, qüzehli qişanın və kirpikli cismin digər dəqiqləşdirilmiş.OD-travmadan sonrakı qüzehli qişanın kalaqoması, digər qlaukoma.OD- terminal qlaukoma.Görmə sinirinin atrofiyası, OD - görmə sinirinin atrofiyası, Afakiya.Hipermetropiya.VİS OD= qeyridüzgün işıq duyğusu, VİS-OS -0.2 k/ilə= 0,4ROSH1.OD. On iki barmaq bağırsağın xorası” diaqnozuna görə “ümumi xəstəlik” səbəbi ilə müddətsiz əlillik, 50 % əmək qabiliyyətinin itirilmə faizi müəyyən edilmişdir. İstehsalatda xəsarət aldığı vaxtdan sağ gözünün görmə qabiliyyətinin praktiki itirilməsinə baxmayaraq "xxxx" ASC tərəfindən sığorta ödənişi ona ödənilməmiş, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi tərəfindən 24 oktyabr 2018-ci il tarixdə tərtib edilmiş İZ aktı əsasında səhiyyə müəssisəsinin 2788003AABPX saylı göndərişi əsasında xx.xx.2018-ci il tarixdə şəxsin iştirakı olmadan qiymətləndirilərək ‘ümumi xəstəlik" səbəbi ilə müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişd müəyyən edilmişdir Daha sonra, xx.xx.2019- cu il tarixdə onun iştirakı olmadan səhiyyə müəssisəsinin 2788003AABRG saylı göndərişi əsasında təkrar qiymətləndirilərək, “əmək zədəsi" səbəbi ilə müddətsiz üçüncü dərəcə əlillik və 50%(əlli faiz) əmək qabiliyyətinin itirilmə faizi müəyyən edilmişdir."xxxx" ASC-nin 22 aprel 2019-cu il tarixli 19-010102264 saylı məktubu əsasında iddiaçının əlillik vəziyyəti Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən araşdırıldıqda müəyyən olunmuşdur ki, 2018-ci il tarixdə istehsalatda xəsarət alan vaxtda sağ gözün görmə itiliyi praktik korluq səviyyəsində olmuşdur, sağ gözün görmə itiliyi istehsalatda alınmış xəsarət nəticəsində itirilməmişdir. Buna görə də, həmin zədə nəticəsində əmək qabiliyyətinin itirilmə faizi təyin olunmur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-206/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı gözdən əlil olmağı ilə əlaqədar əmək qabiliyyətinin itirilmə faizinin 1% müəyyən edilməsinə dair cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və X1 Sosial Ekspert Komissiyasının qərarı ləğv edilsin, İddiaçı əmək qabiliyyətinin itirilmə faizinin 50% olması ilə bağlı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və X1 Sosial Ekspert Komissiyasının qərarının bərpa edilməsi vəzifəsi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırmışdır: “...Birinci instansiya məhkəməsinin qərarı maddi və prosessual normaların pozulması ilə qəbul edildiyindən "xxxx" ASC-nin 22 aprel 2019-cu il tarixli 19-010102264 saylı məktubu əsasında İddiaçı əlillik vəziyyəti Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən araşdırılmışdır. Araşdırma zamanı “X5” MMC-nin məktubundan müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin Mədəngeofizika istehsalat bölümünün “Bahar” MGE-nin karotajçısı İddiaçı 2013-2018-ci illər ərzində dövrü müayinəsi zamanı göz müayinəsi zamanı sağ gözün görmə itiliyi praktik korluq səviyyəsində olmuş (əl hərəkəti, sıfır, 0,02) və bütün müayinələrdə “Sağ gözdə afakiya, xarici çəpgözlük” diaqnozu müəyyən edilmişdir. Sənədlərdən müəyyən edilir ki, 2018-ci il tarixdə istehsalatda xəsarət alan vaxtda sağ gözün görmə itiliyi praktik korluq səviyyəsində olmuşdur, sağ gözün görmə itiliyi istehsalatda alınmış xəsarət nəticəsində itirilməmişdir. Buna görə də həmin zədə nəticəsində əmək qabiliyyətinin itirilmə faizi təyin olunmur. İddiaçı barəsində inzibati icraat başlanmış, o əyani müayinəyə çağırılmış barəsində xx.xx.2019-cu il tarixli qərar qəbul edilmişdir. Həmin qərara əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməmin 2.5.14 bəndinə uyğun olaraq, “əmək zədəsi” səbəbi ilə müddətsiz üçüncü dərəcə əlilliyi qüvvədə saxlanılmış, 50%(əlli faiz) əmək qabiliyyətinin itirilmə faizi ləğv edilərək əmək qabiliyyətinin itirilmə fazi təyin edilməmişdir. Agentlik tərəfindən iddiaçının hüquqlarının pozulması istiqamətində hər hansı qanunazidd hərəkət və ya hərəkətsizliyə yol verilməmişdir. Əsasnamənin 1.3-cü bəndinə əsasən Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilmişdir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi N.İsmayılova apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili E.Yəhyəzadə cavabdehin nümayəndəsi ilə razılaşmamış, cavabdeh tərəfindən iddiaçının əvvəlki əmək qabillyyətinin itirilmə fazinin ləğv edilməsi əsassız olaraq "xxxx" ASC-nin 22 aprel 2019-cu il tarixli 19-010102264 saylı məktubu əsasında ləğv edildiyini bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İşə əlavə olunmuş, “İstehsalatda bədbəxt hadisə haqqında” İZ formalı akta əsasən müəyyən olunur ki, iddiaçı “Bahar” MGE-də karotajçı peşəsində işləmiş, xx.xx.2018-ci il tarixddə 740 saylı özüldə olarkən yaşayış evciyində əl-üzünü yuyarkən başını aşağı əyən zaman sağ gözünü əl-üz yuyan kranın lüləsinə vurmuş və bununla əlaqədar gəmi vasitəsilə sahilə çıxarılaraq xəstəxanaya aparılmışdır; Eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dairxx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixli sənədlərə,habelə cavabdeh iddia ərizəsinə etirazı və ounun apellyasiya şikayətinin dəlillərinə əsasən müəyyən olunur ki, sözügedən İZ aktı əsasında iddiaçının sağlamlıq vəziyyəti səhiyyə müəssisəsi müəyinə edilərək 2788003AABPX saylı göndərişi əsasında TSEK tərəfindən xx.xx.2018-ci il tarixdə qiymətləndirilərək, ona “Monokulyar korluq, ODzədədən sonrakı vəziyyət. Digər qlaukoma, OD-terminal qlaukoma. Qüzehli qişanın və kirpikli cismin digər dəqiqləşdirilmiş, OD – travmadan sonrakı qüzehli qişanın kalaqoması. Görmə sinirinin atrofiyası, OD Görmə sinirinin atrofiyası” diaqnozu müəyyən edilməklə ona “ümumi xəstəlik” səbəbi ilə müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. Daha sonra, xx.xx.2019-cu il tarixdə iddiaçının sağlamlıq vəziyyəti səhiyyə müəssisəsinin 2788003AABRG saylı göndərişi əsasında təkrar qiymətləndirilməsi həyata keçirilərək “Monokulyar korluq. İstehsalatda bədbəxt hadisə nəticəsində zədədən sonrakı vəziyyət. Qüzehli qişanın və kirpikli cismin digər dəqiqləşdirilmiş. OD-Travmadan sonrakı qüzehli qişanın kalaqoması. Digər qlaukoma. OD-Terminal qlaukoma. Görmə sinirinin atrofiyası. OD-Görmə sinirin atrofiyası. Afakiya. Hipermetropiya. Vis OD- Qeyri düzgün işıq duyğusu. Vis OS= 0,2 k/ilə=0,4.ROS –H1.0D.On iki barmaq bağırsağın xorası” diaqnozuna görə “əmək zədəsi” səbəbi ilə müddətsiz üçüncü dərəcə əlillik və 50 % (əlli faiz) əmək qabiliyyətinin itirilmə faizi müəyyən edilmişdir. Beləliklə də tədqiq olunan sənədlərlə müəyyən olunan hallardan göründüyü kimi, iddiaçı xx.xx.2018-ci il tarixdə sağ gözündən aldığı istehsalat zədəsi ilə əlaqədar səhiyyə müəssisənin sonuncu göndərişi əsasında xx.xx.2019-cu il qiymətləndirilmə aparılaraq, ona “Monokulyar korluq, OD-zədədən sonrakı vəziyyət. Digər qlaukoma, OD-terminal qlaukoma. Qüzehli qişanın və kirpikli cismin digər dəqiqləşdirilmiş, OD – travmadan sonrakı qüzehli qişanın kalaqoması. Görmə sinirinin atrofiyası, OD Görmə sinirinin atrofiyası” diaqnozu ilə “ümumi xəstəlik” səbəbi ilə müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. Lakin, işə əlavə olunmuş,"xxxx" ASC-nin iddiaçıya ünvanlanmış 22 aprel 2019-cu il tarixli və cavabdeh Agentliyin "xxxx" ASC-yə ünvanladığı xx.xx.2019-cu il tarixli məktublarına (i.v. 75, 80), eləcə də, Agentliyin iddia ərizəsinə etirazı və apellyasiya şikayətinə əsasən əsasən müəyyən olunur ki: - "xxxx" ASC tərəfindən keçirilmiş tibbi ekspertizanın müvafiq qanunvericiliyə uyğun olaraq aparılıb-aparılmaması və əsaslı olub-olmaması ilə əlaqədar sənədlərin ali nəzarət komissiyasına göndərilməsi zərurəti yaranıdığını bildirmiş, bundan sonra, iddiaçının istehsalat zədəsi alması ilə bağlı sənədləri TSEK tərəfindən yenidən araşdırılaraq belə qənaətə gəlinmişdir ki, iddiaçının 2013-2018-ci illər ərzində dövrü müayinəsi zamanı göz müayinəsi zamanı sağ gözün görmə itiliyi praktik olaraq korluq səviyyəsində olmuş (əl hərəkəti, sıfır, 0,02) və bütün müayinələrdə “Sağ gözdə afakiya, xarici çəpgözlük” diaqnozu və həmin diqnozu ilə iddiaçının 2018-ci ildə istehsalatda xəsarət alan vaxtda sağ gözün görmə itiliyi praktik korluq səviyyəsində olmuş, sağ gözün görmə itiliyi istehsalatda alınmış xəsarət nəticəsində itirilməməmiş, buna görə də həmin zədə nəticəsində əmək qabiliyyətinin itirilmə faizi təyin olunmur.» Nəticədə, işə əlavə olunmuş, Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi adlı sənəddən göründüyü kimi, TSEK tərəfindən iddiaçının sağlamlıq vəziyyətinin təkrar qiymətləndirilməklə, “Monokulyar korluq. OD- Travmadan sonrakı qüzehli qişanın kalaqoması. Digər qlaukoma. OD-Terminal qlaukoma. Görmə sinirinin atrofiyası. OD-. Afakiya. Hipermetropiya. Vis OD=Qeyri düzgün işıq duyğusu. Vis OS= 0,2 k/ilə=0,4.ROS –H1.0D. On iki barmaq bağırsağın xorası. Görmə sinirin atrofiyası” diaqnozu ilə onun “əmək zədəsi” səbəbi ilə müddətsiz üçüncü dərəcə əlillik və 1 % əmək qabiliyyətinin itirilmə faizi müəyyən edilərək həmin nəticə xx.xx.2019-cu ildə və bu nəticə sistemə daxil edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, TSEK-in qeyd olunan qərarı ilə iddiaçının əmək qabiliyyətinin əvvəlki itirlmə faizinin ləğv edilməsi tamamilə əsassızdır. Belə ki, müddətsiz əmək qabiliyyətinin 50 faiz itirlməsi ilə ona 3-cü dərəsə əlillik təyin edilərkən qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 5.3-cü bəndi nəzərdə tutur ki, əlilliyi olan şəxslərin vaxtından əvvəl əlilliyin təkrar qiymətləndirilməsi və ya müddətsiz əlilliyi olan şəxslərin təkrar müayinəyə cəlb edilməsi aşağıdakı hallarda həyata keçirilir: “…5.3.2. vətəndaşların və ya vəzifəli şəxslərin müraciətləri və ya şəxsin işlədiyi işəgötürənin, səhiyyə müəssisəsinin sorğusu əsasında aparılmış araşdırmalar zamanı əlilliyin düzgün müəyyən olunmasını şübhə altına alan əsaslı faktlar aşkar edildikdə...” Konkret halda isə Əsasnamənin qeyd olunan tələbi qaydasında TSEK tərəfindən "xxxx" ASC-nin müraciətindən sonra iddiaçının əlilliyi təkrar qiymətləndirərkən, əvvəlki əmək qabiliyyətinin 50 faiz itirilmə faizi ləğv edilib, həmin faizin 1 faiz miqdarında müəyyən edilməsi üçün əsaslı faktların mövcudluğu sübuta yetirilmir. Ən azından, cavabdeh tərəfindən məhkəməyə belə sənəd-sübut təqdim olunmamışdır. İddiaçının sağ gözündən istehsalat zədəsi alması isə mötəbər sübutlarla,o cümlədən İZ aktı və həmin akt əsasında iddiaçının məhz səhiyyə müəssisəsinin ilkin müəyinələri və əvvəlki TSEK-in qərarı ilə aldığı xəsarətin istehsalat zədəsi olmaqla, onun əmək qabiliyyətinin 50 faiz itirməsinin təsdiq olunaraq, ona bu səbəblə 3-cü dərəcə əlillik təyin edilmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, sonradan, onun istehsalat zədəsi alana qədər 2013-2018-ci illərdə sağ gözün görmə itiliyinin praktik korluq səviyyəsində olması əsası ilə, TSEK tərəfindən əvvəlki dövrlər üzrə qiymətləndirmə aparılması (baxmayaraq ki, həmin dövrə dair ekspert komisiyyasının müvafiq rəyi və qiymətləndirilməsi mövcud olmamışdır) əsaslı fakt kimi nəzərə alına qiymətləndirilmə üçün əsas ola bilməz. «İnzibati icraat haqqında” Qanunun 58.1-ci inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Qanunun qeyd olunan tələblərini də nəzərə alan məhkəmə kollegiyası, konkret halda, iddiaçının etimad göstərdiyi, TSEK-in xx.xx.2019-cu il tarixli qərarı ilə ona təyin olunmuş müddətsiz, istehsalat zədəsi nəticəsində əmək qabiliyyətinin 50 faiz itirlməsinin ləğv edilərək həmin faizin 1 faiz miqdarında müəyyən edilərək xx.xx.2019- il tarixdə altsistemə yerləşdirilməsi, həm də barəsində inzibati icraat başlamadan və onun iştirakı təmin edilmədən bütün bunların həyata keçirilməsi qanunsuzdur. Beləliklə də qeyd edilənləri ümumiləşdirərək, məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddiaçının tələbinin təmin olunaraq gözdən əlil olmağı ilə əlaqədar əmək qabiliyyətinin itirilmə faizinin 1% müəyyən edilməsinə dair cavabdehin Tibbi Sosial Ekspert Komissiyasının qərarı ləğv edilməsi və Tibbi Sosial Ekspert Komissiyasının iddiaçının əmək qabiliyyətinin itirilmə faizinin 50% olması ilə bağlı əvvəlki qərarının bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi işin sübutlarla müəyyən edilən hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Odur ki, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilmədiyini, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması ilə qanunsuz qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-206/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-206/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1037/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1037/2023
11.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver