Məhkəmə qərarları › İş №2-1(103)-1037/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1037/2025

08.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1037/2025 08.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi Nümayəndə Fizuli oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-2684/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli **********747200 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, vergi orqanı tərəfindən qəbul edilmiş qərarın çıxarılmasına səbəb kimi 2021-ci il üzrə ixrac əməliyyatlarından yaranmış 18422821,70 manat debitor borc satışdankənar gəlirə cəlb edilməli olduğu halda, 2022-ci il hesablama metodu ilə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində 216-cı sətir məlumatları boş göstərilməsi qeyd edilmişdir. Bu barədə qeyd etmək lazımdır ki, MMC tərəfindən 2022-ci il ərzində hər hansı bir əməliyyat aparılmamışdır. Həmin qərarın hesablanması üçün lazımlı olan məlumatlar vergi orqanı tərəfindən haradan əldə edildiyi və ya hansı əsaslarla qəbul edildiyi məlum olmamışdır. Vergi orqanı tərəfindən həmin hesablamalara əsas kimi götürülmüş sübutlar barədə məlumat verilməmişdir. 2022-ci il ərzində hər hansı əməliyyatın aparılmaması həmin məsuliyyətə cəlb edilməsi barədə qərarın ləğv edilməsinə əsas verir. İddiaçı tərəfindəən 2022-ci il ərzində hər hansı əməliyyat aparılmamışdır, yəni 2022-ci il mənfəət vergisi üzrə hesablanmış bu qərarın hansı əsaslarla hesablanması məlum deyildir. Həmin qərarın hesablanması üçün lazımlı olan məlumatlar vergi orqanı tərəfindən haradan əldə edildiyi və ya hansı əsaslarla qəbul edildiyi iddiaçıya məlum olmamışdır. Vergi orqanı tərəfindən həmin hesablamalara əsas kimi götürülmüş sübutlar barədə məlumat verilməmişdir. Bu kimi hallar vergi orqanının qanunsuz əməllərindən ibarətdir. Çünki iddiaçı tərəfindən 2022-ci il ərzində hər hansı əməliyyatın aparılmaması həmin məsuliyyətə cəlb edilməsi barədə qərarın ləğv edilməsinə əsas verir. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, 2021-ci il ərzində kassa metodu üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ixrac əməliyyatına əsasən 18422821,70 debitor borc qalığının olduğu, həmin il üzrə xərc bazasının tam qaydada bəyannamədə əks etdirildiyi, nəticədə kreditor qalığın olmadığı müəyyən edilmiş, lakin Vergi Məcəlləsinin 130.4-cü maddəsinə əsasən hesablama metodu ilə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində vergi uçotunun dəyişməsindən yaranan satışdankənar gəlir məbləği əks etdirilməmişdir. Qeyd edilən kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********040100 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" uyğunsuzluq məktubu göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən göndərilmiş məktuba münasibət bildirilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci il mənfəət vergisi bəyannaməsi üzrə 3684564,34 manat əlavə vergi məbləği hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********953200 nömrəli Qərar qəbul olunmuşdur. Eyni zamanda xx.xx.2022-ci il tarixdə aparılan kameral vergi yoxlaması zamanı Nazirlər Kabinetinin 55 saylı qərarı tətbiq edilməklə gəlirə əsasən ********.41 manat (18422821,70/6*5) xərc müəyyən edilərək 614094.06 manat (18422821,70- ********.41)x20%) vergi məbləği hesablanmışdır. Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisinə 2022-ci il mənfəət vergisi bəyannaməsi üzrə 618094.05 manat əlavə vergi məbləği hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********747200 nömrəli Qərar qəbul olunmuşdur. İddia ərizəsində qeyd edilənlərlə bağlı bildirilir ki, uçot-baza məlumatlarına əsasən 2021-ci üzrə iddiaçı tərəfindən ********.7 manat dəyərində ixrac əməliyyatları həyata keçirilmiş, vergi ödəyicisi tərəfindən isə 2021-ci il üzrə kassa metodu ilə təqdim edilmiş mənfəət vergisinin bəyannaməsində 1,445,000.0 manat məbləğində malların təqdim edilməsindən gəlir göstərilmişdir. Təqdim edilmiş bəyannamə üzrə vergi ödəyicisinin gəlirləri vergi orqanı tərəfindən təsdiq edilmiş və (19,867,821.7- 1,445,000.0)=18,422,821.7 manat məbləğ kameral vergi yoxlaması ilə vergi ödəyicisinin debitor borclarına aid edilmişdir. Vergi ödəyicisi tərəfindən 2022-ci il üzrə hesablama metodu ilə təqdim edilmiş mənfəət vergisinin bəyannaməsinin 1 nömrəli əlavəsində hesabat dövrünün əvvəlinə aktivlərin dəyəri 18,181,321.9 manat qeyd edilsə də, debitor borcun məbləği göstərilməmiş və malların təqdim edilməsindən gəlirin 0.00 manat qeyd edilmişdir. Qeyd edilənləri və vergi ödəyicisi tərəfindən bəyannamənin hesablama metodu ilə təqdim edildiyini nəzərə alaraq (19,867,821.7-1,445,000.0)=18,422,821.7 manat məbləğ vergi ödəyicisinin gəlirləri kimi qiymətləndirilməlidir. Buna əsasən, həyata keçirilmiş kameral vergi yoxlaması vergi qanunvericiliyinin tələblərinə tam cavab vermişdir və onun ləğv edilməsi üçün hər hansı əsas yoxdur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-2684/2024 saylı, qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsi və ekspertizanın aparılmasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-2684/2024 saylı qərarı ilə (hakim B.M.Cəlalov) iddia təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********747200 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-2684/2024 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti iddiaya etirazla oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə qərarının yeganə dəlili kimi istinad edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 sentyabr 2024-cü il tarixli 9/2914 №-li ekspert rəyində qeyd edilmişdir ki, iş materiallarından göründüyü kimi, 2021-ci il üzrə iddiaçı tərəfindən 19.867.821,7 manat dəyərində ixrac əməliyyatları həyata keçirilmiş və 2021-ci il üzrə kassa metodu ilə təqdim edilmiş mənfəət vergisinin bəyannaməsində malların təqdim edilməsindən 1.445.000,0 manat məbləğində gəlir, gəlirdən çıxılan xərci isə 1440139,00 manat məbləğində göstərilmişdir.Yəni kassa metoduna uyğun olaraq daxil olmuş pul vəsaitinə görə gəlir və həmin gəlirə görə çəkilmiş xərclər nəzərə alınmışdır. Vergi orqanının dəqiqləşdirilmiş kameral mənfəət bəyannaməsində isə gəlirdən çıxılan xərc 1415003,93 manat məbləğində göstərilmişdir.19.867.821,7 manat dəyərində ixrac əməliyyatlarının 18,181,321.9 manatı isə debitor borc kimi göstərilərək növbəti ilə keçirilmişdir. Eyni zamanda qeyd edilir ki, təqdim edilmiş iş materiallarında da vergi ödəyicisinə ixrac olunmuş mallara görə 2021-ci ildə pul vəsaitinin daxil olması ilə bağlı sənədlər mövcud deyildir. İş materiallarından göründüyü kimi, vergi orqanı tərəfindən vergi ödəyicisinə 2022- ci il üzrə Vergi Məcəlləsinin 134-cü və 135-ci maddəsinin tələbləri nəzərə alınmaqla mənfəət vergisi hesablanmışdır. Belə ki, vergi orqanı tərəfindən 18422821,70 manat gəlir müəyyən olunmuş lakin xərc sənədləri olmadığından gəlirinə Nazirlər Kabinetinin 55 saylı qərarı tətbiq edilməklə 15352351,41 manat (18422821,70/6*5) xərc müəyyən edilmiş və 614094.06 manat (18422821,70-15352351,41)x20%) vergi məbləği hesablanmışdır. Bununla bağlı bildirilir ki, təqdim edilmiş iş materiallarında vergi ödəyicisinin 2022-ci ilə dair gəliri və xərcləri üzrə sənədləri öz əksini tapmışdır. Təqdim edilmiş iş materiallarında vergi ödəyicisinin 2022-ci ilə dair gəliri və xərcləri üzrə sənədləri öz əksini tapmışdır. Təqdim edilmiş sənədlər (bank çıxarışları, elektron alış aktları, qərarlar, bəyannamələr və 1 ədəd disk (bəyannamələr, ixrac dair əməliyyarları, şəxsi hesab vərəqəsini və vergi orqanının qərarını özündə əks etdirən) və s.)) nəzərə alınmaqla və Vergi Məcəlləsinin 130-136-cı maddəsinin tələblərinə əsasən müəssisə tərəfindən aparılmış əməliyyatlara görə 2022-ci il üzrə dövlət büdcəsinə ödənilməli olan mənfəət vergisinin məbləği müəyyən olunmur, o cümlədən: Ümumi gəlir - 19857824,85 manat, Ümumi xərclər - 20647929,52 manat. Göründüyü kimi, müəssisənin 2022-ci il üzrə xərci əldə etdiyi gəlirindən çox olmuşdur. Göstərilənlərdən əlavə qeyd edilir ki, 2021-ci il üzrə daxil olmuş pul vəsaiti – 1500 manat məbləğində (hesabın möhkəmləndirilməsi və təsisçidən daxil olmuş pul vəsaiti), 2022-ci il üzrə daxil olmuş pul vəsaiti isə 19857824,85 manat məbləğində olmuşdur. Təqdim edilmiş sənədlərə əsasən 2021-ci il və 2022-ci illər üçün MMC-nin xərcləri isə yuxarıda da göstərildiyi kimi 20647929,52 manat məbləğində olmuşdur. Ekspert rəyinə nəzər saldıqda görünür ki, cavabdehin etirazı olduğu kimi rəyə köçürülmüş və qanunvericiliyinin maddələri sadəcə qeyd edilmişdir. Eyni zamanda ekspert rəyində sadəcə olaraq bildirilmişdir ki, təqdim edilmiş iş materiallarında vergi ödəyicisinin 2022-ci ilə dair gəlir və xərclər üzrə sənədlər öz əksini tapmışdır. Tədqiqata təqdim edilmiş sənədlər nəzərə alınmaqla 2022-ci il üzrə mənfəət vergisi müəyyən edilmişdir. Ümumi gəlirlər 19857824,85 manat, xərclər isə 20647929,52 manat qeyd edilsə də, xərclərin nə cür formalaşmasının hər hansı birr riyazi formulu qeyd edilməmiş, sadəcə rəqəmlər ifadə edilmişdir. Ümumiyyətlə, xərci təsdiq edən sənədlər nə vergi orqanına, nə də ki məhkəməyə təqdim edilməmişdir. Qeyd edilən xərc sənədlərinin sonradan müəyyən edilməsi həmin sənədləri şübhə altına alır. Bunlarla yanaşı ekspert rəydə pul vəsaitlərinin daxil olması və xərcin çəkilməsi ilə gəlir və xərci müəyyən etmişdir və hesablama metodunun tələblərinə ziddir. Belə ki vergi ödəyicisi bəyannaməni kassa metodu ilə deyil, hesablama metodu ilə təqdim etdiyindən gəlirin əldə edilməsi və xərcin çəkilməsi vaxtı Vergi Məcəlləsinin 135 və 136-cı maddələrinin tələbləri nəzərə alınmaqla hesablama aparılmalı idi. Odur ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-2684/2024 nömrəli qərarı ləğv edilməli və iddia təmin edilməməlidir. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddiaçının apellyasiya şikayətinə etirazını məhkəməyə təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən təqdim edilmiş apellyasiya şikayətinə nəzər yetirdikdə müəyyən etmək mümkün olur ki, şikayətdə qeyd edilən əsaslar cavabdeh tərəfindən birinci instansiya məhkəməsində təqdim olunmuş etirazda qeyd edilənlərlə demək olar ki, eynilik təşkil edir və formal tələblərə əsaslanır. Cavabdeh vergi orqanı öz kassasiya şikayətində hər hansı yeni bir sənəd, mötəbər sübut təqdim etmədən apellyasiya instansiyası tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş qərarın çıxarılmasına səbəb kimi 2021-ci il üzrə ixrac əməliyyatlarından yaranmış 18422821,70 manat debitor borc satışdankənar gəlirə cəlb edilməli olduğu halda, 2022-ci il hesablama metodu ilə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində 216-cı sətir məlumatları boş göstərilməsi qeyd edilmişdir. Lakin qeyd etmək lazımdır ki, MMC tərəfindən 2022-ci il ərzində hər hansı bir əməliyyat aparılmamışdır. Həmçinin 2022-ci il üzrə sonuncu dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi xx.xx.2022-ci il tarixində təqdim edilmiş, 65 iş günü sonra xx.xx.2023 - cü il tarixində mənfəət vergisi bəyannaməsinə kameral hesablanmışdır. 2022-ci il mənfəət vergisinə kameral münasibət bildirilməsinə baxmayaraq, 94 iş günü keçdikdən sonra xx.xx.2023 - cü il tarixində yenidən kameral hesablama aparılmışdır. Bu müddət ərzində fəaliyyət mövcud olmamış və bəyannamə göndərilməmişdir. İnzibati icraat haqqında qanun və Vergi Məcəlləsinin 37- ci maddəsində göstərilən tələblər pozularaq **********747200 saylı qərarla 614 094.06 manat məbləğində vergi hesablanmışdır. Həmin qərarın hesablanması üçün lazımlı olan məlumatlar vergi orqanı tərəfindən haradan əldə edildiyi və ya hansı əsaslarla qəbul edildiyi məlum olmamışdır. Vergi orqanı tərəfindən həmin hesablamalara əsas kimi götürülmüş sübutlar barədə məlumat verilməmişdir. Cavabdehin ekspert rəyinin əsaslılığı ilə bağlı apellyasiya şikayətində qeyd etdiyi xüsusatlara əsasən isə qeyd edilməlidir ki, bununla bağlı birinci instansiya məhkəməsində icraatda cavabdeh vergi orqanı tərəfindən təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasına münasibət qarşı münasibət bildirilmişdir. Belə ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-2684/2024 saylı qərardadına əsasən məhkəmənin tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırması nəticəsində iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Nəticədə 2021 və 2022-ci illər üzrə müəssisəyə daxil olan pul vəsaitləri, müəssisənin gəlir və xərcləri, mənfəəti, o cümlədən 2022-ci il üçün mənfəət vergisinin məbləği və düzgünlüyü barədə suallar ekspert qarşına qoyulmuş, təqdim edilmiş iş materialları isə araşdırılaraq 20 sentyabr 2024-cü il tarixli, 9/2914 saylı ekspert rəyi ilə də məhkəmə tərəfindən suallar cavablandırılmışdır. İnzibati Prosessual Məcəllənin 29-1 və Mülki Prosessual Məcəllənin 97-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Birinci instansiya məhkəməsinin qərarında da qeyd edildiyi kimi, iş materiallarına əsasən aparılmış ekspertiza tədqiqatı nəticəsində iddiaçının 2022-ci il üzrə xərcinin əldə etdiyi gəlirindən çox olmasa, nəticədə mənfəət əldə etməməsi müəyyən edilmişdir. Həmçinin ekspert rəyinin mötəbərliliyin şübhə altına alacaq hallar da müəyyən edilməmişdir. Məhkəmə cavabdehin ekspert rəyinin mötəbərliliyi ilə bağlı dəlillərinə münasibətdə qeyd etmişdir ki, ekspertiza tətqiqatı zamanı hər iki tərəfin nümayəndələrinin ekspertiza aparılmasında iştirakı təmin edilmiş, hər iki tərəfə sübutların ekspertə təqdim edilməsinə şərait yaradılmışdır. O cümlədən, birinci instansiya məhkəməsi ekspert rəyini qiymətləndirərək bildirmişdir ki, ekspert rəy verərək təqdim edilən sənədlərə istinad etmiş və rəy əsaslandırılmışdır. Odur ki, hazırda cavabdehin ekspert rəyinin mötəbərliliyi ilə apellyasiya şikayətində qeyd edilmiş dəlillərin əsası yoxdur; cavabdeh tərəfindən yalnız formal mülahizələr verilmiş, 9/2914 saylı rəydə qeyd olunanların əksini əsaslandıracaq heç bir dəlil isə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi Nümayəndə Fizuli oğlu apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etirazın izahatına uyğun izahat verdi və apellyasiya şikayətinin rədd edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - xx.xx.2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən MMC-nin təsisçisi X2 xx.xx.2023- cü il tarixdə vəfat etmişdir. Onun vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan qardaşı - X1 müəyyən edilmişdir. Şəhadətnamə verilən miras əmlak MMC-də olan nizamnamə kapitalının məbləği 10 manat 00 qəpik (on manat sıfır qəpik), nizamnamə kapitalındakı faizi 100 % olan paydan ibarətdir. Hüquqi şəxsin qanuni təmsilçisinin dəyişməsi ilə bağlı dövlət reyestrində qeydiyyat aparılmışdır. - Vergi ödəyicisi tərəfindən isə 2021-ci il üzrə kassa metodu ilə təqdim edilmiş mənfəət vergisinin bəyannaməsində 1,445,000.0 manat məbləğində malların təqdim edilməsindən gəlir göstərilmişdir. Təqdim edilmiş bəyannamə üzrə vergi ödəyicisinin gəlirləri vergi orqanı tərəfindən təsdiq edilmiş və (19,867,821.7- 1,445,000.0)=18,422,821.7 manat məbləğ kameral vergi yoxlaması ilə vergi ödəyicisinin debitor borclarına aid edilmişdir. - Vergi ödəyicisi tərəfindən 2022-ci il üzrə hesablama metodu ilə təqdim edilmiş mənfəət vergisinin bəyannaməsinin 1 nömrəli əlavəsində hesabat dövrünün əvvəlinə aktivlərin dəyəri 18,181,321.9 manat qeyd edilsə də, debitor borcun məbləği göstərilməmiş və malların təqdim edilməsindən gəlirin 0.00 manat qeyd edilmişdir. - xx.xx.2021-ci il tarixli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********432700 saylı Qərarına əsasən aparılan kameral vergi yoxlaması zamanı 49.672,56 manat vergi məbləği hesablanmışdır. - xx.xx.2022-ci il tarixli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********366900 saylı Qərarına əsasən təqdim edilmiş bəyannamə, hesabat üzrə hesablanmış vergi və ya sığorta haqqı 972,20 manat, aparılmış kameral vergi yoxlaması nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 49.672,56 manat, əlavə hesablanmış vergi və ya sığorta məbləği 48.700,36 manat müəyyən edilmişdir. - xx.xx.2022-ci il tarixli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********572100 saylı Qərarına əsasən təqdim edilmiş bəyannamə, hesabat üzrə hesablanmış vergi və ya sığorta haqqı 49.672,56 manat, əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi və ya sığorta haqqı 49.672,56 manat, aparılmış kameral vergi yoxlaması nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 5.999,21 manat, verginin azaldılmış məbləği və ya sığorta haqqı -43.673,35 manat müəyyən edilmişdir. - xx.xx.2023-cü il tarixli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********953200 saylı Qərarına əsasən aparılmış kameral vergi yoxlaması nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 3.684.564,34 manat, əlavə hesablanmış vergi və ya sığorta məbləği 3.684.564,34 manat müəyyən edilmişdir. - xx.xx.2023-ci il tarixli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********747200 saylı Qərarına əsasən təqdim edilmiş bəyannamə, hesabat üzrə hesablanmış vergi və ya sığorta haqqı 3.684.564,34 manat, əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi və ya sığorta haqqı 3.684.564,34 manat, verginin azaldılmış məbləği və ya sığorta haqqı - 3.070.470,28 manat, aparılan kameral vergi yoxlaması zamanı 614094.06 manat vergi məbləği hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 sentyabr 2024-cü il tarixli 9/2914 №-li ekspert rəyində qeyd edilmişdir ki, iş materiallarından göründüyü kimi, “ ... 2021-ci il üzrə iddiaçı tərəfindən 19.867.821,7 manat dəyərində ixrac əməliyyatları həyata keçirilmiş və 2021-ci il üzrə kassa metodu ilə təqdim edilmiş mənfəət vergisinin bəyannaməsində malların təqdim edilməsindən 1.445.000,0 manat məbləğində gəlir, gəlirdən çıxılan xərci isə 1440139,00 manat məbləğində göstərilmişdir. Yəni kassa metoduna uyğun olaraq daxil olmuş pul vəsaitinə görə gəlir və həmin gəlirə görə çəkilmiş xərclər nəzərə alınmışdır. Vergi orqanının dəqiqləşdirilmiş kameral mənfəət bəyannaməsində isə gəlirdən çıxılan xərc 1415003,93 manat məbləğində göstərilmişdir.19.867.821,7 manat dəyərində ixrac əməliyyatlarının 18,181,321.9 manatı isə debitor borc kimi göstərilərək növbəti ilə keçirilmişdir. Eyni zamanda qeyd edilir ki, tədim edilmiş iş materiallarında da vergi ödəyicisinə ixrac olunmuş mallara görə 2021-ci ildə pul vəsaitinin daxil olması ilə bağlı sənədlər mövcud deyildir. .... 2022-ci il üzrə vergi orqanı tərəfindən vergi ödəyicisinə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 134-cü və 135-ci maddəsinin tələbləri nəzərə alınmaqla mənfəət vergisi hesablanmışdır. Belə ki, vergi orqanı tərəfindən 18422821,70 manat gəlir müəyyən olunmuş lakin xərc sənədləri olmadığından gəlirinə Nazirlər Kabinetinin 55 saylı qərarı tətbiq edilməklə 15352351,41 manat (18422821,70/6*5) xərc müəyyən edilmiş və 614094.06 manat (18422821,70- 15352351,41)x20%) vergi məbləği hesablanmışdır. Təqdim edilmiş iş materiallarında vergi ödəyicisinin 2022-ci ilə dair gəliri və xərcləri üzrə sənədləri öz əksini tapmışdır. Təqdim edilmiş sənədlər (bank çıxarışları, elektron alış aktları, qərarlar, bəyannamələr və 1 ədəd disk (bəyannamələr, ixrac dair əməliiyarları, şəxsi hesab vərəqəsini və vergi orqanının qərarını özündə əks etdirən) və s.)) nəzərə alınmaqla və Vergi Məcəlləsinin 130-136-cı maddəsinin tələblərinə əsasən müəssisə tərəfindən aparılmış əməliyyatlara görə 2022-ci il üzrə dövlət büdcəsinə ödənilməli olan mənfəət vergisinin məbləği müəyyən olunmur, o cümlədən: ümumi gəlir - 19857824,85 manat; ümumi xərclər - 20647929,52 manat; Göründüyü kimi, müəssisənin 2022-ci il üzrə xərci əldə etdiyi gəlirindən çox olmuşdur. Göstərilənlərdən əlavə qeyd edilir ki, 2021-ci il üzrə daxil olmuş pul vəsaiti— 1500,00 manat məbləğində (hesabın möhkəmləndirilməsi və təsisçidən daxil olmuş pul vəsaiti), 2022-ci il üzrə daxil olmuş pul vəsaiti isə 19857824,85 manat məbləğində olmuşdur. Təqdim edilmiş sənədlərə əsasən 2021-ci il və 2022-ci illər üçün MMC-nin xərcləri isə yuxarıda da göstərildiyi kimi 20647929,52 manat məbləğində olmuşdur”. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.1-ci maddəsinə görə, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Vergi Məcəlləsinin 37.2-ci mddəsinə əsasən, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Vergi Məcəlləsinin 37.2-1-ci maddəsinə görə, kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Vergi Məcəlləsinin 37.3-cü maddəsinə əsasən, kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.4-cü maddəsinə müvafiq olaraq, kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanın bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Vergi Məcəlləsinin 67.14-cü maddəsinə (mübahisələndirilən qərar qəbul edilən zaman qüvvədə olan norma) görə, bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən (mübahisələndirilən qərar qəbul edilən zaman qüvvədə olan norma), vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 130-cu maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. Vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan gəlir bu Məcəllənin tələblərinə əməl etmək üçün zəruri düzəlişləri aparmaq şərti ilə vergi ödəyicisinin öz mühasibat uçotunda istifadə etdiyi metodla hesablanmalıdır. Mikro sahibkarlıq subyektləri öz seçimlərindən asılı olaraq, gəlirlərin və xərclərin uçotunu kassa metodu və ya hesablama metodu ilə, kiçik, orta və iri sahibkarlıq subyektləri isə hesablama metodu ilə aparırlar. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodu dəyişdirilərkən, verginin məbləğinə təsir göstərən mühasibat əməliyyatlarına düzəlişlər uçot metodunun dəyişdirildiyi ildə aparılmalıdır ki, bu əməliyyatlardan heç biri nəzərdən qaçırılmasın və ya iki dəfə hesaba alınmasın. Vergi Məcəlləsinin 131-ci maddəsinə əsasən, kassa metodu ilə uçot aparan vergi ödəyicisi gəliri əldə edəndə və ya gəlir onun sərəncamına veriləndə, bu gəliri nəzərə almalı və gəlirdən öz xərclərini yalnız bu xərcləri çəkdiyi zaman çıxmalıdır. Vergi Məcəlləsinin 132-ci maddəsinə görə, vergi ödəyicisinin nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda, digər kredit və ya elektron pul təşkilatında onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt gəlirin əldə edildiyi vaxt sayılır. Vergi ödəyicisinin maliyyə öhdəliyinin ləğv edildiyi və ya ödənildiyi halda (qarşılıqlı hesablaşmalar aparıldıqda və sair bu kimi hallarda) öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt gəlirin əldə edildiyi vaxt sayılır. Vergi Məcəlləsinin 133-ci maddəsinə müvafiq olaraq, vergi uçotunun məqsədləri üçün vergi ödəyicisi kassa metodundan istifadə etdikdə, xərcin çəkilməsi vaxtı, əgər bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, xərcin faktiki çəkildiyi vaxt sayılır. Ödəyicisi pul vəsaitini ödəyirsə, nağd pul vəsaitinin ödənildiyi, nağdsız ödəmədə isə vergi ödəyicisinin pul vəsaitinin köçürülməsi haqqındakı tapşırığının bank, digər kredit və ya elektron pul təşkilatı tərəfindən alındığı vaxt xərcin çəkildiyi vaxt sayılır. Vergi ödəyicisi qarşısında maliyyə öhdəlikləri ləğv edildiyi və ya ödənildiyi halda (qarşılıqlı hesablaşmalar aparıldıqda və sairə bu kimi hallarda), öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt xərcin çəkilməsi vaxtı sayılır. Borc öhdəlikləri üzrə faizlər ödənilərkən və ya əmlakın icarəyə götürülməsi müqabilində ödəmə həyata keçirilərkən, əgər borc öhdəliyinin və ya icarə müqaviləsinin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, hesabat ilində gəlirdən çıxılmalı olan və faktiki ödənilən faizlərin (icarə haqqının) məbləği həmin il üçün hesablanan faizlərin (icarə haqqının) məbləği deməkdir. Vergi Məcəlləsinin 134-ci maddəsinə əsasən, hesablama metodundan istifadə edilərkən gəlirin və xərcin uçotu qaydası Hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır. Vergi Məcəlləsinin 135-ci maddəsinə görə, müvafiq məbləğ vergi ödəyicisinə qeydşərtsiz ödənilməlidirsə, yaxud vergi ödəyicisi əqd və ya müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirmişdirsə, bu vaxt gəliri almaq hüququ əldə edilmiş sayılır. Vergi ödəyicisi müqavilə üzrə iş görürsə və ya xidmət göstərirsə, gəlir onu almaq hüququ müqavilədə nəzərdə tutulan işlərin görülməsinin və ya xidmətlərin göstərilməsinin tam başa çatdığı vaxtda əldə edilmiş sayılır. Vergi ödəyicisi gəlir əldə edirsə və ya onun faiz gəliri, yaxud əmlakın icarəyə verilməsindən gəlir əldə etmək hüququ vardırsa, borc öhdəliklərinin və ya icarə müqaviləsi üzrə ödəmənin müddətinin qurtardığı vaxt gəlir almaq hüququnun əldə edildiyi vaxt sayılır. Borc öhdəliyinin və ya icarə müqaviləsi üzrə ödəmənin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, gəlir onun hesablanma qaydasına müvafiq surətdə həmin hesabat dövrləri üzrə bölüşdürülür. Vergi Məcəlləsinin 136.1-ci maddəsinə görə, vergi ödəyicisi vergi uçotunun aparılması üçün hesablama metodundan istifadə etdikdə, əqdlə bağlı olan xərcin çəkilməsi vaxtı, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, aşağıda sadalanan şərtlərin hamısına əməl edildiyi vaxt sayılır: vergi ödəyicisi birmənalı olaraq maliyyə öhdəliklərini qəbul edir; maliyyə öhdəliklərinin məbləği dəqiq qiymətləndirilir; əqddə və ya müqavilədə iştirak edən bütün tərəflər əqd və ya müqavilə üzrə özlərinin bütün öhdəliklərini yerinə yetirmişlər, yaxud müvafiq məbləğlər qeyd-şərtsiz ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 saylı qərarına əsasən təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının” 6.1-ci bəndinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) aşağıdakı şərti üsullardan biri ilə müəyyən edir: vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında: vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar xərcləri əsasında. Vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması 20 faiz səviyyəsində götürülür. Vergi ödəyicisinin mənfəəti çəkilmiş xərclər əsasında şərti üsulla hesablanarkən, çəkilmiş xərclərə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq mənfəətin hesablanması məqsədləri üçün gəlirdən çıxılan xərclər aid edilir. Beləliklə, iş üzrə aparılmış ekspertiza tədqiqatı nətiəsində iddiaçının 2022-ci il üzrə xərcinin əldə etdiyi gəlirindən çox olması, nəticədə mənfəət əldə etməməsi müəyyən edilmişdir. Birinci instansiyası məhkəməsi tərəfindən ekspert rəyinin mötəbərliliyin şübhə altına alacaq hallar müəyyən edilməmişdir. Ekspertiza tətdiqatı zamanı hər iki tərəfin nümayəndlərinin ekspertizanın keçirilməsində iştirakı təmin edilmiş, hər iki tərəfə sübutların ekspertə təqdim edilməsinə şərait yaradılmışdır. Ekspert rəy verərək təqdim edilən sənədlərə istinad etmiş və rəy əsaslandırılmışdır. Odur ki, cavabdehin ekspert rəyinin mötəbərliliyi ilə bağlı qeyd etdiləri dəlillərin əsası yoxdur. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Ona görə də, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)- 2684/2024 saylı qərarından cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-2684/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Kamran Əkbərov Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar