Məhkəmə qərarları › İş №2-1(103)-1038/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1038/2022

11.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1038/2022 11.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı, nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2-1(112)-5681/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və İstismarı Birliyi ilə bağlanmış 38842 saylı, xx.xx.2006-cı il tarixli müqavilə ilə Binəqədi rayonu Goradil bağ sahəsində 0.06 ha sahədən ibarət 1696g nömrəli bağın plan sxeminin hazırlanmasının və bağ sahəsinə dair cizgidə dəqiq istinad və məsafələr qeyd edilməsinin, bağların bölgüsünə dair məlumatlara bağ sahəsinin nömrəsinin əlavə edilməsinin və torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. xx.xx.2021-ci il tarixli məhkəmə iclasında iddiaçının “Bakı Şəhər İcra Hakimiyyəti başçısı X1 İnkişafı və İstismarı Birliyi ilə bağlanılmış 38842 nömrəli, xx.xx.2006-cı il tarixli müqavilə ilə Binəqədi rayonu, Goradil bağ massivində 0,06 hektar sahədən ibarət 1696g nömrəli bağ sahəsinə dair hüquqların İddiaçı adına dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi”nə dair iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. İddia ərizəsində göstərilmişdir ki, Bakı Şəhəri İcra Hakimiyyəti başçısının 274 nömrəli, xx.xx.2006-cı il tarixli sərəncamı ilə X2 və İstismarı Birliyinin 116 nömrəli, xx.xx.2006-cı il tarixli protokolu təsdiq edilmişdir və Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 233 nömrəli sərəncamına əsasən Goradildəki 1696g nömrəli bağ sahəsi ona təhkim edilmişdir. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və İstismarı Birliyi ilə bağlanmış 38842 saylı, xx.xx.2006-cı il tarixli müqavilə ilə 1696g nömrəli bağın istifadəyə verilməsi razılaşdırılmışdır və Binəqədi rayonu Goradil ərazisində 0.06 ha torpaq sahəsi istifadəyə verilmişdir. Həmin vaxt da torpaq sahəsi sərhədləri müəyyən edilməklə naturadan ayrılaraq onun istifadəsinə verilmişdir, torpaq sahəsinin hasarının tikilməsi üçün inşaat materialları da alınaraq torpaq sahəsinə aparılmışdır. Müəyyən səbəblərdən bağ sahəsində tikinti işləri apara bilməmişdir. Qeyd olunmalıdır ki, Binəqədi rayonu Goradil bağ massivində yerləşən 1696g saylı bağ sahəsinin hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı DƏDRX-nin 1 sayh Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir, lakin heç bir tədbir görülməmişdir və verilmiş cavabda arxivdə mövcud olan bağ sahəsinə dair cizgidə dəqiq istinad və məsafələr qeyd edilmədiyindən və bağların bölgüsünə dair məlumatlarda bağ sahəsinin nömrəsinin aşkar olunmadığı səbəbindən qeyd edilən bağ sahəsinin yerini müəyyən etməyin mümkün olmadığı qeyd edilmişdir. Bu tamamilə əsassızdır, belə ki, həmin torpaq sahəsi iddiaçının istifadəsinə qanunamüvafiq qaydada ayrılmış, sərhədləri naturada müəyyən edilərək onun istifadəsinə verilmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi iddia ərizəsinə etiraz təqdim edərək, qeyd etmişdir ki, sərəncamın icrası ilə əlaqədar araşdırma aparılmış və müəyyən edilmişdir ki, iddiaçı bağ sahəsinin yerini tanımır və idarə tərəfindən müəyyənləşdirilməsini istəyir. Bununla əlaqədar bildirilmişdir ki, bağ sahəsinə dair arxiv cizgisində istinad nöqtələri göstərilmədiyindən və bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmadığından bağ sahəsinin yerini müəyyənləşdirmək mümkün olmamışdır. Bu barədə vətəndaşa **********36 saylı xx.xx.2021-ci il tarixli cavab məktubda məlumat verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsinin tələbinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçiliq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Bakı İnzibati Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2-1(112)-5681/2021 saylı qərarı ilə iddianın təmin edilməsi, Bakı Şəhər İcra Hakimiyyəti başçısı X1 İnkişafı və İstismarı Birliyi ilə bağlanılmış 38842 nömrəli, xx.xx.2006-cı il tarixli müqavilə ilə Binəqədi rayonu, Goradil bağ massivində 0,06 hektar sahədən ibarət 1696g nömrəli bağ sahəsinə dair hüquqların İddiaçı adına dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh imtinanın və iddia ərizəsinə etirazın məzmununa uyğun apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq izahatında bildirdi ki, 2006-cı ildə həmin torpağa hasar çəkib, tikintiyə başlamışlar. Cavabdeh orqanın səlahiyyətli şəxsləri hasarı və tikintini söküb, onu da zorla polis bölməsinə apardılar. Dedilər ki, hamıya torpaq veriləcək, hamıya verildi, onlara verilmədi. Yarıkürsülü ev tikmişdilər, dedilər ki, sənədlər qaydasındadır. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bakı ŞİH-nin sərəncamına əsasən X2 və İstismarı Birliyi ilə bağlanılmış xx.xx.2006-cı il tarixli 38642 nömrəli Müqavilə əsasında Bakı şəhəri, Goradil ərazisindəki 0.06 ha olan 1696g nömrəli bağ sahəsi hazırkı İddiaçı ayrılmışdır. Cavabdeh inzibati orqan məhkəmə sorğusuna cavab olaraq 1696g nömrəli bağ sahəsinə dair arxiv qovluğunda mövcud olan sənədlərin təsdiq edilmiş surətlərini məhkəməyə təqdim etmişdir. Cavabdeh orqanın təqdim etdiyi xx.xx.2006-cı il tarixli 38642 nömrəli Müqavilədə 1696g nömrəli bağ sahəsinin İddiaçı ayrılması göstərilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin arxivində saxlanılmış Görədil ərazisindəki 1696g saylı bağ barədə arayışda qeyd olunmuşdur ki, İddiaçı xahiş edir ki, uzun müddət istifadə etdikləri bu bağ sahəsini onun adına təhkim etsinlər. 1696g saylı bağ sahəsindən istifadə olunur. İddiaçı bu bağdan uzun müddət istifadə etməsini sahə mühəndisləri və bağ qonşuları tərtib etdikləri akta əsasən təsdiq edirlər. Görədil ərazisindəki 1696g saylı (ümumi torpaq sahəsi 0,06 ha) bağın İddiaçı adına təhkim edilməsindən ötrü sənədlər Bakı Şəhər İcra Hakimiyyəti Aparatının komissiyasında baxılmasına göndərilir. Cavabdeh orqan imtina məktubunu onunla əsaslandırmışdır ki, bağ sahəsinə dair arxiv cizgisində istinad nöqtələri göstərilməmiş və bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:..8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;.. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir...Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmiş və 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair bağlanılan müqavilə belə əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya Bakı şəhəri, Goradil ərazisindəki 0.06 ha olan 1696g nömrəli bağ sahəsi Bakı ŞİH-in sərəncamı əsasında verilmiş X2 və İstismarı Birliyinin 38642 nömrəli müqaviləsi ilə ayrıldığından və həmin müqavilənin ləğvi və ya etibarsızlığı barədə məhkəməyə hər hansı sübut (dəlil) təqdim edilmədiyindən, sözügedən müqavilə sübut kimi mötəbər qiymətləndirilir və iddiaçı həmin bağ sahəsinin qanuni istifadəçisi sayılmalıdır. Həmçinin, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Bağ sahəsinə dair arxiv cizgisində istinad nöqtələri göstərilməməsi və bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmaması iddiaçının təqsiri deyil və qeyd edilən hal hüquqların müvafiq qaydada qeydiyyatının aparılmasına maneə ola bilməz. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, hazırkı İddiaçı Bakı ŞİHnin sərəncamına əsasən X2 və İstismarı Birliyi ilə bağlanılmış xx.xx.2006-cı il tarixli 38642 nömrəli Müqavilə əsasında Bakı şəhəri, Goradil ərazisindəki 0.06 ha olan 1696g nömrəli bağ sahəsinə onun qanuni istifadəçi kimi “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə uyğun olaraq mülkiyyət hüququ əldə etdiyindən, həmçinin cavabdeh orqanda mübahisə predmeti olan bağ sahəsinə dair arxiv qovluğu aşkar edildiyindən, cavabdehin imtinası qanuna zidd və hazırkı iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri imtinanın və iddia ərizəsinə etirazın dəlilləri ilə üst-üstə düşür. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı iddiası ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, cavabdehin Binəqədi rayonu, Goradil bağ massivində 0,06 hektar sahədən ibarət 1696g nömrəli bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtinası qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Odur ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2-1(112)-5681/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar