Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1038/2023 05.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “məlumat vərəqinin göndərilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X8 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X2 ibarət tərkibdə, X6-Yusiflinin katibliyi ilə, İddiaçı, onun nümayəndəsi (oğlu) X4, Cavabdehin nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “məlumat vərəqinin göndərilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2421/2022 saylı 20 may 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 05 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İV-JQ seriyalı 284698 saylı xx.xx.1990-cı il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.1990-cı ildə vəfat etmişdir. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin xx.xx.1995-ci il tarixli məlktubundan görünür ki, X1 RPİ-nin əməkdaşı olduğu dövrdə 1990-cı ilin noyabr ayında xidməti vəzifəsini yerinə yetirən zaman qəhrəmancasına həlak olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsi tərəfindən iddiaçıya ünvanlannmış 0xx/xx-7571-1221 saylı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, sabiq milis kapitanı X.Səfərov 1966-cı ilin mart ayından 1990-cı ilin noyabr ayınadək daxili işlər orqanlarında ximət etmişdir. Bakı şəhəri Kirov RDİŞ-nin milis sahə inspektoru vəzifəsində xidmət edərkən xx.xx.1990-cı il tarixdə həlak olduğundan Bakı şəhər Dİİ-nin xx.xx.1990-cı il tarixli müvafiq əmri ilə şəxsi heyətin siyahısından çıxarılmışdır. Onun daxili işlər orqanlarında xidmət müddəti təqvimi hesablama ilə 26 il 04 ay 20 gün (silahlı qüvvələrdə hərbi xidmət 01 il 11 ay 03 gün) təşkil etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, DİN-in Baş Kadrlar İdarəsindən X.Səfərovun xidmət müddəti ilə bağlı DİN-in Maliyyə-Plan İdarəsinə göndərilmiş, mərhum həyat yoldaşının xidmət müddətinin 26 il 4 ay 20 gün təşkil etməsi barədə arayışa əsasən yeni Məlumat Vərəqəsi tərtib edilərək Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir. “Polis haqqında" Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinə və "Daxili işlər orqanlarında qulluqkeçmə haqqında Əsasnamə"nin 92-ci maddəsinə əsasən DİO-nun bütün əməkdaşlarının həyat və sağlamlıqları "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada sığortalanmışdır. Qanunun 3-cü maddəsində hüquq mühafizə orqanları işçilərinin sığortaçısının Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin olması, 5-ci maddəsində "Sığorta hadisələri və ödənişləri" təsbit edilmişdir. Sığorta ödənişi barədə qərar verilməsinin Qanunun müddəaları nəzərə alınmaqla həmin Şirkət tərəfindən həyata keçirildiyi baxımından qaldırılan məsələ ilə bağlı Azəbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etməsi məqsədəmüvafiqdir. Əlavə olaraq bildirilmişdir ki, eyni məzmunlu müraciətinə 027-17026/2S-3221 saylı xx.xx.2021-ci il tarixli məktubla ünvanına cavab göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, DİN-in Baş Kadrlar İdarəsinin təqdim etdiyi xidmət müddəti haqqında hesablama vərəqinə əsasən X5 DİO-da fasiləsiz xidmət 24 il 5 ay 17 gün, silahlı qüvvələrdə hərbi xidmət müddəti - 1 il 11 ay 3 gün və 26 il 4 ay 20 gün təqvimi xidmət müddəti olmaqla yeni Məlumat Vərəqəsi işlənərək Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir. X.Səfərovun xidmət etdiyi müddətdə qüvvədə olan və hazırda qüvvədə olan normativ sənədlərə əsasən silahlı qüvvələrdə həqiqi hərbi dövrünün fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinə daxil edilməsi səbəbindən ona 20 ildən 25 ilə qədər fasiləsiz xidmət illərinə görə vəzifə və rütbə maaşlarının 30 faiz həcmində əlavə hesablanaraq ödənilmişdir. Cavabdeh orqanın əmək pensiyasının yenidən hesablanması haqqında **********9 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçının pensiyası yenidən hesablanaraq 672.08 manat təşkil etmişdir. Onun (iddiaçının mərhum ərinin) təminat xərcliyi - vəzifə maaşı 451 manat, rütbə maaşı 146 manat, xidmət illərinə görə əlavə 30% olmaqla 179.10 manat, ərzaq payı əvəzinə kompensasiya 64 manat olmaqla, cəmi 840.10 manat təşkil etmişdir. İddiaçı mərhum ərinin 25 ildən artıq xidmət ilinin olmasına istinad edərək ona 40 % hesabı ilə əlavənin hesablanmalı olduğuna, lakin hesablamanın 30%-lə aparıldığına istinad edərək 40 %-lə əlavənin hesablanmalı olması barədə yeni məlumat vərəqəsinin verilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət etmiş9, lakin tələbi təmin olunmamışdır. Odur ki, iddiaçı həmin iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, X.Səfərov 03 mart 1966-cı ildən etibarən polis orqanlarında xidmətə qəbul edilmiş və 09 noyabr 1990-cu ildə Bakı şəhəri Binəqədi Rayon Polis Şöbəsində sahə inspektoru vəzifəsində işləyərkən xidməti vəzifəsini həyata keçirən zaman faciəli surətdə həlak olmuşdur. Bununla əlaqədar iddiaçıya pensiya təyin edilmişdir. Lakin müvafiq müraciətlərdən sonra dəfələrlə də yenidən hesablanmışdır. X.Səfərovun xidmət illəri hər dəfə səhv hesablanmış, bu səbəbdən də həmin səhv hesablama pensiya məbləğinə də öz mənfi təsirini göstərmişdir. Qeyd olunur ki, X.Səfərovun xidmət illəri 25 ildən çoxdur, bu barədə cavabdehə müraciət etmiş və cavabdeh xidmət müddətinin 26 il 4 ay 20 gün təşkil etməsi ilə əlaqədar məlumat vərəqi tərtib edərək aidiyyəti üzrə göndərmişdir. Lakin cavabdeh X10 üzrə Mərkəzi Filial əsassız olaraq 26 il 4 ay 20 günə görə əmək pensiyasının yenidən hesablanmasının mümkün olmadığını qeyd etmişdir. Halbuki, xidmət illəri ilə bağlı yeni dəyişiklik nəzərə alınmaqla əmək pensiyası məbləği yenidən hesablanmalı idi. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə verilərək, xidmət illərinin təqvim müddətinin 26 il 4 ay 22 gün əsas götürülməklə məlumat vərəqinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsinin cavabdeh Daxili İşlər Nazirliyinə həvalə edilməsini və həmin məlumat vərəqi əsasında əmək pensiyasının yenidən hesablanmasının cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına və X5 xidməti vəzifələrinin icrası ilə bağlı şəhid olması ilə əlaqədar altmış aylıq əmək haqqının 100 faiz məbləğinin ödənilməsinin cavabdehlər Daxili İşlər Nazirliyi və Dövlət Sığorta Kommersiya Şirkətinə həvalə edilməsini xahiş ermişdir. Bakı İnzibati Məhkəməsinin 20 may 2022-ci il tarixli qərardadı ilə iddia - İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı və Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “məlumat vərəqi əsasında əmək pensiyasının yenidən hesablanmasının cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi, X5 xidməti vəzifələrinin icrası ilə bağlı şəhid olması ilə əlaqədar altmış aylıq əmək haqqının 100 faiz məbləğinin ödənilməsinin cavabdehlər Daxili İşlər Nazirliyi və Dövlət Sığorta Kommersiya Şirkətinə həvalə edilməsi hissələrində mümkün sayılmamışdır. Həmin qərardad Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2421/2022 saylı 20 may 2022-ci il tarixli qərarı ilə iddiaçının Daxili İşlər Nazirliyinə qarşı “məlumat vərəqinin göndərilməsi” barədə iddiasının rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apelyasiya şikayəti verilərək, qərarın tam ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi (oğlu) X12 iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndənin (oğlunun) verdiyi izahatla razı olduğunu və ona heç bir əlavəsinin olmadığını bildirmişdir. Cavabdehin nümayəndəsi və vəkili X9 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçı mərhum əri barəsində pensiya təminatı ilə bağlı cavabdeh orqana müraciət etmiş, həmin müraciətinə dəfələrlə cavabdeh orqan tərəfindən müvafiq cavablar verilmişdir. Sonuncu dəfə məhkəmə icraatı dövründə iddiaçı müvafiq məlumat vərəqəsinin verilməsini istəmiş, cavabdeh orqan isə həmin tələbin təmin olunması istiqamətində hər hansı addım atmadığı üçün bu hal məhkəmə kollegiyası tərəfindən hərəkətsizlik, yəni imtina kimi qiymətləndirilir. Odur ki, məhkəmə kollegiyası iddianı Azərbaycan Respublikası İPM-nin 39-cu maddəsinə əsasən mümkün sayır. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırkı inzibati mübahisənin yaranması onunla əlaqədar olmuşdur ki, cavabdeh məlumat vərəqində xidmət illərinin 25 ildən artıq olmasını nəzərə almayaraq xidmət illərinə görə əlavənin faizini 30 faiz kimi məlumat vərəqində müəyyən etmiş və həmin məlumatlar əsasında əmək pensiyasının hesablanması üçün tərtib edilmiş məlumat vərəqini pensiya təyinatı orqanına göndərmişdir. İddiaçı isə mərhum yoldaşının xidmət illərinin 26 il 4 ay 22 gün olduğunu qeyd edərək xidmət illərinə görə əlavənin 40 faizlə hesablanması mövqeyindədir. Cavabdeh isə X.Səfərovun xidmət illərinin ümumilikdə 26 il 4 ay 20 gün olmasına baxmayaraq silahlı qüvvələrdə hərbi xidmət müddətinin 01 il 11 ay 3 gün olması və xidmət illərinin fasiləsiz olmaması səbəbindən əlavənin 30 faizi olması qənaətindədir. Buna görə də cavabdeh qurum iddiaçının mərhum ərinə münasibətdə 40% əlavənin hesablanması göstərilən yeni məlumat vərəqəsinin verilməsi ilə bağlı iddiaçının tələbinin təmin olunmasından imtina edir. İddiaçı həmin iddia ilə məhkəməyə müraciət etmiş, onun iddiası birinci instansiyası məhkəməsi tərəfindən təmin edilməmişdir. İş materiallarında olan iddiaçının mərhum yoldaşı X.Səfərov barəsində tərtib edilmiş məlumat vərəqinin yenilənmiş formasından da görünür ki, şəxsin xidmət illəri həqiqətən də 25 ildən artıq olmaqla 26 il 4 ay 20 gün kimi müəyyən edilmişdir. Lakin xidmət illərinə görə əlavə 30 faiz olmaqla- 36,60 manat kimi göstərilmişdir. Cavabdeh faizin 30 olmasını onunla əlaqələndirir ki, X.Səfərovun xidmət müdddəti 26 il 4 ay 20 gün olsa da, onun 1 il 11 ay 3 günü silahlı qüvvələrdə xidmət müddəti olduğundan fasiləsiz xidmət müddəti 24 il 5 ay 17 gündür. Yəni, 25 ildən az olmuşdur. Bu səbəbdən də fasiləsiz xidmət illərinə görə vəzifə və xüsusi rütbə maaşlarının 30 faizi həcmində əlavə hesablanır. Apellyasiya baxışı zamanı aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, iddiaçının hüquqi marağı əslində X5 xidmət illərinin fasiləsiz olaraq 25 ildən artıq olub, təminat xərcliyinin - xidmət illərinə görə 40 faiz əlavə nəzərə alınmaqla yeni məlumat vərəqəsinin verilməsindən ibarətdir. Bununla bağlı Kollegiya qeyd edir ki, iş materiallarında cavabdeh inzibati orqan tərəfindən iddiaçıya və məhkəmələrə ünvanlanmış bütün məktublarda X.Səfərovun xidmət müddətinin 26 il olması qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli, 73 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşlarına verilən fasiləsiz xidmət illərinə görə haqqın, əlavə haqların, kompensasiyaların, müavinətlərin və başqa ödənişlərin məbləği və təyin edilməsi Qaydaları”nın: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşlarının xidmət xüsusiyyətlərini nəzərə alaraq, təminat xərcliyi və başqa ödənişlər aşağıdakı qaydada təyin edilir: Fasiləsiz xidmət illərinə görə verilən haqq vəzifə və xüsusi rütbəyə görə maaşlardan hesablanaraq aşağıdakı məbləğdə ödənilir: 1 ildən 2 ilə qədər fasiləsiz xidmət illərinə görə- 5 faiz 2 ildən 5 ilə qədər fasiləsiz xidmət illərinə görə - 10 faiz 5 ildən 10 ilə qədər fasiləsiz xidmət illərinə görə - 15 faiz 10 ildən 15 ilə qədər fasiləsiz xidmət illərinə görə - 20 faiz 15 ildən 20 ilə qədər fasiləsiz xidmət illərinə görə - 25 faiz 20 ildən 25 ilə qədər fasiləsiz xidmət illərinə görə - 30 faiz 25 ildən 30 ilə qədər fasiləsiz xidmət illərinə görə - 40 faiz 30 ildən yuxarı fasiləsiz xidmət illərinə görə - 50 faiz Qanunvericiliyin tələbi ilə də müəyyən edilir ki, məhz fasiləsiz xidmət illərinə görə əlavənin ödənilməsi nəzərdə tutulmuşdur ki, 20 ildən 25 ilə qədər fasiləsiz xidmət illərinə görə əlavə 30 faiz, 25 ildən 30 ilə qədər fasiləsiz xidmət illərinə görə əlavə isə 40 faiz məbləğindədir. Göründüyü kimi, vəzifə və xüsusi rütbəyə görə maaşdan hesablanan xidmət illərinə görə əlavənin adi xidmət illərinə görə deyil, fasiləsiz xidmət illərinə əsasən məbləğinin müəyyən edilməsi aşkar surətdə tənzimlənmişdir. Başqa sözlə, hazırkı iddianın təmin edilməsi üçün X.Səfərovun xidmət illərinin yox, məhz fasiləsiz xidmət illərinin 25 ildən yuxarı olması zəruri şərtdir ki, xidmət illərinə görə əlavə 30 faiz yox, 40 faiz olmuş olsun. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 22 iyul tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydası” isə fasiləsiz xidmət illəri ilə bağlı məsələləri tənzimləyən normativ hüquqi akt kimi hazırkı iddianın təmin edilməməsi ilə bağlı məhkəmənin qərar qəbul edilməsi üçün əsas yaratmışdır. Belə ki, Qaydaların 1-ci bəndinə əsasən bu Qayda Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə"yə və daxili işlər orqanlarında xidmətin xüsusiyyətlərinə əsasən hazırlanmışdır və daxili işlər orqanlarının kadrlarına daxil edilərək xüsusi rütbə verilmiş sıravi, kiçik, orta, böyük və ali rəis heyəti əməkdaşlarına (bundan sonra - əməkdaşlar) fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması qaydasını müəyyən edir. Həmin Qaydaları 2-ci bəndinə əsasən fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün daxili işlər orqanları əməkdaşlarının xidmət illərinə aşağıdakı dövrlər hesablanır: daxili işlər orqanlarında xidmətə qəbul olunmuş əməkdaşlara təyin olunduğu gündən başlayaraq sonrakı xidmət müddəti; daxili işlər orqanlarının kadrlarında saxlanılmaqla, müvafiq normativ hüquqi aktların tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ali icra və ya qanunvericilik hakimiyyəti orqanlarına, hüquq mühafizə orqanlarının təşkilati və qanunvericilik təminatı ilə bağlı işə keçmiş və bu orqanlarda işdən çıxdıqdan sonra daxili işlər orqanlarında xidmətini davam etdirən əməkdaşların həmin orqanlarda işlədikləri müddət; ali dövlət hakimiyyəti orqanlarından işdən çıxdıqdan sonra daxili işlər orqanlarında xidmətini davam etdirən əməkdaşların həmin orqanlarda işlədikləri müddət; Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə zabit, gizir, miçman və müddətdən artıq hərbi qulluqçu vəzifələrində xidmət müddəti; xidmət illərinə görə haqq ödənilməklə digər hüquq mühafizə və fövqəladə hallar orqanlarının sıravi və rəis heyəti vəzifələrində, həmçinin məhkəmə hakimiyyəti orqanlarında işləmiş, bu orqanlarda işdən çıxdıqdan sonra daxili işlər orqanlarında xidmətini davam etdirən əməkdaşların həmin orqanlarda işlədikləri müddət; xarici ölkələrin hüquq mühafizə və məhkəmə hakimiyyəti orqanlarında xidmət keçmiş və həmin orqanlardan işdən çıxdıqdan sonra dövlətlərarası müqavilələrlə və digər beynəlxalq sənədlərlə tənzimləndiyi halda Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətini davam etdirməyə qəbul olunmuş əməkdaşların həmin orqanlarda işlədikləri müddət; daxili işlər orqanlarından xaric edilmiş əməkdaş iki il ərzində yenidən xidmətə qəbul edilərsə, daxili işlər orqanlarında əvvəl xidmət etdiyi müddət; Daxili İşlər Nazirliyinin tədris müəssisələrində təhsil aldıqları, ilkin, yenidən hazırlıq və ixtisasartırma kursları keçdikləri müddət; daxili işlər orqanlarında xidmət keçərkən əmək haqqının saxlanması şərtilə əməkdaşların vəzifədən kənarlaşdırıldıqları müddət; təşkilati və ştat dəyişiklikləri ilə əlaqədar müəyyən edilmiş qaydada vəzifə-dən azad edilərək daxili işlər orqanının sərəncamında saxlanılma müddəti; hər il verilən əsas məzuniyyət, habelə qısamüddətli, xəstəliyə görə, tətilə çıxmaqla (kursantlar üçün), Daxili İşlər Nazirliyinin tədris müəssisələrini bitirməklə əlaqədar, əlavə (xidmət illərinə, xüsusi şəraitdə vəzifələrin icrasına, əlahiddə xidmətə görə), hamiləliyə və doğuşa görə ödənişli məzuniyyət, qismən ödənişli sosial, habelə həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyi olan uşağa qulluq etmək üçün uşaq dörd yaşına çatanadək əlavə ödənişsiz məzuniyyət və Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə nəzərdə tutulan digər məzuniyyət müddəti; dövlət qulluqçusunun dövlət qulluğu vəzifəsində qulluq stajı. Qaydaların 8-ci bəndinə əsasən Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə verilən əlavə haqq onların orta əmək haqları hesablanarkən nəzərə alınır. Qanunvericiliyin tələbləri ilə də müəyyən edilir ki, Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət müddəti müəyyən şərtlər daxilində fasiləsiz xidmət illərinə daxildir. Həmin şərt isə onunla bağlıdır ki, şəxsin Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidməti onun zabit, gizir, miçman və müddətdən artıq hərbi qulluqçu olmasından asılıdır. Yəni, şəxs hərbi xidmətdə zabit, gizir, miçman və ya müddətdən artıq hərbi qulluqçu olmuşdursa həmin xidmət müddəti fasiləsiz xidmət illərinə daxil ediləcəkdir. Cavabdehin şəxsi işdə olan hərbi xidmətçekmə haqqında siyahıdan isə müəyyən edilir ki, X.Səfərov 1 il 11 ay 3 günü silahlı qüvvələrdə xidməti zabit, gizir, miçman və ya müddətdən artıq hərbi qulluqçu olmamış, bu səbəbdən də cavabdeh haqlı olaraq onun xidmət illərini 25 ildən artıq məlumat vərəqində müəyyyən etsə də, xidmət illərinə görə faizi iddiaçının fasiləsiz xidmət illərinin adi xidmət illərindən fərqli olaraq 25 ildən az olması səbəbindən 30 faiz kimi müəyyən etmişdir. Həmçinin apellyasiya baxışı zamanı təqdim edilmiş SSSR Daxili İşlər Nazirliyinin “daxili işlər orqanlarında çalışan siravi və rəhbər şəxslərin təminat xərclərinin” hesablanması haqqında 090 saylı xx.xx.1984-cü il tarixli əmrindən görünür ki, qulluq stajı 25 il və daha çox olduqda xidmət illərinə görə faiz dərəcəsi 30 faizlə hesablanır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, istər hazırda qüvvədə olan qanunvericiliyin normalarına görə (fasiləsiz xidmətlə bağlı şərtlər ödənilmədiyindən), istərsə də iddiaçının mərhum ərinin vəfat etdiyi dövrədək, yəni xidmət etdiyi müddətdə qüvvədə olan qanunvericiliyin tələbinə görə şəxsə təqvimi hesablama ilə 25 ildən artıq adi xidmət ilinin mövcudluğuna görə (yəni 1 il 11 ay 3 gün silahlı qüvvələrdə xidməti zabit, gizir, miçman və ya müddətdən artıq hərbi qulluqçu olmadığından fasiləsiz xidmət ili yoxdur) ona əlavələr yalnız 30%-lə hesablana bilər ki, bu da cavabdeh inzibati orqan tərəfindən nəzərə alınaraq müvafiq məlumat vərəqəsi (əlavələrin 30%-lə hesablanmasını əks etdirən məlumat vərəqəsi) pensiya təminatı orqanına göndərilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin edilməsi hazırki vəziyyətdə mümkün olmadığından cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin olunmasından imtinası qanunauyğun olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cİddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2421/2022 saylı 20 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1038/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1038/2023
05.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver