Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1038/2024 24.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinin mərhuma məxsus olması barədə arayışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X15 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X7 və X13 ibarət tərkibdə, X10-Yusiflinin katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olmasına dair arayışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-434/2023 saylı 20 sentyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 24 aprel 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən verilmiş Bakı şəhəri X18 İcraiyyə Komitəsinin 9/549 saylı 30 sentyabr 1988-ci il tarixli qərarından arxiv çıxarışının surətinə əsasən Azərbaycan SSR Nazirlər Sovetinin 02 iyun 1988-ci il tarixli, 195 saylı qətnaməsinə və Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il tarixli, 6/333 saylı qərarına uyğun olaraq Bakı şəhər X18 İcraiyyə Komitəsi 1-12 saylı Əlavələrə əsasən 21-32 saylı bağ-tikinti kooperativlərinin heyəti təsdiq edilmiş və onlara müəyyən olunmuş qaydada torpaq sahələri ayrılmışdır. Ləhiş bağ massivində DSK-27- yə daxil olan siyahıda 25-ci sırada X5 adı qeyd edilmişdir. Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən 21 avqust 2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 104756 nömrəli “Ölüm haqqında şəhadətnamə”yə əsasən X11 xx.xx.1993-cü il tarixdə ölmüşdür. İddiaçıya məxsus doğum haqqında şəhadətnamənin surətindən görünür ki, o, xx.xx.1961-ci ildə Bakı şəhərində doğulmuş, atası X11, anası X12 olmuşdur. Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış 3594 saylı 22 sentyabr 2021-ci il tarixli məktuba əsasən xx.xx.1993-cü il tarixdə vəfat etmiş X5 vərəslərinin dairəsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli 319 saylı qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci bəndinə əsasən İddiaçı, X16 və X2 miras qoyanın vərəsələri olması barədə məlumat məktubu təqdim edilmişdir. İddiaçı hazırki tələblə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən müraiətinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********33 saylı xx.xx.2021-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, İdarənin arxivində hüquq sahibinin adına X4 və İstismarı Birliyi tərəfindən verilmiş orderin arxiv nüsxəsi aşkar edilməmiş, həmçinin, təqdim edilən Bakı şəhəri XDSİK-nin 30 sentyabr 1988-ci il tarixli 9/549 saylı qərarında bağ sahəsinin nömrəsi və torpaq sahəsinin ölçüsü qeyd olunmamış, bundan əlavə, təqdim edilən sənədlər mərhumun adınadır, lakin vərəsəlik işinin açılması və vərəsələrinin dairələrinin müəyyən edilməsi barədə notariat kontorunun məktubu sənədlər toplusuna əlavə olunmamışdır. Həmin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1148.0 kv.m sahəsi olan 4099 a saylı bağ sahəsi üzərində mərhum atası X5 mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrində qeydiyyata alınması ilə bağlı arayışın və həmin torpaq sahəsinin texniki pasportunun ona verilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, atası X8 X19 iştirakçısı olduğuna görə “Bağ-tikinti kooperativlərinin yaradılması və bağ sahələrinin vətəndaşlara verilməsi haqqında (27 sentyabr 1988-ci il tarixli Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin nəzdində bağ təsərrüfatı məsələlərinə baxılması üzrə komissiya iclasının 3 nömrəli protokolu əsasında) Bakı Şəhər X18 İcraiyyə Komitəsinin (indiki Bakı şəhər İH) 9/549 saylı, xx.xx.1988-ci il tarixli qərarı ilə torpaq sahəsi ayrılmışdır. Bakı Şəhər Deputatları Soveti İcraiyyə Komitəsinin (indiki Bakı şəhər İH) 9/549 saylı xx.xx.1988-ci il tarixli qərarı ilə atası X8 ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən bağ sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın alınması üçün daşınmaz əmlakın dövlət reyestri xidmətinə müraciət etmiş, lakin tələbinin təmin edilməsinddən imtina edilmişdir. İnzibati orqana müraciət ərizəsinə Bakı Şəhər Deputatları Soveti İcraiyyə Komitəsinin (indiki Bakı şəhər İH) 9/549 saylı, xx.xx.1988-ci il tarixli qərarı əlavə edilmişdir, bu halda orderin təqdim edilməməsinə cavabdeh orqan istinad etməli deyildi. Bundan əlavə olaraq bildirmək istəyir ki, torpaq sahəsinin nömrəsini, koordinatlarını və ölçüsünü müəyyən etmək üçün cavabdeh orqan hər hansı tədbirlər görməmişdir. Cavabdehə təqdim edilmiş Milli Arxivin çıxarışı olan Bakı Şəhər Deputatları Soveti İcraiyyə Komitəsinin (indiki Bakı şəhər İH) 9/549 saylı, xx.xx.1988-ci il tarixli qərarından görünür ki. həmin torpaq səhəsinin ayırılması ilə bağlı bir necə inzibati akt qəbul edilmişdir və torpaq sahəsinin nömrəsini, koordinatlarını və ölçüsünü müəyyən etmək üçün həmin inzibati aktları cavabdeh əldə etməmişdir. Odur ki, “İnzibati icraat haqqında” Qanuna əsasən inzibati orqan vətəndaşın müvafiq müraciətindən sonra, müraciəti tam və obyektiv araşdırılmalıdır. Görünür ki, cavabdeh imtina məktubu təqdim edərək, araşdırma aparmamışdır və yalnız vətəndaş tərəfindən təqdim edilmiş sənədlərə əsasən cavab vermişdir. X1 xx.xx.1993-cü il tarixdə vəfat etmişdir. AZ-İİ 104756 nömrəli 21 avqust 2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətini ərizəsinə əlavə edir. Həmçinin, atası X5 hüquqi varisi olduğunu təsdiq edən AZ 034900 nömrəli xx.xx.1961-ci il tarixli doğum haqqında şəhadətnaməsinin surətini ərizəsinə əlavə edir. Əlavə olaraq qeyd etmək istəyir ki, sözügedən torpaq sahəsinin vərəsəlik yolu ilə vəfat etmiş şəxsin vərəsələri arasında bölünməsi üçün də həmin torpaq sahəsinə dair çıxarışın əldə olunması əhəmiyyətli və vacibdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, İdarənin arxivində hüquq sahibinin adına X4 və İstismarı Birliyi tərəfindən verilmiş orderin arxiv nüsxəsi aşkar edilməmişdir. Həmçinin, təqdim edilən Bakı şəhəri XDSİK-nin 30 sentyabr 1988-ci il tarixli 9/549 saylı qərarında bağ sahəsinin nömrəsi və torpaq sahəsinin ölçüsü qeyd olunmamışdır. Bundan əlavə, təqdim edilən sənədlər mərhumun (X11) adınadır, lakin, vərəsəlik işinin açılması və vərəsələrinin dairələrinin müəyyən edilməsi barədə notariat ofisinin məktubu sənədlər toplusuna əlavə olunmamışdır. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamış və bu barədə iddiaçıya məktub ünvanlanmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-434/2023 saylı 20 sentyabr 2023-cü il tarixli qərarı ilə iddia tələbinin təmin edilərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən ölçüsü 1148.0 kv.m təşkil edən 4099 a saylı bağ sahəsinə dair hüququn ölmüş şəxsə (X8) məxsus olması barədə arayışın (çıxarışın) və torpaq sahəsinin plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, idarənin arxivində hüquq sahibinin adına X4 və istismar birliyi tərəfindən verilmiş orderin arxiv nüsxəsi aşkar edilmədi. Order mövcud olmadığından ayrılmış torpaq sahəsinin ölçüsünü və nömrəsini müəyyən etmək mümkün olmamışdır. Ümumiyyətlə, 4099a saylı bağın iddiaçıya ayrılması iş materialları ilə müəyyən edilmir. Həmçinin, təqdim edilən Bakı şəhəri XDSİK-nin 30 sentyabr 1988-cil tarixli 9/549 saylı qərarında bağ sahəsinin nömrəsi və torpaq sahəsinin ölçüsü qeyd olunmamışdır. İddiaçı tərəfindən təqdim edilən sənədlərdə torpaq sahəsinin nömrəsi və ölçüsü qeyd edilmədiyindən torpaq sahəsinin sənəd üzrə yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Bakı İnzibati Məhkəməsi tərəfindən torpaq sahəsinin sxematik xəritədə qeyd olunan həqiqi yeri müəyyən edilməmiş, torpaq sahəsinin qanuni əsaslarla ayrılıb-ayrılmaması ilə bağlı araşdırma aparılmamışdır. Apellyasiya şikayətinə etirazın dəlilləri: Apellyasiya şikayətinə etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh orqan apellyasiya şkayətində qeyd edir ki, idarənin arxivində mərhumun adına verilmiş orderin nüsxəsi aşkar edilməmişdir və order mövcud olmadığından torpaq sahəsinin ölçüsünü və nömrəsini müəyyən edilməsi mümkün olmamışdır. Bundan əlavə olaraq cavabdeh apellyasiya şikayətində qeyd edir ki, Baki İnzibati Məhkəməsi tərəfindən torpaq sahəsinin qanuni ayrılıb-ayırılmaması ilə bağlı araşdırma aparılmamışdır. Hesab edir ki, cavabdeh orqanın apellyasiya şikayəti əsasızdır. İddiaçının iddia ərizəsi xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur, qərar isə qəbul edilmişdir xx.xx.2023-cü il tarixdə. Qeyd olunan fakt onu göstərir ki, məhkəmə tərəfindən 2 il müddətində iş üzrə hərtərəfli və obyektiv araşdırma aparılmışdır. X8 X19 iştirakçısı olduğuna görə “Bağ-tikinti kooperativlərinin yaradılması və bağ sahələrinin vətəndaşlara verilməsi haqqında (27 sentyabr 1988-ci il tarixli Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin nəzdində bağ təsərrüfatı məsələlərinə baxılması üzrə komissiya iclasının 3 nömrəli protokolu əsasında) Bakı Şəhər X18 İcraiyyə Komitəsinin (indiki Bakı şəhər İH) 9/549 saylı. xx.xx.1988-ci il tarixli qərarı ilə torpaq sahəsi ayrılmışdır. Qeyd olunan qərar məhkəməyə təqdim edilmişdir. Torpaq sahəsi faktiki iddiaçının istifadəsində olduğuna görə, qeyd olunan torpaq sahəsinin yerinin müəyyən edilməsi mümkün olmuşdur. Bununla bağlı cavabdeh orqana müraciət olunsa belə, cavabdeh orqan imtina məktubu vermişdir və gəlib yerində ölçüləri və koordinatları götürməmişdi. İddiaçı məhkəməyə müraciət edəndən sonra məhkəmə araşdırması zamanı cavabdeh orqan tərəfindən gəlib ölçülər və koordinatlar götürülmüş, faktiki torpaq sahəsinin koordinatları Bakı şəhəri, Sabunçu rayonu. Ləhiş bağ massivində yerləşən 1148.0 kv.m. sahəsi olan 4099а saylı bağ sahəsi olduğu müəyyən edilmişdir. Bakı İnzibati Məhkəməsinin hakimi qərarında haqlı olaraq qeyd edir ki, cavabdehin imtina əsasları cavabdeh tərəfindən özü araşdırıla bilərdi. Belə ki, məhkəmənin hazırki nəticəyə gəldiyi bütün dəlillərin coxu məhz cavabdehin özündən əldə edilmiş məlumatlardı. Göründüyü kimi, cavabdeh orqan “İnzibati icraat haqqında" qanunun tələblərini düzgün yerinə yetirməmişdir. Qeyd olunan bu fakt, cavabdehin imtina məktubunda və apellyasiya şikayətində qeyd etdiyini əsasız sübut edir. Cavabdeh əsasən qeyd edir ki, torpaq sahəsinin nömrəsi və ölçüsü bəlli deyil, lakin məhkəmə araşdırması əsasında müəyyən olunur ki, Bakı Şəhər X18 İcraiyyə Komitəsinin (indiki Bakı şəhər İH) 9/549 saylı. xx.xx.1988-ci il tarixli qərarı ilə hər kəsə 12.0 ha torpaq sahəsi ayırılmışdır və iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi qeyd olunan ölçünü aşmır. Bundan əlavə olaraq məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi 4099а saylı bağ sahəsidi və üçüncü şəxs tərəfindən özəlləşdirilməmişdir və mübahisələndirilməmişdir. Yuxarıda qeyd olunan faktlar bir daha cavabdeh orqanın dəlillərinin əsassız olduğunu göstərir və Baki İnzibati Məhkəməsinin qərarını qanuni və əsaslı olduğunu sübut edir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edlərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddiaçı və onun nümayəndəsi, vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş, iddia tələbini dəqiqləşdirərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən ölçüsü 1148,0 kv.m təşkil edən 4099a saylı bağ sahəsinə dair hüququn mərhum X8 məxsus olması barədə arayışın iddiaçıya verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizənin icraata qəbul edilməsi qərara alınmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi xx.xx.2021-ci il tarixdir. İddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, Bakı şəhəri X18 İcraiyyə Komitəsinin 30 sentyabr 1988-ci il tarixli 9/549 saylı qərarına əsasən iddiaçının mərhum atası X8 Ləhiş bağ massivində DSK-27-də bağ sahəsi ayrılmışdır. İddiaçının mərhum atası vəfat etdiyindən, o, vərəsə kimi mərhum atasına məxsus hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu tərəfindən isə tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra o, hazırki tələblə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Daha sonra 15.02.203-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verilərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən ölçüsü 1148,0 kv.m təşkil edən 4099a saylı bağ sahəsinə dair hüququn mərhum X8 məxsus olması barədə arayışın iddiaçıya verilməsi öhdəliyininin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;https://e-qanun.az/framework/5456 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.https://eqanun.az/framework/5456 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 5.1-ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. Həmin Qanunun 5.2-ci maddəsinə əsasən bu Qanunun 5.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrindən arayışı əldə etmək üçün qeydiyyat orqanına ərizə ilə müraciət etmiş fiziki şəxs şəxsiyyətini təsdiq edən sənədi, hüquqi şəxs isə onun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surətini və nümayəndəsinin səlahiyyətini təsdiq edən etibarnaməni təqdim etməlidir. Dövlət reyestrindən arayış əldə etmək məqsədi ilə elektron müraciətlər dövlət orqanları tərəfindən elektron xidmətlər göstərilməsini tənzimləyən normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla həyata keçirilir. Hazırki işdən müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının tələbinin təmin olunmasından imtina edərkən “hüquq sahibinin adına X4 və İstismarı Birliyi tərəfindən verilmiş orderin arxiv nüsxəsinin İdarənin arxivində aşkar edilməməsinə, Bakı şəhəri XDSİK-nin 30 sentyabr 1988-ci il tarixli 9/549 saylı qərarında bağ sahəsinin nömrəsinin və torpaq sahəsinin ölçüsünün qeyd olunmamasına, təqdim edilən sənədlərin mərhumun adına olması, lakin vərəsəlik işinin açılması və vərəsələrinin dairələrinin müəyyən edilməsi barədə notariat kontorunun məktubunun sənədlər toplusuna əlavə olunmaması”na istinad etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının mərhum atasına həqiqətən Bakı şəhər XDS İK-nin 13 .06.1990-cı il tarixli 4/143 nömrəli qərarına əsasən 187 nömrəli Ləiş bağ-tikinti kooperativinin nəzdində 2815 v nömrəli bağ sahəsi ayrılmışdır. Bu barədə iş materiallarında 8 nömrəli order mövcud olsa da, həmin orderin əsli iddiaçı tərəfindən təqdim olunmamış, onun əslinin itirildiyi bildirilmişdir. İddiaçının mərhum atasının adı cavabdeh İdarənin arxivində olan 187 nömrəli BTK-nın üzvlərinin siyahısında (8-ci sırada) və Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialında mövcud olan Bakı şəhər XDS İK-nin xx.xx.1990-cı il tarixli 4/143 nömrəli qərarına əlavə olunmuş 187 nömrəli Ləhiş bağ-tikinti kooperativi üzvlərinin siyahısında mövcuddur. Birinci instansiya məhkəməsinin sorğularına cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2021-ci il tarixli **********49 nömrəli məktubla bildirmişdir ki, Bakı şəhəri X18 İcraiyyə Komitəsinin 30 sentyabr 1998-ci il tarixli 9/549 saylı qərarı ilə Sabunçu rayonu, Ləhiş bağ massivi, 27 nömrəli bağ tikinti kooperativi üzvlərinin siyahısında X5 adı göstərilmişdir, lakin bağ sahəsinin nömrəsi və sahəsi qeyd edilməmişdir. Həmçinin, X5 adına 27 nömrəli bağ tikinti kooperativi nəzdində Ləhiş bağ massivində bağ sahəsinin ayrılmasına dair sənəd İdarənin arxivində aşkar edilməmişdir. Sorğu ilə əlaqədar olaraq sözügedən bağ sahəsinə dair müvafiq sənədlər məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 19 aprel 2022-ci il tarixli BA-02041-2022 nömrəli məktubla Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1988-ci il tarixli, 9/549 saylı qərarının və ona əlavə edilmiş Ləhiş 27 saylı BTK-nın üzvlərinin siyahısının təsdiq edilmiş kserosurətləri 7 (yeddi) vərəqdən ibarət təqdim olunmuşdur. İddiaçının mərhum atası X5 adı 25-ci sırada qeyd edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli **********52 nömrəli məktubla bildirilmişdir ki, Bakı şəhəri X18 İcraiyyə Komitəsinin 30 sentyabr 1998-ci il tarixli 9/549 saylı qərarı ilə X5 adına 27 nömrəli bağ tikinti kooperativi nəzdində Sabunçu rayonu, Ləhiş qəsəbəsində bağ sahəsinin ayrılmasına dair sənəd (order) İdarənin arxivində aşkar edilməmişdir. Sorğu ilə əlaqədar olaraq 27 saylı BTK-nın yerləşmə planının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli **********73 nömrəli məktubla bildirilmişdir ki, hazırda istinad edilən mövcud məlumat bazasına əsasən Ləhiş bağ massivi 4094, 4095, 4096, 4097 a, 4099 a, 4100, 4100 a, 4222, 4223, 4224 və 3978 saylı bağ sahələrinə dair sənəd İdarənin arxivində aşkar olunmamışdır. Sorğunun icrası ilə əlaqədar olaraq 4093, 4093 a, 4094 a, 4095a, 4096a, 4097, 4098, 4098a, 4099, 4222a, 4223a, 4225, 4225 a, 3988 (4764/3988) saylı bağ sahələrinə dair hüquqmüəyyənedici sənədlərin (eləcə də, ilkin qeydiyyata alınmasına əsas olmuş sənədlərin) təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-9918/2023 **********18 nömrəli məktubla təqdim edilmiş mütəxəssis rəyinə əsasən iddiaçı tərəfindən göstərilən torpaq sahəsi faktiki olaraq hasar daxili 1148.0 kv.m təşkil edir (torpaq sahəsinin üzərində tikili yoxdur). Sözügedən torpaq sahəsinin hasarı digər fiziki şəxs tərəfindən inşa olunması məlum olmuşdur (torpaq sahəsi mübahisəlidir). Faktiki olaraq göstərilən 1148.0 kv.m torpaq sahəsinin yerləşmə vəziyyətini və koordinatlarını əks etdirən sxem əlavə olunmuşdur. Sözügedən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən nömrəsi və sahəsi məlum deyil. Bu səbəbdən müraciətdə qeyd olunan bağ sahəsinin yerləşməsinin düzgünlüyünü aydınlaşdırmaq mümkün olmamışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-26586/2023 **********86 nömrəli məktubla təqdim edilmiş məlumata əsasən göstərilən torpaq sahəsi faktiki olaraq hasar daxili 1148.0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində tikili mövcud deyil (torpaq sahəsi mübahisəlidir). Göstərilən torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 4099 a saylı bağ sahəsinin ərazisinə uyğun gəlir. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, 1996-ci il tarixdə qəbul edilmiş və qüvvədə olan «Torpaq islahatı haqqında» AR Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 534 saylı 10 yanvar 1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Topaq Məcəlləsinin 46.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında» Təlimatın 7.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. Həmin Təlimatın 7.2-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. Hazırki işdə iddiaçı tərəfindən sözügedən bağ sahəsinin atasına məxsus olması ilə bağlı müvafiq hüquqmüəyyənedici sənədlər cavabdeh quruma təqdim olunmuş, o cümlədən iddiaçı özünün vərəsə kimi notariat orqanına etdiyi müraciətlə bağlı sənədi də cavabdehə təqdim etmişdir, hansı ki, həmin sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun həm 8.0.1 , həm də 8.0.7-ci maddəsinin tələbləri baxımından daşınmaz əmlak üzərində hüququn qeydi üçün əsas verir. “Təqdim olunmuş sənəddə müvafiq torpaq sahəsi ilə bağlı onun ölçüsünün və bağ nömrəsinin göstərilməməsi” barədə dəlilə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir k, cavabdeh qurumun apardığı araşdırma zamanı iddiaçının iddia etdiyi bağ sahəsinin həm ölçüsü (1148 kv.m.), həm də onun hansı nömrəli bağın (4099 a saylı bağın) yerinə uyğunluğu dəqiq olaraq müəyyən edilmişdir. Demək ki, cavabdeh qurum özü iddiaçının tələbinə baxarkən əlində olan imkanlardan istifadə etməklə, inzibati icraat qaydalarına riayət etmədən, lazımi araşdırma aparmadan mübahisənin həlli istiqamətində müvafiq hərəkətləri etməkdən yayınmışdır. Bu cür formal əsaslar isə iddiaçının tələbinin əsassız olub, onun təmin edilməməsi üçün əsas yaratmır. Kollegiya onu da qeyd edir ki, hazırkı mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının iddia etdiyi bağ torpaq sahəsinin qonşuluğunda olan və eyni hüquqmüəyyənedici sənədlərə məxsus şəxslərin adına (Ləhiş bağ massivi 4093, 4093 a, 4094 a, 4095a, 4096a, 4097, 4098, 4098a, 4099, 4222a, 4223a, 4225, 4225 a, 3988 (4764/3988 saylı)) bağ sahələrinə çıxarışlar verilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddia olunan bağ sahəsinə dair hüququn ölmüş şəxsə məxsus olması barədə onun vərəsəsi olan iddiaçıya arayış verməkdən imtina etməsi ilə iddiaçının Azərbaycan Respublikası Konstitusiyanın 13 və 29-cu maddələrində, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuş mülkiyyət hüququ (gözlənilən) pozulmaqla yanaşı, iddiaçının eyni vəziyyətdə olan şəxslərə münasibətdə bərabərlik hüququ da pozulmuşdur. Nəzərə almaq lazımdır ki, Konstitusiyanın 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə isə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. İnzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır. İnzibati orqanların inzibati praktikası həm də onların özlərinin müstəqil olaraq formalaşdırdığı, yaxud məhkəmə qərarları əsasında formalaşmış hüquq tətbiqi praktikası kimi fərqləndirilə bilər. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilmişsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hüquqi mövqeyi də qərarlarında belə əsaslandırılmışdır (2-1(102)-1842/2023 saylı xx.xx.2023-cü il tarixli qərar). “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 17.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 15.1-ci və 15.2-ci maddələrinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci və 19.2-ci maddələrinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən tədim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və (ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Nəzərə almaq lazımdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları qanunvericilikdə dəqiq təsbit edilmişdir və inzibati orqanlar yalnız həmin əsaslardan hər hansı birinin mövcud olduğu halda hüquqların dövlət qeydiyyatına alınmasından imtina etməkdə haqlı sayıla bilərlər. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir. Nəzərə alınmalıdır ki, məcburetmə haqqında iddia üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır, lakin hazırki işdə belə faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 32.3-cü maddəsinə görə inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz; 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Bu baxımdan bağ sahəsinin mərhum X8 məxsusluğuna dair arayışın verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Cavabdehin apellyasiya şikayətinə münavibətdə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı iddianın rədd edilməsi üçün vermir. Lakin məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən ölçüsü 1148.0 kv.m təşkil edən 4099 a saylı bağ sahəsinə dair hüququn ölmüş şəxsə (X8) məxsus olması barədə arayışın (çıxarışın) və torpaq sahəsinin plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh quruma həvalə edilməsi barədə qərar qəbul edərkən maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, yuxarıda da sadalanan maddi hüquq normalarının tələbinə görə, daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, qanuna müvafiq şəkildə elektron çıxarış tərtib edilir, yəni daşınmaz əmlak üzərində hüququn mərhuma məxsus olması barədə arayış verilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-434/2023 saylı 20 sentyabr 2023-cü il tarixli qərarı ləğv edilməli və iddia təmin edilərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən ölçüsü 1148,0 kv.m təşkil edən 4099a saylı bağ sahəsinə dair hüququn mərhum X8 məxsus olması barədə arayışın iddiaçıya verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-434/2023 saylı 20 sentyabr 2023-cü il tarixli qərarı ləğv edilsin. İddia tələbi təmin olunsun. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən ölçüsü 1148,0 kv.m. təşkil edən 4099a saylı bağ sahəsinə dair hüququn mərhum X8 məxsus olması barədə arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X21 Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-1038/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1038/2024
24.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver