Məhkəmə qərarları › İş №2-1(103)-1039/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1039/2020

26.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1039/2020 26.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X8 oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, X7 Tengizoviçin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və üçüncü şəxs X2rşı qeydiyyatın ləğv edilməsi barədə inzibati mübahisəyə Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-1300/2020 saylı qərardadından iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, müəyyən etdi: X7 Tengizoviç cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı X4 məxsus olmuş və məhv edilmiş Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən sahəsi 12,96 kv.metr olan 212 saylı bağ evinin dövlət qeydiyyatına dair dövlət reyestrinin 20 saylı reyestr kitabında səhifə 2605, xx.xx.2003-cü il tarixli qeydiyyatının ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması haqqında qərar çıxarılmasını barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2019-cu il tarxili qərardadı ilə X6 üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-1300/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim M.Qarayeva). Həmin qərardaddan iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti vermişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil verdiyi apellyasiya şikayətində göstərmişdir ki, məhkəmə qanunvericiliyn tələblərinə əsasən RF vətəndaşı olan iddiaçı tərəfindən X9 verilmiş etibarnamə əsasında etibarnamə verdiyi şəxsə bütün idarə və təşkilatlarda onu təmsil etməyi,adında ərizə yazmağı, lazım olan sənədləri təqdim etməyi, ona çatası sənədləri, arayışları almağı, məhkəmdə təmsil olunması üçün vəkillə müqavilə bağlamağı və bu tapşırıqların icrası ilə əlaqədar zəruiri hərəkətləri etməyi etibar etməsinə baxmayaraq məhkəmə əsassız olaraq bu nəticəyə gəlmişdir ki, iddiaçı yalnız notarial təsdiq olunmuş ərizə ilə cavabdehə müraciət etməli idi. İddiaçının guya məhkəməyə cavabdehə müraciət nümayəndəsi vasitəsi ilə müraciət etmək hüququnun olmasını təsdiq edən etibarnamənin təqdim edilmədiyi kimi göstərilmişdir. Halbuki cavabdehin nümayəndəsi məhkəmədə izahatınmda bildirmişdir ki, onlara iddiaçı nümayəndəsi səlahiyyətini təsdiq edən sənədlə müraciət etsə də həmin sənəddə qeuydin ləğv edilmsəi göstərilmədiyindən imtina verilmişdir.Məhkəmə iclasında nümayəndə Lazım Musayevin etibarnaməsinin surəti məhkəməyə təqdim edilmiş, məhkəmə həmin etibarnamənin məzmununu tərəflərlə müzakirə etdikdən sonra müşavirəyə getmişdir. Nümayəndə və vəkil kimi həmin məsələ ilə bağlı izahat verən zaman surətini təqdim etdiyim etibarnamənin əslinin nümayəndə Lazım Musayevdə olduğöunu bildirmiəm və əgər məhkəmə lazım bilərsə növbəti məhkəmə iclaslarında həmin etibarnamənin əslini təqdim etmək zərurətini də məhkəmənin nəzərinə çatdırılmışdır.Qərardadda isə göstərilmişdir ki, guya ümumiyyətlə belə bir etibarnamə olmamışdır və məhkəməyə təqdim edilməmişdir.Təmsil etdiyi iddiaçı öz həyat yoldaşı X1 verdiyi etibnarnamə əsasında həyat yoldaşı vasitəsi ilə Azərbaycan Respublikasında etibarnamə vermişdir və həmin etibnarnamədə iddiaçı L.Musayevə bütün idarə və təşkilatlarda onu təmsil etməyi,adında ərizə yazmağı, lazım olan sənədləri təqdim etməyi, ona çatası sənədləri, arayışları almağı, məhkəmdə təmsil olunması üçün vəkillə müqavilə bağlamağı və bu tapşırıqların icrası ilə əlaqədar zəruiri hərəkətləri etməyi etibar etmişdir. nümayəndə və vəkil apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini iddianın mümkün sayılaraq baxılması üçün birinci instanisya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və üçüncü şəxs X6 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası sədrlik edən məruzəçi-ha-ki-min məruzəsini dinləyərək iş materiallarını araşdıraraq, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, onun təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması nəticəsinə gəlir. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respub-likası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Mülki Məcəllənin 150.1.-ci madəsinə əsasən əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeyydiyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır. Daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İstinad olunan qanunvericilik normalarının tələbinə görə daşınmaz əmlakın qeydiyyatının ləğv edilməsi üçün daşınmaz əmlak məhv olmalı, həmin əmlaka mülkiyyətçinin hər cür marağı itirilmiş olmalı, qeydiyyatın ləğvi üçün mülkiyyətçinin iradəsi olmalıdır. Hazırkı işdə cavabdeh orqana iddiaçının etibarnamə üzrə nümayəndəsi X10 oglunun müraciətinə cavab olaraq cavabdeh məktubunda qeyd etmişdir ki, daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, mülkiyyətçinin müraciətinə əlavə edilmiş ərizəsi (mülkiyyətçinin notarial qaydada təsdiqlənmiş ərizəsi və s.) əsasında qeydiyyatı ləğv edilə bilər. Lakin müraciət etmiş nümayəndənin bu barədə səlahiyyətli olması barədə iş materiallarında heç bir sübut yoxdur və həmçinin iddiaçının nümayəndəsi tərəfindən də məhkəmənin təklifinə baxmayaraq təqdim edilməmişdir. Belə ki, inzibati və mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Lakin qanunverici bunun üçün müvafiq qaydalar müəyyən etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 37.1-ci maddəsinin fiziki və ya hüquqi (maraqlı) şəxs inzibati icraatda şəxsən iştirak edə bilər və yaxud nümayəndə vasitəsilə təmsil oluna bilər. Şəxsin inzibati icraatda şəxsən iştirakı onu həmin iş üzrə nümayəndə ilə təmsil olunmaq hüququndan məhrum etmir (37.2.). Nümayəndənin səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq rəsmiləşdirilmiş etibarnamə ilə təsdiq olunur. Nümayəndə təmsil etdiyi şəxsin adından icraatla bağlı bütün prosessual hərəkətləri yerinə yetirmək hüququna malikdir (37.3.). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 73.1.-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Xarakterinə görə yalnız şəxsən bağlana bilən əqdlərin, eləcə də bu Məcəllədə göstərilən digər əqdlərin təmsilçi vasitəsilə bağlanmasına yol verilmir (m.359.4.). Təmsilçinin bu hüquqlarını özündə əks etdirən sənədin anlayışı Mülki Məcəllənin 362.1-ci maddəsində göstərilmişdir. Həmin normaya əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamədir. Mülki Məcəllənin 362.2-ci maddəsinə görə, notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın etibarnamələrin təsdiq edilməsi və onların qüvvədə olmasına xitam verilməsina dair İV-cü fəslinin 75-ci bəndinə müvafiq olaraq etibarnamənin mətnində onun tərtib edildiyi (imzalandığı) yer və vaxt, etibarnamə verən və etibarnamə verilən şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsin tam adı) və yaşayış yeri (hüququ şəxsin olduğu yer), lazımi hallarda isə vəzifəsi, şəxsiyyət vəsiqəsi üzrə digər məlumatlar (seriyası, nömrəsi, hansı orqan tərəfindən və nə vaxt verilməsi, eləcə də şəxsin doğum tarixi, fərdi identifikasiya nömrəsi), Azərbaycan Respublikasının ərazisində yerləşən daşınmaz əmlaka sərəncam verilməsinə (özgəninkiləşdirilməsi, ipoteka və renta ilə yüklü edilməsi) dair etibarnamələrdə isə həmçinin, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış hüquqlara dair elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində əldə edilmiş məlumatlar (qeydiyyat tarixi, reyestr nömrəsi və s.) göstərilməlidir. Həmin məlumatları informasiya sistemi vasitəsilə əldə etmək mümkün olmadıqda, notarius daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına dair sənədləri tələb edərək müvafiq məlumatları etibarnamədə qeyd edir. Vəkillərin adına etibarnamələrdə vəkillərin iş yeri (hüquq məsləhətxanası) göstərilir. “Q.İbadovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun x xxxx 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyinə görə ilk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdləri bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir. Tərəflərin izahatından və iş materiallarından məlum olur ki, hazırki iddia tələbində qaldırılan məsələ iddiaçı X3 pozulmuş hüquqlarının bərpa edilməsinə yönəlmişdir. İddiaçı məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvini arzulasa da, bununla baglısubyektiv hüquq daşıyıcısı olmaqla müstəqil şəkildə cavabdehə müraciət etməmiş,sonuncunun səlahiyyəti məhkəməyə bəlli olmayan nümayəndəsinə ünvanlanmış cavab məktubu imtina məktubu kimi qiymətləndirilə və bu əsasla da işə mahiyyəti üzrə baxılması mümkün hesab edilə bilməz. Birinci instansiya məhkəməsi işin yuxarıda qeyd edilən hallarına əsasən iddia mümkün sayılmadığından, iddiaçıya izah edilmişdir ki, hazırki iddia tələbində qaldırdığı məsələlərin həlli üçün qanunvericiliklə zəruri hesab edilən sənədləri ərizəsinə əlavə etməklə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə müraciət etməli, əsassız səbəblərdən xahişi təmin edilmədiyi təqdirdə pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəmədə yenidən iddia qaldırmaq hüquqlarından istifadə edə bilər. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və belə nəticəyə gəlir ki, qərardadın ləğv edilməsi üçün heç bir əsas yoxdur, ona görə də apelyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-1300/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Şikayət verilmədiyi halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür: Sədrlik edən Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar