Məhkəmə qərarları › İş №2-1(103)-1039/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1039/2021

29.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1039/2021 29.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X11 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, X8-Yusiflinin katibliyi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1531/2020 saylı 29 sentyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 29 sentyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AN-1 saylı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında aldığı 0.04 ha torpaq sahəsinə dair çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 07 iyun 2017-ci il tarixdə X3 AN-İ seriyalı ******* saylı Daşınmaz Əmlakın Alğı-Satqı müqaviləsi əsasında 0.04 ha torpaq sahəsini satın almışdır. Həmin torpaq sahəsinə 22 noyabr 2011- ci il tarixdə ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X5 adına verilmiş **********54 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən 0.06 ha torpaq sahəsinə çıxarış verilmişdir. O, aldığı sənədlər və ona göstərilən torpaqda özünə mənzil inşa etmək istəyəndə problem çıxmışdır ki, torpağın cizgiləri, çertyojları uyğun gəlmir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, bu günə kimi ona müsbət cavab verilməmişdir. Ona təqdim edilmiş alqı-satqı müqaviləsində qeyd olunan torpaq sahəsinin plan-ölçüyə uyğun gəlmədiyi bildirilmişdir. Bu ölçüdə olan torpaq sahəsi digər fiziki şəxsin istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1531/2020 saylı 29 sentyabr 2020-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1531/2020 saylı 29 sentyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, sözügedən torpaq sahəsinin plan və ölçüsündə qeyd olunan konfiqurasiya ilə iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin konfiqurasiyası arasında uyğunsuzluq mövcuddur. Belə ki, göstərilən ərazi digər şəxsin istifadə etdiyi torpaq sahəsinə düşür. Həmçinin, torpaq sahəsi ilə bağlı notarial qaydada təsdiq edilmiş bölgü sxemi İdarəyə təqdim edilməmişdir. Elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi ilkin olaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin JN-8137 saylı şəhadətnaməsi əsasında X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, daha sonra 25.11.2011-ci il tarixli torpaq bağışlama müqaviləsi əsasında X9 bağışlanılmış, sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd olunan müraciətlər zamanı ilkin verilmiş plan ölçüyə uyğun sahələr göstərilmişdir. İddiaçı bu sahə ilə bağlı təkrar müraciəti zamanı isə tam şəkildə fərqli ölçüdə olmaqla 40 metr aralı, əvvəlki illərdən mövcud olmuş fərdi yaşayış evinin (hüquq sahibi barədə məlumat bazada yoxdur) torpaq sahəsinin yol kənarı hissəsi göstərilmişdir. Həmçinin, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin **********08 saylı 27 yanvar 2020-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyində iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin koordinatlarının müəyyən edilməklə ölçüldüyü və həmin torpaq sahəsinin **********54 reyestr nömrəli torpaq sahəsi ilə üst-üstə düşmədiyi qeyd olunmuşdur. Məhkəmə tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar, mütəxəssis rəyi nəzərə alınmamış, qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. İşin düzgün və ədalətli araşdırılması məqsədilə Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə 3-cü şəxs qismində tərəf kimi cəlb edilməmiş və müvafiq ünvanda ekspertiza təyin edilməmişdir. Tərəflərin izahatları Apellyasiya baxışı zamanı 29.09.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında bu barədə lazımi qaydada məlumatlandırılmış tərəflər iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı və cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə proseslərində iştirak etmiş cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. Eyni zamanda İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarından müəyyən olunur ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi AN-1 saylı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında aldığı 0.04 ha torpaq sahəsinə dair çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədədir. Bununla bağlı iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən iddiaçıya ünvanlanmış **********70 saylı 29.08.2019-cu il tarixli məktubdan görünür ki, ərizəyə əlavə olunmuş sənədlər surətdir, həmçinin, sözügedən torpaq sahəsinin planölçüsündə qeyd olunan konfiqurasiya ilə göstərilən torpaq sahəsinin konfiqurasiyası arasında uyğunsuzluq mövcuddur (göstərilən ərazi digər şəxsin istifadə etdiyi torpaq sahəsinə düşür). Eləcə də, torpaq sahəsi ilə bağlı notariat qaydada təsdiq edilmiş bölgü sxemi sənədlər toplusuna əlavə olunmamışdır və bu səbəbdən ərizənin icrası tərəflərindən mümkün olmamışdır. Həmin imtinadan narazı qalan iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmiş və işə baxmış məhkəmə iddiaçının alqı-satqı qaydasında əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsasların mövcud olmamasına istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ünvanında yerləşən 0,06 ha torpaq sahəsinə dair ilkin olaraq X4 adına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN-813D, KOD 00500063 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və torpaq sahəsinin yerləşdiyi yerin sxemi verilmişdir. Bundan sonra torpaq sahəsinə dair X4 mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 37 nömrəli reyestr kitabının 9268 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********54, qeydiyyat nömrəsi ********** olan 28.11.2007-ci il tarixli çıxarış verilmişdir. X12 25.11.2011-ci il tarixdə bağışlama müqaviləsi ilə həmin torpaq sahəsini X9 bağışlamışdır. Həmin bağışlama müqaviləsinə əsasən sözügedən torpaq sahəsi MA seriyalı ******* saylı 22.12.2011-ci il tarixli çıxarışla Ruslan Əliyevin xüsusi mülkiyyətində olmuşdur. İşdə olan notariat qaydada təsdiq olunmuş AN-1 seriyalı 07.06.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X14 Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,06 ha torpaq sahəsinin tam mülkiyyət hüququ üzrə ona məxsus hissəsindən 0,04 ha hissəsini İddiaçı satmışdır. Apellyasiya baxışı zamanı məhkəmə sorğularına əsasən təqdim edilmiş Bakı şəhəri Lenin rayon İcra Hakimiyyəti Başçısının 25/22 saylı 04.12.1991-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisində yaşayış evinin tikintisi üçün X6 600 kv.m torpaq sahəsi verilmişdir.12.07.2003-cü il tarixli torpaqların alqısatqı müqaviləsinə əsasən X13 ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsini 29.400 manat müqabilində X1. Beləliklə, iş üzrə müəyyən olunur ki, İddiaçı hazırda plan ölçü və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsini tələb etdiyi torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının iddia tələbini alqı-satqı qaydasında əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsasların mövcud olmamasına istinad edərək təmin etmişdir. Bu barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, işə baxmış məhkəmə tərəfindən iddia tələbinin yuxarıda qeyd olunan əsasla təmin edilməsi düzgün olmamışdır. Belə ki, bu zaman məhkəmə tərəfindən iddiaçının müraciətinə münasibətdə cavabdehin imtinasında göstərilən hallar, eyni zamanda iş materiallarında olan mütəxəssis rəyi nəzərə alınmamış və bununla da zəruri araşdırma sonadək aparılmamışdır. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İşdə olan mütəxəssis rəyindən görünür ki, İddiaçı tərəfindən göstərilmiş torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən olunmuş və həmin torpaq sahəsinin **********54 reyestr nömrəli torpaq sahəsi ilə üst-üstə düşmədiyi aşkarlanmışdır. Bundan başqa, cavabdeh göstərir ki, sözügedən torpaq sahəsinin plan və ölçüsündə qeyd olunan konfiqurasiya ilə iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin konfiqurasiyası arasında uyğunsuzluq mövcuddur. Belə ki, göstərilən ərazi digər şəxsin istifadə etdiyi torpaq sahəsinə düşür. Həmçinin, torpaq sahəsi ilə bağlı notarial qaydada təsdiq edilmiş bölgü sxemi İdarəyə təqdim edilməmişdir. Elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi ilkin olaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin JN-8137 saylı şəhadətnaməsi əsasında X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, daha sonra 25.11.2011-ci il tarixli torpaq bağışlama müqaviləsi əsasında X9 bağışlanılmış, sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd olunan müraciətlər zamanı ilkin verilmiş plan ölçüyə uyğun sahələr göstərilmişdir. İddiaçı bu sahə ilə bağlı təkrar müraciəti zamanı isə tam şəkildə fərqli ölçüdə olmaqla 40 metr aralı, əvvəlki illərdən mövcud olmuş fərdi yaşayış evinin (hüquq sahibi barədə məlumat bazada yoxdur) torpaq sahəsinin yol kənarı hissəsi göstərilmişdir. Beləliklə, hazırki işə birinci instansiya qaydasında yenidən baxılarkən iddiaçının qoyduğu tələbin təmin olunmasının mümkünlüyü işdə olan mütəxəssis rəyi və işin digər halları ilə birgə qiymətləndirilməli, iddaçıya məxsus torpaq sahəsinin faktiki olaraq hansı ərazidə yerləşməsi, onun hər hansı digər şəxsin torpaq sahəsi ilə naturada üst-üstə düşübdüşməməsi müəyyən edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Həmin Məcəllənin 87.7.1-ci bəndinə əsasən inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Bununla bağlı iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi 29.09.2020-ci il tarixli qərarı ləğv edilməli və iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1531/2020 saylı 29 sentyabr 2020-ci il tarixli qərarı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar