Məhkəmə qərarları › İş №2-1(103)-1040/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1040/2023

05.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1040/2023 05.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı (mərhum X4 hüquq varisi) Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “mərhum ərinin mənzil növbəsindən çıxarılması ilə bağlı cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi, əlillik kateqoriyasından asılı olmayaraq əlill vətəndaşlar üçün tikilmiş mənzillərdən onun ailə tərkibinə və mənzil növbəliliyinə uyğun olaraq mənzillə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə QƏRAR (İş № 2-1(103)-1040/2023) Bakı şəhəri 05 iyul 2023-cü il GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X2 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil Rüfət oğlunun, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı (mərhum X4 hüquq varisi) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “mərhum ərinin mənzil növbəsindən çıxarılması ilə bağlı cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi, əlillik kateqoriyasından asılı olmayaraq əlill vətəndaşlar üçün tikilmiş mənzillərdən onun ailə tərkibinə və mənzil növbəliliyinə uyğun olaraq mənzillə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3703/2016 saylı 31 oktyabr 2016-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 05 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Cavabdeh2 tərəfindən verilmiş 00177 saylı xx.xx.2005-ci il tarixlə vəsiqədən görünür ki, X8 1-ci qrup əlil kimi Cavabdeh2 üzvü olmuşdur. Bakı şəhəri Cavabdeh1 başçısının 393 saylı xx.xx.2003-cü il tarixli sərəncamı əsasında Azərbaycan Korlar Cəmiyyətinin rəhbərliyinin və Həmkarlar İttifaqı komitəsinin xx.xx.2003-cü il tarixli 10 saylı birgə qərarı təsdiq edilmiş, mərhum D.Əliyarovanın mənzil növbəliyi əri X4 adına keçirilmiş və (A.Ə.Hüseynovun 6 nəfər ailə üzvü ilə özü, qızı, kürəkən, 3 nəvəsi) xx.xx.1988-ci ildən imtiyazlı şərtlərlə Azərbaycan Korlar Cəmiyyətində mənzil növbəsində hesab edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti başçısının 379 saylı 17 avqust 2011-ci il tarixli sərəncamına əsasən “Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin” ünvan 3 ünvanında yerləşən inzibati binası və Cəmiyyətin balansında olan yataqxana sökülərək onların yerində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan və Bakı şəhərinin rayon icra hakimiyyətlərində növbəyə dayanan gözdən əlillər üçün inşa olunan 12 mərtəbəli 132 mənzilli yaşayış binasındakı 95 boş mənzilin bölgüsünü həyata keçirmək üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2015-ci il 08 dekabr tarixli 11/7-281 nömrəli əmrinə əsasən yalnız sədri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, digər üzvləri isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Bakı şəhər İcra Hakimiyyətinin, Bakı- şəhərinin rayon icra hakimiyyətlərinin və Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin nümayəndələrindən ibarət olan komissiya yaradılmışdır. Bakı şəhəri rayon icra hakimiyyətlərində növbəyə dayanan gözdən əlil şəxslərin ilk 200 nəfərindən 119 nəfərinin sənədləri komissiya tərəfindən araşdırılaraq onlardan 95 nəfərinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən mənzillə təmin olunmaq hüquqlarının olduğu müəyyənləşdirilmiş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2016-cı il 09 fevral tarixli 11/7-34 nömrəli əmrinə əsasən mənzillə təmin olunmuşlar. Komissiya tərəfindən X4 və onun ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin uçot normasından çox olduğu müəyyən edildiyindən yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılaraq mənzillə təmin edilməmişdir. Bundan sonra iddiaçı X8 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “onun mənzil növbəsindən çıxarılması ilə bağlı cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi, əlillik kateqoriyasından asılı olmayaraq əlill vətəndaşlar üçün tikilmiş mənzillərdən onun ailə tərkibinə və mənzil növbəliliyinə uyğun olaraq mənzillə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslandırılması: İddia onunla əsaslandırılmışdır ki, X8 Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İB-nin İ dərəcəli gözdən əlil üzvü olmuşdur. Uzun illərdir xx.xx.1988-ci il tarixdən beş nəfər ailə tərkibi ilə birlikdə iş yeri üzrə mənzil növbəsinə götürülmüş və mənzil növbəlik siyahısı üzrə yeddinci adam idi. 1969-cu ildə ona Az GƏC tərəfindən Xruşov layihəli 2 otaqlı mənzil verilmişdir. Ailəsinin böyüməsi səbəbi ilə o, evi məcburiyyət qarşısında qalaraq satmışdır və 2009-cu ildə övladlarını evlə təmin etdikdən sonra məcburiyyət qarşısında qalaraq özünə daxma (vaqon tipli) almalı olub. Həmin vaqonda artıq yenə ailəsi böyümüş və halhazırda iki ailə olmaqla oğlu və öz ailəsi yaşamağa məhkumdur. Uzun illərdir Az GƏC-də mənzil növbəsində olduğu üçün ona hər zaman söz verilirdi ki, Cəmiyyətin təşəbbüsü ilə Cəmiyyətin ərazisində, hətta Cəmiyyətə məxsus yataqxananın ərazisində (Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov (40) 196 ünvanında) tikilən 132 mənzilli yaşayış binasında ona növbəsinə müvafiq ailə tərkibinə əsasən mənzil veriləcək. Bu halda o, mənzil tikilib istismara hazırlandığı vaxt Cəmiyyət rəhbərliyinə müraciət etmişdir. Ona bildirilib ki, yaşayış binası Az GƏC-in təşəbbüsü ilə Cəmiyyətə məxsus ərazidə tikilsə də, ƏƏSM tərəfindən tikildiyi üçün nədənsə tikinti başa çatdırıldığına görə ƏƏSMN tərəfindən geniş tərkibli mənzil komissiyası yaradılacaq. Komissiya yaradıldıqda bütün gözdən əlillərin mənzil növbəliyi həmin komissiyada müzakirə ediləcək. Bu zaman o, komissiyanın yaradılmasını gözlədi. Komissiya yaradıldı və komissiyaya müraciət etməli oldu. Ona şifahi surətdə bildirildi ki, onun növbəlik sənədləri müzakirə edilir. O da mənzil növbəlik sənədlərində heç bir yalnışlıq olmadığına görə və bu günə qədər ona Nərimanov RİH-dən heç bir irad bildirilmədiyindən mənzil növbəliyi əsasında mənzil alacağına əmin idi. Lakin komissiyada məsələsi müzakirə edildikdən sonra cəmiyyət rəhbərliyi tərəfindən ona bildirildi ki, oğlunun adına Bakı şəhəri, Sabunçu rayonu, Vişnovka-1 bağ sahəsi, bağ 728 ünvanlı, 2 otaqlı və yaşayış sahəsi 36 kv.m olan bağ evinin olması səbəbi ilə ona mənzil verilməyəcək. O, bu səbəblə aidiyyəti qurumlara müraciət etmişdir, lakin heç bir nəticəsi olmamışdır. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3703/2016 saylı 2016-cı il 31 oktyabr tarixli qərarı ilə iddia tələbi təmin edilərək, 2003-cü il 08 iyul tarixdə 1-ci qrup gözdən əlil kimi Cavabdeh1ndə mənzil növbəsinə götürülmüş X5 əlil kateqoriyalı vətəndaşlar üçün tikilmiş mənzillərdən biri ilə təmin edilməsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv olunması və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iş materiallarına uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir (maddə 51.3). Yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətənndaşlara yaşayış sahələri növbəlik qaydasına əsasən onların uçota alınma tarixi nəzərə alınmaqla verilir (maddə 56.1). İddiaçı X8 Bakı şəhəri Cavabdeh1 Başçısının 2003-cü il 08 iyul tarixli 393 nömrəli sərəncamı ilə mərhum həyat yoldaşı D.Əliyarovanın mənzil növbəliyi onun adına keçirilərək altı nəfərlik ailə tərkibi ilə 1988-ci il 16 mart tarixdən imtiyazlı şərtlərlə Azərbaycan Korlar Cəmiyyətində mənzil növbəsinə götürülmüşdür. Birinci instansiya məhkəməsi iddiaçının və onun ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin uçot normasından çox olduğunu nəzərə almadan iddiaçının mənzillə təmin edilməsi vəzifəsini cavabdehə həvalə etməklə maddi hüquq normasını pozmuşdur. Apellyasiya və Kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-448/2017 saylı 29 mart 2017-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinin qismən təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3703/2016 saylı 2016-cı il 31 oktyabr tarixli qərarın ləğv edilməsi və iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı alan iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2491/219 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-448/2017 saylı 29 mart 2017-ci il tarixli qərardadının ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-517/2020 saylı 05 oktyabr 2020-ci il tarixli qərardadı ilə inzibati iş üzrə icraatın X4 hüquq varisinə Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilənədək dayandırılması qərara alınmışdır. İddiaçının vərəsəsi İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın iş üzrə icraatın dayandırılması hissəsində ləğv edilməsini və təkrar baxılması üçün işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 584/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-517/2020 saylı 05 oktyabr 2020-ci il tarixli qərardadının ləğv edilərək, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1556/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçı X8 onun hüquqi varisi (ikinci həyat yoldaşı) İddiaçı ilə əvəz edilmişdir. Həmçinin məhkəmənin 17 sentaybr 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinin qismən təmin edilərək,1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 3703/2016 saylı 31 oktyabr 2016-cı il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1592/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayətinin təmin olunması, Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1566/2021 saylı 17 sentyabr 2021-ci il tarixli qərardadının ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşin təkrar apellyasiya baxışı zamanı məhkəmənin 05 iyul 2023-cü il tarixli qərardadları ilə cavabdehin nümayəndəsi tərəfindən verilmiş vəsatət nəzərə alınaraq əsl cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tanınmış, iddiaçının iddia tələbinin dəqiqləşdirilərək, “mərhum əri X4 mənzil növbəsindən çıxarılması ilə bağlı cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi, əlillik kateqoriyasından asılı olmayaraq əlill vətəndaşlar üçün tikilmiş mənzillərdən onun ailə tərkibinə və mənzil növbəliliyinə uyğun olaraq mənzillə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə verdiyi ərizəsi icraata qəbul edilmiş və Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3703/2016 saylı 13 oktyabr 2016-cı il tarixli qərardadı ilə Cavabdeh2 və Bakı şəhəri Cavabdeh1 işə 3cü şəxslər qismində cəlb edilmələri ləğv olunmuşdur. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddiaçının iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil Rüfət oğlu qızı iddia ərizəsini və iddia tələbinin dəqiqləşdirilməsi barədə verdiyi ərizəni müdafiə edrək, cavabdehin apellyasiya şikayətini qəbul etməyərək onun təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia inzibati orqan tərəfindən müvafiq inzibati aktın qəbulu ilə bağlı deyil, mövcud inzibati akt istiqamətində hərəkətin edilməsi ilə bağlıdır, yəni öhdəliyin icrası haqqında iddiadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Bu növ iddialar üzrə qanunvericilikdə iddia müddəti müəyyən edilməmişdir. Bu baxımdan iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, mərhum iddiaçı X4 hüquq varisi İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı tələbi “onun mərhum əri X4 mənzil növbəsindən çıxarılması ilə bağlı cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi, əlillik kateqoriyasından asılı olmayaraq əlill vətəndaşlar üçün tikilmiş mənzillərdən onun ailə tərkibinə və mənzil növbəliliyinə uyğun olaraq mənzillə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir. “Əlillərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 43-cü maddəsinə əsasən əlillər dövlətin hesabına mənzillə təmin edilirlər. İ qrup əlillərə mənzillər növbədənkənar verilir. Əlillərə verilən mənzillər əlillərin səhhəti nəzərə alınmaqla müəyyən edilən sanitariya texniki tələblərə uyğun gəlməlidir. Əlillərin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər hesab edilməsinin əsasları, onlara mənzil növbəliyi Azərbaycan Respublikasının mənzil qanunvericiliyi ilə müəyyən edilir. Bu zaman İ qrup əlillər ailədə adambaşına 9 kv.m. və daha az yaşayış sahəsi ilə təmin edilmiş olduqda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər sayılırlar. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə görə əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Həmin Məcəllənin 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Göründüyü kimi, İ qrup əlillərə növbədənkənar mənzil sahəsi verilir və bunun üçün onlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən uçota götürülməklə növbədənkənar mənzil almaq hüququna sahib olan vətəndaşların siyahısına daxil edilirlər. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin 648 saylı xx.xx.2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli 418 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”nın 1-ci bəndinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürmək, növbə müəyyən etmək və yaşayış sahələri vermək məsələlərinə dair komissiyanın təklifləri müvafiq yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən müzakirə və təsdiq edilir. Həmin Qaydaların 2-ci bəndinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar- mənzil-tikinti kooperativlərinin üzvləri, şəxsi mülkiyyətində yaşayış evi olan vətəndaşlar və bu evlərdə yaşayan başqa vətəndaşlar ümumi əsaslarla uçota götürülür və yaşayış sahələri ilə təmin edilirlər. Həmin Qaydaların 4-cü bəndinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotuna həmin yaşayış məntəqəsində müddəti rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetləri tərəfindən müəyyən edilən vaxt ərzində daimi yaşayan şəxslər götürülürlər. Həmin Qaydanın 5-ci bəndinə əsasən aşağıdakılar mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar sayılır: a) həmin rayonda, şəhərdə və ya digər yaşayış məntəqəsində mənzil sahəsi ilə təminat nəzərə alınmaqla, ailəsinin hər üzvünün mənzil sahəsi ilə təminatı rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetinin qərarı ilə müəyyənləşdirilmiş səviyyədən aşağı olan vətəndaşlar; b) dövlət və ictimai mənzil fondu evlərində əsas kirayəçidən kirayəyə götürmək şərtilə və ya mənzil-tikinti kooperativlərinə məxsus evlərdə, yaxud da fərdi mənzil fondu evlərində kirayə müqaviləsi ilə uzun müddət yaşayan və başqa yaşayış sahəsinə malik olmayan vətəndaşlar. Bu müddəti rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Soveti həmin rayonun, şəhərin və ya digər yaşayış məntəqəsinin şəraitini əsas götürməklə müəyyən edir; v) mövsümi və müvəqqəti işçilər, habelə təhsillə əlaqədar olaraq, yataqxanaya köçən vətəndaşlar istisna edilməklə, yataqxanada yaşayan vətəndaşlar; q) müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə cavab verməyən yaşayış evində (yaşayış sahəsində) yaşayan vətəndaşlar. Azərbaycan Respublikası Konstitusiyasının Keçid Müddəalarının 6-cı bəndinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə Azərbaycan Respublikasının yerli X3 aid edilmiş səlahiyyətləri yerli icra hakimiyyəti orqanları həyata keçirir. Bakı Şəhər Xalq Deputatları Soveti 4-cü sessiyasının 1988-ci il 8 aprel tarixli qərarı ilə təsdiq edilmiş «Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları»nın 7-ci bəndində Bakı şəhərində daimi yaşayan mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların kateqoriyaları sadalanmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 56.1-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara yaşayış sahələri bu Məcəllənin 56.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, növbəlik qaydasına əsasən onların uçota alınma tarixi nəzərə alınmaqla verilir. Həmin Məcəllənin 56.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsinə əsasən növbədənkənar yaşayış sahələri aşağıdakılara verilir: Həmin Məcəllənin 56.2.1-ci maddəsinə əsasən yaşayış sahələri qanunla nəzərdə tutulmuş qaydada yaşamaq üçün yararsız və təmir və ya bərpa edilə bilinməyən hesab edilmiş vətəndaşlara; Həmin Məcəllənin 56.2.2-ci maddəsinə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, təhsil müəssisələrində və digər müəssisələrdə, o cümlədən sosial xidmət müəssisələrində, ögey ailələrdə, ailə tipli uşaq evlərində qalma müddətləri başa çatmış, üzərində himayəçiliyə (qəyyumluğa) xitam verilmiş uşaqlara, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidməti başa çatmış və ya penitensiar müəssisələrindən qayıtmış valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar sırasından olan şəxslərə; Həmin Məcəllənin 56.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 50.1.4-cü maddəsində nəzərdə tutulmuş siyahıda göstərilən ağır xroniki xəstəliklərə düçar olmuş vətəndaşlara. İş materiallarından görünür ki, X8 1-ci qrup əlil kimi Cavabdeh2 üzvü olmuşdur. Bakı şəhəri Cavabdeh1 başçısının 393 saylı xx.xx.2003-cü il tarixli sərəncamı əsasında Azərbaycan Korlar Cəmiyyətinin rəhbərliyinin və Həmkarlar İttifaqı komitəsinin xx.xx.2003cü il tarixli 10 saylı birgə qərarı təsdiq edilmiş, mərhum D.Əliyarovanın mənzil növbəliyi əri X4 adına keçirilmiş və (A.Ə.Hüseynovun 6 nəfər ailə üzvü ilə özü, qızı, kürəkən, 3 nəvəsi) xx.xx.1988-ci ildən imtiyazlı şərtlərlə Azərbaycan Korlar Cəmiyyətində mənzil növbəsində hesab edilmişdir. Sonradan Bakı şəhəri rayon icra hakimiyyətlərində növbəyə dayanan gözdən əlil şəxslərin ilk 200 nəfərindən 119 nəfərinin sənədləri müvafiq olaraq yaradılmış komissiya tərəfindən araşdırılaraq onlardan 95 nəfərinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən mənzillə təmin olunmaq hüquqlarının olduğu müəyyənləşdirilmiş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2016-cı il 09 fevral tarixli 11/7-34 nömrəli əmrinə əsasən mənzillə təmin olunmuşlar. Cavabdeh bildirir ki, adı çəkilən Komissiya tərəfindən X4 və onun ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin uçot normasından çox olduğu müəyyən edildiyindən yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılaraq mənzillə təmin edilməmişdir. Halbuki iş materiallarında olan (İ cild i.v. 93) inzibati orqanın xx.xx.2016-cı il tarixli əmrində X4 və onun ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin uçot normasından çox olması, bu səbəbdən də yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılaraq mənzillə təmin edilməməsi barədə hər hansı müddəa əksini tapmamışdır. İşə sonuncu dəfə kassasiya instansiyası məhkəməsi tərəfindən baxılarkən məhkəmə kollegiyası tərəfindən qəbul edilmiş qərarda mərhum A.Hüseynovun mənzil növbəsindən çıxarılıb-çıxarılmaması, mənzil növbəsindən çıxarılma baş vermişsə, bunun qanuni əsasla, səlahiyyətli orqan tərəfindən Mənzil Məcəlləsinin və “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun həyata keçirilməsinin, həmçinin mənzil növbəsindən çıxarılmadığı halda mənzillə təmin edilməməsinin səbəbinin müəyyən edilməsi ilə bağlı göstərişlər qoyulmuşdur. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1592/2022 saylı xx.xx.2022-ci il tarixli qərarında göstərilmişdir ki, “apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2016-cı il 09 fevral tarixli 11/7- 34 nömrəli əmrini düzgün təfsir etməmişdir. Məhkəmə iddiaçının yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılma barədə qərarın mövcud olması, belə qərarın səlahiyyətli dövlət orqanı tərəfindən qanunvericiliyin tələbinə cavab verməklə qəbul edilməsi barədə araşdırma aparmamışdır. İddiaçı Mənzil Məcəlləsinin 55-ci maddəsinin əsasları olmadığı üçün uçotdan çıxarılmanın qeyri-qanuni olduğunu və ümumiyyətlə uçotdan çıxarılmanın yerli icra hakimiyyəti orqanının səlahiyyətlərinə aid olduğunu bildirsə də, apellyasiya instansiyası bu dəlillərə hüquqi qiymət verməmiş, qanunvericiliyin müddəalarına uyğun iddiaçının tələbinə münasibət bildirməmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2016-cı il 09 fevral tarixli 11/7-34 nömrəli əmrinin iddiaçı ilə bağlılığını araşdırmamışdır.” Hazırki işin təkrar apellyasiya baxışı zamanı kassasiya instansiyası məhkəməsinin sonuncu qərarındakı hüquqi mövqe nəzərə alınaraq, iddiaçı X4 yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılması barədə qərarın mövcud olub-olmaması, mövcud olduğu təqdirdə belə qərarın məhkəməyə təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məhkəmə sorğusu göndərilmişdir. Həmin sorğuya cavab olaraq məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Nazirliyinin 11/7-281 saylı 08 dekabr 2015-ci il tarixli əmrinə əsasən yaradılmış Komissiyanın 27 yanvar 2016-cı il tarixli iclasının protokolu Nazirliyin Arxiv otağında aşkarlanmadığından sənədin təsdiq olunmuş surətinin məhkəməyə təqdim edilməsi mümkün deyildir. Göründüyü kimi, inzibati orqan tərəfindən iddiaçının mənzil növbəsindən çıxarılması ilə bağlı hər hansı inzbati icraat aparılmamış, bu barədə inzbati akt da qəbul edilməmişdir. Qeyd olunmalıdır ki, inzibati orqanın A.Hüseynovu mənzil növbəsindən çıxarması onun mülahizələrində etiraf olunur, ona görə də bu fakt işin mübahisəsiz halıdır. Beləliklə, iddiaçı A.Hüseynovun mənzil növbəsindən çıxarılması inzibati orqanın faktiki xarakterli hərəktlərinin nəticəsi olmuşdur. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Hazırki işdə mərhum Aslan Hüseynov mənzil növbəsindən çıxarılmamışdan öncə, inzibati orqan tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçının (mərhumun) mənzil növbəsinə götürülməsinin qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi daxili araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının (mərhum A.Hüseynovun) iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Beləliklə, qeyd olunan sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, iddiaçı Bakı şəhəri Cavabdeh1 başçısının 393 saylı xx.xx.2003-cü il tarixli sərəncamı əsasında Azərbaycan Korlar Cəmiyyətinin rəhbərliyinin və Həmkarlar İttifaqı komitəsinin xx.xx.2003-cü il tarixli 10 saylı birgə qərarı ilə təsdiq edilmiş, mərhum D.Əliyarovanın mənzil növbəliyi onun adına keçirilən şəxsdir, onun xx.xx.1988-ci ildən imtiyazlı şərtlərlə Azərbaycan Korlar Cəmiyyətində mənzil növbəsində hesab edildiyi halda bu barədə xeyrinə əlverişli inzibati aktın mövcud olmasına baxmayaraq, inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi- mərhum iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, məzmununa etimad göstərdiyi mənzil növbəsinə götürülməsi ilə bağlı inzibati aktı mübahisələndirmədən, həmin inzibati akt qüvvədə ola-ola onun mənzil növbəsindən çıxarılması barədə inzibati akt qəbul etmədən faktiki xarakterli hərəkətlər etmişdir, yəni mərhum A.Hüseynovu mənzil növbəsindən çıxarmışdır ki, bununla da mərhum iddiaçının qanunla qorunan “mənzil təminatı” hüququna qanunsuz olaraq müdaxilə etmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, inzibati orqan mərhum A.Hüseynovun mənzil növbəsindən çıxarılması məsələsini həll edərkən həm “Əlillərin sosial müdafiəsi haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunların, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almalı idi. Buna görə, inzibati orqan müvafiq qaydada inzibati icraat aparmadan, inzibati icraata aid edilə bilməcəyək bir araşdırma nəticəsində faktiki hərəkətlər etməklə mərhum A.Hüseynovu mənzil növbəsindən çıxara bilməzdi. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Nəzərə alınmalıdır ki, inzibati orqan istinad etdiyi kimi, əgər mərhum A.Hüseynovun normadan artıq mənzil sahəsinə malik olduğu üçün onun mənzil növbəsindən çıxarılması barədə qərara gəlmişdisə, bu barədə müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüquqlarını təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə işin hallarını obyektiv araşdırıb icraatın sonunda müvafiq inzibati akt qəbul etməli idi. Yalnız mərhum A.Hüseynovun mənzil növbəsindən çıxarılmasının qanuni əsasları müəyyən edildiyi halda inzibati orqan onun (mərhumun) iştirakı ilə müvafiq inzibati akt qəbul edildikdən sonra onun mənzil növbəsindən çıxarılması hərəkətini edə bilərdi. Nəzərə alınmalıdır ki, mərhum A.Hüseynovun mənzi növbəsində olmasına dair əvvəlki inzibati akt (müvafiq icra hşakimiyyəti orqanının qərarı) qüvvədə olduğu halda, inzibati orqan həmin qərarı mübahisələndirmədən və mərhumun iştirakı olmadan, inzibati icraat qaydalarına uyğun olmayaraq aparılmış hərəkətlərlə mərhumu mənzil növbəsindən çıxarması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaratmaqla, cavabdehin həmin faktiki xarakterli hərəkətlərinin (və ya inzibati aktının) qanuniliyi və əsaslılığını şübhə altına almış olur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktı mübahisələndirə bilərdi. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra mərhum A.Hüseynovun mənzil növbəsindən çıxarılmasının mümkünlüyü məsələsini müzakirə edə bilərdi. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 32.3-cü maddəsinə görə inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Hazırki işdə inzibati orqan mərhum Aslan Hüseynovun mənzil növbəliyinin olmasına və bu barədə inzibati aktın qüvvədə olmasına baxmayaraq, onu inzibati icraat aparmadan və müvafiq inzibati akt qəbul etmədən faktiki xarakteli hərəkətlər etməklə mənzil növbəsindən çıxarmışdır ki, bu da mərhumun sağlığında mənzillə təmin olunması ilə bağlı olan hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilə kimi qiymətləndirilir, hansı ki, həmin müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu inzibati orqan sübuta yetirə bilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, iş üzrə iddiaçı mərhum Aslan Hüseynov İ qrup əlil olduğundan və o, müvafiq olaraq 08 iyul 2003-cü il tarixdə Cavabdeh1ndə 6 nəfər ailə üzvü ilə mənzil növbəsinə durduğundan, mənzillə təmin edilməli şəxs olub, əlillər üçün inşa edilən çoxmənzilli yaşayış binalarında mənzil növbəliliyinə uyğun olaraq müvafiq mənzillə təmin edilməli olan şəxslər kateqoriyasına daxil olduğu üçün onun hüquq varisinin hazırki iddiası əsaslıdır. Bununla yanaı, məhkəmə araşdırmaları zamanı o da müəyyən olundu ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin etirazının əsası kimi çıxış edən xx.xx.2016-cı il tarixli 11/7-34 saylı əmrinin mərhum Aslan Hüseynova aidiyyatı olmamışdır. Belə ki, həmin əmrin məzmununda mərhum Aslan Hüseynovla bağlı hər hansı müddəa əks olunmamışdır. Ona görə də inzibati orqan tərəfindən Aslan Hüseynovun mənzil növbəsindən çıxarılması ilə bağlı hər hansı inzibati aktı olmadığı üçün və belə inzibati akt məhkəməyə təqdim olunmadığından onun mənzil növbəsindən çıxarılması barədə inzibati orqanın faktiki xarakterli hərəkəti qanunsuz olmuşdur. Kollegiya onu da nəzərə alır ki, mərhum Aslan Hüseynovun qanunsuz olaraq mənzil növbəsindən çıxarılması hərəkəti (inzibati akt qəbul edilmədən) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən icra edilsə də, hazırki vəziyyətdə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Nizamnaməsinin 3.1.16-cı bəndinə əsasən əlilliyi müəyyən edilmiş şəxslərin mənzillə təmin olunması üçün tədbirlər görmək vəzifəsinin adı çəkilən Nazirliyin Sosial Xidmətlər Agentliyinə tapşırılması nəzərə alınaraq, məhkəmə kollegiyası cavabdeh Nazirliyi tabeliyindən olan həmin Agentliklə əvəz etmişdir. Yəni, hazırki cavabdeh mərhum Aslan Hüseynovu qanunsuz mənzil növbəsindən çıxarmış inzibati orqan- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində olan qurumdur. Odur ki, məhkəmə kollegiyası hazırki vəziyyətdə iddiaçının “mənzillə təmin olunma” barədə tələbinə cavab verən orqan qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin çıxış etdiyini nəzərə alaraq hesab etmişdir ki, “mənzil növbəsindən çıxarılma hərəkətinin qanunsuz sayılması” tələbinə münasibətdə əlavə olaraq həm də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin işə cəlb olunmasına zərurət yoxdur. Qeyd olunanlarla bağlı apelyasiya şikayəti qismən təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3703/2016 saylı 31 oktyabr 2016-cı il tarixli qərarı ləğv edilməli, X4 mənzil növbəsindən çıxarılması ilə bağlı inzibati orqanın hərəkəti qanunsuz hesab edilməli, mərhum Aslan Hüseynovun hüquq varisi İddiaçı əlillik kateqoriyasından asılı olmayaraq əlill vətəndaşlar üçün tikilmiş mənzillərdən onun ailə tərkibinə və mənzil növbəliliyinə uyğun olaraq mənzillə təmin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3703/2016 saylı 31 oktyabr 2016-cı il tarixli qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. İddiaçı mərhum X4 mənzil növbəsindən çıxarılması ilə bağlı inzibati orqanın hərəkəti qanunsuz hesab edilsin. İddiaçı X4 hüquqi varisi İddiaçı əlillik kateqoriyasından asılı olmayaraq əlill vətəndaşlar üçün tikilmiş mənzillərdən onun ailə tərkibinə və mənzil növbəliliyinə uyğun olaraq mənzillə təmin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar