Məhkəmə qərarları › İş №2-1(103)-1041/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1041/2023

16.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1041/2023 16.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X10 və X2 ibarət tərkibdə, cavabdehin nümayəndəsi X11, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, Birgə iddiaçılar X8 və X3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “torpağın 143955 (yüz qırx üç min doqquz yüz əlli beş) manata iddiaçıya satılması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5981/2021 saylı, 08 dekabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvandakı avtobazanın yerləşdiyi 6099.8 kv.m torpaq sahəsinin “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli, 659 saylı Fərmanının 2-ci bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnamənin 6-cı bəndinə uyğun olaraq 143955 (yüz qırx üç min doqquz yüz əlli beş) manata İddiaçı satılması vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5981/2021 saylı, 08 dekabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1372/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iddia tələbi rədd edilmişdir. Həmin qərardan iddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1383/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə apellyasiya məhkəməsinin həmin qərarı ləğv edilmiş iş təkrar baxılması üçün göndərilmişdir. İşin hazırki apellyasiya icraatı zamanı X15 məhkəməyə prosessual həm iştirakçılıq barədə vəsatət təqdim edərək, bildirmişdir ki, İddiaçı tərəfindən ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin ½ hissəsini təşkil edən 778.52 kv.m hissəsi 7 oktyabr 2021-ci il tarixli, AN-İ ******* saylı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən X12, qalan ½ hissəsi isə X1. Odur ki, həmin ünvanda yerləşən 1557.04 kv.m olan qeyri-yaşayış sahəsinin ½ hissəsi mülkiyyət hüquqları ilə X12 məxsus olduğundan iş üzrə prosessual həmiştirakçı-birgə iddiaçı kimi tanınmasını xahiş etmişdir. Məhkəməyə təqdim olunmuş ölüm haqqında şəhadətnamədən görünür ki, ünvan 1 ünvanda yerləşən qeyriyaşayış sahəsinin ½ hissəsinin yeni mülkiyyətçisi X9 xx.xx.2022-ci il tarixdə vəfat etmiş, həmin əmlak onun həyat yoldaşı X3 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə mülkiyyət hüququ qeydiyyata alınaraq ********** nömrəli çıxarış verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1041/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə sıradan çıxmış İddiaçı, həmşərik iddiaçılar X15 və X4 hüquq varisi X7 ilə əvəz edilmişdir. Daha sonra, birgə iddiaçılar X15 və X7 iddiadan imtina edilməsi barədə birgə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 55-ci maddəsinə istinadən, iş üzrə icraata xitam verilməsinə dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İHB-ın xx.xx.2003-cü il tarixli 54 №-li «Yeni istirahət parkının salınması haqqında» sərəncamına əsasən Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi,30 ünvanında Alternativ radio-televiziya yayım stansiyasının yerləşdiyi ərazi və ətrafında yeni istirahət parkının salınması qərara alınmışdır. Həmin sərəncamda qeyd edilən Bakı şəhəri,Nərimanov rayonu,Ceyhun Hacıbəyli küçəsi,30 ünvanında yerləşən qeyri-yaşayış binasının ½ hissəsi hazırda Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixi, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən X8 mülkiyyətinndədir. Bundan əlavə həmin qeyri-yaşayış binasının ½ hissəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il qeydiyyat tarixi, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən hazırda X3 mülkiyyətindədir. Bakı şəhəri İH-nin "xxxx" MMC ilə X15 və X5 arasında həmin qeyriyaşayış binasının kompensasiya verilməklə dövlət ehtiyacları üçün alınmasına dair müqavilələr bağlanmış, razılaşdırılmış kompensasiya məbləğləri ödənilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçi R.Quliyevin nümayəndəsi vəkil M.Muastafayev tərəflər arasındakı mübahisə öz həllini məhkəmədən kənar qaydada tapdığına görə iddiadan imtina etdiklərini bildirərək iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. İPM-in 30.4-cü maddəsinə əsasən prosessual həmiştirakçılardan hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə iclasında iştirak edən digər həmiştiakçı onları təmsil etmiş sayılır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi A.Hüsiyev iş üzrə icraata xitam verilməsinə etirazı olmadığını bildirmişdir. Qeyd olunanları və iş materiallarını nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birgə iddiaçıların iş üzrə icraata xitam verilməsi barədə ərizəsi təmin olunmalıdır. Belə ki, İPM-in 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Məcəllənin qeyd olunan tələblərindən göründüyü kimi, iddiadan imtina etmək iddiaçıların qanunvericiliklə onlaraa verilən hüququdur və bu imtina üçüncü şəxslərin hüquqlarını pozmur və tərəflərin qarşılıqlı mənafeyinə uyğundur. İddiaçılara isə izah edilir ki, iddiadan imtina Məcələnin 55.4-cü maddəsinin nəticələrini doğurur. İPM-in 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə, və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 80, 83, 89, 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Birgə iddiaçılar X8 və X3 iddiadan imtina barədə ərizəsi təmin edilsin. İddiadan imtina məhkəmə tərəfindən qəbul edilsin. İş üzrə icraata xitam verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar