Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1041/2024 14.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 Cavabdeh Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə qarşı “inzibati binaya qeydiyyata alınma” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X2 ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı3 və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 cavabdeh Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə qarşı "inzibati binaya qeydiyyata alınma" tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12770/2023 saylı 04 oktyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 14 fevral 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 7 ünvanında yerləşən 5 nömrəli fərdi yaşayış evində qeydiyyatsız yaşayırlar. Həmin evin hüquqmüəyyənedici sənədləri yoxdur. İddiaçılar əvvəllər Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin inzibati binasının ünvanına qeydiyyatda olsalar da, sonradan bu qeydiyyatdan çıxarılmışlar. Bu səbəbdən iddiaçılar yenidən cavabdeh quruma müraciət edərək onların qeydiyyatının bərpa olunmasını istəmişlər. Bakı şəhəri Qaradağ rayon Polis İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, 3-13- 48/2-S-5602/23 saylı imtina məktubu ilə bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndinin tələblərinə əsasən yaşayış yerinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud qanunvericiliklə nəzərdə tutulan başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi təqdim edildikdən sonra vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması məsələsinə baxıla bilər. Qanunvericiliyin tələblərinə əsasən qeydiyyatsız yaşadıqları ünvan 3 ünvanına qeydiyyata alınmaq üçün aidiyyəti üzrə məhkəməyə müraciət edə bilərlər. Qeyd olunan imtina məktubundan narazı qalan iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 cavabdeh Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə qarşı əvvəlcə ünvan 4 ünvanında yerləşən evə qeydiyyatda alınmaları ilə bağlı iddia ilə məhkəməyə müraciət etsələr də, sonradan iddia tələblərini dəqiqləşdirərək, onların və azyaşlı övladları X1 Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin inzibati binasının yerləşdiyi Lökbatan qəsəbəsi, Mədən küçəsi, 1 ünvanına qeydiyyata alınması vəzifəsinin cavabdeh Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər və onların dəqiqləşmə ərizələri icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 4 ünvanında yerləşən torpaq sahəsi Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli sərəncamına əsasən X5 ayrılmışdır. xx.xx.2007-ci il tarixli etibarnamə əsasında həmin torpaq sahəsinin 300 kv.m. hissəsini və üzərində olan bir otaqlı evi İddiaçı1 almışdır. Aldığı vaxtdan da iddiaçılar orada yaşayırlar. Lakin həmin evi sənədləşdirmədiyindən ünvan 7 ünvanında (Qaradağ RPİ-nin inzibati binası) qeydiyyatda olmuşlar. Bir ilə yaxındır ki, iddiaçılar Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin inzibati binasından qeydiyyatdan çıxarılmışlar. Şəxsiyyət vəsiqələri qüvvədən düşmüşdür və heç bir yerə müraciət edə bilmirlər. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Cavabdehin etirazları: İş üzrə cavabdeh Bakı şəhəri Qaradağ rayon Polis İdarəsi tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12770/2023 saylı 04 oktyabr 2023-cü il tarixli qərarı ilə iddianın təmin edilərək, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və azyaşlı övladı X1 Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin inzibati binasının ünvanı olan ünvan 10fəsinin cavabdeh Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı cavabdeh Bakı şəhəri Qaradağ rayon Polis İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin qərar qanunsuz və əsassızdır, bu səbəbdən də ləğv edilməklə iddia tələbi rədd edilməlidir. Belə ki, işin faktiki hallarından müəyyən olunur ki, iddiaçılar ünvan 11 ünvanda faktiki yaşamaları barədə Qaradağ rayon Lökbatan qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 220 nömrəli arayışı da var. Məhkəmənin gəldiyi nəticəyə görə iddiaçının qeydiyyatsız yaşadığı ünvanda yerləşən ev üzərində hər hansı bir hüququ, yəni mülkiyyət, icarə və ya istifadə hüquqları əmələ gəlməmişdir. Ona görə də "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci, 5-ci, "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında" Qanuna, Azərbycan Respublikası Nazirlər Kabinetinin 55 s nömrəl xx.xx.2003cü il tarixli sərəncamına istinad etməklə Qaradağ Rayon Polis idarəsini yaşayış yeri kimi qeyd etməklə ərizəni təmin etmişdir. İşdə olan sənədlərdən görünür ki, iddiaçı uzun müddətdir ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 7, ev 5-də qeydiyyatdadır. Lakin qeyd edilir ki, həmin ünvana aid heç bir sənədi yoxdur. Qaradağ rayon Lökbatan qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 220 nömrəli arayışdan görünür ki, həmin ünvan İcra Hakimiyyətinin balansındadır. Belə olan halda həmin orqan vətəndaşın həmin ünvanda yaşaması barədə hər hansı bir sənəd verməlidir (icarə və ya kirayə müqaviləsi). Bu halda qanunvericiliyin tələblərinə əsasən vətəndaşın yaşadığı ünvana qeydiyyata alınması mümkündür. Vətəndaşın yaşayış yeri olduğu halda həmin ünvana sənədlər təqdim edilmədiyindən əsaslı olaraq imtina edilmişdir. Vətəndaşın yaşayış yeri olduğu halda "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin tələblərinə əsasən polis orqanının inzibati binasının şəxsin yaşayış yeri və olduğu yer kimi qəbul edilməsi qanunvericiliyin tələblərinə ziddir. Yəni, polis orqanı Dövlətin güc strukturlarından biri olmaqla əsas vəzifəsi ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etməkdir. Polis orqanının inzibati binası mənzil, ev, sanatoriya, yataqxana və s. kimi qəbul edilə bilməz. Tərəflərin izahatları: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında cavabdeh inzibati orqan bu barədə lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli məktubun məzmunundan görünür ki, cavabdeh inzibati orqan işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının iştirakçıları hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə iddiaçı X3 və cavabdeh Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2023-cü il tarixdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınması iş materialları ilə müəyyən olunmur. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 cavabdeh Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə qarşı tələbi “onların və azyaşlı övladları X1 Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin inzibati binasının yerləşdiyi Lökbatan qəsəbəsi, Mədən küçəsi, 1 ünvanına qeydiyyata alınması vəzifəsinin cavabdeh Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə həvalə edilməsi” barədədir. Bununla bağlı tələblərinin təmin olunmasından cavabdeh qurum imtina etdiyi üçün hazırki iddia ilə məhkəməyə müraciət edilmiş və iddia birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddiaçıların hal-hazırda faktiki olaraq Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, masssiv 7 ünvanında yerləşən 5 nömrəli fərdi yaşayış evində yaşadıqlarına, həmin evin Qaradağ rayonunun inzibati ərazisi daxilində yerləşdiyinə və iddiaçıların Bakı şəhərində mülkiyyətlərində başqa heç bir əmlaklarının olmadığına istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların da qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər; Həmin Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından irəli gəlir. Həmin qərarda qeyd edilir ki: ...Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Sözügedən qərarda ifadə edilən hüquqi mövqeyə görə şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi məqsədilə qeydiyyatı zəruridir. Cavabdeh orqan iddiaçıları faktiki yaşadığı ünvan üzrə (hüquqmüəyyənedici sənədləri olmadığından) qeydiyyata almaqdan imtina etdiyi təqdirdə polis idarəsinin inzibati binasına qeydiyyata alınmasını təmin etməlidir. İddiaçılar əvvəllər də polisin inzibati binasında qeydiyyatda olub, daha sonra qeydiyyatdan çıxarılıblar. Belə ki, şəxsiyyət vəsiqəsi deaktiv statusda olduğu təqdirdə onların qeyd edilən vəzifələrinin icra edilməsi imkanı mümkünsüz olur. Birinci instansiya məhkəməsinin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-33235/2023 nömrəli məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 7-ci massiv, 5 saylı fərdi yaşayış evinin qeydiyyata alınmasına, o cümlədən həmin mülkə dair hər hansı sənədin tərtib edilməsinə dair məlumat (sənəd) aşkar edilməmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli, 18/2-30073/23 nömrəli məktubu ilə bildirilmişdir ki, ünvan 4 ünvanında qeydiyyatda olan şəxs aşkar edilməmişdir. Beləliklə, aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, iddiaçılar Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, masssiv 7 ünvanında yerləşən 5 nömrəli fərdi yaşayış evində qeydiyyatsız yaşayırlar. Həmin evin hüquqmüəyyənedici sənədləri yoxdur, yaşadıqları özbaşına tikili məhz Qaradağ rayonun inzibati ərazi vahidində yerləşir. Belə olan halda onlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına əsasən qeyd edilir ki, yaşayış yeri olmayan Azərbaycan Respublikası vətəndaşlarının Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyatdan keçirilməsi və onlara şəxsiyyət vəsiqəsi fərdiləşdirilərkən şəxsiyyət vəsiqəsinin “yaşayış yeri” bölməsində həmin ünvanın şərti olaraq göstərilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifi qəbul edilsin. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğundan qərar dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın rədd edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzbati orqan tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12770/2023 saylı 04 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12770/2023 saylı 04 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1041/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1041/2024
14.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver