Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1041/2025 27.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “müharibə veteranı vəsiqəsinin verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 (sədrlik edən və məruzəçi), X4 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Aygün Ülviyyət qızı Nizamlının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12442/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ
1. İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək müddətli həqiqi hərbi xidmət keçmişdir.
2. İddiaçı ona müharibə veteranı adının verilməsi ilə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra – cavabdeh) müraciət etmiş, cavabdeh xx.xx.2024-cü il tarixli məktubu ilə iddiaçıya müharibə veteranı adı verməkdən imtina etmişdir.
3. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “...təqdim olunmuş sənədlərə əsasən N nömrəli hərbi hissə Silahlı Qüvvələrin Baş qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığına və xidmət dövründə ezamiyyətləriniz xidməti olduğuna (döyüş tapşırığının icrası ilə bağlı olub-olmaması barədə məlumat olmadığına) görə Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur”.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli arxiv arayışından görünür ki, o, 1992- 1994-cü illərdə N nömrəli hərbi hissədən daima ezamiyyətdə olmuşdur. Həmin dövrlərdə müharibə gedən ərazilərdə döyüşlərdə iştirak etmişdir. Hərbi hissələrin səhlənkarlığına görə məsuliyyət daşımamalıdır. Onun müraciəti cavabdeh tərəfindən ətraflı araşdırılsaydı, həqiqətən də, 1-ci Qarabağ müharibəsində iştirakı öz təsdiqini tapardı. Cavabdehin imtinasını əsassız hesab edir.
6. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasınd hərbi xidmət keçərkən, yaxud döyüş əsnasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyivə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Göründüyü kimi, inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil, imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılmasdır. Normanı ümumiləşdirərək qeyd etmək istəyirəm ki, şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: -Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. -Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfhumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı, hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, təqdim olunmuş sənədlərə əsasən iddiaçının xidmət etdiyi N nömrəli hərbi hissə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığına və xidmət dövründə ezamiyyətləri xidməti (döyüş tapşırığının icrası ilə bağlı olub-olmaması barədə məlumat aşkar edilməmişdir) olmuşdur. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının 1.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12442/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir.
9. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 316 nömrəli əmrindən görünür ki, iddiaçının xx.xx.1993- cü il tarixdən xx.xx.1994-cü il tarixədək döyüş əməliyyatları bölgəsinə, N №-li hərbi hissəyə döyüş tapşırığını yerinə yetirmək üçün ezamiyyətə göndərilməsi barədə məlumat vardır.
10. Həmçinin N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 165 №-li əmrindən görünür ki, iddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Yevlax rayonu döyüş əməliyyatları bölgəsinə göndərilərək, ərzaqla təmin edilmişdir.
11. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N №-li hərbi hissənin xx.xx.1991-ci il tarixdən xx.xx.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazılmışdır.
12. Həmçinin N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 101 №-li əmrində və xx.xx.1993-cü il tarixli 67 №-li əmrində iddiaçının “atıcı” vəzifəsinə təyin edilməsi barədə məlumat vardır.
13. Göründüyü kimi, iddiaçının vəzifəsi atıcı olmuş və o, döyüş bölgələrinə döyüş əməliyyatlarında iştirak etmək üçün ezam olunmuşdur.
14. Məhkəmə qeyd etmişdir ki, iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi müəyyən edildiyindən ona müharibə veteranı adı verilməlidir.
15. Cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 12442/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ
b) Apellyasiya şikayətinin dəlilləri
16. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə qarşı etirazın dəlilləri ilə oxşar olmaqla onunla əsaslandırılmışdır ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli, 316 nömrəli əmrində iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək döyüş əməliyyatları bölgəsinə, N nömrəli hərbi hissəyə döyüş tapşırığının yerinə yetirmək üçün ezamiyyətə göndərilməsinə, hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 3 nömrəli əmrində isə iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Gəncə şəhərində ezamiyyət müddətinin uzadılması və ərzaqla təmin edilməsinə və hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 6 nömrəli əmri ilə iddiaçının qayıtmış hesab edilərək xidməti vəzifələrinin icrasına başlamasına dair məlumatlar qeyd edilmişdir (Əsas: Arxiv arayışı). Yuxarıda qeyd olunan məlumatlardan (sözügedən əmrlər) görünür ki, iddiaçının döyüş əməliyyatlarının aparıldığı dövrdə əməliyyatlara cəlb edilmiş N nömrəli hərbi hissəyə ezamiyyətə göndərilməsi barədə məlumat qeyd olunsa da şəxsin sonuncu hərbi hissəyə daxil olması və qayıtmasına dair məlumatlar aşkar olunmamışdır. Bundan başqa N nömrəli hərbi hissə komandirinin iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək N nömrəli hərbi hissəyə döyüş tapşırığının yerinə yetirmək üçün ezamiyyətə göndərilməsi barədə əmrində qeydlər olmasına baxmayaraq, hərbi hissə komandirinin növbəti əmrində (xx.xx.1994-cü il tarixli, 3 nömrəli əmrində) isə iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Gəncə şəhərində ezamiyyət müddətinin uzadılmasına qeydlər öz əksini tapmışdır. Göründüyü kimi, eyni hərbi hissə komandiri tərəfindən imzalanmış aşağıda sadalanan əmrlərində iddiaçının döyüş əməliyyatlarının aparıldığı dövrdə əməliyyatlara cəlb edilmiş N nömrəli hərbi hissəyə xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək döyüş tapşırığının yerinə yetirmək üçün ezamiyyətə göndərilməsi (xx.xx.1993-cü il tarixli, 316 nömrəli əmr) qeyd olunsa da növbəti əmrdə (05.01,1994-cü il tarixli 3 nömrəli) iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Gəncə şəhərində ezamiyyət müddətinin uzadılmasına dair qeydlərin olması şəxsin həmin dövrdə N nömrəli hərbi hissədə olmadığı kimi başa düşülməlidir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
d) Prosses iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətin müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
20. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu
Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ... Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyətiorqanları tərəfindən verilir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”
Müharibə veteranı adı aşağıdakı qaydada verilir: .... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa,Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında;
22. Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə:
Maddə 20. Bilavasitə hərbi hissədən buraxılan hərbi qulluqçular üçün-onların hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldığı gün hərbi xidmətin sonu sayılır.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
26. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Məhkəmə kollegiyası qeyd edir ki qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.
29. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur və birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
30. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
31. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.
32. Məhkəmə kollegiyası işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
33. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 316 nömrəli əmrində iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək döyüş əməliyyatları bölgəsinə, N nömrəli hərbi hissəyə döyüş tapşırığının yerinə yetirmək üçün ezamiyyətə göndərilməsinə, hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 3 nömrəli əmrində isə iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Gəncə şəhərində ezamiyyət müddətinin uzadılması və ərzaqla təmin edilməsinə və hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 6 nömrəli əmri ilə iddiaçının qayıtmış hesab edilərək xidməti vəzifələrinin icrasına başlamasına dair məlumatlar qeyd edilmişdir (Əsas: Arxiv arayışı). Yuxarıda qeyd olunan məlumatlardan (sözügedən əmrlər) görünür ki, iddiaçının döyüş əməliyyatlarının aparıldığı dövrdə əməliyyatlara cəlb edilmiş N nömrəli hərbi hissəyə ezamiyyətə göndərilməsi barədə məlumat qeyd olunsa da şəxsin sonuncu hərbi hissəyə daxil olması və qayıtmasına dair məlumatlar aşkar olunmamışdır.
34. İş materiallarına əsasən müəyyən olunmuşdur ki: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Qaradağ RHK-dan təcili hərbi xidmətə çağırılmış, 1974-cü il təvəllüdlü, İddiaçı Şahmar oğlu: - N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 81 №-li əmrilə (əsas: §-4, sıra-1, əmrdə atasının adı “Şahmar” yazılmışdır) xx.xx.1992-ci i! tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək, “sıravi” hərbi rütbəsi verilməklə “mexanik” vəzifəsinə təyin edilmişdir; - N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 101 №-li əmrində (əsas: §-7, sıra-16; əmrdə adı və atasının adı tam yazılmamışdır) sıravi İddiaçı xx.xx.1992-ci il tarixli 101 №-li ərində (əsas: §-7, sıra – 16; əmrdə adı və atasının adı tam yazılmamışdır) sıravı İddiaçı xx.xx.1992-ci il tarixdən komendant tağımında “atıcı” vəzifəsinə təyin edilməsi barədə məlumat vardır; - N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 5 №-li əmrində (əsas: §-4, səh-155, əmrdə adı tam, atasının adı yazılmamış, vəzifəsi qeyd olunmamışdır, ezamiyyətə göndərilmə səbəbi göstərilməmişdir) sıravi İddiaçı xx.xx.1993-cü il tarixdən Yevlax şəhərinə ezamiyyətə göndərilməsi barədə məlumat vardır; - N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 11 №-li əmrində (əsas: §-1, səh-160, əmrdə adı tam, atasının adı yazılmamış, vəzifəsi qeyd olunmamışdır) sıravi İddiaçı xx.xx.1993-cü il tarixdən ezamiyyətdən qayıtması barədə məlumat vardır; - N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 15 №-li əmrində (əsas: §2, səh-164, əmrdə adı tam, atasının adı yazılmamış, vəzifəsi qeyd olunmamışdır, ezamiyyətə göndərilmə səbəbi göstərilməmişdir) sıravi İddiaçı xx.xx.1993-cü il tarixdən Yevlax şəhərinə ezamiyyətə göndərilməsi barədə məlumat vardır; - N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 22 №-li əmrində (əsas: §5, səh-171, əmrdə adı tam, atasının adı yazılmamış, vəzifəsi qeyd olunmamışdır) sıravi İddiaçı xx.xx.1993-cü il tarixdən ezamiyyətdən qayıtması barədə məlumat vardır; - N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 31 №-li əmrində (əsas: §2 səh-181, əmrdə adı tam, atasının adı yazılmamış, vəzifəsi qeyd olunmamışdır, ezamiyyətə göndərilmə səbəbi göstərilməmişdir) sıravi İddiaçı xx.xx.1993-cü il tarixdən Yevlax şəhərinə ezamiyyətə göndərilməsi barədə məlumat vardır; - N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 67 №-li əmrində (əsas: §3, qeyd: əmrdə adı tam, atasının adı yazılmamış, vəzifəsi qeyd olunmamışdır) sıravi İddiaçı “atıcı” vəzifəsinə təyin edilməsi barədə məlumat vardır; - N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 146 №-li əmrində (əsas: §4, səh-60, əmrdə adı tam, atasının adı, ezamiyyətə göndərildiyi yer və səbəbi yazılmamış, vəzifəsi qeyd olunmamışdır) sıravi İddiaçı xx.xx.1993-cü il tarixdən ezamiyyətə göndərilməsi barədə məlumat vardır; - N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 202 №-li əmrində (əsas: §6, səh-27, əmrdə adı tam, atasının adı yazılmamış, vəzifəsi qeyd olunmamışdır, ezamiyyətə göndərilmə səbəbi göstərilməmişdir) sıravi İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Yevlax şəhərinə ezamiyyətə göndərilərək, qazan təminatından çıxarılması barədə məlumat vardır; - N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 208 №-li əmrində (əsas: §1, səh-34, əmrdə adı tam, atasının adı yazılmamış, vəzifəsi qeyd olunmamışdır) sıravi İddiaçı xx.xx.1993-cü il tarixdən qayıtmış hesab edilərək, xidməti vəzifəsinin icrasına başlaması barədə məlumat vardır; - N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 316 №-li əmrində (əsas: §3, səh-60, əmrdə adı tam, atasının adı yazılmamış, vəzifəsi qeyd olunmamışdır) sıravi İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək döyüş əməliyyatları bölgəsinə, N №-li hərbi hissəyə döyüş tapşırığını yerinə yetirmək üçün ezamiyyətə göndərilməsi barədə məlumat vardır; - N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 3 №-li əmrində (əsas: §3, səh-5, əmrdə adı tam, atasının adı yazılmamış, vəzifəsi qeyd olunmamışdır, ezamiyətdə olma səbəbi göstərilməmişdir) sıravi İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Gəncə şəhərində ezamiyyət müddətinin uzadılması və ərzaqla təmin edilməsi barədə məlumat vardır; - N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 6 №-li əmrilə (əsas: §1, səh- 8) Komendant tağımının atıcısı, sıravi İddiaçı qayıtmış hesab edilərək, xidməti vəzifəsinin icrasına başlamışdır; - N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 24 №-li əmrində (əsas: səh.- 24, §3; qeyd: əmrdə adı tam, atasının adı yazılmamış, vəzifəsi qeyd olunmamışdır, ezamiyyətə göndərilmə səbəbi göstərilməmişdir) sıravi İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Beyləqan rayonuna ezamiyyətə göndərilərək, ərzaqla təmin edilməsi barədə məlumat vardır; - N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 32 №-li əmrində (əsas: §2; qeyd: əmrdə adı tam, atasının adı yazılmamış, vəzifəsi qeyd olunmamışdır) sıravi İddiaçı Beyləqan rayonundakı ezamiyyət müddətinin xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək uzadılması barədə məlumat vardır; - N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 35 №-li əmrində (əsas: §5, əmrdə adı tam, atasının adı yazılmamış, vəzifəsi qeyd olunmamışdır, ezamiyyətdə olma səbəbi göstərilməmişdir) sıravi İddiaçı Beyləqan rayonundakı ezamiyyət müddətinin xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək uzadılması barədə məlumat vardır; - N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 39 №-li əmrində (əsas: §2, əmrdə adı tam, atasının adı yazılmamış, vəzifəsi qeyd olunmamışdır) sıravi İddiaçı xx.xx.1994-cü il tarixdən ezamiyyətdən qayıtmış hesab edilərək, xidməti vəzifəsinin icrasına başlaması barədə məlumat vardır; - N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 60 №-li əmrilə (əsas: §6, əmrdə atasının adı “Şahmar” yazılmışdır) Komendant tağımının atıcısı, sıravi İddiaçı Şahmar oğlu xx.xx.1994-cü il tarixdən vəzifəsini təhvil vermiş hesab edilərək, "mexanik” vəzifəsinə təyin edilmişdir; - N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 141 №-li əmrilə (əsas: §4; əmrdə atasının adı “Şahmar” yazılmışdır) mexanik, sıravi İddiaçı Şahmar oğlu xx.xx.1994cü il tarixdən xx.xx.1994-cü il tarixədək növbəti məzuniyyətə göndərilərək, qazan təminatından çıxarılmışdır; - N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 145 №-li əmrilə (əsas: §4; əmrdə atasının adı “Şahmar” yazılmışdır) mexanik, sıravi İddiaçı Şahmar oğlu xx.xx.1994cü il tarixdən məzuniyyətdən qayıtmış hesab edilərək, xidməti vəzifəsinin icrasına başlamışdır; - N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 165 №-li əmrilə (əsas: §2; əmrdə atasının adı “Şahmar” yazılmışdır) sıravi İddiaçı Şahmar oğlu xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Yevlax rayonu döyüş əməliyyatları bölgəsinə göndərilərək, ərzaqla təmin edilmişdir; - N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 173 №-li əmrində (əsas: §1, əmrdə atasının adı yazılmamış, vəzifəsi qeyd olunmamışdır) sıravi İddiaçı xx.xx.1994-cü il tarixdən Yevlax rayonundan ezamiyyətdən qayıtmış hesab edilərək, qazan təminatına daxil edilməsi barədə məlumat vardır; - Azərbaycan Respublikasının “Hərbi xidmət haqqında” Qanununa müvafiq olaraq, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1996-cı il tarixli 194 №-li əmrinə əsasən, N №-li hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli 227 №-li əmrilə (əsas: §2, səh-6, əmrdə atasının adı “Şahmar” yazılmışdır) aviasiya eskadrilyası aviasiya silahları və desant-nəqliyyat avadanlığına xidmət qrupunun aviasiya mexaniki, sıravi İddiaçı Şahmar oğlu xx.xx.1996-cı il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq, qeydiyyata düşmək üçün Bakı şəhəri Qaradağ RHK-na göndərilmişdir. - Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N №-li hərbi hissənin xx.xx.1991 -ci il tarixdən xx.xx.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazılmışdır. Lakin N №-li hərbi hissənin döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd olunmamışdır. - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsindən məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsində qeydiyyatda olan 1974-cü il təvəllüdlü İddiaçı, keçmiş Qaradağ Rayonu Hərbi Komissarlığı xx.xx.1992-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Quvvələrinə müddətli həqiqi hərbi xidmətə çağırılmış, N nömrəli hərbi hissədə hərbi xidmət keçmiş və xx.xx.1996-cı tarixdə tərxis edilmişdir.
35. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Müharibə veteranı” statusunu alması üçün hərbi qulluqçu: - döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməli; - hərbi xidmət keçməsini sübut edən sənədləri mövcud olmalıdır.
36. Bununla belə, hərbi xidmət keçməni əks etdirən sənədlər isə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlardır.
37. Həmçinin, apellyasiya şikayətinin dəlillərində olan və iddiaçıya müharibə veteranı statusu və vəsiqəsinin verilməməsi əsası kimi N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirak edən hərbi hissə olmadığı bildirilmişdir. Bununla bağlı Kollegiya aşağıdakıları bildirir:
38. Arxiv arayışındakı məlumatların əsasən, N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 316 №-li əmrindən görünür ki, iddiaçının xx.xx.1993- cü il tarixdən xx.xx.1994-cü il tarixədək döyüş əməliyyatları bölgəsinə, N №-li hərbi hissəyə döyüş tapşırığını yerinə yetirmək üçün ezamiyyətə göndərilməsi barədə məlumat vardır.
39. Həmçinin N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 165 №-li əmrindən görünür ki, iddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Yevlax rayonu döyüş əməliyyatları bölgəsinə göndərilərək, ərzaqla təmin edilmişdir.
40. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N №-li hərbi hissənin xx.xx.1991-ci il tarixdən xx.xx.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazılmışdır.
41. Həmçinin N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 101 №-li əmrində və xx.xx.1993-cü il tarixli 67 №-li əmrində iddiaçının “atıcı” vəzifəsinə təyin edilməsi barədə məlumat vardır.
42. Göründüyü kimi, iddiaçının vəzifəsi atıcı olmuş və o, döyüş bölgələrinə döyüş əməliyyatlarında iştirak etmək üçün ezam olunmuşdur.
43. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-4605/2024 nömrəli, xx.xx.2024-cü il tarixli sorğusuna əsasən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Qaradağ Rayon İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu ilə göndərilmiş iddiaçının qeydiyyat vərəqəsinə əsasən müəyyən olunmuşdur ki, hərbi xidmət dövründə iddiaçının vəzifəsi atıcı olmuşdur və 1992- 1994-cü illərdə Füzuli və Ağdərə rayonlarında gedən döyüşlərdə iştirak etdiyi müəyyən olunur.
44. İş materiallarına əsasən kollegiya hesab edir ki, iddiaçının N nömrəli hərbi hissəyə daxil olması və qayıtmasına dair məlumatların aşkar olunmaması, onun müraciətindən imtina üçün əsas ola bilməz.
45. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, şəxsin həqiqi hərbi xidməti yalnız onun qanuni əsaslarla hərbi xidmətə çağırılmasını deyil, həm də qanuni əsaslarla tərxis olunmasını nəzərdə tutur. Hazırki mübahisəyə münasibətdə iddiaçının hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxıldığı məhkəmə tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunur.
46. Belə ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 216 №li 1995-ci il 22 sentyabr tarixli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə müəyyən edilmişdir və Əsasnamənin tələbinə görə iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində və Əsasnamədə göstərilən konkret rayonlarda aparılan döyüş əməliyyatlarında döyüş əməliyyatları aparan hərbi hissələrdə xidmət etməsi və qanuni əsasla xidmətdən ehtiyata buraxılması şərtdir.
47. Bununla bağlı kollegiya qeyd edir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsindən məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsində qeydiyyatda olan 1974-cü il təvəllüdlü İddiaçı, keçmiş Qaradağ Rayonu Hərbi Komissarlığı xx.xx.1992-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Quvvələrinə müddətli həqiqi hərbi xidmətə çağırılmış, N nömrəli hərbi hissədə hərbi xidmət keçmiş və xx.xx.1996-cı tarixdə təxris edilmişdir.
48. Beləliklə, müharibə veteranı adının verilməsi üçün zəruri olan və qanunla nəzərdə tutulan dispozisiya şərtlərinin, o cümlədən hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılma (tərxis olunma) şərtinin iddiaçıya münasibətdə mövcud olduğu iş üzrə materiallarla təsdiq edilir.
49. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Cavabdehin həmçinin formalaşmış məhkəmə təcrübəsini nəzərə almağa və analoji işlərdə həmin təcrübəni tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır.
50. Beləliklə, hazırkı mübahisəyə münasibətdə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün yuxarıda istinad olunan normalarla müəyyən edilmiş dispozisiya şərtləri, o cümlədən iddiaçının döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, eləcə də hərbi xidmətdən qanunla müəyyən edilmiş qaydada ehtiyata buraxılması (tərxis olunması) şərti iddiaçı tərəfindən ödənildiyindən, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun sayılmamalıdır.
51. Məhkəmə kollegiyası iddia tələbinə etirazın dəlillərinin apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu olduğunu, həmin dəlillərə isə yuxarıda hüquqi qiymət verildiyini bildirir. Odur ki, prosessual qənaət prinsipindən çıxış edərək həmin dəlillər üzrə təkrar hüquqi qiymətləndirmə aparmağa zərurət görmür və cavabdehin apellyasiya şikayətinə münasibətdə bir daha qeyd edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvinin əsasını təşkil etmir.
52. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12442/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12442/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.