Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1043/2021 26.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Namiq Şamil oğlu Cəfərovdan ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “hərbi xidmət dövrü istifadə edilməmiş əşya əmlakı əvəzinə 1911.95 manat pul kompensasiyanın ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6342/2020 saylı 10 dekabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 26 may 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona hərbi xidmət dövrü istifadə edilməmiş əşya əmlakı əvəzinə 1911.95 manat pul kompensasiyasının ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6342/2020 saylı 10 dekabr 2020-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddianın qismən, 1306.90 manat məbləğində pul kompensasiyasının ödənilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarı qanunsuz olduğundan, qəbul edilərkən işin halları tam və hərtərəfli araşdırılmadığından ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ünvanına sərəncam göndərmiş və cavabdeh orqan tərəfindən sərəncam icra olunmuşdur. Araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı komissiyaya müraciət etmiş, lakin Müdafiə Nazirliyi tərəfindən onun tələbindən imtina olunmamış, yəni inzibati akt qəbul edilməmişdir. Buna görə də, Müdafiə Nazirliyi məhkəmənin sərəncamını icra edərək iddianın mümkün sayılmaması barədə 11/4720 saylı 30 sentyabr 2019-cü il tarixli münasibət göndərmişdir. Lakin, məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul etmək əvəzinə qanunsuz olaraq qərar qəbul etmişdir. İddiaçı 22 iyun 2020-ci il tarixdə ərizə ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nəzdində yaradılmış əşya əmlakı əvəzinə pul kompensasiyasının ödənilməsinə dair komissiyaya müraciət edərək qulluq etdiyi hərbi hissə tərəfindən verilmiş N nömrəli arayış-hesabat təqdim etmişdir. Komissiya tərəfindən müəyyən edilmişdir ki, hərbi hissə tərəfindən təqdim edilmiş arayışhesabat düzgün tərtib edilməmişdir. Belə ki, İddiaçı verilmiş arayış-hesabat hərbi hissə tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirinin 29 avqust 2016-cı il tarixli qərarına (Azərbaycan Respublikası Silahlı Qüvvələrinin dinc dövrdə əşya təminatı haqqında Əsasnamə) zidd olaraq tərtib edilmişdir. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Aparatı nəzdində əşya əmlakı əvəzinə pul kompensasiyasının ödənilməsi komissiyasının qərarına əsasən İddiaçı 1911.96 manat əvəzinə 1306.90 manat pul kompensasiyasının ödənilməsi qərara alınmış və 02 yanvar 2021-ci il tarixli 80 nömrəli sıra 192 protokolunda öz əksini tapmışdır. Apellyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmiş və işə baxılması son olaraq 26.05.2021-ci il tarixə təyin edilmişdir. Apellyasiya baxışı zamanı İddiaçı izahatında həqiqətən də cavabdeh inzibati orqan tərəfindən onun tələb etdiyi məbləğin çox hissəsinin ona ödənildiyini, qalan hissəsindən də imtina etdiyini bildirmiş, bununla bağlı ərizə təqdim edərək tərəflər arasında razılaşma olduğundan iddia tələbindən imtina etmiş və bununla bağlı iş üzrə xitam verilməsini xahiş etmişdir. Cavabdein nümayəndəsi iddiaçı tərəfindən təqdim edilmiş ərizənin məhkəmə tərəfindən qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçı iddiadan imtina barədə ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiadan imtina qəbul edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qanuna zidd deyil, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, iddiadan imtina qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş iddiadan imtina qəbul edilsin. İş üzrə icraata xitam verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Namiq Cəfərov
Məhkəmə qərarları › İş №2-1(103)-1043/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1043/2021
26.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver