Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1043/2023 03.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrdə dəyişiklik edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X11 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X5 ibarət tərkibdə, X9-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi (atası) X3, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrdə dəyişiklik edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-171/2022 saylı 29 sentyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 03 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə nazirinin onun barəsində verilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılması haqqında xx.xx.N7-ci il tarixli 0353 №li əmrində dəyişiklik edilərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 330 №li 29 noyabr 2021-ci il tarixli Qərarına uyğunlaşdırılmaqla “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə - hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 12 aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar) əsasən ehtiyata buraxılmasına dair öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, Hərbi Dəniz Qüvvələrində xidmət etmiş və leytenant rütbəsində olmuşdur. İşlədiyi dövrdə nümunəvi davranmış, lakin son zamanlar səhhətində ciddi psixoloji problemlər yaranmış, buna görə də ailəsi onun qulluq etdiyi “N” saylı hərbi hissədən müayinə olunmaq üçün Hərbi Hospitala göndərilməsini tələb etmişdir. 23 dekabr N6-cı ildə Hərbi Hospitalda müayinə olunduqdan sonra həkim ona “Aztenoveqetativ təzahürlər" diaqnozu qoyaraq 10 gün ambulator müalicəni ev şəraitində aparılmasını məsləhət görmüşdür. Müalicədən 7 gün sonra 31 dekabr N6-cı il tarixdə gözaltı damarlarının qanla dolması nəticəsində, üzünün həmin nahiyəsində qaraltılar yaranmışdır. 02 yanvar N7-ci il tarixdə işə çağırılmış, üzündəki həmin qaraltıların fiziki xəsarət olub-olmaması ilə bağlı cinayət hadisəsinin baş verib-verməməsini aydınlaşdırmaq üçün hərbi polisdə araşdırma aparılmışdır. Orada həmin qaraltıların ev şəraitində öz-özünə kənar təsir olmadan baş yarandığını bildirmişlər. Həmin ilin yanvar ayında ondan laborator müayinələr üçün nümunələr götürülmüş, nümunələrin müayinəsi nəticəsində onda narkotik vasitənin qalıqları aşkar olunmamışdır. Müalicələr səmərə vermədiyinə görə 17 may N7-ci ildə o, məzuniyyətdə olarkən psixiatrın yanında müayinə olunmuş, sonuncu onun psixioloji durumunda gərginlik olduğunu bildirərək, belə vəziyyətdə işləyə bilməyəcəyini bildirmişdir. Məzuniyyətinin bitməsinə N gün qalmış hərbi hissədən işdən azad olunduğu bildirilmişdir. O, Hərbi Dəniz Qüvvələrində xidmət edərkən xəstələnmiş və psixi xəstəlik tapmışdır. Hərbi qulluqda olarkən xəstələnməsinə görə ehtiyata buraxılması, pensiya və digər hüquqlarının bərpa olunması barədə Müdafiə Nazirliyinə olunmuş müraciətləri nəticəsiz qalmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-171/2022 saylı 29 sentyabr 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilərək, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1991-ci il təvəllüdlü leytenant İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılması haqqında xx.xx.N7-ci il tarixli 0353 №li əmrində dəyişiklik edilərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 330 №li 29 noyabr 2021-ci il tarixli Qərarına uyğunlaşdırılmaqla “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə - hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 12 aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar) əsasən ehtiyata buraxılması vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, N nömrəli hərbi hissəyə leytenant İddiaçı narkotik vasitələrdən istifadə etməsinə dair məlumat daxil olduğu üçün Komandanlıq onu, xx.xx.N7- ci il tarixdə narkotik vasitələrdən istifadə etməsini yoxlamaq məqsədilə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X6 müayinəyə göndərmiş, götürülmüş qan və sidik nümunələrinin tədqiqi zamanı onun qanında çətənə bitkisindən təbii üsulla alınan marixuana, həşiş və həşiş qətranı tanınan narkotik vasitələrin tərkibində narkotik effekt yaradan 9-tetra-hıdro-kannabıons maddənin izləri aşkar edilmiş, leytenant İddiaçı ekspertizanın nəticələri ilə razılaşmayaraq heç vaxt narkotik vasitilərdən istifadə etmədiyini bildirdiyindən sonra götürülmüş qan və sidik nümunələri təkrar Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X7 təqdim edilmiş, aparılan kimyəvi tədqiqat zamanı, leytenant İddiaçı götürülmüş qan və sidik nümunələrində çətənə bitkisindən təbii üsulla alınan marixuana, həşiş və həşiş qətranı kimi tanınan narkotik vasitələrin tərkibində narkotik effekt yaradan 9-tetra-hidro-kannabional adlı maddə qalıqlarının olması təsdiq edilmiş və nəticə ona elan edilmişdir. Aşkarlanan bu narkotik vasitə dövriyyəsi və qəbulu qadağan olunmuş narkotiklərin siyahısına daxildir. Göstərilənlərə əsasən N nömrəli hərbi hissənin komandiri iddiaçının xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə vəsatət qaldırmış, Azərbaycan Respublikası müdafiə nazirinin 19 may N7-ci il tarixli 0353 nömrəli əmrilə iddiaçı "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq hərbi xidmətdən ehtiyata buraxılmış və N nömrəli hərbi hissə komandirinin N iyun N7-ci il tarixli 165 nömrəli əmrilə leytenant İddiaçı 21 iyul N7-ci il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxardılmış və ona təyinat vərəqi verilərək hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Qaradağ rayon İdarəsinə göndərilmişdir. Əmr tam icra olunmuşdur. İddiaçının hərbi xidmətdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasının əsasında məhkəmə-kimyəvi tədqiqatı nəticəsində götürülmüş qan və sidik nümunələrində çətənə bitkisindən təbii üsulla alınan marixuana, həşiş və həşiş qətranı kimi tanınan narkotik vasitələrin tərkibində narkotik effekt yaradan 9-tetra-hidro-kannabional adlı maddə aşkarlanması olmuşdur. İddiaçının yerinə yetirdiyi xidmətin xüsusiyyətlərini, silah və sursatlara buraxılışının olmasını, narkotik vasitələrin qəbuluna başqa şəxsləri cəlb etməsinin mümkünlüyünü və sair baş verə biləcək təhlükəli nəticələri nəzərə alaraq müdafiə naziri iddiaçının xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə qərar (inzibati akt) qəbul etmişdir. O, narkotik vasitənin qəbuledicisi kimi hərbi xidmətdə saxlanıla bilməzdi. İddiaçı barəsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi qərar qəbul edilərkən qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdir. Birinci instansiya məhkəməsi iddianın mümkünlük şərtlərinə dair gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı hərbi xidmətdən ehtiyata buraxılması barədə Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N7-ci il tarixli 0353 nömrəli əmri ona rəsmi qaydada təqdim (elan) olunmadığını və "İnzibati İcraat haqqında' AR Qanununun 2.0.2-ci maddəsi anlamında inzibati akt sayıldığı üçün, hazırki iddia növünə görə mübahısələndırmə haqqında iddialara aid hesab edərək (iddiaçı tərəfindən müddətin bərpa olunmasına dair iddia qaldırmadan) məhkəmə icraatına qəbul etmişdir. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Hazırkı halda mübahisə predmeti Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N7-ci il tarixli 0353 nömrəli əmri və əmrdən irəli gələn iddiaçının hüquqlarını pozan hərəkətlərdir. Mübahisələndirilən inzibatı akt-Azərbaycan Respublikası Müdafiə nazirinin 0353 nömrəli əmri isə xx.xx.N7-ci il tarixlidir, iddiaçı isə sözügedən əmri qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mübahisələndirməmişdir. İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq hərbi xidmətdən ehtiyata buraxılmaqla hərbi xidmətinə xitam verildiyi 19.06 N7-ci il tarixdə bilmiş və məhkəməyə əmrin mübahisələndırilməsı barədə ərizəni 17.01,2020-ci il tarixində təqdim etmişdir. Göründüyü kimi, iddiaçı inzibati aktın mübahisələndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti (30 gün) ötürsə də, işə baxan birinci instansiya məhkəməsi iddia müddəti ilə bağlı göstərilən şərtə əməl etməmişdir. Halbuki, Ali Məhkəmə Plenumunun hüquqi mövqeyinə görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir və mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalı, bu zaman ilk növbədə iddia müddətlərinə riayət edilib-edilmədiyinə qiymət verilməlidir. Hərbi- Həkim Komissiyasının qərarda iddiaçının hərbi xidmət dövründə hərbi xidmət keçərkən xəstələndiyi və xx.xx.N7-ci ildən xx.xx.N7-ci ilə kimi Bakı şəhəri 2 nömrəli X2 müayinə və müalicə olunduğu xəstəlik-diaqnoz: "Depressiv epizod” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Qaradağ rayon idarəsinin xx.xx.2021-ci il tarixli 487 nömrəli göndərişi. 05.04 2021-ci il tarixli 1097 nömrəli arayışı, 2 nömrəli Bakı şəhəri 2 nömrəli X1 verilmiş xx.xx.N7- ci il tarixli çıxarış epikrızi, xəstəlik tarixindən çıxarış, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), "XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR" barədə qərar çıxarır. Qərara əsas Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin 7.2. bəndinin “ç” yarımbəndi göstərilmişdir. Qərarda iddiaçının hərbi xidmətə yararsız sayılması barədə qərar çıxarılmamışdır. İddiaçı hərbi xidmətə yararlılığı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-cı il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 8.3-cü bəndinə əsasən Hərbi-Həkim Komissiyası tərəfindən şəhadətləndirilməmişdir. Müdafiə Nazirliyi qərar qəbul edərkən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda deyil, yuxarıda qeyd edilən xüsusi qanunlarda nəzərdə tutulmuş qaydaları rəhbər tutur və həmin qaydaları tətbiq edir. Məhz buna görə də, iddiaçının hərbi xidmətdən ehtiyata buraxılması zamanı “İnzibati icraat haqqında” Qanunun tələblərinin pozulmasına dair məhkəmənin mövqeyi ilə razılaşmır. Çünki, zabitlərin həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə əmrlərin verilməsi zamanı inzibati aktda məhkəmənin göstərdiyi qaydaların gözlənilməsi “Hərbi xıdmətkeçmə haqqında” Əsasnamədə nəzərdə tutulmamışdır. İnzibati aktı qəbul edən Müdafiə Nazirliyi “İnzibati içraat haqqında” Qanunun normasına istinad etmədiyindən əmrin verilməsində həmin qanunun tələblərinə əməl ediməməsinə də istinad etmək düzgün deyildir. Məhkəmə istinad etdiyi qanunvericilik aktlarının düzgün təfsirini verməmişdir. Bu səbəbdən də Bakı İnzibati Məhkəməsinin sözügedən qərarını Müdafiə Nazirliyi əsassız hesab edir. Apellyasiya şikayətinə yazılı etiraz və mülahizəninin dəlilləri Apellyasiya şikayətinə yazılı etiraz və mülahizə iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, apellyasiya şikayətində onun qan və sidik nümunələrinin tədqiqi zamanı onda narkotik maddələrin aşkar olunduğunu qeyd etsə də, məhkəməyə bunu təsdiq edən heç bir sübut təqdim edə bilməmişdir. O, Hərbi Dəniz Qüvvələrində xidmət edərkən xəstələnmiş və psixi xəstəlik tapmışdır. Bunlara baxmayaraq N №-li hərbi hissənin komandiri vəzifəsini icra edən İ dərəcəli kapitan Zaur Hümbətovun 165 №-li, N iyun N7-ci il tarixli əmri ilə qanında və sidiyində çətənə bitkisindən təbii üsulla alınan marixuana, həşiş və həşiş qətranı kimi tanınan narkotik vasitələrin tərkibində narkotik effekt yaradan 9-tetra-hidro-kannabional adlı maddənin qalıqlarının olması əlamətləri ilə Azərbaycan Ordusu sıralarından ehtiyata buraxılmağı onun iş yerində xəstlənməyimə baxmayaraq, onun müəyyən hüquqlardan məhrum olmağına gətirib çıxartmışdır. Onun narkotik vasitələrdən istifadə etməsinə dair şübhələr olduqda Hərbi Həkim Komissiyasından müayinələrdən keçdikdən sonra Hərbi Həkim Komissiyasının rəyi əsasında onu ordu sıralarından ehtiyata buraxılması barədə əmr verilməli idi. Lakin cavabdeh qanunla müəyyən olunmuş normaları pozmaqla əsassız əmr vermişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Həkim Komissiyasının 330 saylı 29 noyabr 2021-ci il tarixli Qərarında qeyd edilir ki, Bakı ş. Qaradağ RHK tərəfindən 2009-cu ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət dövründə hərbi xidmət keçərkən xəstələndiyi və xx.xx.N7-ci ildən xx.xx.N7-ci ilə kimi Bakı ş. 2 nömrəli X2 müayinə və müalicə olunduğu xəstəlik-diaqnoz: “Depressiv epizod” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı ş. Qaradağ rayon idarəsinin xx.xx.2021-ci il tarixli 487 nömrəli göndərişi, xx.xx.2021-ci il tarixli 1097 nömrəli arayışı, 2 nömrəli Bakı ş. 2 nömrəli X1 verilmiş xx.xx.N7-ci il tarixli çıxarış epikrizi, xəstəlik tarixindən çıxarış, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR”. MN MHHK-nın 312 saylı xx.xx.2021-ci il tarixli protokolunda əks olunanlardan görünür ki, Mərkəzi Hərbi Həkim Komissiyası araşdırma etdikdən sonra iddiaçının vəziyyətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2. bəndinin “ç” yarımbəndinə uyğun olaraq xəstəlik, hərbi xidmət dövründə alınması nəticəsinə gəlmişdir. Bununla da iddiaçının iddiasının əsaslı olduğu, Bakı İnzibati Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2-1(112)-171/2022 №-li qərarının ləğv edilməsinə əsaslar olmadığı təsdiq olunur. Apellyasiya şikayətində iddianın mümkünlük şərtlərini, iddia müddətini, onun tərəfindən müddətin bərpa olunmasına dair iddia qaldırmadan işin məhkəmə icraatına qəbul etməsini, 19 05.N7-ci il tarixli 0353 nömrəli əmrin inzibati işə əlavə edilmədiyini mübahisələndirmişdir. Qeyd olunanlarla bağlı bildirilir ki, iddia mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Tərəflərin izahatları Cavabdehin nümayəndəsi X10 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın mümkün sayılmamasını xahiş etmişdir. İddiaçının nümayəndəsi (atası) X8 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, ona dair yazılı etiraz və mülahizənin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı isə qeyd olunur ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel N5-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel N5-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Hazırki işdən aydın olur ki, iddiaçının cavabdeh orqana qarşı tələbi “Azərbaycan Respublikası Müdafiə nazirinin onun barəsində verilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılması haqqında xx.xx.N7-ci il tarixli 0353 №li əmrində dəyişiklik edilərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 330 №li 29 noyabr 2021-ci il tarixli Qərarına uyğunlaşdırılmaqla “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə - hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 12 aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar) əsasən ehtiyata buraxılmasına dair öhdəliyin cavabdehin üzərinə qoyulması” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə mübahisələndirmə haqqında iddia üzrə sübutetmə yükünün qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin mübahisəli əmri qəbul etməsinə əsas olmuş hallar, yəni cavabdehin bu müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğunun iş üzrə sübuta yetirilməməsinə, cavabdehə səlahiyyət verən normanın dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamasına, cavabdehin mübahisəli əmrinin qanunauyğun olmamasına, bu səbəbdən iddiaçının hüquqlarını pozulmasına, əmrin mövcud inzibati praktikaya zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamasına istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Yuxarıda da qeyd olunduğu kimi, iddiaçı inzibati orqanın bundan təxminən 5 il əvvəl qəbul etdiyi inzibati aktda dəyişiklik edilməsini tələb edir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «İnzibati icraat haqqında» Qanunun 73-cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsində deyilir ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Bu müddətlər təkcə inzibati aktdan verilən şikayətlərə (mübahisələndirmə haqqında iddialara) deyil, həm də digər inzibati şikayətlərə aid edilmişdir. Çünki «İnzibati icraat haqqında» Qanunun 71.2-ci maddəsində deyilir ki, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. «İnzibati icraat haqqında» Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır («İnzibati icraat haqqında» Qanunun 1.2, 48.1 və 48.2-ci maddələri). Hazırki işdə iddiaçının tələbi “mübahisələndirmə haqqında iddia” növünə aiddir. Mübahisə predmeti olan əmrin qəbul olunma tarixinə nəzər yetirildikdə isə məlum olur ki, həmin əmr təxminən bundan 5 il əvvəl qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş iddiaçıya məxsus A-015106 saylı xidmət dəftərçəsindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 0353 saylı 19 may N7-ci il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Bundan sonra o, N nömrəli hərbi hissənin N saylı xx.xx.N7-ci il tarixli təyinat vərəqəsinə əsasən hərbi uçota durmaq üçün SHXÇÜDX-nin Qaradağ rayon İdarəsinə göndərilmişdir. “Göndərilən xidməti sənədlərin uçotu jurnalı”ndan görünür ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 0353 saylı 19 may N7-ci il tarixli əmrinin icrası ilə bağlı təyinat məqsədilə SHXÇÜDX-nin Qaradağ rayon İdarəsinə göndərilərkən bu barədə N iyun N7-ci il tarixdə saat 11:51-də məlumatlandırılmış və adı çəkilən jurnalda bu barədə imza etmişdir. Daha sonra qeyd olunması zəruridir ki, iddiaçı ehtiyata buraxılmağa təqdim olunmamışdan iki ay əvvəl onunla xx.xx.N7-ci il tarixdə 1-ci söhbət, xx.xx.N7-ci il tarixdə isə 2-ci söhbət aparılmış və bu barədə müvafiq söhbət vərəqələri tərtib olunmuş, sonda iddiaçı həmin söhbət vərəqələri ilə tanış olaraq ona imza etmişdir. Adı çəkilən hər iki söhbət vərəqəsindən görünür ki, iddiaçı ilə söhbət aparılarkən ona “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən ehtiyata buraxıldığı bildirilmiş və o, bu zaman onun ehtiyata buraxılmasından xəbərinin olduğunu bildirmişdir. Bundan sonra isə iddiaçının atası X3 iddiaçı barəsində olan müraciətinə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən xx.xx.N7-ci il tarixdə verilmiş cavab məktubunda bildirilmişdir ki, müraciət edənin Hərbi Dəniz Qüvvələrində xidmət etmiş oğlu leytenant İddiaçı səhhətində yaranmış ciddi psixoloji problemlər nəzərə alınmadan “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin “e” bəndinə əsasən Azərbaycan Ordu sıralarından ehtiyata buraxılması məsələsinə yenidən baxılmasına dair ərizəsi Müdafiə Nazirliyinin Hüquq İdarəsinə daxil olmuşdur. N nömrəli hərbi hissənin komandanlığına məlumat verilmiş leytenant İddiaçı hərbi hissə komandirinin vəsatəti əsasında hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlərə yol verdiyi üçün “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin “e” bəndinə (xidməti uyğunsuzluq) əsasən Silahlı Qüvvələrdən ehtiyata buraxıldığı bildirilmişdir. Sözügedən məktub iddiaçının atasına N7-ci ilin sonunda təqdim olunmuş və hazırki iddia qaldırılarkən iddiaçı tərəfindən həmin məktub məhkəməyə təqdim olunmuşdur. Beləliklə, iş üzrə iddiaçının mübahisələndirdiyi inzibati akt barədə hələ N7-ci ilin N iyununda, yəni o, təyinat məqsədilə SHXÇÜDX-nin Qaradağ rayon İdarəsinə göndərilərkən (bu barədə “Göndərilən xidməti sənədlərin uçotu jurnalı”nda iddiaçı xx.xx.N7-ci ildə saat 11:51-də imza etmişdir), iddiaçının nümayəndəsi kimi atasının isə müraciəti əsasında ona verilmiş xx.xx.N7-ci il tarixli cavab məktubuna əsasən N7-ci ilin sonunda (bu faktı iddiaçının nümayəndəsi olan atası məhkəmə prosesində verdiyi izahatında da təsdiqləmişdir) məlumatlı olmasına baxmayaraq məhkəməyə iddia ilə xx.xx.2020-ci ildə müraciət etdiyi müəyyən olunur. İddiaçı nə birinci instansiya, nə də apellyasiya instansiyasına mübahisələndirdiyi inzibati akt barədə məlumatlı olduqdan sonra iddia ilə 1 ildən tez müraciət etdiyini təsdiq edə biləcək sübutları təqdim etməmişdir. Keçən iddia müddətinin üzrlü səbəblərlə bağlı olub, onun bərpasına yol verilib-verilmədiyinin imkanları yoxlanılarkən müəyyən olundu ki, iddiaçı mübahisələndirilən inzibati akt barədə məlumatlı oduqdan bir ildən də çox müddət keçdikdən sonra iddia vermişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İPM-nin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Ona görə də məhkəmə kollegiyası hazırki işdə iddia müddətinin bərpasına dair ərizə verilməsinin əhəmiyyətli olmayacağını nəzərə alaraq, iddiaçıya belə ərizə vermək hüququnun olduğunu izah etməmişdir. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Avropa İnsan Hüquqları Məhkəməsi “Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında müddət məhdudiyyətlərinin əhəmiyyəti barədə qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin prinsipləri ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Novakovic Xorvatiyaya qarşı” iş üzrə 23 iyul N5-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20- 21). “Deryan Türkiyəyə qarşı” iş üzrə N iyun N5-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri adekvat göstərməlidir. Səbəbləri göstərmək öhdəliyinin tətbiqi dairəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər. Bu səbəbdən, Konvensiyanın 6-cı maddəsindən irəli gələn səbəbləri göstərmək öhdəliyinə nə üçün məhkəmə tərəfindən riayət olunub-olunmaması yalnız işin halları baxımından müəyyən edilə bilər. Lakin qanunla müəyyən olunmuş müddət məhdudiyyətinə dair ərizənin tərəfin dəlili kimi araşdırılması sözügedən iş üçün həlledici əhəmiyyət kəsb etdikdə, ona spesifik və aydın cavabın verilməsi tələb olunur (§ 30-33). Qeyd olunan halları işə birinci instansiya qaydasında baxmış məhkəmə araşdırmadan, iddianın mümkünlük şərtlərinin ödənilib-ödənilmədiyini yoxlamadan verilmiş tələbə inzibati məhkəmə icraatı qaydasında mahiyyəti üzrə baxmaqda haqlı olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-171/2022 saylı 29 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-171/2022 saylı 29 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1043/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1043/2023
03.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver