Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1045/2022 16.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X23 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X16-Yusiflinin katibliyi, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, 3-cü şəxsin nümayəndəsi X17 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(81)-1913/2019 saylı 14 oktyabr 2021-ci il tarixli qərardadlarından cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə 16 mart 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Ak.A.Qarayev küçəsində yerləşən mülkiyyətində olmuş 29 saylı fərdi yaşayış evinin ¼ hissənin sökülməsinə görə 147.780 manat kompensasiyanın dövlət büdcəsinin vəsaiti hesabına ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1913/2019 saylı 02 oktyabr 2019-cu il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilərək, ünvan 3 ünvanında yerləşmiş fərdi yaşayış evinin İddiaçı mülkiyyətində olmuş ¼ hissəsinə görə 133.735 manat məbləğində kompensasiya ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi və iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh etirazda göstərdiyi hallar, iş materialları ilə təkzib olunduğundan, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin ¼ hissədən qalan (“A” literli tikilinin 1-ci mərtəbəsinin 9.90 kv.m-lik 15 saylı, 13.60 kv.m-lik 16 saylı, 3.90 kv.m-lik 17 saylı, 1.3 kv.m-lik 18 saylı və 17.20 kv.m-lik 19 saylı otaqları, eləcə də həmin pasport üzrə “A” tikilisinin 2-ci mərtəbəsinin 3.0 kv.m-lik 1 saylı, 5.0 kv.m-lik 2 saylı, 20.50 kv.m-lik 2 saylı, 20.50 kv.m-lik 3 saylı və 7.70 kv.m-lik 4 saylı tikililəri) hissəsinin İddiaçı məxsus olması, həmin hissəyə görə səhvən Cavabdeh ilə X14 və X7 arasında bağlanmış 09.08.2018-ci il tarixli müqavilələrin etibarsız hesab edilərək, onlara ödənilən 58.888 manat və 74.847 manat pul məbləğinin Cavabdehnə geri qaytarılması məhkəmə qətnamələri ilə qərara alındığından, həmin hissənin satılması ilə əlaqədar olaraq İddiaçı Cavabdeh tərəfindən dövlət ehtiyacları üçün alqı-satqı qaydasında alınaraq, pul məbləğinin ödənilməsi sübuta yetirilmədiyindən iddia təmin edilməlidir. Həmin qərardan narazı qalan Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi xahiş edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-451/2020 saylı 05 avqust 2020-ci il tarixli qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1913/2019 saylı 02 oktyabr 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-217/2020 saylı 04 noyabr 2020-ci il tarixli qərarı ilə kassasiya şikayətinin təmin olunmaması və Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-451/2020 saylı 05 avqust 2020-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qərar qanuni qüvvəsini aldığından icra olunması üçün 19 fevral 2021-ci il tarixli məktubla Cavabdehnə göndərilmişdir. Sonradan 21 sentyabr 2021-ci il tarixdə cavabdeh inzibati orqan tərəfindən məhkəməyə yeni açılmış hallarla bağlı ərizə ilə müraciət edilərək bildirilmişdir ki, hazırda yeni açılmış hallar əsasında icraatın təzələnməsinə əsas ola biləcək və Cavabdehnə hazırda məlum olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX Seriyalı ******* saylı “Çıxarış”a (həmin “Çıxarış”a əlavə olunmuş 28.01.2014-cü il tarixli Hüquq sahiblərinin Siyahısına) əsasən ünvan 4 ünvanındakı fərdi yaşayış evinin yaşayış sahəsi 229,6 kv.metr, yardımçı sahəsi 149, kv.metr olmaqla ümumi sahəsi 378,6 kv.metr olmuşdur. Hüquqmüəyyənedici sənəd hesab edilən qeyd olunan “Çıxarış”a əsasən həmin ünvanda İddiaçı payı ümumi sahənin 1/4 hissəsindən qalan hissəsi olmuşdur və riyazi hesablamalarla aydın olur ki, İddiaçı qeyd olunan ünvanda payı (mülkiyyətində olan sahə) 15,1 kv.metr təşkil etmişdir. Qanunvericiliyin müddəalarına, eyni zamanda formalaşmış məhkəmə təcrübəsinə əsasən Yasamal rayonunun “Sovetski” adlanan ərazisi üzrə hüquqmüəyyənedici sənədlə müəyyən edilmiş mülkiyyətçiyə məxsus əsas və köməkçi sahələrin hər bir kv.metri 1500 manatdan hesablanmaqla, habelə həmin şəxslərin orada yaşaması faktı və yaşayan şəxslərə münasibətdə yaşayış sahəsinin faktiki ölçüləri nəzərə alınmaqla, ümumi kompensasiya məbləği hesablanır. Belə olan halda, hər üç instansiya məhkəməsinin Fikrət Ələskərliyə və Həqiqət Ələskərliyə ödənilən kompensasiya məbləğinin məhz İddiaçı ödəniləcək məbləğ kimi qiymətləndirilməsi yalnış olmuşdur. Belə ki, iş materiallarından müəyyən olunur ki, həmin ünvanda faktiki olaraq Fikrət Ələskərli və Həqiqət Ələskərli yaşadıqlarına və istifadələrində olan faktiki sahələrə görə kompensasiya məbləği hesablanaraq ödənilmişdir. İddiaçı isə həm həmin yaşayış sahəsində yaşamamış, həm də onun mülkiyyətində olan yaşayış sahəsinin ölçüləri ümumilikdə 15,1 kv.m təşkil etmişdir. Mövcud məhkəmə təcrübəsinə əsasən daşınmaz əmlak dövlət ehtiyacları üçün satın alınırsa, bunun dəyəri dövlət reyestrində qeydə alınmış məlumatlara əsasən müəyyən edilir, yəni hüquq müəyyənedici sənədlərdə qeyd olunan sahələrin hər kv.metri 1500 manatdan hesablanır. Digər tərəfdən məhkəmələr tərəfindən kompensasiya müəyyən edilərkən Fikrət Ələskərliyə və Həqiqət Ələskərliyə ödənilmiş kompensasiya məbləğinin İddiaçı ödənilməli olan məbləğ kimi qiymətləndirilməsi iddiaçının almalı olduğu kompensasiyanın ümumi dəyərini şişirtməklə, reallığa uyğun gəlmir və əsassız yerə dövlət vəsaitinin itkisinə səbəb ola biləcəkdir. Tərəfimizdən əldə olunmuş yeni sübuta - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX Seriyalı, ******* nömrəli “Çıxarış”a, həmin “Çıxarış”a əlavə olunmuş 28.01.2014-cü il tarixli Hüquq sahiblərinin Siyahısına əsasən Bakı şəhəri, Yasamal rayonu, Ak.Qarayev küçəsi, ümumi sahəsi 378,6 kv.metr olan 29 saylı ev aşağıda göstərilən şəxslərin paylı mülkiyyətində olmuşdur: 1. X18- 1/4 hissədən 2 otaq (20,9 kv.m), 2. X11 /4 hissədən 1 otaq (y/s 36,4 kv.m), 3. X9 - 1/4 hissədən 1 otaq (y/s 10,1 kv.m), 4. X29- 1/4 hissədən 1 otaq (y/s 12,4 kv.m), 5. X24- 1/4 hissədən 1 otaq (y/s 15,3 kv.m), 6. X12 - 1/4 hissədən 1 otaq 9 kv.m, köməkçi sahə 6,7 kv.m, 1/4 hissəsinin qalan hissəsindən 1 otaq 10,9 kv.m ( ümumi 26,6 kv.m), 7. X8- 1/4 hissədən 1 otaq (y/s 16,2 kv.m), 8. X10 - 1/4 hissədən 1 otaq (y/s 9,4 kv.m), 9. İddiaçı- 1/4 hissədən qalan hissə, 10. X19 1/4 hissə (94,65 kv.m), 11. X13 - 1/4 hissə (94,65 kv.m), 12. X25- 1/4 hissədən 1 otaq (y/s 10,5 kv.m), 13.X11 - 1/4 hissədən qalan hissə RX Seriyalı ******* saylı “Çıxarış”ın 28.01,2014-cü il tarixli Hüquq sahiblərinin Siyahısından da göründüyü kimi ünvan 5 ünvan üzrə İddiaçı və X3 paylarından başqa digər 11 paylı mülkiyyətçilərin payları aydın şəkildə müəyyən olunmuşdur. Beləliklə, 11 payçının ümumi sahəsi 347,1 kv.metr təşkil edir. Pay bölgüsü qeyri-müəyyən olan mülkiyyətçilərdən İddiaçı qeyd olunan ünvanda faktiki olaraq yaşamamış, digər paylı mülkiyyətçi X11 isə həmin ünvanda faktiki olaraq yaşamış və onun faktiki yaşayış sahəsi 16,4 kv.metr olmuşdur. Həmin sahə üçün ona müvafiq qaydada kompensasiya hesablanaraq ödənilmişdir. X4 ilə birlikdə 12 payçının ümumi sahəsi 363,5 kv.metr (347,1 + 16,4 = 363,5 kv.metr) təşkil edir. Evin hüquqmüəyyənedici sənədə əsasən ümumi sahəsi 378,6 kv.metr olduğu üçün İddiaçı 1/4 hissədən qalan hissədə payı 15,1 kv.metr təşkil edir (378,6-363,5=15,1 kv.metr). Paylı mülkiyyətçilərin paylarının qeyri-müəyyən olduğu zaman payların müəyyən edilməsi qaydası birbaşa qanunvericiliklə nəzərdə tutulmuşdur. Mövcud qanunvericiliyin qeyd olunan maddəsini rəhbər tutaraq hesab edilmişdir ki, hüquq müəyyənedici sənədə əsasən İddiaçı sahəsi 15,1 kv.metr təşkil edir (ümumi sahə 378,6 kv.metr-363,5 kv.metr = 15,1 kv.metr). Həmin ünvan üzrə X5 münasibətdə isə faktiki sahə nəzərə alınmışdır. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti paylı mülkiyyətçilərə verdiyi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ına əlavə olunmuş 28 yanvar 2014-cü il tarixli hüquq sahiblərinin siyahısından riyazi üsulla hesablama ilə aydın olur ki, İddiaçı hüquqmüəyyənedici sənəd (Çıxarış) üzrə mülkiyyətində olan sahə 15,1 kv.metr təşkil edir. Yəni, 378,6 kv.metr olan ümumi sahədən digər mülkiyyətçilərin dəqiq olan 363,5 kv.metr sahəsi çıxılır (378,6 - 363,5 = 15,1 kv.metr). Belə olan halda, mülkiyyətçi olaraq İddiaçı 15,1 kv.metr hissəyə görə kompensasiya hesablanıb ödənilməlidir. Göründüyü kimi, işə baxmış məhkəmələr tərəfindən mübahisə predmetinin ən vacib halı nəzərə alınmamış və Fikrət Ələskərliyə və Həqiqət Ələskərliyə ödənilən kompensasiya məbləği ilə İddiaçı ödənilməli olan kompensasiya məbləği yanlış olaraq eyniləşdirilmişdir. Həmin tarixdə cavabdeh tərəfindən həmçinin 02 oktyabr 2019-cu il tarixli qərarın icrasının dayandırılması barədə vəsatət də məhkəməyə daxil olmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-1913/2019 saylı 14 oktyabr 2021-ci il tarixli qərardadları ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1913/2019 saylı 02 oktyabr 2019-cu il tarixli qərarının icrasının dayandırılması barədə və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizənin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardadlardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş və sözügedən qərardadların ləğv edilməsi xahiş edilmişdir. Hər iki apellyasiya şikayəti vəsatətin və ərizənin məzmununa uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətləri mümkün sayılaraq icraata qəbul edilmiş və işə baxılması 16.03.2022-ci il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasında İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X15 apellyasiya şikayətlərini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, şikayətlərin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadlarının ləğv edilərək, ərizələrin təmin olunmasını məhkəmədən xahiş etdi. 3-cü şəxsin nümayəndəsi X31 apellyasiya şikayətlərini müdafiə edərək onların təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadlarının ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətlərini nəzərdən keçirərək, inzibati məhkəmə icraatının iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi məhkəmə qərarının icrasını dayandırmır. Lakin vəsatət əsasında məhkəmə qərarın icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. Sadalanan qanunvericilik normalarının məzmunundan görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının təzələnməsinə yalnız sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə yol verilir. Belə ki, cavabdeh məhkəməyə təqdim etdiyi yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsində istinad etdiyi hallara, apellyasiya icraatı zamanı təqdim etdiyi apellyasiya şikayətində, kassasiya icraatı zamanı isə təqdim etdiyi kassasiya şikayətində istinad edilmiş və qanuni qüvvəsini almış məhkəmə qərarları ilə cavabdehin apellyasiya şikayətində və kassasiya şikayətində gətirdiyi dəlillər əsassız hesab edilmişdir. Başqa sözlə, cavabdehin yeni açılmış hallarla bağlı ərizəsindəki dəlilləri yeni sübutların və ya halların aşkar olunması və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmasının mümkün olmaması ilə əlaqəli olmayıb, artıq yuxarı instansiya məhkəmələri tərəfindən də yoxlanılmış, qiymət verilmiş işin halları ilə bağlıdır. Cavabdeh işin təzələnməsi üçün əsas kimi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarışın onlara yeni məlum olduqlarını bildirsə də, iş materiallarının 138-ci səhifəsinə (İ cilddə) baxış keçirilərkən müəyyən edilir ki, sözügedən Çıxarış iş materiallarında əvvəldən mövcud olmuş və bilavasitə məhkəmə baxışının predmeti olmuşdur. Hazırki işdə “yeni açılmış hallarla bağlı icraatın təzələnməsi” barədə ərizənin məzmunundan görünür ki, həmin ərizədə “yeni açılmış hallar”ın əsası kimi göstərilən hallar işin mahiyyəti ilə bağlıdır, hansı ki, bu hallar əvvəlcədən də cavabdehə məlum olmuş, məhkəmə qərarının qanuni qüvvəyə minməsindən sonra yaranmamış və onların ilkin icraat zamanı cavabdehdən asılı olmayan səbəblərdən təqdim olunmadığı müəyyən olunmur, cavabdeh bu halı təsdiq edən hər hansı sübutu ərizəsinə əlavə etməmişdir. Odur ki, ərizəçinin göstərdiyi hallar işin icraatının təzələnməsi üçün əsas verə biləcək yeni açılmış hal kimi qəbul edilə bilməz. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin, qərarın icrasının dayandırılması barədə vəsatətin və yeni açılmış hallarla bağlı ərizənin dəlilləri qanunvericiliyin tələblərinə görə qanuni qüvvədə olan məhkəmə qərarının yeni açılmış hal üzrə icraat qaydasında ləğv edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-1913/2019 saylı 14 oktyabr 2021-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1045/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1045/2022
16.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver