Məhkəmə qərarları › İş №2-1(103)-1046/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1046/2023

02.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1046/2023 02.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X4 və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil Babalı oğlunun İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “sərəncamın ləğv edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12466/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Başçısının xx.xx.1994-cü il tarixli 3472 saylı sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı X2 varisidir və bu barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri 45 saylı Notariat ofisinin 135 saylı 04 may 2022-ci il tarixli məktubu var. Cavabdeh Başçısının 14 iyul 1994-cü il tarixli 2259 saylı Sərəncamına əsasən Badamdar qəsəbəsində 600 kv.m torpaq sahəsi fərdi ev tikmək üçün mərhum Qulam Əsədova ayrılmış, sonradan məlum olmayan səbəblərdən Bakı şəhəri Cavabdeh Başsının Aparatı 24 oktyabr 1994-cü il tarixli 3472 saylı sərəncamı ilə qeyd edilən 2259 saylı xx.xx.1994-cü il tarixli Sərəncamın 2.12-ci bəndində düzəliş edilmiş və həmin torpaq sahəsi Qulam Əsədovun oğlu - X5 adına sənədləşdirilmişdir. İddiaçı hesab edir ki, Bakı şəhəri Cavabdeh Başsının Aparatının 24 oktyabr 1994-cü il tarixli 3472 saylı sərəncamı qanunsuzdur və ləğv olunmalıdır. İddiaçı tərəfindən cavabdehə rəsmi müraciət olunaraq 24 oktyabr 1994-cü il tarixli 3472 saylı sərəncamının ləğv olunması xahiş olunmuş, lakin xx.xx.2022-ci il tarixli məktubu ilə ona imtina verərək məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12466/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardadla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək qərardadı ləğv edib, işi baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosesessual Məcəllənin (“İPM”) 85-ci maddəsinə uyğun verilmişdir, apellyasiya mümkündür. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, eyni zamanda, qeyd olunmuşdur ki, qərardad qanunsuzdur. Belə ki, iddiaçı təəfindən İPM-in 13-cü maddəsinin tələblərinə uyğun olaraq Bakı İnzibati məhkəməsinə iddia ərizəsi verilmiş, lakin hakim qeyd olunan maddənin tələblərini pozaraq məhkəmə prosessi başlıyan kimi dərhal işi mümkün saymamışdır. Baxmayaraq ki, iddiaçıya mübahisələndirilən sərəncam barədə məlumat alan kimi, dərhal bu barədə mübahisə qaldırmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına tərəflər gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadıdı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin sözügedən norması onu ehtiva edir ki, iddia, inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olaraq, subyektiv hüququ olan şəxs tərəfindən iddia müddətləri çərçivəsində qanunla cavabdehliyi müəyyən edilən inzibati orqana qarşı qaldırılmalı və iddiaçı qanunla qorunan hüquq və azadlıqların pozulmasını formal şəkildə (müvafiq sübutları əlavə edilməklə) əsaslandırmalıdır ki, məhkəmə icraatı mümkün sayıla bilsin. Əks təqdirdə, məhkəmə həmin Məcəllənin 35.3-cü maddəsinin tələbinə müvafiq olaraq iddianın mümkün sayılmaması barədə qərardad çıxarır. Konkret halda, işin hallarından göründüyü kimi, iddianın mümkünlük şərtləri yerinə yetirilərilmədiyindən, birinci instansyia məhkəməsi tərəfindən iddia mümkün sayılmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəmsinin gəldiyi həmin nəticə ilə razılaşır. Belə ki, 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən isə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, qaldırıla bilər. Birinci instansiya məhkəməsi iddianı mümkünsüz hesab edərkən ilk öncə qeyd etmişdir ki, iddiaçının atası X6 xx.xx.2015-ci il tarixdə, qardaşı X7 xx.xx.2022-ci il tarixdə ölmüş, 45 saylı notariat ofisi tərəfindən isə xx.xx.2015-ci il tarixdə vəfat etmiş X3 vərəsəlik işi ilə bağlı müraciət xx.xx.2022-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmışdır. Odur ki, iddiaçı tərəfindən atasına vaxtilə məxsus olmuş əmlaka dair sahiblik etmə təşəbbüsü məhz qardaşı öldüyü xx.xx.2022-ci il tarixdən sonra yaranmışdır. Odur ki, müvafiq sənədləşdirmə məhz, X1 həyata keçirilmiş və iddiaçı bildirir ki, X7 qeyd edilən müddətdə torpaq sahəsinə sahibliyi həyata keçirmişdir. Qeyd olunanları nəzərə alan birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisələndirilən inzibati akt Cavabdeh Başçısının xx.xx.1994-cü il tarixli 3472 saylı sərəncamıdır. İddiaçının həmin sərəncamı mübahisələndirmək üçün subyektiv hüququ yoxdur. Belə ki, müvafiq sənədləşdirmə iddiaçının mərhum atasının sağlığında həyata keçirilmişdir və həmin müddətdə mərhum atası tərəfindən mübahisələndirilməsi müəyyən olunmur. Digər tərəfdən qərarın mübahisələndirilməsi ilə bağlı yol verilən müddət ötürülmüşdür. İşə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. Çünki, birincisi, ən azından, iddiaçı atasının xx.xx.2015-ci il tarixdə ölümündən sonra mübahisəli torpaq sahəsi üzərində qardaşı Vaqif Əsədov sahiblik etdiyindən xəbəri olmuş, ikincisi qeyd olunduğu kimi cavabdehin mübahisələndirilən sərəncamı ilə ilkin sərəncamına edilən dəyişiklik iddiaçının atasının öz sağlığında baş vermişdir. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. İPM-in 24.4-cü maddəsinin isə imperativ tələbi nəzərdə tutur ki, əbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Beləliklə də qeyd olunanlar onu deməyə iddiaçının hazırkı iddia tələbi İPM-in 35.1ci maddəsinə müvafiq əsaslandırılmış iddia kimi qəbul edilə bilməz. Bu baxımdan, birinci instansiya məhkəməsi tərəfindən İPM-in 35.3-cü maddəsinə müvafiq olaraq qəbul etdiyi iddianın mümkün sayılmaması barədə qərardadı işin hallarına və prosessual qanunvericiliyin tələblərinə uyğun hesab edilməlidir. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərardadının qanunsuz olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12466/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 80, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12466/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar