Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1047/2023 25.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə pensiyanın təyin edilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11802/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məcburetmə haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası hüququnun yarandığı xx.xx.2017-ci il tarixindən - 57 yaşından güzəştli şərtlərlə əmək pensiya təyin edilməsi və həmin tarixdən bugünədək yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir (İPM m.33.1). İddianın əsaslarına görə 09.071960-cı il təvəllüdlü iddiaçı 18 noyabr 1977-ci il tarixdəndən 10 iyul 1978-ci il tarixindək “Bakı Elektrik Avtomatları Zavodunun Quraşdırıcı sexində əvvəlcə elektromontaj çilingər şagirdi, daha sonra isə İ dərəcəli çilingər elekrtomontaj peşəsində işləmişdir. 05 may 1979-cu il tarixindən 14 may 1981-ci il tarixinədək hərbi xidmətdə olmuşdur. 19 fevral 1982-ci il tarixindən 28 oktyabr 1982-ci il tarixindək KBON Əzizbəyov rayonu, Binə qəsəbəsi 1 nömrəli pavilyonda dərzi şagirdi kimi işləmişdir. 01 aprel 1983-cü il tarixindən 01 iyun 1983-cü il tarixindək xidməti müəssisə təmizləyicisi kimi işləmişdir. 18 avqust 1983-cü il tarixindən 01 fevral 1989-cu il tarixinədək “Dəqiq Mexanizmlər Təmiri” zavodunda, 01 fevral 1989-cu il tarixindən 01 iyul 2000-ci il tarixinədək "xxxx" müəssisəsində, 01 avqust 2000-ci il tarixindən 01 oktyabr 2013-cü il tarixinədək isə "xxxx" ASC-də 3-cü dərəcəli quraşdırıcı zərgər peşəsində işləmişdir. Zərgərlik fəaliyyətilə bağlı işlədiyi müəssisə tərəfindən arayış da verilmişdir. Qeyd olunan hallar hərbi bilet və əmək kitabçası ilə öz təsdiqini tapır. O, 57 yaşının xx.xx.2017-ci il tarixdə tamam olmasını nəzərə alaraq xx.xx.2021-ci il tarixində o, Mərkəzi Filialına müraciət edərək 57 yaşından güzəştli şərtlərlə pensiya təyin olunmasını xahiş etmişdir. Lakin Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filial onun müraciətinə xx.xx.2021-ci il tarixli məktubla cavab verərək “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə istinad etməklə toplanılmış pensiya kapitalının kifayət etmədiyini göstərmiş və mənə pensiya təyin etməkdən imtina etmişdir. Mərkəzi Filial onun təkrar müraciətinə xx.xx.2022-ci il tarixli məktubla cavab verərək guya onun güzəştli iş stajının olmamasını bəhanə edərək yenə də ona pensiya təyin etməkdən imtina etmişdir. Cavabdeh iddia ərizəsinə dair məhkəməyə ünvanladığı yazılı etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01,2007-ci il tarixli 12 №li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın metal emalı bölməsinin (11) qaynar üsulla metalın üzlənməsi bəndində (11.9) zərgər və bədii məmulatları qaralavanlar vəzifəsi nəzərdə tutulmuşdur. Əlavə olaraq bildirmək istərdik ki, "xxxx" ASC tərəfindən verilmiş arayışda İddiaçı işlədiyi vəzifənin xx.xx.2007-ci il tarixli siyahıya uyğun gəldiyi göstərilsə də, lakin xx.xx.1993-cü il tarixli siyahıda cteyd edilən koda (2150700a-19553) istinad edilmişdir. İddiaçı məxsus xx.xx.1977-ci il tarixli ******* №li əmək kitabçasında "xxxx" ASC-nin “Dəqiq Mexanizmlər Təmiri” zavodunda xx.xx.1983 - xx.xx.2000-ci və xx.xx.2000 - xx.xx.2013- cü illər ərzində onun quraşdırıcı zərgər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, İddiaçı işlədiyi sahə və vəzifə yuxarıda qeyd edilən sahəyə və vəzifəyə uyqun deyildir. Sadalanan qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir, İddiaçı qanunla tələb edilən güzəştli sosial sığorta stajı olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunamüvafiq deyildir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11802/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı iş stajı nəzərə alınmaqla xx.xx.2017-ci il tarixdən (57 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi tarixdən əvvəlki 3 il üçün hesablanıb ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: « ...Bakı İnzibati Məhkəməsi öz qərarını maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi, iş üçün əhəmiyyətli halların tam hərtərəfli, obyektiv araşdırılmaması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması şəraitində çıxarmışdır. İşin mübahisələndirilən halı iddiaçının güzəştli sosial sığorta stajıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 175 №li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalan”nın 4.1.20-ci maddəsinə əsasən, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı yeraltı islərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan islərdə is müddəti - bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyqun olması dəqiq göstərilməlidir. Eləcə də, həmin icmal məktubunda qeyd olunur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli is arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01,2007-ci il tarixli 12 №li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısf’nm metal emalı bölməsinin (11) qaynar üsulla metalın üzlənməsi bəndində (11.9) zərgər və bədii məmulatları garalayanlar vəzifəsi nəzərdə tutulmuşdur. Əlavə olaraq, "xxxx" ASC tərəfindən verilmiş arayışda İddiaçı işlədiyi vəzifənin xx.xx.2007-ci il tarixli siyahıya uyğun gəldiyi göstərilsə də, 21,06.1993-cü il tarixli siyahıda qeyd edilən koda (2150700a-19553) istinad edilmişdir. İddiaçıya məxsus xx.xx.1977-ci il tarixli İAT-1 ******* №li əmək kitabçasında "xxxx" ASCnin “Dəgig Mexanizmlər Təmiri” zavodunda xx.xx.1983 - xx.xx.2000-ci və xx.xx.2000 - 01,10.2013-cü illər ərzində onun guraşdırıcı zərgər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, İddiaçı işlədiyi sahə və vəzifə yuxarıda qeyd edilən sahəyə və vəzifəyə uyğun deyildir...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi K.Mikayılov apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını, İddiaçı isə onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. xx.xx.2006-cı il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin qüvvədə olan redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsi isə nəzərdə tutur ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər, xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun xx.xx.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin 1ci hissəsinin «b» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər – 55 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir (Qanunun qeyd edilən 13-cü maddəsinə xx.xx.1997-ci il 321-İQD saylı Qanunu ilə edilən dəyişikliklə 55 yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmış və 2000-ci ilin avqustun 1-dən etibarən artıq 57 yaş təşkil etmişdir). Həmin Qanunun 67-ci maddəsinin 3-cü hissəsinə əsasən həqiqi hərbi xidmət müddəti, habelə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir (Bundan əvvəl də, 1956-cı il 01 oktyabr tarixdən qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin “v” bəndinə, habelə , SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «i» bəndinə əsasən də “texniki peşə məktəblərində təhsil müddəti” ümumi staja daxil edilirdi.) Həmin Qanunun 69-cu maddəsinin 1-ci hissəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Eyni zamanda, qüvvədə olan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: “1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən” - hesablanmasını nəzərdə tutur. İddiaçının işə əlavə olunmuş ******** saylı şəxsiyyət vəsiqəsinə, xx.xx.1977-ci il tarixdə doldurulmasına başlanılmış İT-İ ******* №-li əmək kitabçasının surətinə və HZ3949825 №-li xx.xx.1979-cu il tarixli hərbi biletinin surətlərinə əsasən müəyyən olunur ki, 09.071960-cı il tarixdə doğulmuş iddiaçının 2006-cı ilə qədər aşağıdakı kimi iş stajı vardır: xx.xx.1977-xx.xx.1978: “Bakı Elektrik Avtomatları Zavodunun Quraşdırıcı sexində əvvəlcə elektromontaj çilingər şagirdi, daha sonra isə İ dərəcəli çilingər-elektromontajçı - 7 ay 28 gün; xx.xx.1979-xx.xx.1981: müddətli həqiqi hərbi xidmət- 2 il 11 gün; xx.xx.1982-xx.xx.1982: KBON Əzizbəyov rayonu, Binə qəsəbəsi 1 nömrəli pavilyonda dərzi şagirdi - 8 ay 9 gün; xx.xx.1983-xx.xx.1983: Məişət Xidməti Kombinatında təmizləyici-2 ay; xx.xx.1983-xx.xx.1989: “Dəqiq Mexanizmlər Təmiri” zavodunda xx.xx.1983-cü ilə qədər metal məmulatlarının və zərgər usta şagirdi, həmin tarixən zərgər ustası, zərgərmontajçı-5 il 5ay 13 gün; xx.xx.1989-01.07. 2000: "xxxx" müəssisəsində 3-cü dərəcəli zərgər-quraşdurucu – 11 il 4 ay 25gün 01.08. 2000-xx.xx.2006: "xxxx" ASC-də peşəsində 3-cü dərəcəli zərgərquraşdurucu- 6 il 5 ay. İddiaçının qeyd olunan iş stajı ümumiləşdirildikdə, 2006-cı ilə qədər onun 26 il 9 ay 26 gün ümumi stajı toplanır. İş materiallarına əsasən müəyyən olunur ki, həmin stajın 12 il ay 6 aydan çoxunu o, güzəştli pensiya hüququ verən peşədə çalışmışdır . Belə ki, iddiaçının çalışdığı "xxxx" ASC-nin güzəştli arayışında göstərilmişdir ki, iddiaçı xx.xx.1983- xx.xx.1989-cu illərdə “Dəqiq Mexanizmlər Təmiri” zavodunda 3-cü dərəcəli quraşdırıcı zərgər, xx.xx.1989-cu ildən “Dəqiq Mexanizmlər Təmiri” zavodu yenidən qurularaq yaradılmış Əhaliyə Məişət Xidməti Nazirliyinin tərkibində yaradılmış "xxxx" müəssisəsində və xx.xx.2000-ci il tarixdən xx.xx.2013-cü il tarixə kimi isə "xxxx" ASC-də 3-cü dərəcəli quraşdırıcı zərgər peşələrində işləmişdir ("xxxx" müəssisəsi “Dəqiq Mexanizmlər Təmiri” zavodunun, "xxxx" ASC isə Zərgər müəssisəsinin hüquqi varisidir). "xxxx" ASC- xx.xx.2000-ci il tarixdən hazırki vaxtadək fəaliyyət göstərir. X2 işlədiyi müddətdə fərdi qaydada əl ilə zərgərlik məmulatları və onların hissələrini bədii səviyyədə hazırlamış, qiymətli metaldan qiymətli və ya yarim qiymətli daşlara xüsusi mürəkkəb formalı zərgərlik məmulatlarının quraşdırılması ilə məşğul olmuşdur. İş əsnasında o, zərgərlik məmulatlarının qaynar üsulla qaynağ işləri aparmışdır. Məmulatı qaynaq edən zaman; Asbest, bor turşusu, xlor turşusu (HCL) eləcədə qaynaq işini aparmaq üçün benzindən istifadə etmişdir, açıq alovla işləmişdir. Zərgərlik məmulatlarda emal üçün pəncərə düzəltmiş, məmulatı daş bərkitmə dərəcəsinə qədər tam hazır vəziyyətə salmışdır. Sonuncu mərhələdə əlvan metallardan toplanmış ovuntuları əridib, istehsal üçün külçə hazırlamışdır. Məlumat üçün bildirilir ki: Fəhlələr üçün vahid tarif dərəcələri üçün iş və peşələrin sorğu kitabı 1987ci ilin sorağ kitabında (Moskva nəşriyyatı) göstərilir: zərgər peşəsinə aşağıdakılar aiddir: zərgər-quraşdırıcı; -zərgər-şəbəkəçi; - zərgər- sepçi; -zərgər- nəqqaş; -zərgər-bərkidici; Odur ki həmin peşədə işləyən şəxs əmək şəraitinə görə güzəştlə, yaşa görə əmək təqaüdünə çıxmaq hüququna malikdir. Onun işlədiyi peşə Azerbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarına müvafiq olaraq, həmin qərarın 11.9 bölməsinin “Qaynar üsulla metalın üzlənməsi” zərgər və bədii məmulatları siyahısında zərərli sahə kimi nəzərə alınaraq 2150700a-l9553 rəqəmlə kodlaşdırılmışdır. Bu səbəblərə görə quraşdırıcı zərgər peşəsində işləmiş X2 əmək şəraitinə görə güzəştlə yaşa görə təqaüdə çıxmaq hüququna malikdir.” Eyni zamanda, birinci instansiya məhkəməsinə təqdim olunmuş "xxxx" ASC- digər arayışında göstərilir ki, iddiaçı "xxxx" müəssisəsində və "xxxx" ASC-də quraşdırıcı zərgər peşəsində işləmiş, quraşdırma işlərini yerinə yetirərkən “zərgər və bədii məmulatları qaralamaqla” məşğul olmuşdur. Orqanizmə zərərli təsir edən kristal və maye halda olan kimyəvi turşulardan uzun müddət istifadə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 nömrəli qərarı ilə təsdiq olunmuş əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 N-li Siyahısında “Metal emalı” adlanan XİV-cu bölmədə “Qaynar üsulla metalın üzlənməsi” 7-ci yarımbənddə 2150700a-19553 kodu ilə zərgər və bədii məmulatları qaralayanlar peşəsi göstərilmişdir. İddiaçı metal emalı sahəsində zərgər işləmiş və işlədiyi zərgər peşəsi 2 N-li Siyahıda nəzərdə tutulmuşdur.” Eyni zamanda, hazırkı apellyasiya mərhələsində məhkəməyə təqdim olunmuş "xxxx" ASC əvvəlki güzəştli arayışa əlavəsində bildirilmişdir ki, zərgər peşəsi zərərli sahə olaraq, digər peşələrdən spesifikliyi ilə fərqlənir. Bu peşəyə zərgərliyin bütün qollarıquraşdırma, şəbəkə, bərkitmə və s daxildir... Müvafiq qərarın “metal emalı” bölməsində qaynar üsulla metalın üzlənməsi zərgər və bədii məmulatları qaralayanlar” ifadəsini şərh etdikdə zərgər peşəsinə yiyələnmiş işçinin qızıl və gümüş üzərində emal (mina çəkmə) işlərinin həyata keçirilməsi başa düşülür. Bu proses toz halına salınmış şüşə, qətran və digər kristal maddələrin yüksək tempratur altında əridilərək, maye halına salınaraq gümüş və qızıl əşyaların üzərində işlənmiş oyma və naxışlara hopdurulmasıdır. Bu fərdi qaydada zərgər tərəfindən əritmə aparatı ilə körüklə) həyata keçirilir. Üzlənmə qaynar üsulla yerinə yetirilir. Maye halına salınmış müxtəlif rəzg çalarlarına malik kristal maddələr qızıl, gümüş üzərində oyma və naxışlara hopdurularaq həm də hamarlanır. Bu cür qaynar üsulla qaralama işləri qızıl və gümüşdən hazırlanmış sinəbənd, qolbaq, boyunbağı və s mürkkəb əl işləri bədii zövqə malik olan əsər kimi qiymətləndirilən əşyalar üzərində aparılır. "xxxx" ASC-nin tədqiq olunan izahlı arayışından göründüyü kimi, iddiaçı xx.xx.1983xx.xx.1989-cu illərdə “Dəqiq Mexanizmlər Təmiri” zavodunda 3-cü dərəcəli quraşdırıcı zərgər peşəsində, xx.xx.1989- xx.xx.2000 ci illərdə "xxxx" müəssisəsində, xx.xx.2000-ci il tarixdən xx.xx.2013-cü il tarixə kimi sözügedən ASC-də işləyərkən quraşdırıcı zərgər kimi faktiki olaraq qaynar üsulla metalın üzlənməsi, zərgər və bədii məmulatları qaralamaqla məşğul olmuşdur (Qeyd olunmalıdır ki, məhkəmə təcrübəsində oxşar iş üzrə iddianın təmin olunması barədə Ali Məhkəmənin 2-1(102)-1926/2021 saylı xx.xx.2021-ci il tarixli yekun qərarı mövcuddur). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahının “XİV. Metal emalı” bölməsinin “3 7. Qaynar üsulla metalın üzlənməsi” yarım bölməsində isə “zərgər və bədii məmulatları qaralayanlar” peşəsi (kod 2150700a—19553) – güzəştli pensiya hüququ verən nəzərdə tutulmuşdur. Qeyd olunmalıdır ki, Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmiş , hazırda qüvvədə olan Siyahının “11. Metal emalı” bölməsinin “11.9” yarımbölməsində də “Qaynar üsulla metalın üzlənməsi” yarım bölməsində “zərgər və bədii məmulatları qaralayanlar” peşəsi nəzərdə tutulmuşdur, iddiaçının da həmin peşədə 12 il 6 aydan da artıq sığorta stajı mövcuddur. Belə olan halda, xx.xx.1960-cı il təvəllüdlü 25 ildən çox ümumi stajının da movcudluğu nəzərə alınmaqla, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələbi baxımından, onun 2006-cı ilə qədər qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən 57 yaşından, yəni, 09.07.201ci il tarixdən yaranır.Güzəştli şərtlərlə pensiya hüququ yaranmış olur. Beləliklə də cavabdehin apellyasiya şikayətinin iddiaçının “Siyahıda” nəzərdə tutulan güzəştli stajının mövcud olmadığını, bu səbəbdən onun 57 yaşından pensiya hüququnun yaranmadığını mübahisələndirilən dəlillərinin əsassız olduğu sübuta yetirilir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir Həmin Qanunun 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə, işin hallarına və qanunvericiliyin qeyd olunan tələblərinə müvafiq olaraq iddiaçıya hüququnun yarandığı 57 yaşından pensiya təyin edilməsi və müraciət etdiyi vaxtdan əvvəlki üç il üçün pensyia hesablanıb verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən işin hərtərəfli araşıdırlımadığını, maddi və prosssual hüquq normalarının pozulması ilə əsassız qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11802/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11802/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1047/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1047/2023
25.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver