Məhkəmə qərarları › İş №2-1(103)-1048/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1048/2022

28.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1048/2022 28.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi vəkil Vəkil və cavabdehin nümayəndəsi X4 və üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiаçı İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı (üçüncü şəxs Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə 09.12.2019-cu il tarixli, **********194539 №-li qərarın ləğv edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-525/2021 saylı 09.04.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) açıq, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən e t d i: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticələri haqqında 30.10.2019-cu il tarixli, **********176853 nömrəli aktı əsasında Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin rəis müavini ədliyyə müşaviri X2 tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 09.12.2019-cu il tarixli, **********194539 №-li qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-525/2021 saylı 09.04.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 09.12.2019-cu il tarixli, **********194539 №-li saylı qərarı qismən, dövlət büdcəsinə ödənilməli olan 363.705,55 manat ƏDV və 171.766,3 manat maliyyə sanksiyasının tutulması hissəsi istisna olmaqla, qalan hissədə- 2014-2015 dövrlər üzrə ƏDV hissəsində ləğv edilmiş, qalan hissədə iddia təmin edilməmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 2-1(103)-1843/2021 saylı 19.08.2021-ci il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin həmin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdehin həmin qərardan verdiyi kassasiya şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2277/2021 saylı 01.12.2021-ci il tarixli qərarı ilə apellyasiya məhkəməsinin qərarı qismən –cavabdehin apellysiya şikayətinin təmin olunmaması hissəsində ləğv edilmiş, iş həmin hissədə təkrar baxılması üçün göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh vergi orqanı vəsatətlə məhkəməyə müraciət edərək mübahisənin predmetini təşkil edən 09.12.2019-cu il tarixli **********194539 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar, vergi orqanı tərəfindən Bakı Apellypasiya Məhkəməsində mübahisələndirilən hissəsində ləğv edildiyini, bununla da mübahisə predmetinin aradan qalxdığını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda, iddiaçının hazırkı məhkəmə iclasında iştirak edən nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin 09.12.2019-cu il tarixli **********194539 №-li qərarına 29.03.2022-ci il tarixli digər qərarı ilə düzəliş edildiyindən və artıq hesablanmış vergi məbləği silindiyindən şəxsi hesabdan silindiyinə görə hazırkı iş üzrə mübahisə predmetindən işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil, habelə cavabdehin və üçüncü şəxsin nümayəndələri N.Şakirli və A.Həsənova mübahisə predmeti ilə bağlı məsələ aradan qalxdığına görə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyası ərizçiləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, mübahisə predmeti ilə bağlı iş üzrə icraata xitam verilməlidir. Belə ki, tərəflərin nümayəndələrinin vəsatət və ərizəsinə, cavabdeh tərəfindən habelə, onların nümayəndələrinin izahatlarına və iddiaçının şəxsi hesab vərəqəsinə müəyyən olunur ki, cavabdeh vergi orqanı tərəfindən 09.12.2019-cu il tarixli **********194539 №-li qərara, konkret halda mübahisənin predmetini təşkil edən hissəsində 29.03.2023-cü il tarixli **********155815 saylı qərarı ilə düzəliş edilərək, mübahisələndirilən vergi məbləğinin silinməsi ilə bağlı tərəflər arsındakı hazırkı mübahisə aradan qalxmışdır və hər iki tərəf mübahisə predmeti ilə bağlı iş üzrə icraata xitam verilməsi ilə razıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 67.1-ci maddəsinin tələbinə görə mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hazırkı mübahisə predmeti ilə bağlı iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmalıdır. İPM-in 90.2-ci maddəsinin məzmunundan görünür ki, apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları onların tələblərinin təmin olunduğu hallarda şikayət vermək hüququna malik deyillər. Qeyd edilənlərə əsasən və İPM-in 80-cı maddəsini rəhbər tutuaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Tərəflərin ərizəsi təmin edilsin. Mübahisə predmeti ilə bağlı iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilmir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar