Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1048/2023 23.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X8 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası X4rşı dövlət qulluğu stajının tanınması və müsahibəyə buraxılma tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7749/2022 saylı, 12 oktyabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası X4rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun 07 yanvar 2008-ci il tarixindən 21 iyul 2014-cü ilədək Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində dövlət qulluğunda işləməsini qanuni hesab etməklə həmin müddətin dövlət qulluğu stajına daxil edilməklə onun dövlət qulluğunda staj müddətinin 10 il 3 ay 0 gün hesab edilməsi və bununla bağlı olaraq onun Kənd Təsərrüfatı Nazirliyində vakant vəzifəyə qəbul olunmağı üçün müsahibəyə buraxılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 18 sentyabr 2007-ci il tarixində Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində Baş mütəxəssis vəzifəsinə təyin olunmuş, daha sonra isə 07 yanvar 2008-ci il tarixindən aparıcı məsləhətçi vəzifəsinə keçirilərək orada işini davam etdirmişdir. 07 yanvar 2008-ci il tarixində o, yeni inzibati vəzifəyə təyin olunan zamanı təyinat və onun müvafiq məlumatları Dövlət Qulluğu məsələləri üzrə Komissiyaya göndərilmiş və Komissiya onun təyinatı ilə bağlı Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə heç bir narazılığını bildirməmişdir. Bundan sonra isə 21 iyul 2014-cü ilədək çalışdığı müddət ərzində dövlət qulluğu üzrə 2-ci dərəcə dövlət qulluqçusu (19 mart 2008-ci il tarixli) və 1-ci dərəcə dövlət qulluqçusu (12 oktyabr 2011-ci il tarixli) ixtisas dərəcələri almış, həmçinin qeyd olunan müddət ərzində dövlət qulluqçusuna verilməli olan bütün imkanlardan (vəzifə maaşı, mükafat, müavinət, məzuniyyət və s) istifadə etmişdir. O, dövlət qulluğu üzrə müsabiqə və müsahibə mərhələlərindən uğurla keçməklə 21 iyul 2014-cü il tarixindən həmin təşkilatda sektor müdiri vəzifəsinə təyin olunmuşdur. Sonuncu vəzifədə 18 dekabr 2017-ci il tarixinədək çalışmış, eyni zamanda dövlət qulluğunun kiçik müşaviri (15 oktyabr 2014-cü il tarixli) ixtisas dərəcəsi almışdır. O, 19 dekabr 2017-ci il tarixindən 2 il müddətində, yəni 19 dekabr 2019-cu il tarixinədək dövlət qulluqçularının ehtiyat kadrları siyahısında (Dövlət başçısının Fərmanına əsasən dövlət orqanının ləğvi ilə əlaqədar olaraq) olmuş və qeyd olunan müddət ərzində dəfələrlə müvafiq mərkəzi icra hakimiyyəti orqanlarından aidiyyəti təsnifat üzrə vəzifəyə təyinatla bağlı təkliflər almışdır. Qeyd olunmalıdır ki, hər zaman tərəfindən dim.gov.az internet portalından istifadə zamanı X1 üzrə elektron xidmətlər bölməsindən “Dövlət qulluqçularından reyestrdən məlumatların verilməsi” alt bölməsində onun dövlət qulluğu staj müddəti 10 il 3 ay 0 gün (18 Sentyabr 2007-18 dekabr 2017) qeyd olunduğunu görmüşdür. Sonuncu dəfə Kənd Təsərrüfatı Nazirliyində vakant vəzifəyə qəbul olunmağı üçün müsahibə üzrə iştirakı ilə bağlı aidiyyəti üzrə sənədlərini cavabdehə təqdim etsə də, sonuncu tərəfindən ümumi müsahibədə iştirak istəyinə 16 mart 2022-ci il tarixli elektron məktubla imtina cavabı verilmiş, səbəb kimi isə vaxtilə dövlət qulluğuna dair qanunvericiliyin tələbləri gözlənilmədən dövlət qulluğuna qəbul edilməyi göstərilmişdir (ümumi müsahibədə iştirakla bağlı ən azı 5 il dövlət qulluğunun olması qeyd olunmuşdur). Xüsusilə vurğulanmalıdır ki, X10 tərəfindən onun dövlət qulluğunda staj müddətini cəmi 3 il 4 ay 27 gün, yəni yalnız sonuncu vəzifə üzrə təyin olunmanı və azad olmanı (21 iyul 2014 - 18 dekabr 2017) staj müddəti kimi nəzərə almışdır. Qeyd olunan hallardan da göründüyü kimi X10 yalnız dövlət qulluğu üzrə müsabiqə və müsahibə mərhələlərindən keçdikdən sonra onun dövlət qulluğunda stajını dövlət qulluğu stajına hesablamışdır. Dövlət qulluğu üzrə müsabiqə və müsahibə mərhələlərindən keçməzdən əvvəlki dövrdə dövlət qulluğunda onun çalışmasını isə dövlət qulluğu stajına hesablamamışdır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu 21 iyul 2000-ci il tarixində qəbul olunsa da, həmin Qanun işləməmişdir. Dövlət Qulluğu məsələləri üzrə Komissiya 2007-ci ildə fəaliyyət göstərsə də, bu bütün sahələri əhatə etməmişdir və o dövlət qulluğuna bütünlüklə qəbulu həyata keçirmək üçün resursa malik olmamışdır. O, 18 sentyabr 2007-ci il və 07 yanvar 2008-ci il tarixlərində dövlət qulluğuna ərizə və əmr əsasında qəbul olunmuşdur. O, 21 iyul 2014-cü il tarixində Dövlət qulluğu üzrə müsabiqə və müsahibə mərhələlərindən uğurla keçməklə sektor müdiri vəzifəsində fəaliyyətini 18 dekabr 2017-ci il tarixinə qədər davam etdirmişdir. O, Kənd Təsərrüfatı Nazirliyində vakant vəzifəyə dövlət qulluğunda çalışmaq üçün ümumi müsahibə üzrə iştirakı ilə bağlı sənədlərini X9 təqdim etsə də, sonuncu tərəfindən onun ümumi müsahibədə iştirak istəyinə imtina cavabı verilmiş, səbəb kimi isə vaxtilə dövlət qulluğuna dair qanunvericiliyin tələbləri gözlənilmədən dövlət qulluğuna qəbul edilməyi göstərilmişdir. Halbuki, cavabdehin mübahisələndirdiyi onun dövlət qulluğuna qəbulu heç bir halda nə etibarsız hesab edilmiş, nə də ləğv edilmişdir, nə də o vəzifəyə təyin olunduqda bundan xəbəri olsa da, ona etirazını bildirməmişdir. Aşağıda qeyd olunan hallara görə cavabdehin qeyd olunan mövqeyini əsaslı və qanuni hesab etmir. Əvvələn o qeyd olunmalıdır ki, münasibətləri tənzimləyən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu 21 iyul 2000-ci il tarixində qəbul olunsa da, həmin qanunun icrası (ilkin müsabiqənin keçirilməsi) yalnız Dövlət Qulluğu məsələləri üzrə Komissiya tərəfindən 2007-cı ildən yerinə yetirilməyə başlamışdır. Bu sözləri milli.az (https://news.milli.az/society/240759.html) saytında müsahibəsi dərc olunmuş Dövlət Qulluğu məsələləri üzrə Komissiyanın həmin dövrkü rəhbəri Bəhram Xəlilov bildirmişdir. O, həmçinin qeyd etmişdir ki, “Dövlət Qulluğuna qəbulla bağlı bu bizim ilk təcrübəmiz idi və bu günə kimi 15 müsabiqə keçirmişik”. Dövlət strukturunda aparılmış dəyişikliklərə əlaqədar Dövlət Qulluğu məsələləri üzrə Komissiyanın hüquqi varisi hazırkı iddiada cavabdeh olan X7. Bu hallardan isə görsənir ki, hazırkı iddia üzrə cavabdeh təsdiq edir ki, onun istinad etdiyi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu 2007ci ilədək işləməmişdir. Hətta 2007-ci ildən sonra belə tam işləməmişdir. Bu hal isə təbiidir, çünki yeni qurulmuş və dövlətçilik ənənəsi yavaş- yavaş yaranan Respublikamızda 2000ci ildə qəbul olunmuş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa 22 il ərzində 80 dəfə dəyişiklik olmuşdur. Bu isə qeyd olunan Qanunun 2007-ci ildə tam şəkildə işləməsinin mümkün olmamasına bir daha sübutdur. Yuxarıda qeyd olunan hallardan belə nəticəyə gəlmək olur ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu 2000-ci ildə qəbul olunsa da, müəyyən obyektiv hallara görə işləməmiş, hətta onun işə qəbul olunduğu 2007-ci ildə belə, həmin Qanunun icrasını təmin edən orqan formalaşmağa başlasa da o, kifayət qədər resursa malik ola bilməmişdir ki, Azərbaycan Respublikasında olan bütün dövlət orqanlarını dövlət qulluğu üzrə işə qəbul etmək üçün müsabiqə və müsahibə keçirsin. Bu baxımdan da Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin həmin vaxt öz fəaliyyətini normal qaydada təmin etmək üçün onu dövlət qulluğuna qəbul etməsi tam qanuni idi. Çünki “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsində göstərilir ki, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmçinin o, vəzifəyə təyin olunan zamanı təyinat və onun müvafiq məlumatları Dövlət Qulluğu məsələləri üzrə Komissiyaya Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən göndərilmiş, cavabdeh isə onun təyinatı ilə bağlı heç bir narazılığını bildirməmişdir. Onu 18 sentyabr 2007-ci il tarixində dövlət qulluğuna qəbul edən Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin həmin vaxt öz fəaliyyətini normal qaydada təmin etmək üçün Dövlət Qulluğu məsələləri üzrə Komissiyanın öz fəliyyətini tam gücü ilə bərpa etməsini və daha mühüm dövlət orqanlarını dövlət qulluqçusu ilə təmin etmək üçün müsabiqə və müsahibə keçirməsini gözləmək, sonra isə Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsini işçi ilə təmin etmək imkanı yox idi. Hətta gözləsə belə, bu məntiqi addım olmazdı və Azərbaycan Respublikasının dövlət və ictimai maraqlarına zidd olardı. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7749/2022 saylı, 12 oktyabr 2022-ci il tarixli qərardadı (hakim Ş.Həsənova) ilə iddia tələbi “onun 07 yanvar 2008-ci il tarixindən 21 iyul 2014-cü ilədək Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində dövlət qulluğunda işləməsini qanuni hesab etməklə həmin müddətin dövlət qulluğu stajına daxil edilməklə onun dövlət qulluğunda staj müddətinin 10 il 3 ay 0 gün hesab edilməsi” hissəsində mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və iddia tələbinin həmin təmin edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Dövlət qulluğu haqqında Azərbaycan Respublikası Qanunun 28 və 29-cu maddələrdində nəzərdə tutulmuş müsahibənin keçirilməsi qaydaları əsasında X10 tərəfindən vəzifəyə qəbul olunmuşdur. Bu səbəbdən cavabdehlik daşıması məhz X6 üzərinə düşür. Tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin həmin hissədə mümkün sayılaraq təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, təmin olunmaması, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə əsaslı və qanuni olmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələbi 07 yanvar 2008-ci il tarixindən 21 iyul 2014-cü ilədək Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində dövlət qulluğunda işləməsini qanuni hesab etməklə həmin müddətin dövlət qulluğu stajına daxil edilməklə onun dövlət qulluğunda staj müddətinin 10 il 3 ay 0 gün hesab edilməsi hissəsində əsl olmayan, yəni iddiaya cavab verməli olmayan cavabdehə qarşı yönəldiyindən, həmin tələb üzrə isə cavabdeh Azərbaycan Respublikası X10 deyil, iddiaçının 07 yanvar 2008-ci il tarixindən 21 iyul 2014-cü ilədək qulluq etdiyi dövlət orqanı cavabdehlik daşıdığından bu tələb üzrə hazırki cavabdeh tərəfindən iddiaçının hüquqlarının və qanunla qorununan maraqlarının pozulması halları mövcud deyildir. Belə ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun: - 2.1-ci maddəsinə əsasən dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. - 2.2-ci maddəsinə əsasən bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. - 7.1-ci maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. - 9-cu maddəsinə əsasən dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktlarla müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir. Həmin vəzifəni tutan şəxsin səlahiyyət və funksiyalarının hüdudları həmin orqanın səlahiyyətindən asılı olaraq müəyyən edilir. - 14.1-ci maddsinə əsasən dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. - 22.7-ci maddəsinə əsasən dövlət qulluqçusuna daimi dövlət qulluğuna qəbul edildiyi vaxtdan başlayaraq qulluq stajına görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada və məbləğdə aylıq əlavə haqq ödənilir. - 27.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının 16 yaşına çatmış, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, əmlak vəziyyətindən, yaşayış yerindən, əqidəsindən, ictimai və digər birliklərə mənsubiyyətindən asılı olmayaraq müvafiq vəzifənin tələblərinə uyğun peşə hazırlığına malik olan və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququ vardır. Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2022-ci il tarixli, 665 №-li Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın: - 1-ci bəndinə əsasən bu Qayda “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22.7-ci maddəsinə əsasən hazırlanmışdır və dövlət orqanlarında dövlət qulluqçularına dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın ödənilməsi şərtlərini müəyyən edir. - 8-ci bəndinə əsasən dövlət qulluqçusunun qulluq stajının hesablanması onun qulluq etdiyi dövlət orqanı tərəfindən həyata keçirilir. Qanunvericiliyin tələblərindən göründüyü kimi dövlət qulluqçusunun qulluq stajının hesablanması onun qulluq etdiyi dövlət orqanı tərəfindən həyata keçirilir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7749/2022 saylı, 12 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1048/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1048/2023
23.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver