Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1048/2024 15.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlu və X4 ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi X10 iştiraklları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1261/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçılar İddiaçı, X11 və X8 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X8, İddiaçı və X11 barəsində olan “işdən azad edilmə və sərəncama götürülmə” barədə xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçıların öz əvvəlki vəzifələrinə bərpa olunmaları, məcburi iş buraxmaya görə xx.xx.2021-ci il tarixdən işə bərpa olunacaqları günədək əmək haqqlarının hesablanaraq cavabdehdən tutlulub iddiaçılara ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin 1-ci operativ nəzarət şöbəsinin dövlət vergi müfəttişi vəzifələrində işləmişdir. xx.xx.2021-ci il tarixdə rəhbərlik tərəfindən fiziki şəxs X5 (VÖEN: **********) məxsus Bakı şəhəri Səbail rayonu, Bibi-Heybət qəsəbəsində yerləşən “Dərya” restoranı adlı obyektdə xronometraj metodu ilə müşahidə aparılması İddiaçı, Nazim və Adil adlı əməkdaşlarına həvalə edilmişdir. Qeyd edilən yoxlamadan təxminən iki ay sonra Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən həmin restoranlarda yoxlama aparılmış, lakin hər hansı bir mənfi hal aşkar edilməmişdir. Yoxlama aparan əməkdaşlar restoranın əməkdaşların a menyu sistemi kassasının əsas mənbəyinin harada yerləşməsini aydınlaşdırmış və həmin ünvana getmişlər. Həmin ofisin vergi ödəyicisinə məxsus olduğu bildirilsə də, başqa ünvanda, Nəsimi rayonu Əjdər bəy məscidi ətrafında yerləşmiş (Yoxlama zamanı baza məlumatlarına əsasən vergi ödəyicisinin qeydiyyatda olan obyektləri siyahısında belə bir ünvanda yerləşən təsərrüfat subyekti mövcud deyil) və oradan götürülmüş excel sənədlər əsasında Departamentdə araşdırma başlanılmış, həmçinin həmin Departament tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinə məlumat verilmiş və bundan sonra idarədə qeyd edilən əməkdaşlar tərəfindən xx.xx.2021-cı il tarixdən xx.xx.2021-ci il tarixədək aparılan yoxlama üzrə araşdırma başlanılmışdır. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsi tərəfindən yoxlamada iştirak etmiş 5 əməkdaşın, həmçinin iki nəfər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin rəisi və həmin idarənin şöbə rəisinin xx.xx.2021-cı il tarixdən - xx.xx.2021-ci il tarixədək aparılan yoxlama üzrə araşdırmanın nəticələri aydınlaşanadək işə buraxılmayacaqları bildirilmiş, lakin bununla bağlı heç bir əməkdaşa hər hansı bir rəsmi sənəd təqdim edilməmişdir. Həmin vaxt Ülvi Şərifi işdə olmuşdur. Beləliklə, xx.xx.2021-ci il tarixdən araşdırma aparılmağa başlanılmış, araşdırmaya əsasən yeddi nəfər əməkdaşın izahatları alınmış, həmin əməkdaşların izahatları isə eyni məzmunda olmuşdur. Beləliklə, xx.xx.2021-ci il tarixdən aparılan araşdırmanın nəticələrini gözləməyən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin rəisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi onun tabeleyində olan Operativ vergi nəzarəti idarəsinin şöbə rəisi ərizə yazaraq işdə ayrılmış, Nazim adlı əməkdaş barəsində ümumiyyətlə hər hansı bir tədbir görülməmiş (həmin əməkdaş hazırda da öz vəzifəsi üzrə fəaliyyətini davam etdirir), Adil adlı əməkdaş isə həmin dövrdə sınaq müddətində olduğundan rəhbərlik tərəfindən bu hadisəyə görə barəsində mənfi xarakteristika verildiyindən, onunla işə götürmə barədə əmək müqaviləsi bağlanılmamışdır. İddiaçı cavabdehə müraciət etsə də ona barəsində verilmiş əmr, məlumat və ya hər hansı bir sənəd təqdim edilməmiş, həmçinin şifahi olaraq hər hansı bir məlumat verilməmiş, habelə təhvil-təslim işləri aparılmamışdır. İddiaçı tərəfindən cavabdehə ərizələr ünvanlaraq işə qayıtmasına şərait yaradılması xahiş edilsə də, cavabdeh tərəfindən iddiaçıya yazılı cavab verilərək, araşdırmanın nəticəsinə dair Dövlət Vergi Xidmətinin rəhbərliyi tərəfindən müvafiq qərar qəbul edildikdən sonra onlara məlumat veriləcəyi bildirilmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçı rəhbərlik tərəfindən idarəyə dəvət olunmuş və ona araşdırmanın yekunlaşdığı və onun yuxarıda qeyd edilən məsələ ilə əlaqədar hər hansı bir günahı olmadığı bildirilmiş və ona müxtəlif bölgələrdə yerləşən idarələrdə işləmək təklif edilmişdir. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsində işləyə biləcəyinə razı olduğunu bildirmiş, bundan sonra rəhbərlik tərəfindən onunla yaxın vaxtlarda əlaqə saxlanılacağı bildirilmişdir. Lakin həmin vaxt idarədə ona barəsində olan “işdən azad edilmə və sərəncama götürülmə” barədə xx.xx.2022-ci il tarixli əmr nə təqdim olunmamış, ümumiyyətlə belə bir əmrin mövcudluğu barədə hər hansı bir məlumat verilməmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçıyla rəhbərlik arasında olan görüşdən sonra yenə də iddiaçı tərəfindən bir neçə dəfə cavabdehə şifahi və yazılı müraciətlər olunsa da, ona hər hansı bir müsbət cavab verilməmişdir. Halbuki, iddiaçı iş fəaliyyəti dövrü ərizində barəsində hər hansı bir intizam tənbeh tədbiri görülməmiş, həmişə nümunəvi davranışları və işə olan məsuliyyətləri ilə fərqlənmiş, lakin cavabdehin hərəkətləri nəticəsində tutduğu vəzifədən kənarda qaldığından bu müddət ərzində ona hərhansı bir əmək haqqı ödənilməmişdir. Buna görə də iddiaçı cavabdehə həm yazılı, həm online qaydada müraciət edərək, onun işə buraxılması barədə rəsmi sənədin ona təqdim edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçının poçt ünvanına barəsində olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin “işdən azad edilmə və sərəncama götürülmə” barədə xx.xx.2022-ci il tarixli əmri müşaiət məktubu ilə birlikdə göndərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin İddiaçı barəsində olan “işdən azad edilmə və sərəncama götürülmə” barədə xx.xx.2022-ci il tarixli əmri qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, cavabdeh orqan iddiaçı barəsində qəbul edilmiş “işdən azad edilmə və sərəncama götürülmə” barədə xx.xx.2022-ci il tarixli əmrində, iddiaçı xx.xx.2021-ci il tarixdən işdən kənarlaşdırılmasına səbəb olan hallara deyil, “X12 Xidmət Haqqında” Əsasnamənin 38-ci bəndinə istinad etmiş, lakin həmin əmrin verilməsinə səbəb olan faktiki və hüquqi əsasları göstərməmiş və həmçinin əsaslandırmamışdır. Halbuki, cavabdeh öz əmrində təşkilati-ştat təbdirlərinin konkret nədən ibarət olmasını, həmin tədbirləri həyata keçirərkən niyə iddiaçının işdən azad edilməsinə və sərəncama götürülməsinə zərurət yarandığını və digər halları göstərməmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(112)-9151/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi” barədə iddia tələbi üzrə 2-1(112)-9151/2022 nömrəli işdən iddiaçı X6 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi” tələbi üzrə iş yeni nömrə ilə və iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi” tələbi üzrə iş yeni nömrə ilə qeydiyyata alınmaqla icraatlar ayrılmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(112)-10691/2022 nömrəli qərardadı ilə İddiaçı “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin onun barəsində olan “xidmətə xitam vermə və sərəncamdan çıxarılma” barədə xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa olunma, məcburi iş buraxmaya görə xx.xx.2021-ci il tarixdən işə bərpa olunacağı günədək əmək haqqının hesablanaraq cavabdehdən tutlaraq ona ödənilməsinin cavabdehə həvalə edilməsi” barədə iddianın dəyişdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh orqan “xidmətə xitam vermə və sərəncamdan çıxarılma” barədə xx.xx.2022-ci il tarixli əmrində, xx.xx.2021-ci il tarixdən işdən kənarlaşdırılmağına səbəb olan hallara deyil, “X12 Xidmət Haqqında” Əsasnamənin 75-ci maddəsinin 3- cü hissəsinə istinad etmiş, lakin həmin əmrin verilməsinə səbəb olan faktiki və hüquqi əsasları göstərməmiş və həmçinin əsaslandırmamışdır. Halbuki, cavabdeh öz əmrində təşkilati-ştat tədbirlərinin konkret nədən ibarət olmasını, həmin tədbirləri həyata keçirərkən niyə məhz işdən azad edilməyinə və sərəncamdan çıxarılmağına zərurət yarandığını və digər halları göstərməmişdir. Bundan əlavə, cavabdehin qanunsuz hərəkətləri nəticəsində işdən kənarlaşdırıldığı müddət ərzində əmək haqqı ödənilməmiş, xx.xx.2021-ci il tarixdən hazırki vaxtadək öz maddi təminatlarından məhrum olmuşdur. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(112)-1261/2023 nömrəli qərardadı ilə İddiaçı “İşdən azad edilmə və sərəncama götürülmə” barədə xx.xx.2022-ci il tarixli və Dövlət Vergi Xidmətinin “Xidmətə xitam verilmə və sərəncamdan çıxrılma barədə” xx.xx.2022-ci il tarixli əmrlərinin ləğv edilməsi, cavabdehin üzərinə tutduğu vəzifəyə bərpa olunmağı öhdəliyinin qoyulması, xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək vəzifədən müvəqqəti olaraq kənarlaşdırıldığı müddət ərzində cavabdeh orqan tərəfindən ödənilməmiş ödəncin və xx.xx.2021-ci il tarixindən məcburi iş buraxmaya görə işə bərpa olunacağı günədək ödəncin hesablanaraq cavabdehdən tutularaq ödənilməsinin cavabdehə həvalə edilməsi barədə iddianın dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1261/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia qismən təmin edilərək, İddiaçı xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək vəzifədən müvəqqəti olaraq kənarlaşdırıldığı müddət ərzində ödənilməmiş əmək haqqının ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin tam edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları : Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə müəyyən olunur ki, vergi orqanının xx.xx.2022-ci il tarixli **********713400 nömrəli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xilam verilərkən "X12 xidmət haqqında Osasnamə"nin "5-ci maddəsinin 3-cü hissəsinə əsasən istinad olunmuşdur. Qeyd edilən əmrdə hansı təşkilatiştat tədbirlərinin keçirildiyi bilavasitə göstərilməmişdir. (Cavabdehin nümayəndəsi məhkəmə iclasında təşkilali-ştal tədbirinin vergi orqanının struktur bölmələrində müvafiq ştatların ləğv edilməsi və ya ştat sayının azaldılması ilə bağlı olması kimi əsaslandırsa da təqdim edilmiş 2021-ci il və 2022-ci il üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin strukturunun, onun Aparatının və strukturuna daxil olan qurumların strukturlarının və ştat cədvəllərinin müqayisəli təhlili zamanı iddiaçının işlədiyi Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin 1-ci operativ nəzarət şöbəsində ştat sayının cəmi 19, həmin şöbədə baş dövlət vergi müfəttişi ştatının isə 3 vahid saxlanılmaqla ştat vahidlərinin sayında hər hansı dəyişiklik olmadığı müəyyən olunmuşdur. Bundan əlavə mübahisələndirilən əmrin özündə iddiaçının Əsasnamə'nin "5-ci maddəsinin 3-cü hissəsinin hansı iki əsasdan birinə- "vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda " və "və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina eldikdə" əsasına istinad olunmamışdır. Halbuki, qeyd edildiyi kimi Əsasnamənin 75-ci maddəsinin 3-cü hissəsi xidmətə xilam verilmənin ayrı-ayrılıqda iki müxtəlif əsasını göstərmişdir. Həmin maddə ilə xidmətə xilam verilərkən inzibati orqan xilam vermənin əsasını müəyyən elməli və həmin əsası bilavasitə əmrdə qeyd elməli idi. Bununla əlaqədar qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 76-cı maddəsində də bu hal tənzimlənmiş və həmin tənzimləməyə görə işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73. 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xilam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xilam verilə bilməz. Tərəflərin izahatları : Məhkəmə Kollegiyası iclasında iştirak edən iddiaçı tərəf izahatında apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu, qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Apelyasiya instansiya məhkəməsinin mövqeyi : Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Dövlət vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin Operativ vergi nəzarəti idarəsinin 1-ci operativ nəzarət şöbəsinin dövlət vergi müfəttişi vəzifəsində çalışmışdır. xx.xx.2021-ci il tarixli **********827600 nömrəli əmrlə iddiaçı tutduğu vəzifədən kənarlaşdırılmış, daha sonra xx.xx.2022-ci il tarixli **********101600 nömrəli əmri ilə "X12 xidmət haqqında” Əsasnamənin 38-ci maddəsinə və 75-ci maddəsinin 3-cü hissəsinə əsasən işdən azad edilmiş və 3 ay müddətinə Dövlət Vergi Xidmətinin sərəncamına götürülmüşdür. Daha sonra Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli **********713400 nömrəli əmri ilə “X12 xidmət haqqında” Əsasnamənin 75-ci maddəsinin 3-cü hissəsinə əsasən İddiaçı əmək müqaviləsinə xitam verilərək xx.xx.2022-ci il tarixdən Dövlət Vergi Xidmətinin sərəncamından çıxarılmışdır. Daha sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən yuxarda qeyd edilən şəkildə həll edilmişdir. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. İş materiallarından görünür ki: -Dövlət Vergi Xidmətinin “Vəzifədən müvəqqəti olaraq kənar edilmə haqqında” xx.xx.2021-ci il tarixli **********827600 nömrəli əmri ilə adları aşağıda qeyd olunan əməkdaşlar "X12 xidmət haqqında Əsasnamə"nin 41-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixdən xidməti araşdırma başa çatana qədər tutduqları vəzifədən müvəqqəti olaraq kənar edilsinlər: -İddiaçı - 2-ci dərəcəli müfəttiş - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin 1-ci operativ nəzarət şöbəsinin dövlət vergi müfəttişi. -Dövlət Vergi Xidmətinin “İşdən azad edilmə və sərəncama götürülmə barədə” xx.xx.2022-ci il tarixli **********101600 nömrəli əmrindən çıxarışa əsasən 2-ci dərəcəli müfəttiş Şərifli X2 Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin 1-ci operativ nəzarət şöbəsinin dövlət vergi müfəttişi 05 yanvar 2022-ci il tarixdən “X12 xidmət haqqında Əsasnamə”nin 38-ci maddəsinə əsasən tutduğu vəzifədən azad olunmuş hesab edilmiş və 3 ay müddətinə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin sərəncamına götürülmüşdür. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Xidmətə xitam verilmə və sərəncamdan çıxarılma barədə” xx.xx.2022-ci il tarixli **********713400 əmrinə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli **********101600 nömrəli əmri ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin sərəncamına götürülmüş İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən “X12 xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 3-cü hissəsinə əsasən xitam verilərək Dövlət Vergi Xidmətinin sərəncamından çıxarılmış hesab edilmişdir. -İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin X7 Komitəsinin xx.xx.2022-ci il tarixli, 16 nömrəli məktubunda qeyd edilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 16.02.22-ci il tarixli **********101600 nömrəli əmri ilə İqtisadiyyat Nazirliyi yanında X17 sərəncamına götürülmüş İddiaçı, X11 və X3 təklif olunan dövlət qulluğu vəzifələrindən imtina etdikləri barədə daxil olmuş sənədlər tərəfimizdən araşdırılmışdır. Təklifə razı olmayan əməkdaşların "X12 xidmət laqqında Əsasnamə"nin 75-ci maddəsinin 3-cü bəndi ilə xx.xx.2022-ci il tarixdən anlarla bağlanmış əmək müqaviləsinə xitam verilərək Dövlət Vergi Xidmətinin lərəncamından çıxarılmalarına münasibət bildirməyimiz haqqındakı müraciətinizə Dövlət Vergi Xidmətinin X7 Komitəsi Rəyasət Heyətinin clasında baxılmışdır. Dövlət Vergi Xidmətinin X7 Komitəsi İddiaçı, X11 və X1 göstərilən maddə ilə onlarla bağlanmış əmək müqaviləsinə xitam verilərək Dövlət Vergi Xidmətinin sərəncamından çıxarılmasına etiraz etmir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, **********721700 nömrəli münasibət bildirilməsi ilə bağlı teleqramda bildirilmişdir ki, “X12 xidmət haqqında Əsasnamə”nin 38-ci maddəsinə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin müvafiq əmri ilə xx.xx.2022ci il tarixdən tutduğunuz vəzifədən azad olunaraq 3 ay müddətinə Xidmətin sərəncamına götürülmüsünüz. Peşə bilikləriniz, təcrübəniz nəzərə alınaraq Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsinə təyin edilməyinizə münasibət bildirməyiniz və bu teleqramı aldığınız tarixdən 3 (üç) gün ərzində Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsinə məlumat verməyiniz sizdən xahiş olunur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsinin İnsan resursları əməliyyatları şöbəsinin rəisi X13, həmin şöbənin baş mütəxəssisləri X18 və X14 tərəfindən tərtib və imza edilmiş xx.xx.2022-ci il tarixli aktda qeyd olunmuşdur ki, “X12 xidmət haqqında Əsasnamə”nin 38-ci maddəsinə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin müvafiq əmri ilə xx.xx.2022-ci il tarixdən tutduğu vəzifədən azad olunaraq 3 ay müddətinə Xidmətin sərəncamına götürülmüş X3 (**********) 13 saylı Ərazi Vergilər İdarəsinin İqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət şöbəsinin dövlət vergi müfəttişi, X9 (0********) Laçın rayonu Vergilər Şöbəsinin vergi ödəyicilərinə xidmət və uçotun təşkili üzrə baş dövlət vergi müfəttişi və İddiaçı (**********) 13 saylı Ərazi Vergilər İdarəsinin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifələri 13 may 2022-ci il tarixdə zəng olunaraq təklif olunmuşdur. Qeyd olunan şəxslər tərəfindən təkliflərə münasibət bildirilmədiyi üçün müvafiq vəzifələrə təyin olunmaları məqsədilə təklif rəsmi olaraq teleqram vasitəsilə ünvan 2 ünvanda qeydiyyatda olan X3 (məktub **********727900, xx.xx.2022), ünvan 3 ünvanda qeydiyyatda olan X9 (məktub **********719600, xx.xx.2022) və ünvan 4 ünvanda qeydiyyatda olan İddiaçı (məktub **********721700, xx.xx.2022) bildiriş göndərilmişdir. İddiaçı (**********343200, xx.xx.2022) təklifdən imtina etmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixli **********101600 nömrəli əmri ilə təşkilati-ştat tədbirləri ilə əlaqədar tutduğu vəzifədən azad edilmiş və eyni vaxtda 3 ay müddətinə sərəncama götürülmüşdür. Cavabdeh sərəncama götürülmə ilə bağlı əmrin hüquqi əsası kimi 28 dekabr 2021- ci il tarixli “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin strukturunun, onun Aparatının və strukturuna daxil olan qurumların və ştat cədvəllərinin təsdiq edilməsi haqqında“ İqtisadiyyat Nazirinin əmri təşkil etdiyinə istinad etmişdir. Belə ki, sözügedən əmrin 3-cü hissəsinə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin strukturuna daxil olan qurumların (yerli bölmələr istisna olmaqla) strukturu və ştat cədvəli təsdiq edilmişdir. 28 dekabr 2021-ci il tarixli əmri Azərbaycan Respublikasının Prezidentinin 26 iyun 2021-ci il 1382 nömrəli fərmanı əsasında qəbul edilmişdir. İddiaçının sərəncamda qalma müddəti Əsasnamənin 38-ci maddəsinin tələbinə uyğun olaraq 3 ayadək müddətə uzadılmış, yekunda iddiaçı xx.xx.2022-ci il tarixli əmrlə sərəncamdan çıxarılmışdır. Bundan sonra cavabdeh orqan iddiaçıya məktub ünvanlayaraq əmək kitabçasının götürülməsi və ya poçt vasitəsilə göndərilməsinə razılıq verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “X12 xidmət haqqında” Əsasnamənin 38-ci maddəsinə görə Təşkilati-ştat təbdirlərinin həyata keçirilməsi ilə əlaqədar vəzifədən azad olunmuş vergi orqanının vəzifəli şəxsi 3 ay müddətinə, əmək haqqı saxlanılmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həmin orqanın sərəncamında saxlanıla bilər. Müstəsna hallarda bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ilədək müddətə uzadıla bilər. Bu müddətdə vergi orqanının vəzifəli şəxsinin xəstə olduğu, əsas və əlavə məzuniyyətlərdə olduğu müraciət daxil edilmir. Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “X12 xidmət haqqında” Əsasnamənin: -1-ci bəndinə görə vergi orqanlarında xidmət - Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları sisteminə daxil olan vergi orqanlarının funksiya və məqsədlərini öz peşəkar fəaliyyətləri ilə həyata keçirilən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. -8-ci bəndinə əsasən vergi orqanlarına xidmətə qəbul «Dövlət qulluğu haqqında» Qanunla və bu Əsasnaməyə uyğun olaraq aparılır. -75-ci bəndinə görə vergi orqanının vəzifəli şəxsinin xidmətinə aşağıdakı hallarda xitam verilə bilər: 3) təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə; Sadalanan normalardan müəyyən olunur ki, vergi orqanlarında xidmətə xitam verilmənin əsaslarından biri də təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar xitam verilmədir. Normanın hüquqi təhlili göstərir ki, vergi orqanlarının vəzifəli şəxsinin xidmətinə Əsanamənin 75-ci maddənin 3-cü bəndi ilə xitam verilməsi üçün aşağıdakı dispozisiya şərtlərinə əməl olunması tələb olunur: -vergi orqanında təşkilati-ştat tədbiri keçirilməli; -vəzifəli şəxsin xidmətinə təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar xitam verilməli; -bu əsasla xitam verilmə, bir halda, vəzifəli şəxsin vergi orqanlarında digər vakant vəzifəyə keçirilməsinin qeyri-mümkün olması ilə bağlı olmalı; -digər halda isə vəzifəli şəxs ona təklif olunan hər hansı belə vəzifəyə keçirilməkdən imtina etməlidir İşin hallarından da məlum olur ki, iddiaçı tutduğu vəzifədən ilkin olaraq təşkilatı ştat tədbirləri ilə əlaqədar xx.xx.2022-ci il tarixli əmrlə azad edilmiş və sərəncama götürülmüşdür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə görə diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Həmin Qanunun 14-cü maddəsinə görə inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Qeyd edilməlidir ki, sərəncama götürülmə və sərəncamda saxlama səlahiyyəti inzibati orqanın diskresion səlahiyyəti olmaqla inzibati orqana öz mülahizəsinə görə qiymətləndirmə aparmaqla işdən azad etdiyi işçini qanunla müəyyən edilmiş müddət daxilində onda olan mümkün vəzifələrdən birinə yerləşdirmə imkanını nəzərdə tutur. Yəni bu müddət ərzində inzibati orqan iddiaçını konkret olaraq əmək funksiyalarının icrasına buraxmır, lakin eyni zamanda onun başqa bir vəzifəyə təyin edilmə imkanlarının olubolmaması (mövcud vakant vəzifə üçün tələb olunan şərtlər, işçinin ixtisası, təcrübəsi, digər işçi keyfiyyətləri və s.) baxımından özlüyündə qiymətləndirmə aparır. Sərəncama götürülmə diskresion səlahiyyət olmaqla yanaşı sərəncamda olma müddəti bitdikdən sonra müvafiq vakant vəzifə üzrə işçinin yerləşdirilməsində qiymətləndirmə də diskresion səlahiyyət kimi qiymətləndirilməlidir. Bu mənada məhkəmə hesab edir ki, cavabdehin iddiaçı barəsində qəbul etdiyi və hazırkı iddianın predmetini təşkil edən xx.xx.2022-ci il tarixli əmri inzibati orqanın diskresion səlahiyyət əsasında qəbul etdiyi inzibati aktdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-9151/2022 nömrəli qərardadı ilə İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmətinə xitam verilmə və sərəncamdan çıxarılma barədə xx.xx.2022-ci il tarixli, **********713400 nömrəli əmrin ləğv edilməsi və işə bərpa olunması tələbi üzrə zəruri araşdırmanın aparılması və bu barədə iddiaçının müraciətinə yenidən baxılması üçün cavabdeh Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinə 2 (iki) aylıq müddət təyin edilmişdir. Qərardadın icrası ilə əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli **********435200 nömrəli məktubunda bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin İddiaçı-oğlunun iddiası üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadının icrası ilə əlaqədar bildiririk ki, İddiaçı xx.xx.2023cü il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin inzibati binasında qəbul olunmuş, ona 5 saylı Ərazi Vergilər İdarəsinin Operativ vergi nəzarəti şöbəsinin dövlət vergi müfəttişi, 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin Operativ vergi nəzarəti tədbirləri şöbəsinin dövlət vergi müfəttişi və 8 saylı Ərazi Vergilər İdarəsinin Mikro və kiçik sahibkarlıq subyektlərinin monitorinqi şöbəsinin dövlət vergi müfəttişi, vəzifələri təklif olunsa da, o, həmin vəzifələrdə işləməkdən imtina etmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “aralıq qərardaddan sonra da iddiaçıya təşkilatı ştat tədbiri kimi işçini qiymətləndirmə və yerləşdirilməsi ilə bağlı mülahizə (qiymətləndirmə) azadlığına uyğun olaraq alternativ vəzifələr və iş yerləri təklif etmiş, lakin iddiaçı təklif olunan vəzifələrlə razılaşmamışdır. Belə olan halda iddiaçının əmək fəaliyyətinə xitam verilməsinin əsası-Əsasnamənin 75-ci maddənin 3-cü bəndinə əsasən “təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar digər halda isə vəzifəli şəxs ona təklif olunan hər hansı belə vəzifəyə keçirilməkdən imtina etməsi ilə” olan dispozisiya şərti ödənilir.” Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları nəzərə alındıqda hazırkı iş üzrə diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdir. İnzibati orqanın diskresion səlahiyyətini aşması, diskresion səlahiyyətindən sui-istifadə, səlahiyyətin məqsədlərinə açıq-aşkar zidd hərəkət etməsi halları inzibati məhkəmə icraatında müəyyən edilməmişdir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olduğundan, iddiaçının apelyasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin . Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1261/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1048/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1048/2024
15.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver