Məhkəmə qərarları › İş №2-1(103)-1049/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1049/2021

10.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1049/2021 10.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı firmasının cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi barədə inzibati mübahisəyə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-1207/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi barədə ərizəyə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, müəyyən etdi: İddiaçı firması cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin xx xxxxxx 2018-ci il tarixli “Tələbin icraya yönəldilməsi haqqında” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-1207/2020 saylı qərarı ilə iddia qismən təmin edilərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin (əvvəlki Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin) xx.xx.2018-ci il tarixli “Tələbinin icraya yönəldilmiş” haqqında qərarı kameral vergi yoxlaması nəticəsində 188 manat verginin hesablanması barədə xx.xx.2015-ci il qərarın icraya yönəldilməsi hissəsi istisna olmaqla, qalan hissədə ləğv edilməsi qərara alınmışdır (hakim A.Oruczadə). Həmin qərardan cavabdeh apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X1 Prosessual Məcəllənin 88.1-ci maddəsinə istinad edərək, apellyasiya şikayətinin baxılmadan geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı firması məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kоllеgiyаsı işin mаtеriаllаrını yохlаyаrаq, cavabdehin аpеllyаsiyа şikаyətinin geri götürülməsi barədə ərizəsini nəzərdən keçirərək hеsаb еdir ki, ərizə təmin edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinn 88.1-ci maddəsinə əsasən, şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Həmin Məcəllənin 88.3-cü maddəsinə görə, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Həmin Məcəllənin 88.4-cü maddəsinə əsasən, şikayətin geri götürüldüyü hallarda məhkəmə xərcləri haqqında məhkəmə tərəfindən qərardad çıxarılır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən apellyasiya şikayətinin geri götürülməsi qanunazidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından cavabdehin ərizəsi qəbul edilməli, iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Şərh оlunаnlаrı nəzərə аlаrаq, Аzərbаycаn Rеspublikаsı İnzibati Prоsеssuаl Məcəlləsinin 88-ci mаddəsini rəhbər tutаrаq, məhkəmə kоllеgiyаsı qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi barədə ərizə qəbul edilsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-1207/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan şikayət verilmir. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar