Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1049/2022 03.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Həmidov Həmid Üzeyir oğlu və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə, Aslanova Gülnar Faiq qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı kompensasiyanın və əmək haqqında əlavənin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5330/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1rta məktəbində 2012-ci ildən fəaliyyət göstərən gənc müəllim kimi kompensasiya və əmək haqqına əlavənin ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5330/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5330/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1154/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(112)-5330/2020 saylı, xx.xx.2020-ci il qərarı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş və İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 67 nömrəli qərarına əsasən, dövlət sifarişi ilə ünvan 1rta məktəbində 2012-ci ildən fəaliyyət göstərən gənc müəllim kimi kompensasiya və əmək haqqına əlavənin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbi rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı kassasiya şikayəti verərək, iddianın təmin edilməsini və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22-1(103)-1154/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2038/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçının kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 1(103)-1154/2021 nömrəli qərarı ləğv edilmiş və işə təkrar baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmişdir və gəlməmə səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflər (nümayəndələri) iştirakları olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İş materiallarında olan Kürdəmir rayon Təhsil Şöbəsinin Cəlal Cavadov adına Ərşəli kənd tam orta məktəbinin 35 №-li, xx.xx.2020-ci il tarixli arayışına əsasən iddiaçı həmin məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi işləyir. İşdə olan iddiaçının cavabdehə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizəsinə əsasən iddiaçı ünvan 1rta məktəbinin müəllimi və gənc mütəxəssis kimi iddiaçıya verilməli olan həvəsləndirmənin “H1” ilə ödənilməsini xahiş etmişdir. İşdə olan cavabdehin xx.xx.2012-ci il tarixli, Bakı şəhəri Təhsil İdarəsinə, Gəncə şəhəriTəhsil İdarəsinə, aidiyyəti rayon (şəhər) təhsil şöbələrinə və peşə liseylərinə ünvanlanmış məktubuna əsasən xx.xx.2012-ci ildən başlayaraq müvafiq ümumtəhsil məktəbləri tərəfindən həvəsləndirmə tədbirləri tətbiq olunan yerlərə (H1 VƏ H2) işə qəbul olunanlar üçün aidiyyəti tədbirlərin həyata keçirilməsi tapşırılmışdır. İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2020-ci il tarixli, iddiaçıya ünvanlanmış məktubunda göstərilmişdir ki, dövlət sifarişinə əsasən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və 3 il müddətində həmin təhsil müəssisəsində fəaliyyətini davam etdirən gənc müəllimlərə kompensasiya və əmək haqqına əlavə ödənilməsi nəzərdə tutulmuşdur. Əmək qanunvericiliyinə əsasən fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. İşdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 11 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin xx.xx.2020-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı müəllimlərin işə qəbulu müsabiqəsindən keçərək Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2012ci il tarixli,xx-xx-6597/16 nömrəli məktubuna əsasən xx.xx.2012-ci il tarixdən Kürdəmir rayonunun Garis-Əyribənd kənd tam orta məktəbinə müəllim təyin edilmişdir. xx.xx.2012ci il tarixdən Kürdəmir RTŞ-nin xx.xx.2012-ci il tarixli, 30 nömrəli məktubuna əsasən ixtisası üzrə Ərşəli kənd tam orta məktəbinə müəllim təyin edilmişdir. Həmin tarixdən ona heç bir həvəsləndirmə tədbiri nəzərdə tutulmamışdır. İşdə olan Kürdəmir rayon Təhsil Şöbəsinin Cəlal Cavadov adına Ərşəli kənd tam orta məktəbinin 34 №li, xx.xx.2020-ci il tarixli arayışına əsasən həmin məktəbin məktubda adları sadalanan 5 müəlliminə H1 istiqaməti üzrə kompensasiya ödənilmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi işdə olan sənədlərə, tərəflərin mübahisə ilə bağlı dəlillərinə məcmu halında qiymət verərək belə qənaətə gəlmişdir ki, iddiaçının iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, iddiaçıya ünvan 1rta məktəbində 2012-ci ildən fəaliyyət göstərən gənc müəllim kimi kompensasiya və əmək haqqına əlavənin ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə edilməlidir. İşə birinci dəfə baxmış apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq bildirmişdir kihazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2-1(112)-5330/2020 nömrəli qərarı əsassız olduğundan ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. Hazırki işə baxmış Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçının hansı səbəblərdən ilk öncə Azərbaycan dili və ədəbiyyat müəllimi təyin olunduğu Kürdəmir rayonu Garıs-Əyribənd kənd tam orta məktəbindən həmin rayonun Ərşəli kənd tam orta məktəbinə eyni ixtisas üzrə və eyni vəzifəyə köçürülməsi məsələsi ümumiyyətlə araşdırılmamış, yəni iddiaçının çox qısa zaman kəsiyində bir məktəbdən digər məktəbə köçürülməsi, onun öz ərizəsi ilə və ya rayon üzrə təhsil sahəsində yaranmış zərurət nəticəsində baş verməsi aydınlaşdırılmamış, buna dair olan əmr tələb edilməli olduğu halda, apellyasiya məhkəməsi bunu etməmiş, başqa sözlə hazırkı inzibati mübahisəyə çox səthi və formal baxaraq qərar qəbul etmişdir. AR İnzibati-Prosessual Məcəllənin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası hesab edir ki, işin mаtеriаllаrını yохlаyаrаq, аpеllyаsiyа şikаyətinin dəlillərini аrаşdırаrаq hеsаb еdir ki, аpеllyаsiyа şikаyəti təmin еdilməməli, məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəldiyindən birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı Kürdəmir rayon Cəlal Cavadov adına Ərşəli kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyir, gənc mütəxəssisdir. Onunla birlikdə işləyən 5 nəfər müəllimə H1 istiqaməti üzrə həvəsləndirmə verilsə də iddiaçıya 2012-ci ildən başlayaraq işlədiyi dövrdə bu həvəsləndirmə verilməmişdir. İddiaçı həmin həvəsləndirmənin ona qarşı da tətbiq edilməsini xahiş etsə də, müraciəti nəticəsiz qalmışdır. Odur ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Növbəti apellyasiya baxışı zamanı məhkəmə tərəfindən cavabdeh Təhsil Nazirliyinə iddiaçının Kürdəmir rayonu Garıs-Əyribənd kənd orta məktəbinə Azərbaycan dili və ədəbiyyat müəllimi təyin olunması barədə və həmin məktəbdən ünvan 1rta məktəbinə eyni ixtisas üzrə eyni vəzifəyə köçürülməsi barədə əmrlərin məhkəməyə təqdim edilməsi ilə bağlı sorğu ünvanlanmışdır. Sorğuya cavab olaraq bildirilmişdir ki, iddiaçı 2012-2013-cü tədris ili üçün keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində uğur qazanmış, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2012-ci il tarixli xx-xx-6597/16 nömrəli məktubu illə Kürdəmir rayonu Garıs-Əyribənd kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsinə işə qəbul edilmək hüququ qazanmışdır. Kürdəmir Rayon Təhsil şöbəsindən daxil olmuş məlumata əsasən Garıs-Əyribənd kənd tam orta məktəbinin əmr kitablarında İddiaçı işə qəbulu ilə əlaqədar əmr mövcud deyildir. İddiaçı Kürdəmir rayon Təhsil şöbəsinin xx.xx.2012-ci il tarixli 30 nömrəli məktubuna əsasən rayonun Ərşəli kənd tam orta məktəbinin xx.xx.2012-ci il tarixli 51 nömrəli əmri ilə həmin məktəbə Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsinə işə qəbul edilmişdir. Apellyasiya baxışı zamanı məhkəməyə təqdim edilən Sığırlı kənd tam orta məktəbinin direktoru B.Mürşüdov tərəfindən təqdim edilən arayışa əsasən Sığırlı kənd sakini X1 2012ci ildə MİQ imtahanından keçərək həmin ilin sentyabr ayında ünvan 1rta məktəbinə Azrəbaycan dili və ədəbiyyat müəllimi təyin edilmiş, lakin Kürdəmir rayon Təhsil Şöbəsi tərəfindən həmin tarixdən Sığırlı kənd tam orta məktəbinə ixtisası üzrə müəllim köçürülmüşdür. Niftalıyev Rəşad 5 il müddətində H2 istiqaməti üzrə kompensassiya almışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” Qərarının 1-ci bəndinə əsasən pedaqoji profilli ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş yaşı 35-dək olan gənc mütəxəssislərin kənd rayonlarında yerləşən ümumi təhsil müəssisələrinə işə cəlb olunmasının stimullaşdırılması və həmin müəssisələrdə pedaqoji kadr tələbatının ödənilməsi məqsədi ilə dövlət sifarişinə əsasən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və 3 (üç) il müddətində həmin və ya digər kənd rayonlarının təhsil müəssisəsində fəaliyyətini davam etdirən gənc mütəxəssislərə kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqını ödəmək üçün 60 (altmış) manat məbləğində kompensasiya verilməsi və yerli icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrlə birlikdə onların yaşayış sahələrinə ehtiyaclarının ödənilməsinə, daimi məskunlaşmaq üçün torpaq sahələrinin ayrılmasına köməklik göstərilməsi nəzərdə tutulmuşdur. Həmin Qərarın 1-1-ci bəndinə əsasən rayon mərkəzlərindən 20 km-dən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və yaşı 35dək olan gənc mütəxəssislərə 3 (üç) il müddətində aylıq əmək haqqına ayda 100 (yüz)manat məbləğində əlavə ödənilməsi nəzərdə tutulmuşdur. Həmin Qərarın 1-2-ci bəndinə əsasən 3 (üç) illik müddət bitdikdən sonra həmin və ya digər kənd məktəbində pedaqoji fəaliyyətini davam etdirən gənc mütəxəssislərə daha 2 (iki) il müddətində kompensasiya və əmək haqqına əlavə ödənilməsi nəzərdə tutulmuşdur. Həmin Qərarın 2-ci bəndinə əsasən pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş, dövlət sifarişinə əsasən kənd rayonlarında əmək fəaliyyətinə başlamaq üçün konkret iş yerlərinə göndəriş almış gənc mütəxəssislərə yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci və ilkin yaşayış şəraitinin yaradılması məqsədi ilə əmək haqqının iki misli həcmində birdəfəlik yardım ödənilməsi nəzərdə tutulmuşdur. İşin faktiki hallarına əsasən iddiaçı gənc mütəxəssisdir, kənd rayonunun təhsil müəssisəsində müəllim işləyir, 2012-ci ildən bu günə qədər ona münasibətdə heç bir həvəsləndirmə tədbiri tətbq edilməmişdir, halbuki onunla bir məktəbdə işləyən 5 nəfər müəllimə münasibətdə həvəsləndirmə tədbirləri tətbiq edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya münasibətdə qanunvericiliklə tətbiq edilməli olan həvəsləndirmə tədbirinin tətbiq edilməməsi ilə iddiaçının sosial təminat hüquqları cavabdeh tərəfindən pozulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamənin 8.39cu bəndinə əsaqsən pedaqoji kadrlara olan tələbatın ödənilməsi üçün tədbirlər görür, gənc mütəxəssislərin iş yerlərilə təminatı prosesinə əməli köməklik göstərir, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə lazımi işlər aparmaq, 8.43-cü bəndinə əsasən təhsil işçilərinin həvəsləndirilməsi və mükafatlandırılması tədbirlərini həyata keçirimək cavabdehin vəzifələrinə aiddir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5330/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5330/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-1049/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1049/2022
03.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver