Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1049/2025 23.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X6 ibarət tərkibdə, Hüseynova Arzu İsrafil qızının katibliyi, İddiaçı Niftalı oğlunun, cavabdehin nümayəndəsi X5 iştrakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11524/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları
1. İddiaçı xx.xx.1958-ci il təvəllüdlür.
2. İddiaçıya məxsus НЗ ******* nömrəli hərbi biletə əsasən iddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək orduda xidmət etmişdir (02 il 01 ay).
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin xx.xx.2015-ci il tarixli **********10 nömrəli arayışda göstərilmişdir: Verilir Ağayev (Simondiyev) Bəylər Nifdalı oğluna ona görə ki, o, həqiqətən Bakı şəhəri, Oktyabr (indiki Yasamal) rayonu Yeyinti Ticarət İdarəsinin (YTİ): - 29 №-li əmri ilə xx.xx.1974-cü il tarixdən 4 №-li mağazaya kiçik satıcı qəbul edilmişdir; - xx.xx.1977-ci il tarixli 117 №-li əmri ilə Sovet ordusu sıralarına çağırışı ilə əlaqədər olaraq xx.xx.1977-ci il tarixdən işdən azad edilmişdir; - xx.xx.1979-cu il tarixli 331 №-li əmri ilə xx.xx.1979-cu il tarixdən 69 №-li mağazaya kiçik satıcı qəbul edilmişdir; - xx.xx.1979-cu il tarixli 401 №-li əmri ilə xx.xx.1979-cu il tarixdən 4 №-li mağazaya kiçik satıcı keçirilmişdir; - xx.xx.1982-ci il tarixli 130 №-li əmri ilə xx.xx.1982-ci il tarixdən Azərbaycan SSR ƏQM-nin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir; - xx.xx.1982-ci il tarixli 226 №-li əmri ilə xx.xx.1982-ci il tarixdən 4 №-li mağazaya qablaşdırıcı qəbul edilmişdir; - xx.xx.1984-cü il tarixli 29 №-li əmri ilə xx.xx.1984-cü il tarixdən Azərbaycan SSR ƏQM-nin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir; - xx.xx.1984-cü il tarixli 772 №-li əmri ilə xx.xx.1984-cü il tarixdən 4 №-li mağazaya xəzinədar-nəzarətçi qəbul edilmişdir; - xx.xx.1986-cı il tarixli 132 №-li əmri ilə xx.xx.1986-ci il tarixdən 20 №-li mağazaya xəzinədar keçirilmişdir; - xx.xx.1988-ci il tarixli 146 №-li əmri ilə xx.xx.1988-ci il tarixdən 78 №-li mağazaya müdir müavini təyin edilmişdir. Bakı şəhəri Yaşamal rayonu Ticarət və İctimai İaşə İdarəsinin (Tİİİ) (YTİ-nin bazasında): - xx.xx.1995-ci il tarixli 44 №-li əmri ilə xx.xx.1995-ci il tarixdən Azərbaycan Respublikası ƏQM-nin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. Bakı şəhəri Nərimanov rayonu Ticarət və İctimai İaşə İdarəsinin (Tİİİ): - xx.xx.1995-ci il tarixli 28 №-li əmri ilə xx.xx.1995-ci il tarixdən 78 №-li mağazaya 10cu dərəcəli müdir müavini təyin edilmişdir.
4. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin (DƏK) xx.xx.1999-cu il tarixli 230 №-li sərəncamı və xx.xx.1999-cu il tarixli 24 №-li əmrinə əsasən Bakı şəhəri Yasamal və Nərimanov rayonlarının Tİİİ-ləri ləğv edilərək, onların arxiv sənədləri DƏK-in “İstehsalat və Təsərrüfat” İdarəsinə (İTİ) verilmişdir.
5. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 229 №-li Fərmanı ilə DƏK ləğv edilərək, Dövlət Əmlakı Nazirliyi (DƏN) yaradılmışdır. DƏN-in xx.xx.1999-cu il tarixli 01 №-li əmri ilə İTİ ləğv edilərək, xx.xx.2000-ci il tarixli 05 №-li əmri ilə onun bazasında Ticarət və xidmət müəssisə və obyektlərin fəaliyyətinin əlaqələndirilməsi Mərkəzi (TXMOFƏM) yaradılmışdır.
6. DƏN-in TXMOFƏ Mərkəzinin xx.xx.2000-ci il tarixli 149 N-İi əmri ilə xx.xx.2000-ci il tarixdən 78 №-li mağazanın müdiri Azərbaycan Respublikası ƏQM-nin 69-cu maddəsinin 1-ci bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. DƏN-in TXMOFƏM-nin hüquqi varisi Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzidir.”
7. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, xx.xx.1996-xx.xx.1996-cı il tarixdə ödənişsiz məzuniyyətdə olmuşdur.
8. 06.05.1983-cü il tarixli, İ-ЖГ 256184 saylı şəhadətnamədən görünür ki, Ağayev X1 “Simondiyev” dən “Ağayev”ə dəyişmişdir.
9. Cavabdehin iddiaçıya ünvanlanan imtina məktubunda bildirilmişdir ki, “...xx.xx.2023cü il tarixli müraciətiniz zamanı təqdim etdiyiniz arxiv arayışının surətinə və Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən sığorta stajınız 21 il 11 ay 21 gün təşkil edir. Eyni zamanda fərdi şəxsi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 19 il 4 ay 21 gün sığorta stajınıza uyğun olaraq 17959,78 manat, xx.xx.2018-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 2892.16 manat olmaqla ümumilikdə 20851,95 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Məlumat üçün bildiririk ki, təqdim etdiyiniz Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin xx.xx.2015-ci il tarixli arxiv arayışının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1974-cü il tarixindən xx.xx.1995-ci il tarixinədək və xx.xx.1995-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək əmək fəaliyyəti dövrlərinizin araşdırılması zərurəti yaranmışdır. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin X4 və Koordinasiya Mərkəzi ilə birgə tərtib etdiyi xx.xx.2023-cü il tarixli akta əsasən Oktyabr (indiki Yasamal) rayonu Yeyinti Ticarət İdarəsində olan xx.xx.1974-cü il tarixindən xx.xx.1995-ci il tarixinədək əmək fəaliyyətiniz zamanı adınıza əmək haqqı hesablanan dövrlər sığorta stajınıza daxil edilmişdir. Həmçinin, xx.xx.1995-ci il tarixindən xx.xx.2000- ci il tarixinədək işlədiyiniz Bakı şəhəri Nərimanov rayonu Ticarət və İctimai İaşə İdarəsinin xx.xx.1995-ci il tarixindən xx.xx.1999-cu il il tarixinədək dövr üzrə əmək haqqı cədvəlləri X4 və Koordinasiyası Mərkəzinin arxivinə təhvil verilmədiyindən, xx.xx.1999-cu il tarixindən xx.xx.2001-ci il tarixinədək əmək haqqı cədvəlləri isə arxivdə mövcud olmadığından sözügedən dövrlərin və adınıza əmək haqqı hesablanmayan dövrlərin sığorta stajınıza daxil edilməsi mümkün olmayıb. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, ümumi sığorta stajınız qanunla yaşa görə əmək pensiyası hüququnuzun yaranması üçün nəzərdə tutulandan (25 ildən) az olduğuna görə sizə bu növ pensiyanın təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən sizə xx.xx.2023-cü il tarixindən proaktiv qaydada 220 manat məbləğində sosial müavinət təyin edilmiş və hazırda ödənilməkdədir.”
a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “yaşa görə əmək pensiya təyin edilməsindən imtina edilməsi barədə 13 iyun 2024-cü il tarixli qərarın ləğv edilməsi, ona 65 yaşdan, yəni xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı bildirir ki, 1974-cü ildən 2021-ci ilədək müxtəlif vəzifələrdə işləmişdir. 1977-ci ildən 1979-cu illədək hərbi xidmətdə olmuşdur. Ümumilikdə 28 ildən cox stajı vardır. Əmək kitabçasını itirdiyindən bərpa etmək mümkün olmamışdır. xx.xx.2023-cü il tarixdə 65 yaşı tamam olduqdan sonra əmək pensiyasının təyin edilməsi üçün sənədlərini cavabdeh inzibati orqana təqdim etsə də, ona yaşa görə əmək pensiyası təyin edilməmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin **********10 saylı xx.xx.2015-ci il tarixli arxiv arayışından göründüyü kimi 25 ildən çox stajı müvcuddur. Stajının təsdiqini tapmasına baxmayaraq, cavabdeh inzibati orqan həmin dövrü əsassız olaraq sığorta stajına daxil etməmişdir. Bundan əlavə təqdim etdiyi şəxsi hesab vərəqəsindən göründüyü kimi 2018-2021-ci illərdə rəsmi qaydada sahibkarlıqla məşğul olaraq işləmiş və həmin illər üzrə bütün aylar daxil olmaqla sosial sığorta haqları ödəmişdir. Lakin cavabdeh bunu da nəzərə almamşdır. Hesab edir ki, cavabdehin imtinası əsassızdır.
12. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilmişdir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1958-ci il təvəllüdlü İddiaçı pensiya yaş həddinə, yəni 65 yaşına xx.xx.2023-cü il tarixdə çatmışdır. İddiaçı tərəfindən təqdim edilən arxiv arayışının surətinə və Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən iddiaçının sosial sığorta stajı 21 il 11 av 21 gün təşkil edir. Eyni zamanda iddiaçının xx.xx.2006-cı il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 19 il 4 ay 21 gün sığorta stajına uyğun olaraq 17959,78 manat, xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 2892,16 manat olmaqla, ümumilikdə 20851,95 manat təşkil edir ki, bu məbləğ iddiaçının pensiya yaşının tamam olan tarixdə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçı tərəfindən təqdim edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin xx.xx.2015-ci il tarixli arxiv arayışının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1974-cü il tarixdən xx.xx.1995-ci il tarixədək və xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Mərkəzi Filialın Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin X4 və Koordinasiya Mərkəzi ilə birgə tərtib etdiyi xx.xx.2023-cü il tarixli akta əsasən iddiaçının Oktyabr (indiki Yasamal) rayonu Yeyinti Ticarət İdarəsində olan xx.xx.1974-cü il tarixdən xx.xx.1995-ci il tarixədək əmək fəaliyyəti zamanı adına əməkhaqqı hesablanan dövrlər sığorta stajına daxil edilmişdir. Həmçinin, iddiaçının xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək işlədiyi Bakı şəhəri Nərimanov rayonu Ticarət və İctimai İaşə İdarəsinin xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixədək dövr üzrə əməkhaqqı cədvəlləri X4 və Koordinasiyası Mərkəzinin arxivinə təhvil verilmədiyindən, xx.xx.1999-cu il tarixdən xx.xx.2001-ci il tarixədək əməkhaqqı cədvəlləri isə arxivdə mövcud olmadığından sözügedən dövrlərin və iddiaçının adına əməkhaqqı hesablanmayan dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Belə ki, cavabdeh orqan tərəfindən qanunvericiliyin tələbinə əsasən iddiaçının əmək haqqı almadığı dövrlərin onun sosial sığorta stajına daxil edilməməsi barədə ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsi əsaslı olmuşdur.
13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11524/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.
14. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
b) Apellyasiya şikayətinin dəlilləri
15. Apellyasiya şikayəti iddiaya etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “X4 və Koordinasiya Mərkəzi”nin 11 oktyabr 2024-cü il tarixli arxiv arayışından görünür ki, iddiaçının 1991-1995-ci illər ərzində həmin müəssisədə işlədiyi qeyd olunsa da, 19 ay üzrə iddiaçının əməkhaqqı almadığı dövrlər vardır, eyni zamanda 1995-2000-ci illərə dair isə əməkhaqqı cədvəlləri müəssisənin arxivində yoxdur. Lakin, birinci instansiya məhkəməsi sözügedən dövrlərə münasibətdə iddiaçının hansı səbədən əməkhaqqı almadığını araşdırmamış, müəssisə tərəfindən təqdim edilən işə girmə və işdən azad edilmə əmrlərii ilə kifayətlənərək 1991-2000-ci illəri bütövlükdə olmaqla, iddiaçının sığorta stajına daxil etməklə səhvə yol vermişdir.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
17. Məhkəmədə iddiaçı 1995-ci ildən sonra əmək haqqı cədvəllərinin olmaması ilə bağlı gətirdiyi arqumentə münasibətdə bildirmişdir ki, 1995-ci ildən işlədiyi mağaza dövlət büdcəsindən maliyyələşmədi və sahibkarlıq fəaliyyəti nəticəsində əldə edilən vəsait hesabına maddiyatını təmin edirdi. Bundan başqa iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi haqqında birinci instansiya məhkləməsinin qərarının qüvvədə saxlanması, cavabdehin nümayəndəsi isə apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
18. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda, (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə:
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
21.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. 23.Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)
25. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 21-24-cü bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
26. Belə ki, hazırkı işin hallarından görünür ki, iddiaçı X7 ona 65 yaşdan yaşa görə əmək pensiyasının təyin olunmasını tələb edir.
27. İş materiallarından göründüyü kimi, iddiaçının cavabdeh orqan tərəfindən mübahisəsiz qəbul edilmiş sosial sığorta stajı 21 il 11 ay 21 gündür. Həmin müddət cavabdeh tərəfindən - xx.xx.1974-cü il tarixdən xx.xx.1991-ci il tarixədək, xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək, xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək əmək fəaliyyəti nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 19 il 4 ay 21 gün + Nazirliyin Mərkəzləşdirilmiş elektron ibformasiya sisteminin “Pensiya” altsisteminə əsasən İddiaçı xx.xx.2006-cı il tarixdən sonra sosial sığorta stajı 2 il 7 ay = 21 il 11 ay 21 gün hesablanmışdır. Mübahisəli dövrlər iddiaçının xx.xx.1995-ci il tarixdən xx.xx.2001-ci il tarixədək işlədiyi dövrlərdir.
28. Cavabdeh orqan tərəfindən konkret mübahisələndirilən dövrlər isə iddiaçının xx.xx.1995-ci il tarixdən xx.xx.2001-ci il tarixədək işlədiyi dövrlərdir. 29.Belə ki, iş materiallarında olan İddiaçı məxsus 1995-2000-ci illərə dair arxiv sənədlərinə əsasən iddiaçının 29 №-li əmri ilə xx.xx.1974-cü il tarixdən 4 №-li mağazaya kiçik satıcı qəbul edilməsi, xx.xx.1977-ci il tarixli 117 №-li əmr ilə Sovet ordusu sıralarına çağırışı ilə əlaqədər olaraq xx.xx.1977-ci il tarixdən işdən azad edilməsi, xx.xx.1979-cu il tarixli 331 №-li əmr ilə xx.xx.1979-cu il tarixdən 69 №-li mağazaya kiçik satıcı qəbul edilməsi, xx.xx.1979-cu il tarixli 401 №-li əmr ilə xx.xx.1979-cu il tarixdən 4 №-li mağazaya kiçik satıcı keçirilməsi, xx.xx.1982-ci il tarixli 130 №-li əmr ilə xx.xx.1982-ci il tarixdən Azərbaycan SSR ƏQM-nin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilməsi, xx.xx.1982-ci il tarixli 226 №-li əmr ilə xx.xx.1982-ci il tarixdən 4 №-li mağazaya qablaşdırıcı qəbul edilməsi, xx.xx.1984-cü il tarixli 29 №-li əmr ilə xx.xx.1984-cü il tarixdən Azərbaycan SSR ƏQM-nin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilməsi, xx.xx.1984-cü il tarixli 772 №-li əmr ilə xx.xx.1984-cü il tarixdən 4 №-li mağazaya xəzinədar-nəzarətçi qəbul edilməsi, xx.xx.1986-cı il tarixli 132 №-li əmr ilə xx.xx.1986-ci il tarixdən 20 №-li mağazaya xəzinədar keçirilməsi, xx.xx.1988-ci il tarixli 146 №-li əmr ilə xx.xx.1988-ci il tarixdən 78 №-li mağazaya müdir müavini təyin edilməsi, xx.xx.1995-ci il tarixli 44 №-li əmr ilə xx.xx.1995-ci il tarixdən Azərbaycan Respublikası ƏQM-nin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilməsi, xx.xx.1995-ci il tarixli 28 №-li əmr ilə xx.xx.1995-ci il tarixdən 78 №-li mağazaya 10-cu dərəcəli müdir müavini təyin edilməsi, xx.xx.2000-ci il tarixli 149 N-İi əmr ilə xx.xx.2000-ci il tarixdən 78 N-İi mağazanın müdiri Azərbaycan Respublikası ƏQM-nin 69-cu maddəsinin 1-ci bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır.
30. Göstərilənlərə əsasən kollegiya qeyd edir ki, əmək kitabçasında və ya arxiv arayışlarında göstərilmiş iş stajları dövründə şəxsin əmək haqqının alıb-almamasının yoxlanılması bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. İddiaçının iş stajı arxiv arayışı ilə və müvafiq əmrlərlə təsdiqlənir, öz növbəsində nəzərə almaq lazımdır ki, qeyd olunan arayışda göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir.
31. Eyni zamanda işin apellyasiya baxışı zamanı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “X4 və Koordinasiya Mərkəzi”nə verilmiş sorğuya 14 yanvar 2025-ci il tarixli cavab məktubuna əsasən Mərkəzin arxivində İddiaçı sorğu olunan dövrlər üzrə əməkhaqqı cədvəlləri yoxdur. Eyni zamanda, İddiaçı o aylarda əməkhaqqının hesablanıb-hesablanmaması barədə məlumat Mərkəzin arxivində mövcud deyil. 32.“İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsi də məhz onu nəzərədə tutur ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 33.Odur ki, iddiaçının hərbi bilet və arxiv arayışında olan məlumatları əsasında hərbi xidmət müddəti 02 il 1 ay + arayışda qeyd edilən 22 il 10 ay (xx.xx.1996-xx.xx.1996-cı il tarixdə ödənişsiz məzuniyyətdə olduğu müddət nəzərə alınmamışdır.) + Nazirliyin Elektron İnformasiya Sisteminin “Sığorta” Alt Sistemində xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək sığorta haqqının ödənilməsi barədə müddət 02 il 07 ay nəzərə alınmaqla ümumilikdə 27 il 06 ay təşkil edir ki, bu da pensiya hüququnun təsdiq edilməsi üçün yetərlidir.
34. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. 35.İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 36.Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11524/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. 37.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11524/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.