Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-105/2024 27.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-499/2023 saylı, 08 fevral 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr, Sadpark küçəsinin Qərb hissəsində əlavə edilmiş situasiya planına uyğun olaraq 500 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr, Sadpark küçəsinin Qərb hissəsində əlavə edilmiş situasiya planına uyğun olaraq 197 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-499/2023 saylı, 08 fevral 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək ləğv edilib, iddianın təmin olunmamasını xahiş etmişdir. Bir sıra prosessual hərəkətlər edildikdən sonra məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasda iştirak etməmiş, Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsi ərizə ünvanlayaraq işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, аpеllyаsiyа şikаyətinin dəlillərindən asılı olmayaraq Bakı İnzibati Məhkəməsinin 2-1(112)-499/2023 saylı, 08 fevral 2023-cü il tarixli qərarı ləğv edilməli və İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə çıxarışın verilməsi” tələbinə dair inzibati işin icraatına xitam verilməlidir. Belə ki, İddiaçı xx.xx.2023-cü il tarixdə ölmüşdür. AR İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0-ci maddəsinə əsasən hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.7. iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə; ... Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Qanunun yuxarıda göstərilən normalarına əsasən iş üzrə tərəflərdən biri olan fiziki şəxsin ölməsi o halda iş üzrə icraatın xitam olunması üçün əsas ola bilər ki, həmin şəxsin ölümdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməsin. Mübahisəli hüquq münasibətinin hüquq varisliyinə yol verib-verməməsi həmin münasibətin xarakteri nəzərə alınmaqla müəyyən edilir. Belə ki, şəxsi xarakter daşıyan və ölən tərəfin şəxsiyyəti ilə bilavasitə əlaqədar olan hüquq münasibətlərində prosessual hüquq varisliyinə yol verilmir. Hazırkı iş üzrə iddia tələbi Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr, Sadpark küçəsinin Qərb hissəsində əlavə edilmiş situasiya planına uyğun olaraq 197 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, İddiaçı adına reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi bağlıdır. Kollegiya qeyd edir ki, qeyd olunan torpaq sahəsinə İddiaçı adına çıxarışın verilməsi tələbindən irəli gələn münasibətlər ölən tərəfin, yəni İddiaçı şəxsiyyəti ilə bilavasitə əlaqədar olduğundan hazırki tələb üzrə hüquq varisliyinə yol verilmir. Odur ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, inzibati işin icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, AR İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə kollegiyası qeyd edilənlərlə bağlı izah edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmın arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, İddiaçı qanun və ya vəsiyyət üzrə vərəsəsi ayrıca inzibati icraat qaydasında Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr, Sadpark küçəsinin Qərb hissəsində əlavə edilmiş situasiya planına uyğun olaraq 197 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun ölmüş şəxsə-İddiaçı məxsus olması haqqında arayışın verilməsi ilə bağlı müvafiq qeydiyyat orqanına müraciət edə, müraciətinin təmin edilməsindən imtina edildiyi halda isə məhkəməyə müraciət edə bilər. Yuxarıdakılara əsasən və MPM-in 261, İPM-in 2, 80, 82-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-499/2023 saylı, 08 fevral 2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə çıxarışın verilməsi” tələbinə dair inzibati işin icraatına xitam verilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-105/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-105/2024
27.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver