Məhkəmə qərarları › İş №2-1(103)-1050/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1050/2022

11.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1050/2022 11.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “şəhid olmuş oğluna görə Prezident təqaüdünün N1.N1.2NN7-31.N5.2N18-ci illərdə ödənilməyən hissəsinin birdəfəlik ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və İkram Sabir oğlu Şirinovdan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi (qızı) X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “şəhid olmuş oğluna görə Prezident təqaüdünün N1.N1.2NN7- 31.N5.2N18-ci illərdə ödənilməyən hissəsinin birdəfəlik ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1954/2N2N saylı 15 oktyabr 2N2N-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 11 may 2N22-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: AZ-İ seriyalı 41794 saylı 23.1N.2N18-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X6 N1.N1.1993-cü il tarixdə xidməti vəzifələrini icra edərkən ölmüşdür. Suraxanı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən İddiaçı 11 yanvar 2N19-cu il tarixdə N26966 saylı vəsiqə verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 29 may 2N18-ci il tarixli məktubundan görünür ki, X6 7N4 №-li hissə komandirinin N3 saylı N4 yanvar 1993-cü il tarixli əmrilə iş üçün Bakı şəhərinə 3 gün müddətinə ezam olunmuşdur. N saylı hərbi hissə komandirinin N saylı N9 oktyabr 1993-cu il tarixli əmrilə xidmətini davam etdirmək üçün sıravi X6 741№-li hissəyə göndərilərək bütün növ təminatlarından çıxarılmışdır. N saylı hərbi hissə komandirinin oktyabr-dekabr 1993-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında Mərkəzi Arxivdə olan 82N saylı hərbi hissə komandirinin N2.N8.1992-19.11.1993-cü il tarixli dövrü əhatə edən nizami hissə üzrə əmrlərində X3 xidməti və həlak olması ilə bağlı əmrlərdə məlumat olmamışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon İdarəsinin 421 saylı 15 oktyabr 2N18-ci il tarixli arayışından görünür ki, 1974-cü il təvəllüdlü X6 hərbi hissənin tərkibində hərbi xidmət keçərkən (döyüş tapşırığını və ya döyüş təminatı yerinə yetirərkən həlak olmuş) şəhid olmuşdur. İddiaçı “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının qüvvəyə mindiyi N1.N1.2NN7-ci ildən 31.N5.2N18-ci il tarixinədək ödənilməsi barədə cavabdehə müraciət etmiş, lakin sonuncu tərəfindən onun müraciətinə cavab verilməmişdir. Bununla bağlı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “1993cü ildə şəhid olmuş oğlu Əliyev Rövşənə görə Prezident təqaüdünün N1.N1.2NN7- 31.N5.2N18-ci il tarixədək ödənilməyən hissəsinin birdəfəlik ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu Əliyev Rövşən 3N.N6.1992-ci il tarixində Suraxanı rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və Dağlıq Qarabağ ərazisində xidməti vəzifələrini icra edərkən şəhid olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(1N3)-6129/2N18 saylı 31 may 2N18-ci il tarixli Qərarı ilə 1974-cü il təvəllüdlü X3 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi və Dağlıq Qarabağ ərazisində xidməti vəzifələrini icra edərkən ölməsi faktı müəyyən edilmişdir. Məhkəmə qərarına əsasən iddiaçıya Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon Şöbəsi tərəfindən oğlunun şəhid olması haqqında arayış verilərək adı şəhid ailələrinin siyahısına əlavə edilmişdir. Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında Azərbaycan Respublikasının Qanunu və «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının» təsdiq olunması haqqında AR Nazirlər Kabinetinin qərarı qəbul edildiyi gündən Bakı Apellyasiya Məhkəməsinin 31 may 2N18-ci il tarixli 2(1N3) 6129/2N18 saylı Qərarı verilən günədək prezident təqaüdünün birdəfəlik verilməsi daha ədalətli olardı. Lakin ona şəhid ailəsi statusuna müvafiq olaraq prezident təqaüdü oğlunun Dağlıq Qarabağ ərazisində xidməti vəzifələrini icra edərkən ölməsi faktının müəyyən edildiyi 31 may 2N18-ci il tarixindən deyil, 11.N1.2N19-cu il tarixindən verilməyə başlamışdır. Məhkəmə qərarından sonrakı fərq ona ödənilmiş, əvvəlki fərq isə ödənilməmişdir. Həmin fərqi almaq üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun müraciətinə münasibətdə hərəkətsizlik göstərilmişdir. O və onun ailə üzvləri inzibati orqanın müvafiq vəzifəli şəxslərinin qəbullarında dəfələrlə olmuşlar, lakin cavab ala bilməmişdirlər. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, hər bir hüquq, status onu təsdiqləyən rəsmi sənədlərlə yaranır. Vətəndaş şəhid ailələri üçün müəyyən olunmuş Prezident Təqaüdünün ona “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanın qüvvəyə mindiyi 2NN7-ci il tarixdən ödənilməli olduğunu iddia edir. Lakin iş materiallarına əsasən vətəndaşın da təsdiq etdiyi kimi onun şəhid ailəsi statusu Bakı Apellyasiya Məhkəməsinin 31 may 2N18-ci il tarixli 2(1N3)-6129/2N18-ci il saylı qətnaməsi ilə öz təsdiqini tapmışdır. Burdan da aydın görünür ki, həmin əlavəyə hüququn yaranması şəhidin ailə üzvü statusuna sahib olma anıyla şərtləndirilmişdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının təsdiq olunması haqqında” Nazirlər kabinetinin 1N saylı Qərarında şəhid ailələrinin statusunun yaranması anı müəyyən olunmuşdur. Həmin Qərarın 4.1-ci maddəsinə əsasən “şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur.” Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Şəxsin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi və Dağlıq Qarabağ ərazilərində xidməti vəzifələri yerinə yetirərkən həlak olması faktı 31.N5.2N18-ci il tarixli məhkəmə qətnaməsi ilə təsdiqlənmişdir və 15.1N.2N18-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon İdarəsi tərəfindən şəhid statusu ilə bağlı arayış verilmişdir. Belə ki, şəxsin şəhid ailə üzvü kimi statusu ölüm faktı barədə məhkəmə qətnaməsinin çıxarıldığı andan yaranmış və həmin andan şəhid ailə üzvü kimi şəxsə təqaüd ödənilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1954/2N2N saylı 1N oktyabr 2N2N-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilərək, İddiaçı şəhid olmuş X5 görə Prezident təqaüdünün “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidetninin təqaüdünün təyin olunması və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının qüvvəyə mindiyi tarixdən, yəni N1.N1.2NN7-ci ildən 31.N5.2N18-ci il tarixinədək ödənilməyən hissəsinin birdəfəlik olaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Konstitusiyasının 38, 71-ci maddələrinə, «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə, “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə, İPM-in 2.2.3, 34.1, 52, 58.7, 68.1, 68.2-ci maddələrinə istinad edərək hesab etmişdir ki, iddia qanuni və əsaslıdır. Həmin qərardan narazı qalan cavabdeh inzibati orqan tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, müharibə əlillərinə Prezident təqaüdünün verilməsi ilə bağlı anoloji münasibətlərin tənzimlənməsinə nəzər yetirilsə, müəyyən edilər ki, şəxs faktiki olaraq vətənin bütövlüyü uğrunda döyüşlərdə xəsarət alması anından əlil olmuşdur. Hüquqi cəhətdən isə əlilliyin müəyyən edilməsi barədə qərar çıxarıldığı andan müharibə əlili hesab olunur. Bu mövqe ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(1N2)- 575/2N18 saylı qərarının əsaslandırılması hissəsində qeyd edilmişdir ki, hazırki iş üzrə iddiaçıya Azərbaycan Respublikasının Prezidentinin Təqaüdü təyin edilməsinə əsas Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİİ dərəcə əlillik təyin edilməsi olmuşdur. Başqa sözlə iddiaçının təqaüdü almaq hüququ ona İİİ dərəcə əlillik təyin edildiyi andan, yəni N9.N3.2N16-cı il tarixdən yaranmışdır. Sözügedən qərardan da aydın olur ki, müharibə əlili statusunun verildiyi an döyüşlərdə iştirak anı deyil, əlilliyin müəyyən olunduğu andır və həmin andan da təqaüdü almağa hüquq yaranmış hesab olunur. Müharibə əlillərinin onların xüsusi statusuna görə aldıqları ödənişlərə hüququnun yaranması anı kimi onların döyüş əməliyyatlarında iştirak etdiyi deyil, əlilliyin rəsmiləşdirildiyi an müəyyən olunur, eyni yanaşma şəhid ailə üzvlərinə münasibətdə də tətbiq olunmalıdır. Apellyasiya və Kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(1N3)-881/2N21 saylı 31 may 2N21-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilərək, 2-1(112)-1954/2N2N saylı 15 oktyabr 2N2N-ci il tarixli qərarın ləğv edilməsi və iddianın təmin edilməsi qərara alınmışdır. Apellyasiya instansiya məhkəməsi həmin nəticəyə gələrkən, İPM-in 14.3, 73.1-ci maddələrinə, Mülki Məcəllənin 41.1 və 41.3-cü maddələrinə, “İnzibati icraat haqqında” Qanunun 13.2 və 17-ci maddələrinə, «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə, AR Nazirlər Kabinetinin 29.N1.2NN7-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi Qaydaları”nın 7 və 8-ci bəndlərinə əsaslanmaqla belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuzdur. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(1N2)-2244/2N21 saylı 24 noyabr 2N21-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(1N3)-881/2N21 saylı 31.N5.2N21-ci il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi, və kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Tərəflərin izahatları: İddiaçı, onun nümayəndəsi (qızı) X7 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. 11.N5.2N22-ci il tarixdə keçirilmiş məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmənin iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. 3N.N3.2N22-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçı hazırki tələblə bağlı cavabdeh inzibati orqana müraciət etmiş (bu müraciətin edilməsi i.v. 15-də olan göndəriş qəbzi ilə təsdiq olunur), lakin sonuncu tərəfindən həmin ərizəyə münasibətdə hərəkətsizlik göstərilmişdir. Bundan 35 gündən çox keçdikdən sonra iddiaçı 25.11.2N19-cu il tarixdə hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Kollegiya hesab edir ki, iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı tələbi “1993-cü ildə şəhid olmuş oğlu Əliyev Rövşənə görə Prezident təqaüdünün N1.N1.2NN7- 31.N5.2N18-ci il tarixədək ödənilməyən hissəsinin birdəfəlik ödənilməsi” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun müraciətinə münasibətdə hərəkətsizlik göstərilmişdir. Bundan sonra o, hazırki tələblə bağlı məhkəməyə müraciət etmiş və onun iddiası təmin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin olunması ilə bağlı birincin instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan ölüm haqqında şəhadətnamədən (i.v. 95) görünür ki, X6 N1.N1.1993-cü il tarixdə ölmüşdür, ölümün səbəbi “xidməti vəzifələrini icra edərkən”, öldüyü yer: “Dağlıq Qarabağ” göstərilmişdir. Göründüyü kimi, İddiaçı oğlu Əliyev Rövşən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və Dağlıq Qarabağ ərazisində xidməti vəzifələrini icra edərkən şəhid olmuşdur. İddiaçıya Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon şöbəsi tərəfindən oğlunun şəhid olması haqqında arayış verilərək adı şəhid ailələrinin siyahısına əlavə edilmişdir. İddiaçıya şəhid ailəsi statusuna müvafiq olaraq prezident təqaüdü oğlunun Dağlıq Qarabağ ərazisində xidməti vəzifələrini icra edərkən ölməsi faktının məhkəmə qətnaməsi ilə müəyyən edildiyi 3N may 2N18-ci il tarixdən sonra (31.N5.2N18) verilməyə başlanmışdır. Hazırda iddiaçı oğlunun şəhid olmasına görə ona prezident təqaüdünün bu barədə Qanunun qüvvəyə mindiyi N1.N1.2NN7-ci il tarixdən verilməli olduğunu bildirir və buna görə də ona N1.N1.2NN7-31.N5.2N18-ci il tarixədək olan dövr üzrə ödənilməyən təqaüdün birdəfəlik ödənilməsini tələb edir. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu Qanun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunu və sosial müdafiəsini tənzimləmək məqsədinə xidmət edir. Həmin Qanunun 1-ci maddəsinə görə şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: - ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlar, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; ilk peşəixtisas təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Azərbaycan Respublikası Prezidentinin 19.12.2NN6-cı il tarixli 493 nömrəli Fərmanı ilə «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hər şəhid ailəsinə hər şəhidə görə ayda 3NN manat məbləğində “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmişdir. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi Qaydaları’’nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 yanvar 2NN7-ci il tarixli 18 nömrəli Qərarının 7-ci və 8-ci bəndlərinə əsasən, Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan şəhid ailəsi üzvlərinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, Azərbaycan Respublikasında yaşayan şəhid ailəsi üzvlərinə isə yaşayış yeri üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri və ya “DOST” mərkəzləri tərəfindən təyin edilir və yalnız nağdsız qaydada ödənilir. Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü - müraciət müddətindən asılı olmayaraq onu almaq hüququ yarandığı gündən təyin olunur. Göstərilən qanunvericilik normalarının təhlilindən göründüyü kimi, “Şəhid adının əbədləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid olunduğunu əhatə edir. Şəhid olan şəxsin ailə üzvlü hesab olunan şəxslərə qanunvericilikdə nəzərdə tutulmuş məbləğdə prezident təqaüdü təyin olunur. Prezident təqaüdü təyin olunan zaman isə, şəhid ailəsinin müvafiq inzibati orqana müraciət müddəti deyil, məhz həmin təqaüdü almaq hüququ yarandığı vaxt nəzərə alınır. Hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(1N2)-2244/2N21 saylı 24 noyabr 2N21-ci il tarixli qərarında göstərilmişdir ki, “X6 N1.N1.1993-cü ildə xidməti vəzifələrini icra edərkən Dağlıq Qarabağda şəhid olmuşdur. X3 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi və Dağlıq Qarabağ ərazilərində xidməti vəzifələrini icra edərkən ölməsi faktı Bakı Apellyasiya Məhkəməsinin 2(1N3)-6129/2N18 saylı 3N.N5.2N18-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmişdir. ....Həmin qətnamə ilə müəyyən edilmişdir ki, Suraxanı rayon Məhkəməsinin 2(N1N)-732/2N11 saylı 16.N3.2N11-ci il tarixli qətnaməsi ilə ərizəçi İddiaçı cavabdeh Suraxanı rayon Qeydiyyat şöbəsinə qarşı şəxsin ölmüş elan edilməsi tələbinə dair ərizəsi təmin edilmiş, 1N.N1.1974-cü il təvəllüdlü oğlu X6 ölmüş elan edilmiş və müvafiq qeydiyyat aparılmaqla ölüm haqqında şəhadətnamənin verilməsi Suraxanı rayon Qeydiyyat şöbəsinə həvalə edilmişdir. Lakin apellyasiya məhkəməsi işin həmin faktiki hallarını nəzərə almamaqla yanaşı onları araşdırmağa cəhd belə göstərməmiş, yəni əvvəla, Suraxanı rayon Qeydiyyat şöbəsinə mərhum R.A.Əliyevin adına ölüm haqqında şəhadətnamənin nəyin əsasında verilməsinə dair sorğu göndərməmiş, digər tərəfdən Suraxanı rayon Məhkəməsinin 2(N1N)-732/2N11 saylı 16.N3.2N11-ci il tarixli qətnaməsini və onunla bərabər bu mülki işi tələb edərək həmin işi araşdırmamış, yəni hazırkı inzibati mübahisəni tam və hərtərəfli öyrənməmişdir.” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Bununla bağlı işə apellyasiya qaydasında yenidən baxılarkən Ali Məhkəmənin sözügedən qərarında göstərilmiş halların araşdırılması məqsədilə Suraxanı rayon Məhkəməsindən 2(N1N)-732/2N11 saylı mülki iş tələb edilmiş və mərhum X3 adına verilmiş ölüm haqqında şəhadətnamənin və onun verilməsi üçün əsas olan sənədlərin təsdiq olunmuş surəti Suraxanı rayon Qeydiyyat şöbəsindən sorğu edilmişdir. Suraxanı rayon Məhkəməsi tərəfindən göndərilmiş 2(N1N)-732/2N11 saylı mülki işin materialları araşdırılarkən məlum olmuşdur ki, Suraxanı rayon Məhkəməsinin 16 mart 2N11-ci il tarixli qətnaməsi ilə 1N.N1.1974-cü il təvəllüdlü X6 ölmüş elan edilmişdir. Sonradan həmin qətnaməyə izah verilməsi ilə bağlı qəbul olunmuş 25.N5.2N11-ci il tarixli qərardadla 1N.N1.1974-cü ildə Bakı şəhərində anadan olmuş X3 N1 yanvar 1993-cü il tarixdən ölmüş elan edildiyi və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında R.Əliyevin ölməsi barədə qeyd edilməklə, ona ölüm haqqında şəhadətnamə verilməsinin Suraxanı rayon Qeydiyyat Şöbəsinə həvalə olunması qərara alınmışdır. Bundan sonra yuxarıda da qeyd olunduğu kimi, Bakı Apelyasiya Məhkəməsinin 2(1N3)-6129/2N18 saylı 3N may 2N18-ci il tarixli qətnaməsi ilə 1974-cü il təvəllüdlü X3 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi və Dağlıq Qarabağ ərazilərində xidməti vəzifələrini icra edərkən ölməsi faktı müəyyən edilmişdir. Həmçinin məhkəmə sorğusuna cavab olaraq 15.N4.2N22-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən məhkəməyə daxil olmuş ********* saylı N7.N6.2N11-ci il tarixli ölüm haqqında aktın qeydi sənədindən görünür ki, 1N.N1.1974-cü il təvəllüdlü X3 ölüm səbəbi kimi onun N1.N1.1993-cü il tarixdə Dağlıq Qarabağ ərazisində xidməti vəzifələrini icra edərkən ölməsi, ölümü təsdiq edən sənədlər qismində isə məhkəmə qətnamələri göstərilmişdir. Beləliklə, aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, iddiaçının oğlu 1993-cü ildə Dağlıq Qarabağda hərbi hissənin tərkibində hərbi xidmət keçərkən, xidməti vəzifələrinin icrası zamanı şəhid olduğundan, iddiaçıya ödənilməli olan prezident təqaüdü onun müvafiq inzibati orqana müraciət tarixindən deyil, məhz həmin təqaüdü almaq hüququnun yarandığı vaxtdan, lakin “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi Qaydaları’’nın qüvvəyə mindiyi tarix nəzərə alınmaqla (yəni N1 yanvar 2NN7-ci il tarixdən) təyin olunmalıdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ona oğlunun şəhid olması ilə əlaqədar Prezident təqaüdünün verilməsinin N1.N1.2NN7-ci il tarixdən 31.N5.2N18-ci il tarixədək olan dövr üzrə ödənilməyən hissəsinin birdəfəlik ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcələnin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillərin bir qismi formal mülahizə xarakterli olub, iş materialları və qanunvericiliklə təkzib edildiyindən, kifayət qədər əsaslandırılmadığından, bir qismi iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil etdiyinə, bir qismi isə bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, buna görə də təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1954/2N2N saylı 15 oktyabr 2N2N-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 9N və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1954/2N2N saylı 15 oktyabr 2N2N-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə İkram Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar