Məhkəmə qərarları › İş №2-1(103)-1050/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1050/2023

13.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1050/2023 13.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər : Tağızadə Mirzə Nəsib oğlunun sədrliyi (məruzəçi) ilə, Əkbərov Kamran Hüseyn oğlu və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə, X7 qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Təhsildə X3rşı “diplom üzrə ixtisasın tanınması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1173/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı cavabdeh Təhsildə X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26 fevral 2016-cı ildə 107814 ******* nömrəli Rusiya Federasiyasının X2 Cihazqayırma Universitetinin diplomunun tanınması öhdəliyinin və onun təkrar rus dilində müsabiqəyə daxil olmasının cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1173/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Təhsildə X3rşı “diplom üzrə ixtisasın tanınması” tələbinə dair inzibati mübahisəyə dair iş üzrə iddiası geri götürülmüş sayılmışdır. Qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardadda X1 onun nümayəndəsi olduğu göstərilsə də, o həmin şəxsi tanımır. Bundan başqa məhkəmə iclaslarının vaxtı və yeri barədə də onun məlumatı olmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf birinci instansiya məhkəməsinin qərardadının qanunsuz və əsassız olduğunu bildirərək ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh tərəf isə qərardadın qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarından müəyyən olunur ki, iddiaçı “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” publik hüquqi şəxsinə qarşı «diplom üzrə ixtisasın tanınması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixli qərardadla iddia geri götürülmüş sayılmışdır. Birinci instansiya məhkəməsi icraata xitam verilməsinə dair nəticəsini əsaslandırarkən qeyd etmişdir ki, “ iş üzrə hazırlıq icraatı mərhələsində məhkəmə iclasları xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərə təyin edilmiş və tərəflərə məhkəmə iclaslarının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilmişdir. Lakin iddiaçı təyin edilmiş məhkəmə iclaslarında iştirak etməmişdir”. Kollegiya məhkəmənin mövqeyilə razılaşmır, işin hallarını nəzərə alaraq hesab edir ki, prosessual hüquq normaları düzgün tətbiq edilmədiyindən birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı ləğv edilərək iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Qeyd edilən normanın mənasına görə nəzərdə tutulan müddət ərzində ardıcıl olaraq üzürsüz səbəbdən məhkəmə icraatından yayındıqda iddia ərizəsi geri götürülmüş sayıla bilər. Həmçinin, məhkəmə iddianın geri götürülmüş hesab edilməsi nəticəsinə o halda da gələ bilər ki, onun icraatdan yayınmasına dair passiv davranışı iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasından irəli gəlsin. Lakin hazırki iş üzrə məhkəmənin bu qənaətə gəlməsinə əsas olan hal mövcud deyil. AR İPM-in 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. AR MPM-in 185.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli məhkəmə iclasları iddiaçının iştirakı olmadan keçirilmişdir. İş materiallarından müəyyən edilir ki, qeyd edilən iclaslar (xx.xx.2022-ci il tarixli iclas istisna olmaqla) barədə İddiaçı ünvan 1 ünvanına poçt vasitəsilə məhkəmə bildirişləri göndərilməsi görünsə də, iddiaçının həmin bildirişlər barədə məlumatlı olmasına dair hər hansı sübutun olması müəyyən edilmir. Apelyasiya şikayətinin məzmunundan da görünür ki, iddiaçı yuxarıda sadalanan məhkəmə iclasları və məhkəmə iclasına gəlməməsinin hüquqi nəticələri barədə məlumatlandırılmadığını bildirmişdir. Göründüyü kimi iddiaçının məhkəmə iclaslarının yeri və vaxtı, həmçinin məhkəmə icraatından yayınmasının nəticələri barədə məlumatlı olması iş materialları ilə öz təsdiqini tapmır. AR İPM-nin 82-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 87.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı ləğv edilməli, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 82, 87 və 89-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1173/2022 saylı, 01 noyabr 2022-ci il tarixli tarixli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Təhsildə X3rşı “diplom üzrə ixtisasın tanınması” tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Səadət Bəktaşi Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar