Məhkəmə qərarları › İş №2-1(103)-1050/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1050/2025

21.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1050/2025 21.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və qeyrilərinin cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iş (Açar sözlər: piket keçirilməsinə icazə verilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızının və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məmmədli Aytac Mahir qızının katibliyi ilə, İddiaçı1 və qeyrilərinin cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “piket keçirilməsinə icazə verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-14741/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18 və İddiaçı19 Qasım qızı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığını pozan, 06 oktyabr 2024-cü il, saat 12:00-dan 13:00-dək (60 dəqiqə) Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin inzibati binasının yerləşdiyi ünvan 1 ünvanı inzibati binasının giriş hissəsinin qarşısında, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin inzibati binasının yerləşdiyi ünvan 1 ünvanında “AYNA reketçiliklə məşğuldur”, “AYNA insanları qanunsuz talayır”, “AYNA qanqster Hacı Məmmədovdur” şüarları ilə piket keçirilməsinə icazə verilməməsi barədə cavabdeh Şəhər İcra Hakimiyyətinin 02 oktyabr 2024-cü il tarixli 23 sentyabr 2024-cü il tarixli qərarının qanunsuz hesab edilməsi, məhkəmə qərarı qüvvəyə mindikdən sonra 10 gün ərzində iddiaçılara Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin inzibati binasının yerləşdiyi ünvan 1 ünvanında “AYNA reketçiliklə məşğuldur”, “AYNA insanları qanunsuz talayır”, “AYNA qanqster Hacı Məmmədovdur” şüarları ilə piket keçirilməsinə icazə verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edəsini məhkəmədən xahiş etmişdirlər.

2. İddia tələbini onunla əsaslandırılmışdırlar ki, piket üçün müraciət edənlər (bundan sonra ərizəçilər) Azərbaycan Respublikasının vətəndaşlarıdır. Azərbaycan X2suz hərəkətlərlə insanları talamaqla, yəni qanunsuz cərimələr yazmaqla məşğuldur. Məsələn saat 22:00-dan sonra parklanmaya görə cərimə yazılması qadağan edildiyi halda cərimə tətbiq edilir. Piketçilərdən İddiaçı1 ünvan 2 ünvanda qeydiyyatda olduğu halda 24 avqust 2024-cü il tarixdə İddiaçı1 məxsus **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobilə, 20 sentyabr 2024-cü il tarixdə isə **-ZT-*** qeydiyyat nişanlı avtomobilinə parklanmaya görə cərimə yazılmışdır. Halbuki, İddiaçı1 ünvan 2 ünvanda qeydiyyatdadır və 20549 saylı park ərazisi onun düz evinin qarşısıdır. Belə olan halda isə o, parklanmaya görə cərimə edilə bilməzdi. Lakin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi bu qanunsuz əməllərini dayandırmır və Bakı şəhərində səlahiyyətlərindən sui-istifadə edərək qanunsuz cərimə yazıb reketçiliklə məşğuldur. Onu bu qanunsuzluğu, reketçiliyini ölkə rəhbərliyinin və istimaiyyətin diqqətinə çatdırmaq, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin insanların mülkiyyət hüququna reketcəsinə qəsd etməklə qanunsuz cərimələrin qarşısını almaq və cinayətkarların cəzalandırılmasına nail olmaqdır. Ona görə də, piket keçirmək üçün ərizəçilər belə qərara gəlmişlər ki, onlar Azərbaycan Respublikasının ölkə rəhbərliyinin, hüquq mühafizə orqanlarının Azərbaycan X1suz əməllərinə, öz səlahiyyətlərindən tamah məqsədi ilə istifadə edərək insanların mülkiyyət hüquqlarına qəsd edib mənimsəmələrinə etiraz olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin inzibati binasının yerləşdiyi ünvan 1 ünvanında inzibati binanın giriş hissəsinin 5 metr önündə “AYNA reketçiliklə məşğuldur”, “AYNA insanları qanunsuz talayır”, “AYNA qanqster Hacı Məmmədovdur” şüarları ilə piket keçirsinlər. Ona görə də, xahiş etmişlər ki, 06 oktyabr 2024-cü il tarixdə, saat 12:00-dan 13:00-dək müddətdə, yəni 60 dəqiqə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin inzibati binasının yerləşdiyi ünvan 1 ünvanında “AYNA reketçiliklə məşğuldur”, “AYNA insanları qanunsuz talayır”, “AYNA qanqster Hacı Məmmədovdur” şüarları ilə piket keçirilməsinə razılıq verəsiniz. Piketin keçiriləcəyi vaxt: 06 oktyabr 2024-cü il, saat 12:00-13:00 Piketin keçiriləcəyi yer: Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin inzibati binasının yerləşdiyi ünvan 1 ünvanı inzibati binasının giriş hissəsinin qarşısı, piket zamanı səsgücləndiricidən istifadə ediləcək, piketi işıqlandırmaq üçün jurnalistlər dəvət ediləcəkdi. Lakin cavabdeh 02 oktyabr 2024-cü il tarixli, N - 3-32/2-1-113/7-003/7/2024 saylı məktubu ilə piket keçirməyə icazə verməmişdir.

3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14741/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi mümkünsüz sayılmışdır.

4. Qərardaddan iddiaçılar apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin mümkün hesab edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişlər.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

5. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

6. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər.

7. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

8. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

9. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

10. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 24. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi I.İnsan ləyaqəti qorunur və ona hörmət edilir. II. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. İİİ. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Maddə 26. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi I.Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. II. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir Maddə 49. Sərbəst toplaşmaq azadlığı I. Hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı vardır. İİ. Hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə, ictimai qaydanı və ya ictimai əxlaqı pozmamaq şərtilə, dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır. “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Sərbəst toplaşmaq azadlığı I.Hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə təmin edilir. Həmin azadlığın həyata keçirilməsi və məhdudlaşdırılması bu Qanunla müəyyən edilir. II. Dövlət sərbəst toplaşmaq azadlığının həyata keçirilməsini təmin edir və bu Qanuna uyğun təşkil edilən toplantıların dinc və silahsız keçməsi üçün müvafiq tədbirlər görür. Maddə 5. Toplantının keçirilməsi barədə xəbərdarlıq I.Bu Qanunun 3-cü maddəsində sadalanan toplantıların hər hansı birini təşkil edən şəxs və ya şəxslər bu barədə müvafiq icra hakimiyyəti orqanını qabaqcadan yazılı surətdə xəbərdar etməlidirlər. Xəbərdarlıq nəzərdə tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi məqsədi ilə onun yeri və vaxtının, küçə yürüşünün isə marşrutunun razılaşdırılması üçün toplantının keçiriləcəyi gündən, bir qayda olaraq, azı 5 iş günü əvvəl təqdim edilməlidir. Xəbərdarlığın nəzərdə tutulmuş toplantının keçiriləcəyi gündən 5 iş günündən az müddətdə təqdim edilməsi təşkilatçılar tərəfindən əsaslandırılmalıdır. Maddə 6. Toplantının təşkilatçısı I.Yığıncağın, mitinqin, nümayişin, küçə yürüşünün və ya piketin təşkilatçısı dinc toplantını təşkil edən, adı müvafiq icra hakimiyyəti orqanına təqdim edilmiş yazılı xəbərdarlıqda göstərilən bir və ya bir neçə hüquqi və ya fiziki şəxsdir. Maddə 7. Sərbəst toplaşmaq azadlığına qoyulan qanuni məhdudiyyətlər İ. Sərbəst toplaşmaq azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. Maddə 10. Dinc toplantının keçiriləcəyi yerə hər hansı məhdudiyyətlər bu Qanunun 7-ci maddəsində müəyyən edilmiş meyarlara uyğun olaraq qoyulur. Toplantı haqqında müvafiq icra hakimiyyəti orqanlarının bütün qərarları tədbirin təşkilatçılarına onun keçirilməsinə azı 3 iş günü qalmış yazılı şəkildə çatdırılmalıdır. Həmin qərarlar aydın və əsaslandırılmış olmalıdır.

11. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət;

12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

13. Mübahisəyə dair işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına görə, cavabdeh piketin keçirilməsi ilə bağlı xəbərdarlığa onun münasibətini ifadə edən cavab məktubunda piketin keçirilməsinin məqsədəuyğun hesab olunmadığını bildirmişdir.

14. Bununla bağlı nəzərə almaq lazımdır ki, “məqsədəuyğunluq” termini etimoloji anlamda bir qiymətləndirmə kateqoriyasıdır və hər hansı situasiyanın, hər hansı hərəkətin qarşıya qoyulmuş məqsədə çatmaq üçün uyğun, ağlabatan, praktik cəhətdən faydalı olduğunu ifadə edir.

15. Hazırkı mübahisəyə münasibətdə cavabdehin piketin keçirilməsini məqsədəuyğun hesab etməməsi onun piketin keçirilməsinin qadağan olunmasına və ya bununla bağlı hər hansı məhdudiyyətin tətbiq olunmasına yönəlik iradə ifadəsi kimi təfsir oluna bilməz. Belə ki, cavabdehin qadağa və ya məhdudiyyət tədbirinin tətbiqini nəzərdə tutan və yaxud hər hansı bir şəkildə həmin təəssüratı yarada bilən iradəsi nəinki açıqaşkar, hətta dolayısı ilə istinad olunan məktubdan görünmür. Bu baxımdan cavabdehin iradə ifadəsi piketin keçirilməsinin qadağan olunmasına və ya bununla bağlı hər hansı məhdudiyyətin tətbiq olunmasına yönəlik hakimiyyət iradəsi kimi deyil, yuxarıda qeyd olunan anlamda qəbul edilməli və tədbirin məqsədəuyğunluğu kontekstində qiymətləndirilməlidir.

16. Sərbəst toplaşmaq azadlığının həyata keçirilməsi ilə bağlı toplantılara həm icazənin verilməsi, həm də məhdudlaşdırılması halı yalnız qanunvericilikdə göstərilən əsaslar mövcud olduqda icra hakimiyyəti orqanının əsaslandırılmış qərarı əsasında həyata keçirilir. İddia ərizəsinin məzmunundan və işin faktiki hallarından müəyyən olunduğu kimi, cavabdeh inzibati orqan tərəfindən belə bir qərar qəbul edilməmişdir.

17. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

18. Qeyd olunan normanın tələbindən göründüyü kimi, iddiaçının inzibati icraat qaydasında verdiyi iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda iddia mümkün sayılır.

19. Məhkəmə hesab edir ki, cavabdehin imtina cavabı ilə bağlı hərəkəti nəticəsində iddiaçıların hüquqlarının və qanunla qorunan maraqlarının pozulması müəyyən edilmədiyindən İPM-in 35-ci maddəsində iddianın mümkün sayılması üçün nəzərdə tutulan dispozisiya şərtlərinin ödənilməsi sübuta yetirilmir.

20. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən, o mümkün iddia kimi qəbul edilə bilməz.

21. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin mümkünsüz sayılması ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

22. Beləliklə, məhkəmə kollegiyası iddiaçıların apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərardadının ləğvi üçün əsas ola bilməz.

23. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14741/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar