Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1051/2020 18.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə İddiaçı açıq səhmdar cəmiyyətinin cavabdeh Bakı Şəhəri Cavabdehnə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3163/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadından üçüncü şəxs X5 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı (üçüncü şəxs M.Dibirova) məhkəməyə müraciət edərək, ipoteka ilə yüklü edilmiş və bankın mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli binada 25,4 kv.m. ümumi, 14 kv.m. yaşayış sahəsindən ibarət mənzilin sökülməsi ilə əlaqədar əmlakın əvvəlki mülkiyyətçisi və banka borclu olan üçüncü şəxsə cavabdeh tərəfindən ayrılmış kompensasiyanın (yardımın) ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı Məhkəməyə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təqdim edərək, ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli binada 25,4 kv.m. ümumi, 14 kv.m. yaşayış sahəsindən ibarət mənzilin sökülməsi ilə əlaqədar əmlakın əvvəlki mülkiyyətçisi və banka borclu olan üçüncü şəxsə cavabdeh tərəfindən ayrılmış kompensasiyanın (yardımın) üzərinə həbs qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. Qərardadla razılaşmayan üçüncü şəxs ondan apellyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, Yasamal RİH-ə qarşı kompensasiyanın ona ödənilməsi tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir və hazırda həmin məhkəmənin icraatındadır. Ondan əlavə, İddiaçı-nin adına verilən xx.xx.2019-cu il tarixli çıxarışın etibarsız sayılmasına dair Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin iş hazırda Apellyasiya Məhkəməsinin icraatındadır. Onun əmlakı sahəsi 25,4 kv.m, ümumi 14,0 kv.m. yaşayış sahəsindən ibarət mənzil olub. Mülkiyyət hüququna dair sənəddə də sahəsi qeyd olunub. Lakin iş üzrə iddiaçı onun əmlakı söküləndən sonra mülkiyyət hüququna dair sənəd əldə etmişdir. Çıxarışda yaşayış sahəsi 34 kv.m. qeyd edilmişdir. Buradan məlum olur ki, saxtakarlığa yol verilmişdir. Çünki sökülmüş sahəsi rəsmi sənəd üzrə 25,4 kv.m-dən ibarət mənzilə nəyin əsasında yeni çıxarışda yaşayış sahəsi 34 kv.m. qeyd edilmişdir. Ondan əlavə, 2010-cu ildə əmlak bankın balansına keçməsinə baxmayaraq, o, ailəsi ilə birgə evi sökülənə qədər, yəni 2019-ci ilə kimi orada yaşamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Mahiyyətcə şikayət əsassızdır. Belə ki, işdə olan hüquqi şəxslərin dövlət reyestrindən xx.xx.2019-cu il tarixli **********986800 nömrəli çıxarışdan məlum olur ki, “xxxx” İKB ASC hazırda İddiaçı ASC adlanır. X5 xx.xx.2008-ci il tarixli 06/08(i) nömrəli kredit müqaviləsinə əsasən “xxxx” İKB ASC-dən illik 18 faizlə 240 ay müddətə 35.000 ABŞ dolları məbləğdə kredit götürmüşdür. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3754/2010 nömrəli iş üzrə xx.xx.2010-cu il tarixli qətnaməsi ilə cavabddeh X2 ümumilikdə 39.612,83 ABŞ dolları və 19 manat dövlət rüsumunun tutularaq Banka ödənilməsi, tutmanın ipoteka predmeti olan ünvan 1-yə yönəldilməsi, həmin evin açıq hərracdan satılması, əmlakın satışından əldə olunan pul vəsaiti hesabına M.Dibirovanın “xxxx” İKB ASC-yə olan borcunun ödənilməsi, borc ödənildikdən sonra vəsait qalarsa cavabdeh M.Dibirovaya verilməsi qət edilmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli ********** nömrəli çıxarışa görə ünvan 1 “xxxx” İKB ASC-nin xüsusi mülkiyyətindədir. ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli binada 25,4 kv.m. ümumi, 14,0 kv.m. yaşayış sahəsindən ibarət mənzilin yerləşdiyi binanın sökülməsi ilə əlaqədar Yasamal RİH tərəfindən əmlakın əvvəlki mülkiyyətçisi M.Dibirovaya ayrılmış kompensasiyanın ona ödənilməsi barədə iddiaçı Yasamal RİH-ə xx.xx.2019-cu il tarixli 21/6775 nömrəli ərizə ilə müraciət etmişdir. Həmin müraciətə cavabdeh tərəfindən cavab verilməsi barədə iş materiallarında heç bir məlumat yoxdur. İPM-in: 41.2. İşin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər; 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi; 43.2. Ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iş üzrə məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi üçün: 1. işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlinməli; 2. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmə zəruri olmalı; 3. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalı müəyyən edilməli; 4. müvəqqəti xarakterli müdafiənin tətbiqi ərizədə aydın şəkildə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, «Məhkəmələr tərəfindən maraqlı şəxsin inzibati aktın icrasının dayandırılması və ya iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə ərizəsinə baxılması insan hüquq və azadlıqlarının qısa müddətdə pozulmasının qarşısının alınması üçün inzibati icraatın mühüm hüquqi institutlarından biridir. Müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsində məqsəd gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdır. ... qanunverici müvəqqəti xarakterli müdafiə barədə inzibati aktın icrasının dayandırılması ilə bağlı işlərə baxarkən məhkəmələrə geniş səlahiyyətlər vermişdir. Bu ilk növbədə, işə baxan məhkəmənin iddia üzrə mübahisəni araşdırmadan, öz ehtimalı əsasında gələcəkdə iddianın uğurlu olması qənaətinə gəlməsində təzahür edir.» Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinin əsaslı sayılması üçün ilk növbədə işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlinməlidir. İşin hallarının ilkin araşdırılması isə iddianın böyük ehtimalla uğurlu olmayacağı barədə məhkəmə kollegiyasında hər hansı qənaət formalaşdırmır. Bu nəticə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsi ilə də hasil olmur. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayəti ilə razılaşmır. Belə ki, hazırkı müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin təmin olunması ilə iddiaçının mülkiyyətində olan əmlakın sökülməsi ilə bağlı ödənilməli olan kompensasiya məbləğinin tərəflər arasında mövcud olan mübahisə həll edilənədək toxunulmazlığı təmin edilir ki, işin yekun həllinə münasibətdə bu tədbirin zəruriliyi sual doğurmur. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı faktiki cəhətdən əsaslı, prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuşdur, apellyasiya şikayətinin dəlillərinin bir qismi mübahisənin bilavasitə mahiyyəti ilə bağlı, digərləri isə predmetdən kənar olmaqla, işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərardadın ləğvinə əsas vermir. Bununla əlaqədar olaraq, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 68, 80 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3163/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. Üçüncü şəxs X3 apellyasiya şikayəti təmin edilməsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Həmid Həmidov
Məhkəmə qərarları › İş №2-1(103)-1051/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1051/2020
18.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver