Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1051/2022 24.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Vəzir oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Təhsildə X1rşı (üçüncü şəxs: Təhsil Nazirliyi ) “diplom üzrə ixtisasın tanınması tələbinə dair” iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2822/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən iş materiallarını təkrar apellyasiya qaydasında Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) araşdıraraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Rusiya Federasiyası Ali Təhsilli Həmkarlar İttifaqı Təhsil Müəssisəsi Əmək və Sosial Münasibətlər Akademiyasını bitirməyinə dair 17 may 1999-cu il tarixli, 137704 ******* saylı diplomu üzrə iqtisadçı ixtisasının Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilərək (nostrifikasiya) ekvivalentlik şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan, iddiaçının ərizəsinə əsasən Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli ərardadı ilə cavabdeh Təhsil Nazirliyi əsl cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilərək üçüncü şəxs qismində icraata cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2822/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-463/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin həmin qərarı ləğv edilmiş, iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2160/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün göndərilmişdir. İşə təkrar apellyasiya qaydasında baxılarkən, Bakı Apellyasiya Məhkəməsinin - 1(102)-1051/2021 saylı xx.xx.2022-ci il tarixli aralıq qərardadı ilə müraciətinə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin müvafiq ekspert komissiyasında 30 gün müddətində yenidən baxılmasına təyin edilmiş və nəticələrinə dair qəbul olunmuş qərar barəsində məhkəməyə məlumat verilənədək iş təxirə salınmışdır. Cavabdeh Agentliyi tərəfindən məhkəmənin həmin qərardadı icra olunmuş və məhkəməyə 00-05-639/TKTA saylı xx.xx.2022-ci il tarixli cavab məktubu ilə iddiaçının diplom üzrə aldığı ixtisasın tanınması məsələsi yenidən araşdırılmış və ona ixtisasın tanınması ilə bağlı müvafiq şəhadətnamələr verildiyi bildirələrək nəzərə alınması məhkəmədən xahiş olumuşdur. İİ. İşin qeyd olunan hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, qeyd olunanlardan göründüyü kimi, iddiaçının diplom üzrə ixtisasının tanınması barədə iddia tələbi cavabdeh tərəfindən təmin edilərək bu barədə ona müvafiq şəhadətnamə verilmiş, bununla da tərəflər arsındakı mövcud mübahisə aradan qalxmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 67.1-ci maddəsinin tələbinə görə mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən və İPM-in 80, 90-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İş üzrə icraata xitam verilsin. Qərardaddan kassasiya şikayəti verilmir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Anar Tanrıverdiyev İkram Şirinov
Məhkəmə qərarları › İş №2-1(103)-1051/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1051/2022
24.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver