Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1052/2025 27.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Məmmədova Musayeva Leyla qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil , X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X8, X22, X23 və X14 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin və çıxarışın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7128/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən vətəndaşlar X15 adına daşınmaz əmlakın dövlət reyestr nömrəsi **********20-06301, qeydiyyat nömrəsi ********** olan, xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış 0,10522 ha torpaq sahəsinə dair çıxarışın, X17 adına daşınmaz əmlakın dövlət reyestr nömrəsi **********20-06301, qeydiyyat nömrəsi ********** olan xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış 0,1360 ha torpaq sahəsinə dair çıxarışın və X3 adına daşınmaz əmlakın dövlət reyestr nömrəsi **********20-06301, qeydiyyat nömrəsi ********** olan xx.xx.2023- cü il tarixdə qeydiyyata alınmış 0,1360 ha torpaq sahəsinə dair çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi Kazımağa Kərimov küçəsi, 34/75; (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 152,7 kv. metr olan **********72-12301 reyestr nömrəli xx.xx.2021-ci il tarixli Çıxarışa əsasən əmlak kompleksi onun və digərlərinin paylı mülkiyyətindədir. Həmin əmlak kompleksinin yerləşdiyi 0,95 ha torpaq sahəsinə keçmiş Dövlət Əmlakının idarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən № 001995 saylı texniki pasport verilmişdir. Əmlak kompleksinin yerləşdiyi torpaq sahəsi texniki pasportda göstərilən ölçüdə faktiki istifadəsindədir. Mülkiyyətində olan əmlak kompleksinin yerləşdiyi 0,95 ha torpaq sahəsinin icarəsinə verilməsi və sonradan mülkiyətinə satılması (özəlləşdirilməsi) ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə 07 dekabr 2023-cü il tarixdə ərizə ilə müraciət olunmuşdur. Müraciətinə 25 yanvar 2024-cü il tarixli Ns 3-21-3/2-A-1404-8/2023 məktubla cavab olaraq bildirilmişdir ki, qeyd olunan ünvanda yeləşən torpaq sahəsində texniki inventarlaşdırma işləri aparıldıqdan sonra, qaldırdığı məsələnin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi məqsədilə istifadəsində olan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərlə birlikdə, müəssisənin payçıları və etibarnamə üzrə vəkil olunmuş şəxs tərəfindən şəxsiyyət vəsiqəsini təqdim etməklə müvafiq ərizə formasını imzalamaq üçün Xidmətin inzibati binasına müraciət edilməsi zəruridir. Bundan sonra Xidmətə gedərək cavab məktubunda qeyd olunan ərizə forması səlahiyyətli şəxs tərəfindən doldurularaq imzalanmış və Xidmətə təqdim edilmişdir. Lakin həmin ərizənin icra vəziyyəti barədə hazırki vaxtadək ona heç bir məlumat verilməmişdir. Elə həmin ərəfələrdə tanımadığı şəxslər qanuni istifadəsində olan torpaq sahəsinə gələrək, torpaq sahəsinin 0,35 ha hissəsinin müvafiq çıxarışlar əsasında onlara məxsus olduğunu və qalan hissələrin də özəlləşdirilməsi ilə bağlı aidiyyəti üzrə müraciət edərək torpaq sahəsini həmin ölçülərdə başqa şəxslərin adlarına özgəninkiləşdirmək istədiklərinini bildirmişlər. Hətta ayrı-ayrı şəxslər alıcı qismində özbaşına torpaq sahəsinə də daxil olmuşdurlar. Buna görə də qanuni istifadəsində olan torpaq sahəsinin digər şəxslər tərəfindən özəlləşdirilməsi və özgəninkiləşdirilməsi Əmlak Məsələləri Dövlət Xidmətinə və digərlərinə qadağan edilməsi ilə bağlı Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət olunmuşdur. Məhkəmədə ərizəyə baxılarkən Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi tərəfindən məhkəməyə sözügedən ərazidən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən vətəndaşlar X15 adına daşınmaz əmlakın reyestr nömrəsi **********20-06301, qeydiyyat nömrəsi ********** olan, xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış çıxarışa əsasən 0,10522 ha, X17 adına daşınmaz əmlakın reyestr nömrəsi **********20- 06301, qeydiyyat nömrəsi ********** olan xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış çıxarışa əsasən 0,1360 ha və X3 adına daşınmaz əmlakın reyestr nömrəsi **********20- 06301, qeydiyyat nömrəsi ********** olan xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış çıxarışa əsasən 0,1360 ha olmaqla, ümumilikdə 0,37722 ha torpaq sahələrinin onların adlarına qeydiyyata alındığı məlum olmuşdur. Bundan sonra, yəni 19 dekabr 2023-cü il tarixdə tərəflərindən vətəndaşlar X15 adına daşınmaz əmlakın reyestr nömrəsi **********20-06301, qeydiyyat nömrəsi ********** olan, xx.xx.2023- cü il tarixdə qeydiyyata alınmış çıxarışın, X17 adına daşınmaz əmlakın reyestr nömrəsi **********20- 06301, qeydiyyat nömrəsi ********** olan xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış çıxarışın və X3 adına daşınmaz əmlakın reyestr nömrəsi **********20-06301, qeydiyyat nömrəsi ********** olan xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış çıxarışların ləğv edilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ərizə müraciət olunmuşdur. Eyni zamanda 08 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə yuxarıda qeyd olunan şəxslərin adlarına qeydiyyata alınmış çıxarışların verilməsi üçün əsas olan sənədlərin (qərarların, sərəncamın hərracın keçirilməsi barədə protokolun, alqı-satqı müqaviləsinin və digər sənədlərin) ləğv olunması ilə bağlı da müraciət edilmişdir. Lakin həmin müraciətlərilə bağlı cavabdeh orqanlar tərəfindən heç bir tədbir görülməmiş, sadəcə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 23 yanvar 2024-cü il tarixli 3-21-3-30/2-KOL068- 35/2023 **********83 saylı və 29 yanvar 2024-cü il tarixli 3-21-3-30/2-AOOL14-8/2024 **********27 saylı eyni məzmunlu məktublarla cavab verilərək bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. X15, X17 X3 adına daşınmaz əmlakın reyestrində qeyd alınmış çıxarışların ləğvi ilə bağlı müraciətinin müsbət həllindən cababdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 23 yanvar 2024-cü il tarixli 3-21-3-30/2-KOL0xx-xx/2023 **********83 saylı məktubla imtina edilmişdir. Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi Kazımağa Kərimov küçəsi, 34/75; (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən əmlak kompleksi (qeyri-yaşayış sahəsi) 27 yanvar 2009- cu il tarixli 03/01 saylı hərrac protokolunun nəticəsinə əsasən xx.xx.2009-cu il tarixli 1982 saylı alqı-satql müqaviləsi ilə X1 və ona Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair 004307 qeydiyyat nömrəli xx.xx.2009-cu il tarixli Şəhadətnamə verilmişdir. Eyni zamanda o da qeyd olunur ki, 0,95 ha torpaq sahəsində yerləşən həmin qeyri- yaşayış sahəsi - Əmlak kompleksinə dair 22 sentyabr 2008-ci il tarixdə Texniki pasport tərtib olunmuşdur. X4 vəfatından sonra sözügedən Əmlak kompleksi onun vərəsələri 1/2 hissədə arvadı İddiaçı və % hissədə qızı X6 mülkiyyətlərinə keçmişdir. X10 öz payını 1/4 hissə olmaqla vətəndaşlar X13 və X2 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən müvafiq çıxarışlar verilmişdir. Hesab edir ki, sözügedən əmlak kompleksi onun mülkiyyətində olduğu üçün onun yerləşdiyi torpaq sahəsi də özəlləşdirilərkən ilk növbədə ona təklif olunmalı idi. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X23, X22 və X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7128/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X8, X22, X23 və X14 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin və çıxarışın ləğvi” tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uygun əsaslandırılmışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxs apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətini iş materialları ilə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan: - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsi, 34/75 (Yeni qaydalarla: AZ 1026, ünvan 2 ünvanında, istifadədə olan 0,0190 ha torpaq sahəsində (dövlət mülkiyyəti) yerləşən ümumi sahəsi 152,7 kv. m. olan əmlak kompleksinin ½ hissəsi xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı, ¼ hissəsi xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə X7, ¼ hissəsi isə xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə X11 adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** nömrəli çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, 10 V ünvanında yerləşən 0,10522 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X15 adına qeydə alınmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** nömrəli çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən 0,1360 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X17 adına qeydə alınmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** nömrəli çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən 0,1360 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X3 adına qeydə alınmışdır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, № **********56 saylı cavab məktubunda göstərilmişdir ki, ünvan 5 ünvanda yerləşən qeyri-yaşayış binasına dair X15 adına hazırlanmış ********** qeydiyyat nömrəli, 01,08.2023-cü il tarixli çıxarış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə imzalanmış 791 nömrəli xx.xx.2023-cü il tarixli “Daşınmaz əmlakın alqı-satqısı müqaviləsi’’nə əsasən, ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış binası ilə bağlı X18 adına tərtib edilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə imzalanmış 790 nömrəli xx.xx.2023-cü il tarixli “Daşınmaz əmlakın alqı-satqısı müqaviləsi” əsasında tərtib edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarında qeyd edilmişdir ki, Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Hazırkı işin hallarından müəyyən olunur ki, iddiaçının hüquqi marağı X15 adına daşınmaz əmlakın dövlət reyestr nömrəsi **********20-06301, qeydiyyat nömrəsi ********** olan, xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış 0,10522 ha torpaq sahəsinə dair çıxarışın, X17 adına daşınmaz əmlakın dövlət reyestr nömrəsi **********20-06301, qeydiyyat nömrəsi ********** olan xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış 0,1360 ha torpaq sahəsinə dair çıxarışın və X3 adına daşınmaz əmlakın dövlət reyestr nömrəsi **********20-06301, qeydiyyat nömrəsi ********** olan xx.xx.2023- cü il tarixdə qeydiyyata alınmış 0,1360 ha torpaq sahəsinə dair çıxarışın ləğv edilməsinə nail olmaqdan ibarətdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 2.3 bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. X12:
11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.
12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.
17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Göründüyü kimi tələbin inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrlə əlaqədar olması, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olmaması inzibati icraat qaydasında işə baxılmasını mümkün edir. Məhkəmə kollegiyası qeyd edir ki, tələbin inzibati məhkəmə icraatı qaydasında baxılması həmin tələblə bağlı hüquq münasibətlərinin publik sferada olması ilə şərtlənir ki, mülki icraat qaydasında inzibati orqan olmayan cavabdehə qarşı baxılmalı olan hazırkı icraat qaydasında baxıla bilməz. Hazırkı iş üzrə də mübahisə mülki icraat qaydasında həll edilməli olan mülki mübahisədir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarının: 17.“Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Göründüyü kimi Plenum Qərarı müəyyən etmişdir ki, əgər qeydin əsasında duran hüquqmüəyyənedici sənəd mülki-hüquqi əqdlərin əsasında verilmişdirsə çıxarışın ləğvi və etibarsızlığı mülki qaydada həyata keçirməlidir. Hətta adıçəkilən qərarında Ali Məhkəmə birbaşa alqı-satqı əsasında verilmiş çıxarışın mübahisələndirilməsinə münasibət bildirmiş, həmin mübahisə üzrə səlahiyyətli məhkəmənin inzibati məhkəmə olmaması barədə mövqe nümayiş etdirilmişdir. İddiaçı isə qeyd olunanları nəzərə almadan hal-hazırda məhkəmədə mübahisələndirdiyi daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışların özəyində alqı-satqı müqavilələri (791 nömrəli xx.xx.2023-cü il və 790 nömrəli xx.xx.2023-cü il tarixli “Daşınmaz əmlakın alqı-satqısı” müqaviləri) olan mülkiyyət hüququ barədə qeydi mülki qaydada ümumi məhkəmədə yox, inzibati qaydada inzibati məhkəmədə mübahisələndirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarının 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Qərarın 12-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Qərarın 17-ci bəndində qeyd edilir ki, mülki məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7128/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.