Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1053/2022 16.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, iddiaçının, onun vəkili Vəkil və cavabdehin numayəndəsi X1 və iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun (PHŞ) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-863/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı məcburetmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun 1979-cu ildən 1984-cü ilə qədər təhsil aldığı dövrü sosial sığorta stajına daxil etməklə 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.33.1). İddianın əsaslarına görə iddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuş, 1979-1984-cü illərdə Bakı Neft Texnikumunda təhsil almış, xx.xx.1981-xx.xx.1983-cü illərdə hərbi xidmətdə olmuş, başa vurduqdan sonra xx.xx.1983-xx.xx.1984-cü illərdə «Kirovneft» NQÇİ-nin Mənzil Kommunal Təsərrüfatına istilik mövsümü müddətində maşinist qazanxana operatoru vəzifəsində, xx.xx.1984-xx.xx.1985-ci illərdə «Türkmənqazsənaye» Birliyində texnoloji kompressorların maşinisti, xx.xx.1985-xx.xx.1987-ci illərdə növbə mühəndisi, xx.xx.1987-xx.xx.1990-cı illərdə texnoloji kompressorların maşinisti, xx.xx.1990-xx.xx.1991-ci illərdə mühəndis, xx.xx.1991-xx.xx.1992-ci illərdə kompressor stansiyasının rəis müavini, xx.xx.1992-xx.xx.1994-cü illərdə «Kirovneft» NQÇİ-də Qaz Kompressor sexində usta, xx.xx.1994-xx.xx.1997-ci illərdə həmin sexdə 4-cü stansiya rəisi, xx.xx.1997-xx.xx.2002-ci illərdə qaz kompressor sexinin rəisi, xx.xx.2002-xx.xx.2002də kompressor stansiyasının rəisi, xx.xx.2002-xx.xx.2005-ci illərdə qaz-kompressor sexinin rəis müavini, xx.xx.2005-xx.xx.2009-cu illərdə Qaz kompressor sexində böyük mühəndis - vəzifələrində işləmişəm, xx.xx.2009-cu ildən hazırki vaxta qədər Neftin və qazın hazırlanması və vurulması sexində mühəndis vəzifəsində işləyir. xx.xx.2006-cı il tarixə qədər təhsil və hərbi xidmət müddətləri də daxil olmaqla 26 il 5 ay 17 gün ümumi iş stajı vardır, 21 il 0 ay 2 gün zərərli iş stajını tamamlamışdır. Zərərli iş stajını təsdiq edən "xxxx" Şirkəti tərəfindən müvafiq Arayış verilmişdir. 57 yaşı tamam olan xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdehə ərizə ilə müraciət etmiş, lakin sonuncu xx.xx.2019-cu il tarixli, **********1 №-li imtina məktubu ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. İmtinanın səbəbi kimi, xx.xx.2006-cı il tarixə qədər ümumi iş stajının 25 ildən az olması göstərilmişdir. Halbuki, yuxarıda da qeyd etdiyi kimi, xx.xx.2006-cı il tarixə qədər qüvvədə olan qanunvericiliyə əsasən təhsil aldığı dövr və əmək kitabçasında qeyd olunan bütün dövrlər iş stajı kimi qəbul olunmalıdır. Həmin qeydlər əsasında isə onun 26 il 5 ay 17 gün ümumi iş stajı mövcuddur. Cavabdeh tərəfindən iddia ərizəsinə yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 02 iyun tarixli, 2-1(112)-863/2020 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının 1979-1984-cü illərdə "Bakı Neft Texnukumunda" aldığı təhsil müddətini sosial sığorta stajına daxil etməklə 2019-cu il 20 iyul tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi cavabdehə həvalə edilmişdir. Birinci instansiya mhkəməsi hesab etmişdir ki, iddiaçı 2006-cı ilə qədər tələb olunan ümumi və xüsusi stajı toplamış, 57 yaşından güzəştli şərtlərlə pensiya hüququnu qazanmışdır. Cavabdeh apellyasiya şikayəti verərək məhkəmənin həmin qərarının ləğv edilməsini və iddianın tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar əsassızdır. Belə ki, iddiaçının uyğunlaşdırdığı vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li Siyahıda qaz kondensatı, qaz, neft emalı sahəsinə aiddir. Onun əmək fəaliyyətini təsdiq edən 17 dekabr 1983-cü il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasından və digər sənədlərdən müəyyən olunur ki, işlədiyi peşələr neftin, qazın, qaz kondensatının hasilatı sahəsi ilə bağlıdır. Adıçəkilən Siyahının neftin, qazın, qaz kondensatının hasilatı bölməsində iddiaçının işlədiyi vəzifələr qeyd olunmamışdır. İddiaçının 01 yanvar 2006-cı il tarixinə tələb olunan 12 il 6 ay güzəştli iş stajı yoxdur və bu halda iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi mümkün deyildir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1481/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-86/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə apelllyasiya instansiyası məhkəməsinin həmin qərarı ləğv olunmuş, iş təkrar baxılması üçün göndərilmişdir. Ali Məhkəmənin qeyd olunan qərarında ifadə olunan hüquqi mövqeyinə görə “...məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımırlar. Ona görə də, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməlidir. Şəxsin işlədiyi peşələrin Siyahıda göstərilən peşələrə uyğunlaşdırılmasında çətinlik yarandıqda, məhkəmə işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, işçinin əmək funksiyaları və eyniləşdirmə üçün zəruri olan digər meyar əlamətlərini əks etdirməklə arayış verilməsini tələb edə bilər. İddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyibişləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Lakin iş materiallarında olan və məhkəmələrin sübut kimi istinad etdikləri arayışlar bu tələblərə cavab vermir. "xxxx" tərəfindən verilmiş 128 saylı, xx.xx.2019cu il tarixli arayışda iddiaçının 2005-ci ildən etibarən işlədiyi müxtəlif peşələr göstərilməsinə baxmayaraq, hansı peşənin hansı bölmədə nəzərdə tutulduğu göstərilməmiş, ümumi şəkildə qeyd olunmuşdur ki, “yuxarıda göstərilən peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarı ilə güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin siyahısında təsdiq edilmişdir. Məhkəmələrin istinad etdiyi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin SOCAR**********80020123X0037 saylı, xx.xx.2019-cü il tarixli, arxiv arayışında isə iddiaçının işlədiyi peşələr və müddətlər sadalanmış olsa da, bu peşələrin Siyahılarda olan hansı peşəyə uyğunluğu ümumiyyətlə qeyd olunmamışdır...” Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən işə təkrar apellyasiya qaydasında baxılaraq qəbul olunmuş 2-1(103)-1265/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilmişdir. Bakı apellyasiya Məhkəməsi bu qənaətə gələrkən iddiaçının 2006-cı ilə qədər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 №-li qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının Xİİ bölməsinin 2-ci “ Neft-qaz və qaz kondensatının hasilatı yarımbölməsində iddiaçının işlədiyi peşə və vəzifələr mövcud olmadığına istinad etmişdir. İddiaçı həmin qərardan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2098/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə apelllyasiya instansiyası məhkəməsinin həmin qərarı yenidən ləğv olunaraq iş təkrar baxılması üçün göndərilmişdir. Ali Məhkəmənin həmin qərarda ifadə olunan hüquqi möveyinə görə Ali Məhkəmə hazırkı iş üzrə əvvəlki qərarında qeyd etmişdir ki, “...məhkəmələr iş yerlərindən təqdim edilmiş arayışları həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımırlar. Ona görə də, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməlidir. Şəxsin işlədiyi peşələrin siyahıda göstərilən peşələrə uyğunlaşdırılmasında çətinlik yarandıqda məhkəmə, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, işçinin əmək funksiyaları və eyniləşdirmə üçün zəruri olan digər meyar əlamətlərini əks etdirməklə arayış verilməsini tələb edə bilər. Digər tərəfdən, məhkəmə kollegiyası oxşar mübahisələrlə bağlı əvvəlki qərarlarında ifadə etdiyi mövqeyə görə, əgər iddiaçı inzibati orqanın imtinası ilə razılaşmayaraq işlədiyi hər hansı işin, peşənin və ya vəzifənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə əsas verdiyini iddia edirsə, bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Belə ki, işin, vəzifənin və peşənin adının müəyyən və ya təyin edilməsi məhkəmənin səlahiyyətinə aid deyil. İddiaçı haqlı olaraq qeyd edir ki, onun tərəfindən verilən vəsatətdə işlədiyi müəssisənin qaz emalı sahəsinə aid olub-olmaması, onun qaz emalı ilə məşğul olubolmaması, Nazirlər Kabinetinin yuxarıda qeyd edilən qərarında göstərilən sahə rəisi, böyük mühəndis, mühəndis, usta dedikdə, kimlərin nəzərdə tutulduğu barədə Azərbaycan Dövlət Neft Şirkətinə yenidən sorğu göndərilməsi, qaz emalı ilə bağlı işi yerinə yetirən neft qazçıxarma müəssisələrin iddiaçı ilə eyni kateqoriyadan olan müəssisədə və eyni vəzifədə işləmiş güzəştli şərtlərlə pensiyaya çıxmış şəxslərin siyahısını tələb edilməsi xahiş edilmiş, lakin məhkəmə iddiaçının vəsatətində göstərdiyi halların yoxlanılması üçün heç bir tədbir görməmişdir...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi V.Əhmədov apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və vəkili Vəkil apellyasiya şikayətinə etirazını bildirərək, onun işlədiyi vəzifələrin güzəştli pensiya hüququ verən vəzifələrə aid oluduğunda israrlı olmuş və birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, Ali Məhkəmənin qeyd olunan hüquqi mövqeyi İPM-in 96.11-ci maddəsinin tələbi qaydasında nəzərə alınmaqla, iş materiallarını yenidən araşdırıb hesab edir ki, aşağıdakı əsaslara cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın rədd olunması barədə yeni qərar çıxarılmalıdır. Belə ki, xx.xx.2006-cı il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədən qüvvədə olan redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan iverdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər, xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş, «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun xx.xx.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin 1ci hissəsinin «b» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə kişilər – 55 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir (Qanunun qeyd edilən 13-cü maddəsinə xx.xx.1997-ci il 321-İQD saylı Qanunu ilə edilən dəyişikliklə 55 yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmış və 2000-ci ilin avqustun 1-dən etibarən artıq 57 yaş təşkil etmişdir). Həmin Qanunun 67-ci maddəsinin 3-cü hissəsinə əsasən əsasən hərbi xidmət dövrü, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsinin 1-ci hissəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Qanunvericiliyin qeyd olunan tələbləri nəzərə alınmaqla, iddiaçının iş materiallarında olan hərbi bileti və əmək kitabçasının surətlərinə əsasən, habelə, cavabdehin apellyasiya şikayətinin dəlilləri və iki dəfə Ali Məhkəmədə baxılıb qayıtmış işin hazırkı durumu baxımından, iddiaçının təhsil və hərbi xidmət müddəti daxil olmaqla, xx.xx.2006-cı il tarixinə 25 ildən çox ümumi staja malik olduğu işin mübahisələndirilməyən halını təşkil edir. Konkret halda işin mübahisələndirilən halı ondan ibarətdir, iddia ərizəsində iddia olunur ki, iddiaçının “Kirovneət” net və qaz çıxarma idarəsində (“NQÇİ”) işlədiyi peşə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 №li xx.xx.1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş 2 №-li Siyahının Xİİ Bölməsinin aşağıdakı şifrələrinə uyğun gəlir: - xx.xx.1984-xx.xx.1985-ci illərdə( 9 ay 28 gün) «Türkmənqazsənaye» Birliyində texnoloji kompressorların maşinisti və xx.xx.1987-xx.xx.1990-cı illərdə (3 il 1 ay 28 gün) texnoloji kompressorların maşinisti peşəsi - 2130302a-13775 şifrinə; - xx.xx.1985-xx.xx.1987-ci illərdə (2 il 5 ay 16 gün) «Kirovneft» NQÇİ-də işlədiyi növbə mühəndisi və xx.xx.1990- xx.xx.1991-ci illərdə mühəndisi vəzifələri - 2130302b- 22171 şifrinə; - xx.xx.1991-xx.xx.1992-ci illərdə (5 ay 17 gün) həmin NQÇİ-də işlədiyi kompressor stansiyasının rəis müavini və xx.xx.2002-xx.xx.2005-ci ilə qədər (3 il 5 ay 20 gün) Qazkompressor sexinin rəis müavini vəzifələri - 2130302b-24094 şifrinə; xx.xx.1992-xx.xx.1994-cü illərdə (1 il 11 ay 14gün) həmin NQÇİ-də Qaz Kompressor sexində usta vəzifəsi - 2130302b-23187 şifrinə; xx.xx.1994 -xx.xx.1997-ci illərdə (3 il 6 ay 6 ay) həmin NQÇİ-də işlədiyi 4-cü stansiya rəisi və xx.xx.1997-xx.xx.2002-ci illərdə (4 il 5 ay 15 ay) qaz kompressor sexinin rəisi, xx.xx.2002-xx.xx.2002-ci ilə qədər (4 gün) kompressor stansiyasının rəisi vəzifələri - 2130302b-24097 şifrinə - uyğundur. İş materiallarından görünür ki, ikinci apellyasiya icraatı zamanı məhkəmə tərəfindən SOCAR “Azneft” İB-yə verilmiş sorğuya alınmış xx.xx.2021-ci il tarixli, SOCAR**********30360424X00011 saylı cavab məktubunda aşağıdakılar bildirmişdir: “...SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivindən 13 noyabr 2019-cu il tarixli SOCAR**********80020123X00379 №-li arxiv arayışı ilə müəyyən olunur ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı “Kirovneft” NQÇİ-nin (sonrakı adı “Binəqədineft” NQÇİ) Mənzil Kommunal Təsərrüfatında “qazanxana operatoru” peşəsində və Qaz-kompressor sexində “usta”, “stansiya rəisi” və “qazkompressor sexinin rəis müavini” vəzifələrində işləmişdir. İddiaçı fəaliyyət göstərmiş olduğu Mənzil Kommunal Təsərrüfatında “qazanxana operatoru” peşəsi, Qaz-kompressor sexində “usta”, “stansiya rəisi” və “qazkompressor sexinin rəis müavini” vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 №-li qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 və 2 №-li Siyahı”sında nəzərdə tutulmamışdır...” İşin hazırkı üçüncü apellyasiya mərhələsində də işə baxılarkən, Ali Məhkəmənin qərarlaından irəli gələn göstərişləri nəzərə aılnmaqla, iddiaçının çalışdığı həmin vəzifələrin 2 No-li Siyahıda nəzərdə tutulan göstəricilərə aid olub-olmamasının aydınlaşdırılması məqsədi ilə bir daha "xxxx" Azərbaycan Dövlət Neft Şirkətinə (və X3” şirkətinə) sorğular verilmiş, cavablar alınmışdır. O cümlədən məhkəmənin 09 mart 2022-ci il tarixli birinci sorğusuna “SOCAR “Azneft” İB 31 mart 2022-ci il tarixli məktubu ilə aşağıdakı cavab verilmişdir: - “iddiaçının Kirovneft” NQÇİ-də xx.xx.1992-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək işlədiyi usta, stansiya rəisi və sex rəisinin müavini vəzifələri - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısının 12-ci (Xİİ) “Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsinin 2-ci “Neft-qaz və qaz kondensatının hasıilatı” yarımbölməsində və “mumi peşələr” bölməsində qeyd edilən vəzifələrdlə (peşələrlə) eynilik təşkil etmir.” Eyni zamanda, məhkəmə tərəfindən iddiaçının çaılışdığı peşə və vəzifə adlarına 2 Nli Siyahının 12 bölməsinin 3-cü bəndi olan “Neftin, qazın, kondensatının, kömürün və şiştin emalı” sahə göstəricilərində rast gəlindiyi nəzərə alınaraq Azərbaycan Dövlət Neft Şirkətinə 06 may 2022-ci il tarixli təkrar sorğu göndərilmiş və “SOCAR “Azneft” İB tərəfindən 27 may 2022-ci il tarixli məktubu ilə həmin sorğu onunla cavablandırılmışdır ki, İddiaçı: - “Binəqədineft” (keçmiş “Kirovneft” NQÇİ) Mənzil Kommunal təsərrüfatında xx.xx.1984-cü il tarixdən xx.xx.1992-ci il tarixədək maşinist qazanxana operatoru peşəsi və Qaz Kompressor sexində xx.xx.1992-ci il tarixdən xx.xx.2005-ci il tarixinədək işlədiyi usta, stansiya rəisi və sex rəisinin müavini vəzifələri...2 N-li Siyahının 12-ci (Xİİ) bölməsinin 2-ci “Neft-qaz və qaz kondensatının hasilatı yarımbölməsində və “Ümumi peşələr bölməsində qeyd edilən vəzifələr (peşələrə) uyğun deyil. - “Türkmənqazsənaye” Birliyində xx.xx.1984-cü il tarixindən xx.xx.1985-dək (9 ay 28 gün) və xx.xx.1987-ci il tarixindən xx.xx.1990-cı il tarixinədək (3 il 1 ay 29 gün) işlədiyi texnoloji kompressorların maşinisti peşəsi...2 No-li Siyahının 33-cü (XXXİİİ) “Ümumi peşələr” Bölməsində 23200000-14257 kodu ilə qeyd edilən “qaz kompressorlarına (hava kompressorlarından başqa) xidmət ilə məşğul olan texnoloji kompressorların maşinistləri” peşəsinə uyğundur. - “Türkmənqazsənaye” Birliyində xx.xx.1990-cü il tarixindən xx.xx.1991-dək işlədiyi texnoloji kompressorlar stansiaysnın növbə mühəndisi, xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixinədək işlədiyi texnoloji kompressorlar stansiyasının mühəndisi, xx.xx.1991-xx.xx.1992-ci illərdə kompressor stansiyasının rəisi vəzifəsi 2 N-li Siyahının 12ci (Xİİ) bölməsinin 2-ci “ Neft-qaz və qaz kondensatının hasilatı yarımbölməsində və və “Ümumi peşələr” bölməsində qeyd edilən vəzifələrə (peşələrə) uyğun deyil...” Eyni zamanda, “SOCAR “Azneft” İB-dən elektron qaydada oxşar vəzifə “Təlimat”ları əldə olunmuş və müəyyən olunmuşdur ki, “Neft və Qazçıxarma İdarəsinin İstismar avadanlıqları sahəsinin kompressor qurğularına xidmət sahəsinin avadanlıqarın təmiri üzrə böyük ustasının vəzifə Təlimatı”nda usta briqadaya avadanlıqların planlı təmiri və plandan kənar təmiri, təmirlərarıssı xidməti üzrə rəhbərliyi həyata keçirmək, operatv iş planlarının işlənib hazırlanmasında iştirak etmək, avadanlıqların düzgün istismarına nəzərət etmək və s.; “Qaz-kompressor sahəsinin (OKS-nin) rəis müavininin vəzifə Təlimatında rəis müavini NQÇİ-də hasil olunan qazın hazırlanması və nəqlini təşkile tmək, sahənin kompressor və nasos stansiyalarının etibarlı işini təmin etmək; “Stansiya rəisinin vəzifə Təlimatı”nda isə rəis NQÇİ-də kompressor stansiyalarının texnoloji avadanlıqlarının texnoloji rejim normaları, texnoloji reqlament və istismar üzrə istehsalat təlimatlarına müvafiq olaraq qəzasız, fasiləsiz işini təmin etmək, pozulmaları aşkar çıxarmaq və onların aradan qaldırılması üçün tədbirlər görmə və s. vəzifə öhdəlikləri nəzərdə tutulmuşdur. Qeyd olunan vəzifə təlimatlarında təsbit olunan vəzifələrin təhlilindən aydın olur ki, həmin vəzifələrin həyata keçirilməsi ilə neft və qazçıxarmada neft və qaz hasilatında idarənin müntəzəm fasiləsiz iş fəaliyyəti təmin edilir. İddiaçının da məhz, 1992-2005-ci illərdə keçmiş “Kirovneft” (indiki “Binəqədineft”) Neft və Qaz Çıxarma İdarəsində (“NQÇİ”) neft hasilatı sahəsində tutduğu vəzifələr özündə qeyd olunan Təlimatlardan irəli gələn öhdəliklərlə əhatə olunur. Onun əmək kitabçasının həmin dövrə təsadüf edən hər bir qeydində də NQÇİ-də, neft və qaz çıxarma sahəsində işlədiyi aydın təsbit olunmuşdur. Yəni, iddiaçı quruda neftin qazılması və hasilatı ilə məşğul olan bir sahədə çalışmışdır. İddiaçının keçmiş “Kirovneft” NQÇİ-də işlədiyi iddia etdiyi peşə və vəzifələrə 2-ci “ Neft-qaz və qaz kondensatının hasilatı yarımbölməsində rast gəlinmir. Həmin peşə və vəzifələrə vəzifələrə 2 nömrəli Siyahısının Xİİ (********) bölməsinin 3cü bəndinin “Neftin, qazın, kondensatının, kömürün və şiştin emalı” sahəsində rast gəlinir. Nəzərə alsaq ki, 2 N-li Siyahı AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq olunmuşdur, deməli, həmin Siyahının müxtəlif bölmələrinin və ya bir bölməsinin müxtəlif sahələrinin göstəricilərinin birindən digərinə aid edilərək oraya daxil edilməsi yalnız Nazirlər Kabinetinin səlahiyyətinə aid normayaradıcı bir fəaliyyətdir. Bu isə məhkəmələrin səlahiyyətindən kənar olan bir məsələni ehtiva edir. Beləliklə də iddiaçının keçmiş “Kirovneft” NQÇİ-də işlədiyi xx.xx.1984-cü il tarixdən xx.xx.1992-ci il tarixədək maşinist qazanxana operatoru peşəsi və Qaz Kompressor sexində xx.xx.1992-ci il tarixdən xx.xx.2005-ci il tarixinədək işlədiyi usta, stansiya rəisi və sex rəisinin müavini vəzifələri - Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli qərarı ilə təsdiq olunmuş 2 N-li Siyahının Xİİ bölməsinin 2-ci “ Neft-qaz və qaz kondensatının hasilatı yarımbölməsində, həm də “Ümumi peşələr bölməsində təsbit edilən peşə və vəzifə göstəricilərinə uyğun olmadığından, onun həmin dövr üzrə iş stajının güzəştli pensiya hüququ verən iş stajı kimi qəbul edilməsi mümkünsüzdür. Əmək kitabçasının qeydləri üzrə onun xx.xx.1984 - xx.xx.1985 (9 ay 28 gün) və xx.xx.1987-xx.xx.1990 (3 il 1 ay 29 gün) dövrlərində “Türkmənqazsənaye” Birliyində işlədiyi texnoloji kompressorların maşinisti peşəsinin isə "xxxx" “Azneft” İB-nin qeyd olunan 27 may 2022-ci il tarixli arayışına əsasən 2 N-li Siyahının 33-cü (XXXİİİ) “Ümumi peşələr” bölməsində (kod: 23200000-14257) nəzərdə tutulan “qaz kompressorlarına (hava kompressorlarından başqa) xidmət ilə məşğul olan texnoloji kompressorların maşinistləri” peşəsinə uyğun gəlsə də, cəmi, 3 il 11 ay 57 gün təşkil edən həmin müddət ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün tələb olunan 12 il 6 ay iş stajını əhatə etmir. "xxxx" “Azneft” İB-nin qeyd olunan arayışından həmçinin göründüyü “Türkmənqazsənaye” Birliyində xx.xx.1990-xx.xx.1991 ( 1 il 3 ay 27gün) və xx.xx.1990xx.xx.1991dövrlərində işlədiyi texnoloji kompressorlar stansiyasının mühəndisi, xx.xx.1991-xx.xx.1992-ci illərdə (5 ay 17 gün) isə işlədiyi kompressor stansiyasının rəisi vəzifəsi də “Kirovneft” NQÇİ-də işlədiyi vəzifələr uyğun olan vəzifələr kimi, 2 N-li Siyahının 12-ci (Xİİ) bölməsinin “Neft-qaz və qaz kondensatının hasilatı 2-ci yarımbölməsində və “Ümumi peşələr” bölməsində qeyd edilən vəzifələrə (peşələrə) uyğun deyil. İddiaçının xx.xx.2005-ci il tarixindən xx.xx.2006-cı illərdə “X2” şirkətində Qaz kompressor sexində işlədiyi böyük mühəndis vəzifəsininin, Şirkətin Filialı tərəfindən məhkəmənin (06 may 2020-ci il tarixli) sorğusuna ünvanladığı xx.xx.2022-ci il tarixli cavab məktubunda Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının Xİİ hissəsində öz əksini tapmadığı göstərilmişdir. Sorğuya verilən həmin cavab professionallıqdan uzaq olsa da, hər bir halda, iddiaçı həmin qürumda da neft hasilatı sahəsində qaz kompressor sexində böyük mühəndis vəzifəsində işləmişdir ki, onun işlədiyi bu vəzifənin də 2 N-li Siyahının 12-ci (Xİİ) bölməsinin 2-ci “ Neft-qaz və qaz kondensatının hasilatı yarımbölməsində və “Ümumi peşələr” bölməsində qeyd edilən vəzifələrə (peşələrə) aid edilməsi mümkün deyildir. Aid edilsə belə, tələb olunan güzəştli staj toplanmır. Beləliklə də işin tədqiq olunan sübutlarla və onların qanunvericiliyə müvafiq qəiymətləndirilməsi ilə müəyyən edilən halları onu deməyə əsas verir ki, iddiaçının xx.xx.2006-cı il tarixinə kimi “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində tələb olunan güzəştli pensiya hüququ verən 12 il 6 ay xüsusi iş stajı toplanmadığından 57 yaşından güzəştli şərtlərlə pensiya hüququ yaranmır. Göründüyü kimi, cavabdehin apellyasiya şikayətinin, iddiaçının işlədiyi peşə və vəzifələrin neftin, qazın, qaz kondensatının hasilatı sahəsi ilə bağlı olduğunu və onun uyğunlaşdırdığı vəzifələrin 2 №-li Siyahıda qaz kondensatı, qaz, neft emalı sahəsinə aid olduğu vurğulanmaqla, onun tələb olunan xüsüsi stajının olmadığını mübahisələndirən dəlillərinin əsaslı olduğu sübuta yetirilir. Belə olan təqdirdə ona 57 yaşından pensiya təyin olunmasından imtina olunması hər bir halda faktiki hallar və qanunvericiliyin tələbləri baxımından qanunidir. Qanuni imtina isə iddiaçının hüquqlarının pozması kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsindən də görünür ki, məhkəmə, o halda inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdeh hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd olsun. Birinci instansiya tərəfindən isə qərar qəbul olunarkən, qeyd olunanlar nəzərə alınmamış, işin bütün faktiki halları aydınlaşdırılmamış, işdə olan sübutlara qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qimət verilməmiş, yekunda iddianın təmin olunması barədə səhv nəticəyə gəlinmişdir. Ona görə də göstərilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-863/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ləğv edilməli və iddianın rədd olunması barədə yeni qərar çıxarılalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-863/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması tələbinə dair iddiası təmin edilməsin. Hazırkı qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Aytən Oruczadə Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-1053/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1053/2022
16.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver