Məhkəmə qərarları › İş №2-1(103)-1053/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1053/2023

02.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1053/2023 02.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3 və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi X2 qarşı “görüşlərinə və telefon danışıqlarından istifadə hüququna qoyulmuş məhdudiyyətin qanunsuz hərəkət hesab edilməsi tələbinə dair” iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13365/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. . İddiaçı məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi X1 onun görüşlərinə və telefon danışıqlarından istifadə etmək hüququna xx.xx.2019-cu il tarixli qərarı ilə qoyulmuş məhdudiyyətin qanunsuz hərəkət kimi qiymətləndirilməsini tələb etmişdir. İddianın əsaslarına görə iddiaçı tələbində qeyd olunan məsələ üzrə aidiyyəti instansiyalara müraciət etmiş, lakin şikayətinə baxılması üçün yenidən həmin vəzifəli şəxsə göndərilmişdir. Bildirir ki, Bakı Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Hərbi Prokurorluğun müstəntiqi V.S.Məhərrəmovun ibtidai araşdırma dövründə təqsirləndirilən şəxs kimi Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında saxlanılarkən onun görüşlərinə və telefon danışıqlarından istifadə etmək hüququna xx.xx.2019-cu il tarixli qərarı ilə qoyulmuş məhdudiyyət qanunsuz hesab edilərək ləğv olunmuşdur. Odur ki, həmin qərar inzibati prosessual qanunvericiliyə uyğun olaraq qanunsuz hesab olunmalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13365/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddianın mümkün hesab edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələbləri baxımından mümkün sayılır. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin yanaşması yanlışdır. Belə ki, qanunvericiliyə əsasən AR Hərbi Prokurorluğu hüquq mühafizə orqanı kimi inzibati orqandır və onun vəzifəli şəxsi müstəntiq V.S.Məhərrəmov da vəzifəli şəxsdir. Məhkəmənin qərardadı qanunvericiliyə ziddir. Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş iddiaçı pellyasiya şikayətində onun iştirakı olmadan şikayətinə baxılmasını məhkəmədən xahiş etmiş, cavabdeh tərəf isə məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi qərardadında iddianı mümkünsüz hesab edərkən qeyd etmişdir ki, iddiaçının tələbində qeyd edilən məsələ cinayət-prosessual qanunvericiliyə uyğun olaraq ibtidai istintaq orqanının (müstəntiqin) hərəkətlərindən şikayətlə bağlıdır, inzibati hüquq münasibətlərindən yaranmır və inzibati məhkəmə icraatının tənzimləmə predmetinə daxil deyildir. İPM-in 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Odur ki, iddiaçıya müvaviq şikayətlə bağlı məhkəmə nəzarəti qaydasında səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. Belə ki, konkret halda, iddiaçı tələb edir ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi X1 onun görüşlərinə və telefon danışıqlarından istifadə etmək hüququna xx.xx.2019-cu il tarixli qərarı ilə qoyulmuş məhdudiyyətin qanunsuz hərəkət kimi qiymətləndirilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2-ci maddəsi isə nəzərdə tutur nə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi, zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi və qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər şikayət vermək hüququna malikdirlər. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi məsələ cinayət təqibi üzrə cinayətprosessual fəaliyyətə aid və cinayət-prosssual qanunvericiliyin müəyyən etdiyi qaydalar çərçivəsinədə həll edilməli olan bir məsələni ehtiva edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun 3.2-ci maddəsi isə nəzərədə tutur ki, bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə şamil olunmur. İPM-in 2.1-ci maddəsinin tələbinin mənasından isə görünür ki, qanunla başqa aidiyyət qaydası müəyyən edilmişdirsə, həmin mübahisənin inzibati məhkəmə icraat qaydasında baxıla bilməz. Məcəllənin qeyd olunan norması baxımından, iddiaçının hazırkı iddia tələbi cavabdeh AR Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi X2 qarşı iddia tələbləri, həmin orqanın cinayət prosesual fəaliyyət dairəsinə aid olması baxımından, İPM-in 35.1-ci maddəsinin nəzərdə tutduğu əsaslandırılmış iddia kimi qiymətləndirilməsi və inzibati məhkəmə icraatında baxılması mümkünlüyü istisna edilir. Belə olan halda, İPM-in 35.3-cü maddəsinin tələbinə əsasən isə m iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Birinci instansiya məhkəməsinin qərardadından da görünür ki, qeyd olunanlar nəzərə alınmaqla, məhkəmə, iddianın mümkün sayılmaması barədə işin hallarına və prosessual qanunvericiliyin tələblərinə uyğun olan nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin həmin qərardadında gəldiyi nəticənin yanlış və qanunvericiliyə zidd olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 13365/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13365/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar