Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1054/2020 18.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “diplomun tanınması” tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2-1(82)-3788/2018 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi və tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət edərək, Gürcüstan Dövlət Aqrar Universiteti tərəfindən verilmiş xx xxxx 2016cı il tarixli, AUG 000112 nömrəli diplomun tanınması barədə Şəhadətnamə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2-1(82)- 3788/2018 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2-1(82)-3788/2018 saylı qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinixahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2019-cu il tarixli 2-1(103)173/2019 nömrəli (hakimlər V.Baxışova - sədrlik edən və məruzəçi, E.Nağıyeva və H.Həmidov) qərarı ilə apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, iddianın rədd edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçıkasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2- 1(102)1880/2019 nömrəli (hakimlər S.Hüseynova - sədrlik edən və məruzəçi, İ.Dadaşov və K.Bədəlov) qərarı ilə kasasiya şikayətinin qismən təmin edilməsi, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(103)2250/2019 nömrəli (hakimlər K.Abiyeva - sədrlik edən və məruzəçi, M.Tağızadə və Ü.Mayılov) qərarı ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2-1(82)-3877/2018 saylı qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı «xx xxxx 2016-cı il tarixli, AUG 000112 saylı diplomun tanınması barədə şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi» tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2020-cu il tarixli 2-1(102)- 608/202 nömrəli qərarı ilə kasasiya şikayətinin qismən təmin edilməsi, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini, birinci instaniya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlilini araşdıraraq, aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, - İşin materiallarına əlavə edilmiş X3 tərəfindən verilmiş AUG 000112 nömrəli, xx xxxx 2016-cı il tarixli diplomun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Gürcüstan Dövlət Aqrar Universitetinin xx xxxx 2005-ci il tarixli qərarı ilə Dövlət X1 fakultəsinin filologiya ixtisası üzrə bakalavr dərəcəsi verilmişdir; - İddiaçı həmin diplom üzrə ixtisasının tanınması barədə xx.xx.2018-ci il tarixli ərizə ilə cavabdeh orqana müraciət etmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya və Nostrifikasiya İdarəsinin xx xxxx 2018-ci il tarixli, C-8311/03-ANİ saylı məktubu ilə tələbin təmin edilməsindən imtina edilmiş, imtinanın əsası kimi qeyd edilmişdir ki, Gürcüstan Dövlət Aqrar Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyi qeyrimümkündür. İdarənin ekspert qrupunun xx.xx.2007-ci il tarixli rəyinə əsasən Gürcüstan Dövlət Aqrar Universiteti tərəfindən sizə verilmiş xx xxxx 2005-ci il tarixli, SSSSU 000609 nömrəli diplom üzrə aldığı ixtisasın Azərbaycan Respublikası ərazisində tanınmaması barədə məktub elektron ərizədə qeyd edilmiş ünvana göndərilmişdir. "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 27.4-cü maddəsinə görə xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 44.2-ci və 29.0.21-ci maddəsində (xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarının müəyyən olunması üzrə) nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Həmin Qaydaların 1.6-cı bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir; 3.1-ci bəndinə əsasən ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması üçün bu Qaydaların 2.1-ci bəndində göstərilmiş sənədlər tələb olunur. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2010-cu il tarixli, 117 saylı qərarı ilə təsdiq edilmiş «Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları»nın 2.1-ci bəndinə əsasən bakalavriat-ali təhsilin birinci səviyyəsinin tələblərinə uyğun mütəxəssis hazırlığını təmin edən təhsil prosesidir; 2.7-ci bəndinə əsasən tədris ili, bir qayda olaraq, iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə, yay tətili müddətində 6 (altı) həftədən çox olmayaraq, yay semestri də təşkil oluna bilər; 2.8-ci bəndinə əsasən əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir; 2.15-ci bəndinə əsasən yekun attestasiya bütün təhsilalanlar üçün məcburidir, onun hazırlanmasına və təşkilinə ayrılan müddət 6 həftədir. Cavabdehin imtinasının, eləcə də apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, iddiaçı təhsil aldığı ölkədə qısa müddətdə olmuşdur. Apellyasiya şikayətinin dəlili üzrə araşdırma zamanı Dövlət Sərhəd Xidmətinin xx xxxxxx 2019-cu il tarixli, 33/1162 saylı məktubuna əsasən müəyyən edilmişdir ki, iddiaçının atası X2 xx.xx.2002-ci ildən xx.xx.2002-ci ilədək, xx.xx.2002-ci ildən xx.xx.2002-ci ilədək, xx.xx.2002-ci ildən xx.xx.2003-cü ilədək, xx.xx.2003-cü ildən xx.xx.2003-cü ilədək, xx.xx.2003-cü ildən xx.xx.2003-cü ilədək, xx.xx.2003-cü ildən xx.xx.2003-cü ilədək, xx.xx.2003-cü ildən xx.xx.2003-cü ilədək, xx.xx.2003-cü ildən xx.xx.2003-cü ilədək, xx.xx.2003-cü ildən xx.xx.2003-ü ilədək, xx.xx.2003-cü ildən xx.xx.2003-cü ilədək ölkə xaricinə giriş-çıxışı olmuşdur; Həmin məktubda qeyd olunur ki, 2001-2003-cü il tarixlərdə yetkinlik yaşına çatmayan Azərbaycan Respubllikası vətəndaşlarının dövlət sərhədindən hərəkəti zamanı valideyninin şəxsiyyəti barədə məlumatları İAMAS-a qeyd olunmaqla dövlət sərhədindən buraxılırlar. Məhkəmə kollegiyası qeyd edir ki, xx xxxxxx 1985-ci il təvəllüdlü iddiaçının xx.xx.2003-cü ilədək yetkinli yaşına çatmayan şəxs olması səbəbindən dövlət sərhədini valideyni ilə keçmə ehtimalı nəzərə alınsa belə, onun yetkinlik yaşına çatdıqdan sonrakı təhsil aldığı dövrü əhatə edən xx.xx.2003-cü il tarixdən 2005-ci ilədək Azərbaycan Respublikası dövlət sərhədindən keçməsi barədə hər hansı sənəd işin materiallarına əlavə edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası iddiaçıya məxsus bakalavr diplomunun ölkə ərazisində tanınması üçün təhsil aldığı ölkədə qısa müddət ərzində olmasına dair cavabdehin imtinasının və apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir və qeyd edir ki, iddiaçının təhsil aldığı ölkədə qısa müddətdə olması «Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları»nın 2.8-ci bəndində nəzərdə tutulmuş qiyabi təhsil forması üzrə tədris ilinin müddətinə uyğun olmamışdır. Lakin birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən qeyd olunan hallara düzgün hüquqi qiymət verilməmişdir. Kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qərarında həmçinin göstərilmişdir ki, «…apellyasiya məhkəməsi tərəfindən zamana görə qanunveriliyin tətbiqində səhvə yol verilmişdir. Belə ki, iddiaçının təhsil aldığı müddət 2001-2005-ci illəri əhatə etdiyi üçün həmin dövr qüvvədə olmuş qanunvericiliyin təhlili zəruri olmuşdur. Digər tərəfdən, iddiaçının qiyabi formada təhsil aldığı barədə işin halını hansı sübut əsasında apellyasiya məhkəməsinin müəyyən etdiyi aydın deyildir.» İşə yenidən apellyasiya qaydasında baxılarkən kassasiya instansiyası məhkəməsinin göstərişlərinə müvafiq araşdırma zamanı iddiaçı məhkəmə iclasında verdiyi izahatında qiyabi formada təhsil aldığını təsdiq etmişdir. Hazırki mübahisəyə zamana görə qanunvericiliyin tətbiqi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işin yuxarıda qeyd olunan hallarına görə, cavabdeh inzibati orqanın imtinası iddiaçının təhsil aldığı dövrdə qüvvəyə minmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş) tələblərinə uyğun olmuşdur. Həmin Qaydaların 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblər uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmalı, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2-1(82)-3788/2018 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilməməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 99.1, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ərara aldı: Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2-1(82)- 3788/2018 saylı qərarı ləğv olunsun. İş üzrə yeni qərar elan olunsun. İddiaçının iddiası təmin edilməsin. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Valeh Ağayev Hakimlər Afaq Nuriyeva Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1054/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1054/2020
18.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver