Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1054/2021 03.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan X1rşı “cavabdehin 03.02.2020-ci il tarixli informasiya sorğusuna natamam cavabının pozuntu kimi tanınması, informasiya sorğusunun tam, obyektiv və hərtərəfli cavablandırılması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X12 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, X9-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan X1rşı “cavabdehin 03.02.2020-ci il tarixli informasiya sorğusuna natamam cavabının pozuntu kimi tanınması, informasiya sorğusunun tam, obyektiv və hərtərəfli cavablandırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3939/2020 saylı 27 noyabr 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 03 iyun 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan X2rşı “cavabdehin 03 fevral 2020-ci il tarixli informasiya sorğusuna natamam cavabının pozuntu kimi tanınması, 03 fevral 2020-ci il tarixli informasiya sorğusunun tam, obyektiv və hərtərəfli cavablandırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, 03 fevral 2020-ci tarixli informasiya sorğusu ilə Azərbaycan Avtomobil Yolları Dövlət Ağentliyinə müraciət etmişdir. Azərbaycan Avtomobil Yolları X5 yollarının istismarı və təmiri baş idarəsinin rəisi Əflatun Qasımovun imzası ilə e-mail ünvanına daxil olan 26 fevral 2020-ci il tarixli K-3/02-1613 saylı ümumi sözlərdən ibarət cavab məktubunda informasiya sorğusunda qoyulan suallara cavab verilməyib. Biləcəri qəsəbəsi, “Nurlu ” Yaşayış Massivi sakinlərinin müraciətlərindən sonra 2019-cu ilin dekabr və 2020-ci ilin yanvar ayı ərzində qəsəbədaxili yola asfalt çəkilib. Yolda təmir işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin işçiləri tərəfindən həyata keçirilib. 27 yanvar 2020-ci ildə işlər tamamlanaraq ərazidən texnikalar aparılıb. Amma qəsəbədaxili əsas yoldan ayrılan küçələrdən bəzilərinə asfalt vurulsa da, digərlərinə asfalt vurulmayıb. Həmçinin, yolun kənarında piyadaların hərəkəti üçün səki nəzərdə tutulmayıb ki, bu da piyadaların həyatı üçün təhlükə yaradır. Ərazidə təmir işləri aparılarkən yolun təmiri, sifarişçisi və aparılan işləri özündə əks etdirən layihə sənədləri ilə tanış olmaq istəsə də, təmir işlərinə məsul olan şəxsdən heç bir məlumat ala bilməmişdir. Bundan sonra Azərbaycan Avtomobil Yolları X11 Heyətinin sədrinin adına informasiya sorğusu göndərərək aşağıdakı sualların cavablandırılmasını xahiş etmişdir: Yolun təmiri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin hansı qurumu tərəfindən həyata keçirilib? Bakı şəhəri, Biləcəri qəsəbəsi, “Nurlu” Yaşayış Massivində qəsəbədaxili yolun təmirinin sifarişçisi hansı təşkilat olub? 2019-cu ilin dekabr və 2020-ci ilin yanvar ayı ərzində aparılan təmir işlərinə nə qədər vəsait sərf edilib və təmir işləri hansı mənbədən maliyyələşdirilib? Layihə sənədlərində təmir ediləcək yolun ümumi uzunluğu nə qədər göstərilib? Bakı şəhəri, Biləcəri qəsəbəsi, “Nurlu” Yaşayış Massivində qəsəbədaxili yolun təmiri ilə bağlı ictimaiyyət üçün açıq olan layihə sənədinin bir surətinin verilməsi xahiş edilmişdir. Lakin cavabdeh orqan 03 fevral 2020-ci il tarixli sorğuya tam cavab verilməsini və sorğu ilə tələb olunan məlumatların tam cavablandırılaraq iddiaçının ünvanına göndərilməsini təmin etməyib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sorğu ilə tələb olunan məlumatlara ümumi cavab verməklə sorğu ilə tələb olunan məlumatların cavabdehdə mövcud olduğunu təsdiq edir. Cavabdehin 03 fevral 2020-ci il tarixli informasiya sorğusunda qoyulan suallara birbaşa, əsaslandırılmış cavab verilməməsi pozuntu kimi tanınmalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3939/2020 saylı 27 noyabr 2020-ci il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3939/2020 saylı 27 noyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki hallarından göründüyü kimi, cavabdeh təşkilat sorğu ilə tələb edilən yolun təmirini həyata keçirən tabe təşkilatın və sifarişçinin adını, təmir işinə sərf edilən vəsaitin miqdarını, həmçinin maliyyə mənbəyini və təmir ediləcək yolun uzunluğu barədə məlumatları iddiaçıya açıqlamayıb. Sorğu ilə tələb edilən məlumatlar cavabdeh təşkilat tərəfındən açıqlanmadığı halda birinci instansiya məhkəməsi cavabdehin məktubuna istinad edərək iddia tələblərini rədd edib. Həmiçinin cavabdeh təşkilat yolun təmiri ilə bağlı layihənin təsdiq edilmiş surətini iddiaçı tərəfə təqdim etməyib. Layihənin surəti iddiaçıya təqdim edilmədiyi halda və bu halın işin mübahisəsiz halı olmasına baxmayaraq birinci instansiya məhkəməsi bu hissədə də, iddia tələblərinin rədd edilməsi barədə qərar qəbul edib. Tələb edilən informasiyaların (tabe təşkilatın və sifarişçinin adı, təmir işinə sərf edilən vəsaitin miqdarı, maliyyə mənbəyi və təmir ediləcək yolun uzunluğu), həmçinin sənədləşdirilmiş informasiyanın (layihənin surəti) iddiaçıya təqdim edilməməsi cavabdehin 26 fevral 2020-ci il tarixli, K-3/02-1613 saylı məktubundan aşkar şəkildə görünsə də, həmçinin cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi tərəfindən etiraf edilsə də, məhkəmə heç bir əsaslandırma aparmadan iddia tələblərinin rədd edilməsi barədə qərar qəbul edib. Birinci instansiya məhkəməsi nəzərə almayıb ki, cavab məktubunun mövcudluğu sorğu ilə tələb edilən informasiyaların sorğuçuya təqdim edilməsi mənasını vermir. Məhkəmə həmçinin tələb edilən məlumatların alınması məhdudlaşdırılan məlumatlar kateqoriyasına aid olmadığını nəzərə almayıb (''İnformasiya əldə etmək haqqında" qanunun 34.1, 34.3, 34.4-cü maddələri). Hazırki işdən müəyyən olunur ki, məhkəmə iddia tələbləri üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparmadan iddia tələblərinin rədd edilməsi barədə qərar qəbul etmişdir. Tərəflərin izahatları İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında bildirmişdir ki, “Bakı şəhərinin Binəqədi rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1716 saylı 21.12.2019-cu il tarixli sərəncamına əsasən Bakı şəhəri Binəqədi rayonunun M.Ə.Rəsulzadə, Biləcəri, Binəqədi, Xocasən və 28 May qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil X10 8,7 milyon manat ayrılmışdır. Həmin Sərəncam əsasında Bakı şəhəri. Binəqədi rayonunun M.Ə.Rəsulzadə, Biləcəri, Binəqədi, Xocasən və 28 May qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri Azərbaycan Avtomobil Yolları Dövlət Ağentliyinin “xxxx” MMC tərəfindən yerinə yetirilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “Nurlu” Yaşayış Massivində yerinə yetirilmiş qəsəbədaxili avtomobil yollarının təmiri işləri də yuxarıda qeyd edilən Sərəncamın əhatə etdiyi əsaslı təmirin bir hissəsi olmuş, yolun uzunluğu 1500 metr, eni 6 metr, təmir üçün nəzərdə tutulan sahə 9000 kv.m. olsa da, həmin ərazidə yaşayan sakinlərin və Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti rəhbərliyinin xahişləri nəzərə alınaraq 15593 kv.m. təmir işləri (6593 kv.m. artıq) icra olunmuşdur. X3 İstismarı və Təmiri Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış məktubdan göründüyü kimi, həmin yaşayış massivinin digər yollarının əsaslı təmiri işlərinin icrası 2020-2023-cü illərdə Bakı şəhəri və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı aidiyyatı qurumlarla razılaşdırılmış proqram layihəsinə daxil edildikdən sonra ayrılacaq maliyyə vəsaitindən asılı olaraq mərhələli şəkildə yerinə yetiriləcəkdir. Cavabdehin nümayəndəsi bu barədə inzibati orqanın sorğuya cavab məktubunu məhkəməyə təqdim edərək iddiaçının tələblərinin təmin olunduğunu bildirdi və bununla bağlı icraata xitam verilməsini xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işdən görünür ki, İddiaçı Azərbaycan Avtomobil X10 müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “Nurlu” Yaşayış Massivindəki yolun təmirinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin hansı qurumu tərəfindən həyata keçirilməsi, qəsəbədaxili yolun təmirinin sifarişçisinin hansı təşkilat olması, 2019-cu ilin dekabr və 2020-ci il ilin yanvar ayı ərzində aparılan təmir işlərinə nə qədər vəsaitin sərf edilməsi və təmir işlərinin hansı mənbədən maliyyələşdirilməsi, layihə sənədlərində təmir ediləcək yolun ümumi uzunluğunun nə qədər göstərilməsi, yolun təmiri ilə bağlı ictimaiyyət üçün açıq olan layihə sənədinin bir surətinin verilməsi barədə “informasiya sorğusu” vermişdir. Həmin sorğu ilə bağlı cavabdeh inzibati orqan 26.02.2020-ci il tarixli K-3/02-1613 saylı məktubla iddiaçıya bildirmişdir ki, 2020-ci ilin yanvar ayında Nurlu yaşayış massivinin bir sıra yolları Agentliyin tabe müəssisəsi tərəfindən əsaslı təmir edilərək istismara verilmiş, yaşayış massivinin digər yolları isə 2020-2023-cü illərdə Bakı şəhəri və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı aidiyyəti qurumlarla razılaşdırılmış proqram layihəsinə daxil edildikdən sonra ayrılacaq maliyyə vəsaitindən asılı olaraq mərhələli şəkildə yerinə yetiriləcəkdir. Cavabdeh inzibati orqanın cavab məktubu iddiaçını qane etmədiyi üçün sonuncu hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası birinci instansiya məhkəməsi tərəfindən rədd edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının iddiası rədd edilərkən ona istinad olunmuşdu ki, cavabdeh tərəfindən iddiaçının informasiya sorğusuna cavab verilmiş, bu cavab qanunvericilikdə nəzərdə tutulmuş formada olmuş, informasiya sorğusuna verilən cavabın iddiaçının istədiyi kimi “ətraflı”, iddiaçının başa düşdüyü kimi “obyektiv” olmaması “İnformasiya əldə etmək haqqında” Qanunun müddəalarına görə iddiaçının hüquqlarının pozulması anlamına gəlmir. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır. Hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. İnformasiya sahibinə müraciət edən hər kəs sorğu edilən informasiyanın informasiya sahibində olub-olmadığını öyrənmək, bu informasiya olmadıqda onu əldə etmək üçün yardımçı məlumatlar almaq; informasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququna malikdir. Bu Qanunun məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: informasiya yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlar; sorğuçu yazılı sorğunun aşağıdakı formalardan birində və ya mövcud olan digər formalarda təmin edilməsini tələb edə bilər: sənədlə tanış olmaq üçün ayrılmış yerə daxil olma; sənədin üzünün köçürülməsi; informasiya sahibinin texniki imkanlarından istifadə etməklə sənədin surətinin çıxarılması və ya sənədin təsdiqlənmiş surətinin verilməsi; sorğuçunun öz texniki imkanlarından istifadə etməklə sənədin surətinin çıxarılması; stenoqramların və ya digər formada kodlaşdırılmış sənədlərin oxunmaq üçün yararlı vəziyyətdə təqdim edilməsi; sənədin tərcümə olunması; sənədin surətinin elektron daşıyıcılara köçürülməsi və s. İnformasiyanın əldə olunmasının hüquqi formaları aşağıdakılardır: bu Qanunun tələblərinə uyğun olaraq mütləq qaydada təqdim olunan informasiyalar; müqavilə yolu ilə təqdim olunan informasiyalar (2.1, 2.2, 2.3, 3, 14.1, 14.2ci maddələr). Apellyasiya baxışı zamanı işə tam və hərtərəfli baxılması üçün, eyni zamanda iddiaçının informasiya sorğusuna cavabın alınmasını təmin etmək məqsədilə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “Nurlu” Yaşayış Massivindəki yolun təmirinin sifarişçisinin hansı təşkilat olması, həmin yolun təmirinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyində olan hansı qurum tərəfindən həyata keçirilməsi, sözügedən yolun ümumi uzunluğunun nə qədər olması, onun təmirinə nə qədər vəsaitin sərf edilməsi barədə məhkəmə tərəfindən Azərbaycan Avtomobil X10 sorğu göndərilmişdir. 19 may 2021-ci il tarixdə cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Ağentliyi tərəfindən məhkəməyə daxil olmuş sorğuya cavab məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhərinin Binəqədi rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 21 dekabr 2019-cu il tarixli 1716 saylı Sərəncamı əsasında Bakı şəhəri. Binəqədi rayonunun M.Ə.Rəsulzadə, Biləcəri, Binəqədi, Xocasən və 28 May qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri Azərbaycan Avtomobil Yolları Dövlət Ağentliyinin “xxxx” MMC tərəfindən yerinə yetirilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “Nurlu” Yaşayış Massivində yerinə yetirilmiş qəsəbədaxili avtomobil yollarının təmiri işləri də yuxarıda qeyd edilən Sərəncamın əhatə etdiyi əsaslı təmirin bir hissəsi olmuş, yolun uzunluğu 1500 metr, eni 6 metr, təmir üçün nəzərdə tutulan sahə 9000 kv.m. olsa da, həmin ərazidə yaşayan sakinlərin və Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti rəhbərliyinin xahişləri nəzərə alınaraq 15593 kv.m. təmir işləri (6593 kv.m. artıq) icra olunmuşdur. X3 İstismarı və Təmiri Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış məktubdan göründüyü kimi, həmin yaşayış massivinin digər yollarının əsaslı təmiri işlərinin icrası 2020-2023-cü illərdə Bakı şəhəri və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı aidiyyatı qurumlarla razılaşdırılmış proqram layihəsinə daxil edildikdən sonra ayrılacaq maliyyə vəsaitindən asılı olaraq mərhələli şəkildə yerinə yetiriləcəkdir. “Bakı şəhərinin Binəqədi rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1716 saylı 21.12.2019-cu il tarixli sərəncamına əsasən Bakı şəhəri Binəqədi rayonunun M.Ə.Rəsulzadə, Biləcəri, Binəqədi, Xocasən və 28 May qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil X10 8,7 milyon manat vəsait ayrılması qərara alınmışdır. Həmin Sərəncamın 2-ci hissəsində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməsi qeyd olunmuşdur. Beləliklə, apellyasiya baxışı zamanı cavabdeh inzibati orqan tərəfindən iddiaçının hazırki iş üzrə verdiyi informasiya sorğusuna cavab verildiyi, buna görə də onun tələbinin təmin olunduğu və artıq tərəflər arasında mübahisənin olmadığı müəyyən olundu. Azərbaycan espublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci madddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə iddiaçının informasiya sorğusuna cavabdeh inzibati orqan tərəfindən cavab verildiyindən və buna görə də iddia tələbi cavabdeh tərəfindən təmin olunduğundan, bununla da tərəflər arasında mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67, 80, 87-ci 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İş üzrə icraata xitam verilsin. Qərardaddan onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-1054/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1054/2021
03.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver