Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1055/2021 03.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh X1rşı “diplomun tanınması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Namiq Şamil oğlu Cəfərovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, X7-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh X1rşı “diplomun tanınması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1663/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxx 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı məcburetmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, VSQ ******* saylı xx xxxxxx 2008-ci il tarixli diplomun (əlavələri ilə birlikdə) tanınmasından və ekvivalentliyin müəyyən edilməsindən imtina etməsinin qanunsuz hesab edilərək bu hərəkətlərin (yəni tanınmanın və ekvivalentliyin müəyyən edilməsinin aparılması) edilməsinin bir vəzifə kimi cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1663/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1663/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin nəticəsi əsassızdır. Belə ki, onun müraciətinin cavablandırılması, yəni ona rəsmi olaraq məlumat verilməsinə dair iş materiallarında hər hansı sübut yoxdur. Onun təkrar müraciətindən sonra yazılı imtina verilmişdir. Birinci dəfə yazılı imtina verilmədiyi üçün məhkəməyə hər hansı müraciət etmənin səbəbləri barədə məlumatlı olmamışdır. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək iddiaçının müraciətinə ilkin imtinanın 2018-ci il tarixdə elektron kabinet vasitəsilə verildiyini, eyni zamanda imtinanın həm də onun mail adresinə və telefon nömrəsinə də göndərildiyini bildirmişdi. İddiaçının imtinanın ona yazılı-kağız formasında təqdim edilməsi barədə mürciətindən sonra iddiaçıya yazılı qaydada məktublar ünvanlanmışdır. Bununla bağlı cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı iddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş şikayətə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işdən görünür ki, İddiaçı cavabdeh X6 Agentliyinə müraciət edərək ona verilmiş diplomun tanınmasını tələb etmiş, lakin cavabdeh onun müraciətinin təmin olunmasından imtina etmişdir. Buna görə iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının müraciətinə münasibətdə cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə imtina verilməsinə və iddiaçının həmin imtina məktubundan məlumatlı olmasına baxmayaraq göstərilən inzibati aktın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürməklə məhkəməyə müraciət etməsinə əsaslanaraq iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə iddiaçının iddiasını qərardadında qeyd olunanlarla bağlı mümkün saymamaqla düzgün nəticəyə gəlməmişdir. Apellyasiya baxışı zamanı müəyyən olundu ki, iddiaçının tələbi əsasında birinci instansiya məhkəməsi sonadək zəruri araşdırmanı aparmamışdır. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, iddiaçının xx.xx.2019-cu il tarixli müraciəti Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi tərəfindən V- 38/04-ANİ saylı xx.xx.2019-cu il tarixli məktubla cavablandırılmışdır. İş üzrə iddiaçının tələblərinin mübahisələndirmə və məcburetmə haqqında iddia növlərinə aid olduğu nəzərə alınaraq qeyd olunur ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci və 38.2-ci maddələrinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, məcburetmə haqqında iddia isə tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Hazırki işdən müəyyən olunur ki, birinci instansiya məhkəməsi cavabdeh inzibati orqanın xx.xx.2019-cu il tarixli imtinasının iddiaçıya təqdim olunub-olunmadığını, olunduğu təqdirdə hansı tarixdə təqdim olunduğunu, iddiaçı tərəfindən imtinanın alınıb-alınmadığını, bundan sonra iddiaçının həqiqətən iddia ilə məhkəməyə müraciət etmək müddətini (iddia müddətini) ötürüb-ötürmədiyini aydınlaşdırmamış və nəticədə iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bu baxımdan məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq belə hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardad Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələbləri pozulmaqla qəbul edildiyi üçün ləğv edilməli və iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1663/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərarı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Namiq Cəfərov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2-1(103)-1055/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1055/2021
03.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver