Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1055/2022 17.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı «iddiaçının diplom üzrə ixtisasının tanınması tələbinə dair” iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-874/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona Ukraynanın V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən verilmiş 12 iyul 2019-cu il tarixli B19 212890 nömrəli diplom üzrə ixtisasın tanınması və ekvivalentliyin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı Ukraynanın Xarkov şəhərində yerləşən V.N.Karazin adına Xarkov Milli Universitetinin hüquq fakültəsində qiyabi təhsil almış və ona 12 iyul 2019-cu il tarixdə B19 212890 nömrəli diplom verilmişdir. O, həmin diplom üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi ilə bağlı Təhsil Nazirliyinə müvafiq sənədləri təqdim etməklə müraciət ünvanlamışdır. Onun müraciətinə Nazirliyin Akkreditasiya və Nostrifikasiya İdarəsində (hazırda həmin funksiyalar cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə tərəfindən həyata keçirilir) baxılmış və həmin qurumun 16 dekabr 2020-ci il tarixli məktubu ilə məsələnin həllindən imtina olunmuşdur. İmtina məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiyası) Qaydaları»nın 3.6, 3.7-ci bəndlərinə istinadəe onun ixtisasının mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsi qənaətbəxş olmadığı müəyyən edildiyi əsas gətirilərək imtina cavabı verilmişdir. İddiaçı hesab edir ki, imtina heç bir əsaslandırmaya söykənmir. Bir çox xarici ölkələrdə Ukraynanın V.N.Karazin adına Xarkov Milli Universitetində təhsilin səviyyəsi yüksək qiymətləndirilir. Belə olan halda, həmin Universitetdə təhsil almış şəxs kimi iddiaçının biliklərinin standartlara cavab verməməsi qənaətinə gəlmək məqsədəuyğun görünmür. Cavabdeh məhkəməyə ünvanladığı iddia ərizəsinə etirazında iddianın rədd olunmasını xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, imtina qanuni və əsaslıdır. Belə ki, iddiaçının sənədləri araşdırılarkən onun ixtisasının adıçəkilən “Qaydalar”a uyğun gəlmədiyi müəyyən edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-874/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və İddiaçı Ukraynanın V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən verilmiş 12 iyul 2019-cu il tarixli B19 212890 nömrəli diplom üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamə verilməsi öhdəliyi cavabdeh Təhsildə Keyfiyyat Təminatı Agentliyinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar əsassızdır. Belə ki, məhkəmə iddinın təmini əsaslarından biri kimi iddiaçının tədris dilini bilmə səviyyəsinə dair mütəxəssis rəyini qeyd etmişdir. Təhsil Nazirliyi haqqında Əsasnamənin 2.28, Təhsildə Keyfiyyt Təminatı Agentliyinin Nizamnaməsinin 2.2.2 və 31.4, -cü 2.2.2-ci , Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiyası) Qaydalar”ın 3.2-3.3, 3.6-cı bəndləri, bundan əlavə, Azərbaycan Respublikası hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Sazişin” 5-ci Azərbaycan Respublikasının xx.xx.1997-ci il, 367-İQ №-li Qanunu ilə «1997-ci ildə aprelin 11-də Lissabon şəhərində imzalanmış «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiyasının İİİ.1.2, Vİ maddələri onu deməyə əsas verir ki, iddiaçının tədris dili üzrə bilik səviyyəsinin aşağı olması onun aldığı təhsilin məzmununa uyğun hesab oluna bilməz və onun əldə etdiyi təhsilin keyfiyyətini şübhə altına almış olur. Odur ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə gəldiyi nəticə əsassız, maddi hüquq normalarının tətbiqi baxımından qanunsuzdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1818/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin həmin qərarı ləğv edilmiş, iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2135/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi M.Sultanlı iddiaçının apellyasiya qəbul etməyərək ekpert rəyinə əsasən iddiaçının diplom üzrə aldığı ixtisası mənimsəməsi üçün rus dilini bilmə səviyyəsinin qəaətbəxş olmadığını bildirərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil cavabdehin apellyasiya şikayətini dəlilləri ilə razılaşmamış, iddiaçının təhsili bitirməsindən xeyli vaxt keçdiyini və hazırda rus diləndə ünsiüyyəti olmadığından rus dilində danışığını xeyli itirdiyini bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. İşin qeyd olunan faktiki hallarından göründüyü kimi, İddiaçı V.N.Karazin adına Xarkov Milli Universitetinin hüquq fakültəsində qiyabi təhsil aldığı və 12 iyul 2019-cu il tarixdə B19 212890 nömrəli diplom verildiyi işin mübahisələndirilməyən halıdır. İşin mübahisələndirilən halı isə ondan ibarətdir ki, iddiaçı diplom üzrə ixtisasının tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün cavabdehə müraciət etmiş, lakin sonuncu tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığını, bu səbəbdən rus dilini bilmə səviyyəsinin ixtisası mənimsəməsini şübhə altına aldığını əsas gətirərək ixtisasının tanınmasından imtina etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin (“İPM”) 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmənin həmin qərarında qeyd olunan hüquqi mövqeyi isə aşağıdakılardan ibarətdir: “...27. Cavabdehin imtina məktubundakı istinad və ekvivalentlik haqqında mənfi rəyi əks etdirən elektron sənəd istisna edilməklə, həmin sənədin inzibati icraatda tədqiqinə və qiymətləndirilməsinə dair material işdə yoxdur. Belə olan halda, cavabdehin yaratdığı ekspert qrupu tərəfindən Qaydaların 3.7-ci bəndində təsbit olunmuş, mənfi rəyin verilə biləcəyi konkret hallara dair yoxlamanın və qiymətləndirmənin yuxarıda istinad edilən normaların tələblərinə uyğun aparıldığı (ona verilmiş səlahiyyətlərdən inzibati orqanın düzgün istifadə etdiyi) məhkəmə araşdırmasının predmeti olmamışdır. Başqa sözlə, əgər apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi Bakı Slavyan Universiteti Tərcümə və məzunların karyera inkişafı şöbəsinin müdiri (pedaqogika üzrə fəlsəfə doktoru, dosent) tərəfindən verilmiş müvafiq mütəxəssis rəyində iddiaçının rus dili üzrə bilik səviyyəsinin hansı qaydada yoxlanılmasına, eyni zamanda bunu təsdiq edən sübutların məhkəməyə təqdim olunmadığına istinad edirsə, məhkəmə tərəflərin qanun və məhkəmə qarşısında bərabərliyi prinsipini rəhbər tutmaqla eyni yanaşmanı cavabdehin təqdim etdiyi elektron rəyə münasibətdə də tətbiq etməli, bu zaman tədqiqatın gedişatına və nəticələrinin qiymətləndirilməsi əsaslarına (normativ sənədlə müəyyən edilmiş və ya ümumi qəbul olunmuş standartlarına, üsuluna, metoduna, meyarlarına) dair hər hansı məlumatı əks etdirməyən həmin elektron rəyə hansı səbəbdən üstünlük verdiyini qərarında əsaslandırmalı idi. Hazırkı işdə bu, baş verməmişdir. 28. Yuxarıda istinad edilən Qaydalarda mənfi rəyin hansı hallarda verildiyi aşkar göstərilsə də, inzibati orqanın gəldiyi nəticənin Qaydalarda göstərilən tələblərə uyğunluğu araşdırmanın predmeti olmayıb...” Ali Məhkəmənin qeyd olunan hüquqi mövqeyi nəzərə alınmaqla, iş materialları yenidən apellyasiya qaydasında araşdırıldıqda, işdə ekspert komissiyasının əsaslandırılmış rəyinin mövcudluğu müəyyən olunmamış, yalnız iş materiallarının 57-ci vərəqində xx.xx.2020-ci il tarixli İddiaçı ünvanlanmış imtina “Qeydi” müəyyən olunmuşdur. Eyni zamanda, cavabdehin iddiaçıya ünvanlanmış həmin imtina qeydində, iddia ərizəsinə etirazında və apellyasiya şikayətində iddiaçının rus dilini bilmə səviyyəsinin qənaətbəxş hesab olunmadığı mübahisələndirildiyi halda, iş materiallarının 65-ci vərəqində olan Bakı Slavyan Universitetinin Tərcümə və məzunların karyera inkişafı şöbəsinin müdiri (pedaqogika üzrə fəlsəfə doktoru, dosent) Yaşar Alxasov tərəfindən isə verilmiş mütəxəssis rəyində onun rus dilini bilməsi produktiv səviyyəyə tam uyğun gəldiyi və ali təhsili mütəxəssisin peşə nitqinə verilən ümumi tələblərə cavab verdiyi bildirilir. İşə təkrar apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyası tərəfindən qeyd olunan uyğunsuzluqlar nəzərə alınmaqla, ilk öncə məhkəmənin xx.xx.2022-ci il tarixli aralıq qərardadı ilə iddiaçının müraciətinə cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin müvafiq ekspert komissiyasında 30 gün müddətində yenidən baxılmasına təyin edilmiş və məhkəmənin həmin qərardadı cavabdeh tərəfindən icra olunaraq nəticələrinə dair məhkəməyə 00-05-446/TKTA saylı xx.xx.2022-ci il tarixli məktub təqdim olunmuşdur. Həmin məktubda bidirilmişdir ki, iddiaçının tədris dilini bilmə səviyyyəsi qənaətbəxş olmadığından bu hal onun aldığı təhsilin məzmununa uyğun hesab edilə bilmədiyi üçün onun xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. Daha sonra, xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş ekspert komissiyasının iddiaçının dil bilmə səviyyəsi ilə bağlı 01 iyun 2022-ci il tarixli rəyində bildirilir ki: “... iddiaçınn rus dilini bilmə qabiliyyəti üç variantda tapşırıq verilməklə azərbaycan və rus dilində mətnlər təqdim olunmaqla dil bilmə qabiliyyəti yoxlanılmış və müəyyən olunmşdur ki, rus dilində onun lüğətinin məhdud olması, verilən sualları həm şifahi, həm də yazılı şəkildə natamam və məhdud şəkildə cavablandırması, xarici dildə nitqi yalnız dinləyib anlaması, lakin konkret mövzu ilə bağlı ünsiyyətə o qədər də daxil ola bilməməsi tədris dilini bilmə səviyyəsinin aldığı ixtisasın mənimsənilməsi üçün qənaətbəxş olmamasına, aldığı kvalifikasiyaya dair produktiv deyil, reseptiv nitq səviyyəsinə malik olmasına əyani sübutudur. Onun rus dilini bilməsi ali təhsilli mütəxəssisin şifahi və yazılı peşə nitqinə dair tələblərə cavab vermir.” Qeyd olunmalıdır ki, iddiaçı ilə aparılmış həmin müsahibənin rəyə əlavə olunmuş audio-video diskinə (DVD) baxış keçirildikdə, rəydə qeyd olunanların həqiqliyi aşkar surətdə gözə çarpır. Hər bir halda, məhkəmə kollegiyası Bakı Slavyan Universitetinin Tərcümə və məzunların karyera inkişafı şöbəsinin müdiri (pedaqogika üzrə fəlsəfə doktoru, dosent) Yaşar Alxasov tərəfindən verilmiş mütəxəssis rəyində əksinə, iddiaçının ali təhsili üçün rus dilini bilməsi produktiv səviyyəyə tam uyğun gəldiyinin bildirildiyini nəzərə alan məhkəmə kollegiyası işin bu ziddiyyətli hallarının aradan qaldırmaq məqsədilə xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı Dövlət Universitetinin filologiya fakultəsinin mütəxəssislərinin və Təhsildə Keyfiyyət Təminatı Agentliyin birgə iştirakı ilə başqa bir mütəxəssis rəyinin alınmasını zəruri hesab etmiş və Bakı Dövlət Universiteti tərəfindən təşkil olunmuş komissiya tərəfindən iddiaçı ilə müsahibə aparılaraq nəticələri barədə xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim etdiyi məlumatda (müvafiq protokol əlavə edilmişdir) aşağıdakılar bildirilmişdir: - “Komissiya üzvləri E.S.Verdiyəevvə yazılı və şifahi tapşırıqlar vermiş, onunla müsahibə aparmışdır. Komissiyanın qərarına əsasən İddiaçı rus dilində şifahi və yazılı bilik səviyyəsi aşağıdır, rus dilində qrammatika ilə bağlı testləri yerinə yetirə bilmir, peşəsi ilə bağlı mətnləri Azərbaycan dilinə tərcümə etməyi bacarmır, peşəsinin terminalogiyasından xəbərdar deyildir. İddiaçı rus dilini bilmə səviyyəsi qənaətbəxş hesab edilmir.” Beləliklə də tədqiq olunan sübutlara müəyyən edilən hallar baxımından, iddiaçının rus dilini bilmə səviyyəsinin onun diplom üzrə aldığı ixtisası üzrə tədris yükünü qavrayıb mənimsəməsi üçün qənətbəxş və kifayətedici olmadığı sübuta yetirilir. Odur ki, məhkəmənin hüquqi mövqeyinə görə cavabdeh tərəfindən onun diplom üzrə ixtisasının tanınmasından imtina etməkdə haqlıdır. Azərbaycan Respublikasının xx.xx.1997-ci il, 367-İQ №-li Qanunu ilə təsdiq edilmiş «1997-ci ildə aprelin 11-də Lissabon şəhərində imzalanmış «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiyanın Vİ.1-ci maddəsi ilə razılığa gələn Tərəfə diskresion səlahiyyət verilir ki, bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya dissertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina oluna bilər. İddiaçının aldığı diplom üzrə ixtisasının məzmunu ilk öncə onunla şərtləndirilir ki, onun həmin ixtasası mənimsəməsi üçün, ən azından tədris dilini qənaətbəxş səviyyədə bilməlidir. Lakin işin tədqiq olunan sübutlarla müəyyən edilən halları birmənalı şəkildə onu deməyə əsas verir ki, onun rus dilini bilmə səviyyəsi aldığı ixtisası mənimsəməsi üçün lazımi səviyyədən qat-qat aşağıdır. Məhkəməyə təqdim olunmuş audio-video disk görüntüsündən belə təsürat yaranır ki, iddiaçı rus dilinin öyrənilməsinə sanki indi qədəm qoymuş, “əlifba”sını öyrənir. Belə olan halda, yəni onun diplom üzrə aldığı ixtisası mənimsəməsinə imkan verən tədris dilini bilmə səviyyəsi mövcud olmadığı halda, ona verilən diplom üzrə ixtisası V.N.Karazin adına Xarkov Milli Universitetində aldığı qiyabi təhsilin məzmununa uyğun hesab oluna bilməz. «Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında Saziş»in 5-ci maddəsi də məhz onu nəzərdə tutur ki, Azərbaycan Tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin «kiçik mütəxəssis», «bakalavr», «mütəxəssis» və «magistr» ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir. Göründüyü kimi, hökumətlərarası Sazişin qeyd olunan şərtinin mənasından da görünür ki, Ukrayna hökuməti tərəfindən verilən diplom, təhsilin məzununa uyğun gəlmədiyi halda, Azərbaycan Respublikası ərazisində tanınmasından söhbət gedə bilməz. Beləliklə də məhkəmə kollegiyası cavabdeh tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyin müəyyən edilməsi (nostrifikasiyası) haqqında «Qaydalar”ın 3.6 və 3.7-ci bəndləri tətbiq edilməklə, diplom üzrə ixtisasının tanınmasından imtina olunması qanun müvafiqdir. Çünki, «Qaydaları»ın 3.6-cı bəndi isə nəzərdə tutur ki, ekvivalentlik haqqında şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin “Qaydaların 3.7-ci bəndinə əsasən isə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının diplomu üzrə ixtisasının tanınmasından və ona ekvivalentlik şəhadətnaməsinin verilməsindən imtina olunması ölkədaxili və beynəlxalq qanunvericiliyə uyğundur . Bu baxımdan həmin imtina iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsinin mənasmından da görünür ki, o zaman məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, cavabdehin imtinası və ya hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd olsun və iddiaçının hüquqlarını pozmuş olsun. Eyni zamanda, qeyd olunmalıdır ki, Məcəllənin 73.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. İddiaçının diplomu üzrə ixtisasının tanımaq cavabdenhin diskression sələhiyyətidir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, cavabdeh tərəfindən diskression sələhiyyətləri qanunayuğun həyata keçirmiş və qanunvericiliklə üzərinə düşən öhdəliyinə uyğun olaraq iddiaçıya diplom üzrə ixtisasının tanınmasından imtina etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən isə qərar qəbul olunarkən hərtərəfli araşdırma aparılmamış, iddianın təmin olunması barədə gəldiyi nəticə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun olmamışdır. Beləliklə də, göstərilənləri nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin, birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-874/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qərarı çıxarılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 69, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-874/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddiaçı «diplom üzrə ixtisasının tanınması tələbinə dair” iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Anar Tanrıverdiyev İkram Şirinov
Məhkəmə qərarları › İş №2-1(103)-1055/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1055/2022
17.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver