Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1055/2025 11.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədov və X3 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, 3-cü şəxsin nümayəndəsi X2 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-264/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-264/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması üçün məhkəmə iclasına təyin olunmuşdur. Həmçinin, İPM-in 13-cü maddəsinə əsasən üçüncü şəxs “Rabitəbank" ASC-yə xx.xx.2024-cü il tarixli məktub göndərilərək Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsinin 24-cü maddəsinə və həmin məcəllənin 13-cü maddəsində təsbit olunmuş məhkəmənin yardım etmək vəzifəsinə əsasən, bildirilmişdir ki, iş materiallarında mövcud olan elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-264/2024 saylı, 15 oktyabr 2024-cü il tarixli qərarı xx.xx.2024-cü il tarixdə üçüncü şəxs Rabitəbank" ASC tərəfindən əldə edilmiş, həmin qərardan apellyasiya şikayəti xx.xx.2024-cü il tarixdə verilməklə, qanunla müəyyən edilən 30 günlük müddəti ötürülmüşdür. Üçüncü şəxs Rabitəbank" ASC buraxılmış prosessual müddətin ötmədiyinə dair sübutları və ya müddətin ötürülməsinin üzrlü sayılaraq bərpası edilməsi ilə bağlı ərizəni məhkəməyə təqdim etməsi təklif olunmuşdur. Üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti “E-kabinet” vasitəsilə vəsatət təqdim edərək vəsatəti onunla əsaslandırmışdır ki, inzibati iş üzrə Bakı İnzibati məhkəməsinin qərarının elektron kabinetə xx.xx.2024-cü il tarixdə yerləşdirilməsi və bu səbəbdən apellyasiya şikayətini vermə müddətinin 2 gün ötürülməsi qeyd edilən bildirişə əsasən qeyd etmək istərdilər ki, Bankın elektron kabinetinə xx.xx.2024-cü il tarixində yerləşdirilən məktubda xx.xx.2024-cü il tarixli qərarın Banka da göndərilməsi qeyd edildiyindən hesab etmişik ki, qərar kabinetə xx.xx.2024-cü il tarixdə yerləşdirilmişdir. Odur ki, qərardan verdikləri şikayəti 27 noyabrda elektron kabinetdən qərarı çap edərək 28 noyabrda şikayəti göndərmişlər. Məhkəmənin diqqətinə çatdırırlar ki, bütün məhkəmələrdən sənədlər elektron kabinetə yerləşdirilən zaman bu barədə vergi portalından Banka bildiriş gəlir. Lakin bu iş üzrə qərar elektron kabinetə yerləşdirilən zaman bizə hər hansı bir bildiriş gəlməmişdir. Qərarın mübahisələndirilməsi Bankın təşəbbüsü ilə olduğundan xahiş edirlər ki, prosessual hüquqlarından tam istifadə olunması üçün bankın ötürdüyü prosessual müddət üzrlü hesab edərək bərpa edilsin. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs “Rabitəbank" ASC-nin nümayəndəsi vəsatətə uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə üçüncü şəxs “Rabitəbank" ASC-nin apellyasiya şikayəti mümkün sayılmamalıdır. Belə ki, iş materiallarının 124-cü vərəqindəki çıxarışdan görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-264/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı xx.xx.2024-cü il tarixində üçüncü şəxs “Rabitəbank" ASC-nin elektron kabinetinə yerləşdirilmişdir. Lakin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-264/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından üçüncü şəxs “Rabitəbank" ASC apellyasiya şikayətini “elektron məhkəmə informasiya sistemi” vasitəsi ilə xx.xx.2024-cü il tarixdə vermişdir. Azərbaycan Respublikası İPM-ə əsasən: 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə aktları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. .... 20.3. Məhkəmə aktları və digər məhkəmə sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Azərbaycan Respublikası MPM-ə əsasən: 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.https://eqanun.az/framework/46945 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 129.2. Müddətin sonu günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. 129.3. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. 129.4. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. Göründüyü kimi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-264/2024 saylı, 15 oktyabr 2024-cü il tarixli qərarı xx.xx.2024-cü il tarixdə üçüncü şəxs “Rabitəbank" ASC tərəfindən əldə edilmiş, həmin qərardan apellyasiya şikayətini xx.xx.2024-cü il tarixdə verilməklə qanunla müəyyən edilən 30 günlük müddəti ötürülmüşdür. Prosessual müddətin bərpasına dair vəsatətdə göstərilənlər isə müddətin bərpasına əsas deyildir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası İPM-ə əsasən: 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Qeyd edilməlidir ki, «X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 08 may 2008-ci il tarixli qərarında da Plenum məhz qeyd etmişdir ki, «… qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-264/2024 saylı, 15 oktyabr 2024-cü il tarixli qərarından üçüncü şəxs “Rabitəbank" ASC tərəfindən verilmiş apellyasiya şikayəti İPM-də nəzərdə tutulan müddətin ötürülməsi ilə verildiyindən apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina olunmalıdır. Azərbaycan Respublikası İPM-in 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiya məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Prosessual müddətin bərpasına dair vəsatət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-264/2024 saylı, 15 oktyabr 2024-cü il tarixli qərarından üçüncü şəxs “Rabitəbank" ASC-nin apellyasiya şikayəti mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbulundan imtina olunsun . Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1055/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1055/2025
11.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver